Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1199/2025 21.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqı-satqı müqaviləsi (müqavilələri) barədə məlumat:
1. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2024-cü il tarixli № ********* saylı Müqavilə məbləği: 209,90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 35,00 AZN 6 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): 2 ədəd oyun Son ödəniş məbləği və tarixi: 0,00 AZN Cavabdeh müddətli (nisyə) alqı-satqımüqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 209,90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 314,00 AZN Nisyə alqı-satqımüqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 31,40 AZN Tutulmalı olan cəmi məbləğ: 241,30 AZN 2 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2024-cü il tarixli № ********* saylı Müqavilə məbləği: 189,90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 32,00 AZN 6 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): HDMİ kabel, oyun Son ödəniş məbləği və tarixi: 0,00 AZN Cavabdeh müddətli (nisyə) alqı-satqımüqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 189,90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 284,00 AZN Nisyə alqı-satqımüqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 28,40 AZN Tutulmalı olan cəmi məbləğ: 218,30 AZN 3 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2024-cü il tarixli № ********* saylı Müqavilə məbləği: 599,90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 100,00 AZN 6 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): Akumluyator Son ödəniş məbləği və tarixi: 0,00 AZN. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 599,90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 899,00 AZN Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 89,90 AZN Tutulmalı olan cəmi məbləğ: 689,80 AZN. Qeyd edilənlərə əsasən xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 209,9 AZN əsas, 31,4 AZN cərimə, cəmi 241,3 AZN borc, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 189,9 AZN əsas, 28,4 AZN cərimə, cəmi 218,3 AZN borc, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 599,9 AZN əsas, 89,9 AZN cərimə, cəmi 689,8 AZN borc, ümumilikdə üç müqavilə üzrə 999,7 AZN əsas, 149,7 AZN cərimə, 1149,4 AZN cəmi borcun və 31,49 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, daha sonra iş üzrə cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin sadələşdirilmiş icraat qaydasından iclas formasında baxılmasına köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq bu nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan İddiaçı (“satıcı”) ilə Cavabdeh (“alıcı”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı qiyməti 209.98 AZN olan 2 ədəd oyunu alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya aylıq 35 manat, sonuncu ay isə 34.98 manat ödəməklə 06 ay müddətinə ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan İddiaçı tərəfindən verilən xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 209.9 manat məbləğində əsas borcu, 314 manat məbləğində isə cərimə borcu, ümumilikdə 523.90 manat məbləğində borcu yaranmışdır. Mülki iş materiallarında olan İddiaçı (“satıcı”) ilə Cavabdeh (“alıcı”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı qiyməti 189.98 AZN olan HDMİ kabel və oyunu alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya aylıq 32 manat, sonuncu ay isə 29.98 manat ödəməklə 06 ay müddətinə ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan İddiaçı tərəfindən verilən xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 189.90 manat məbləğində əsas borcu, 284 manat məbləğində isə cərimə borcu, ümumilikdə 473.90 manat məbləğində borcu yaranmışdır. Mülki iş materiallarında olan İddiaçı (“satıcı”) ilə Cavabdeh (“alıcı”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı qiyməti 599.99 AZN olan akumluyatoru alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya aylıq 100 manat, sonuncu ay isə 99.99 manat ödəməklə 06 ay müddətinə ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan İddiaçı tərəfindən verilən xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 599.9 manat məbləğində əsas borcu, 899 manat məbləğində isə cərimə borcu, ümumilikdə 1498.90 manat məbləğində borcu yaranmışdır. Mülki işin materiallarında olan İddiaçı tərəfindən cavabdehə ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcunun olması barədə qabaqcadan xəbərdar edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı (“satıcı”) ilə Cavabdeh (“alıcı”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı “müddətli nisyə alqı-satqı” müqaviləsinə əsasən satıcı tərəfindən cavabdehə 2 ədəd oyun, xx.xx.2024-cü il tarixli, ********* müddətli nisyə alqı-satqı” müqaviləsinə əsasən satıcı tərəfindən cavabdehə HDMİ kabel və oyun və xx.xx.2024-cü il tarixli, ********* saylı “müddətli nisyə alqı-satqı” müqaviləsinə əsasən isə akumlyator verilmiş, cavabdeh (alıcı) isə bunun qarşılığında ödəməli olduğu məbləğləri satıcıya ödəməmiş, gecikmələrə yol vermiş, nəticədə onun İddiaçınə xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 209.9 manat əsas, 31.4 (90% güzəşt tətbiq olunmaqla) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 189.9 manat əsas, 28.4 (90% güzəşt tətbiq olunmaqla) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə isə 599.9 manat əsas, 89.9 (90% güzəşt tətbiq olunmaqla) manat cərimə borcu olmaqla, üç müqavilə üzrə ümumilikdə 999.7 manat əsas, 149.7 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Odur ki, məhkəmə qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddia tələbi hər üç müqavilə üzrə borcun tutulması hissəsində əsaslıdır. Həmçinin, məhkəmə dəbbə pulunun tam tutulmasına münasibətdə isə qeyd edir ki, qeyd edilən (tələb edilən) cərimə məbləği əsas borca mütənasib olduğundan onun daha da azaldılmasına zərurət qalmamışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 209.9 manat əsas, 31.4 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 189.9 manat əsas, 28.4 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə isə 599.9 manat əsas, 89.9 manat cərimə borcu olmaqla, üç müqavilə üzrə ümumilikdə 999.7 manat əsas, 149.7 manat cərimə borcu olmaqla ümumilikdə 1149.4 manat məbləğində borc pul alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 31.49 AZN (otuz bir manat, qırx doqquz qəpik) məhkəmə xərci də cavabdehə aid edilməlidir. Həmçinin, məhkəmə cavabdeh tərəfindən verilən ərizəyə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Hazırki iş üzrə isə cavabdeh ərizə verərək, mülki işə iddia icraatı qaydasında baxılmasını tələb etsə də, öz ərizəsini qanunvericiliklə nəzərdə tutulmuş qaydada əsaslandırmamış, ərizəsini əsaslandıra biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, qanunverici sadələşdirilmiş icraat növünü realizə etməyində səbəb tərəflərin münasibətlərində duran mübahisə predmetinin həcminin çox olmaması, işin mürəkkəbliyinin böyük olmaması və iddiaçının iddiasına mahiyyəti üzrə daha tez baxılmasını nəzərdə tutmuşdur. Lakin bu hallarda əlavə istisnalar da müəyyən etmiş, lakin əsas prinsiplərdən kənar qoymamışdır. Hazırki ərizədə isə ərizəçi (cavabdeh) öz sübutlarını elektron kabinet vasitəsilə əlavə etməmiş, arqumentlərinin olmasına istinad etsə də, bu arqumentlərin nədən ibarət olmasını bildirməmişdir. Yalnız formal olaraq icraat növünün dəyişdirilməsini xahiş etmişdir ki, bu halda isə sadələşdirilmiş icraat növünün mahiyyətdən, ruhundan kənara çıxmaq kimi qiymətləndirilməklə əsaslı hesab edilə bilməz Odur ki, məhkəmə cavabdehin ərizəsini əsassız hesab edərək, mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ:
İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 209.9 AZN (iki yüz doqquz manat, doxsan qəpik) əsas, 31.4 AZN (otuz bir manat, qırx qəpik) cərimə borcu, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 189.9 AZN (yüz səksən doqquz manat, doxsan qəpik) əsas, 28.4 AZN (iyirmi səkkiz manat, qırx qəpik) cərimə borcu, xx.xx.2024cü il tarixli, ********* saylı müqavilə üzrə isə 599.9 AZN (beş yüz doxsan doqquz manat, doxsan qəpik) əsas, 89.9 AZN (səksən doqquz manat, doxsan qəpik) cərimə borcu olmaqla, üç müqavilə üzrə ümumilikdə 999.7 AZN (doqquz yüz doxsan doqquz manat, yetmiş qəpik) əsas, 149.7 AZN (yüz qırx doqquz manat, yetmiş qəpik) cərimə borcu olmaqla ümumilikdə 1149.4 AZN (min yüz qırx doqquz manat, qırx qəpik) məbləğində borc və 31.49 AZN (otuz bir manat, qırx doqquz qəpik) məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.