Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1221/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı sənədlərin təhvil verilməsi və sairə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə ünvan 1 ünvanda yerləşən binanın 36 və 48 saylı mənzillərə dair bağlanmış alqı-satqı müqavilələrindən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi ilə mülkiyyət hüquqlarının Əmlak Məsələləri Dövlət Reyestrində qeydə alınması üçün müvafiq hərəkətlərin edilməsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 noyabr 2015-ci il tarixli GMPE2-36/2015 saylı və 01 iyul 2019-cu il tarixli GMPE1-48/201.9 saylı müqavilələrə əsasən Cavabdeh MMC-dən Şəfahət Mehdiyev (Ə.Ələkbərov) küçəsi ev 89 ünvanda yerləşən binanın 36 və 48 saylı mənzillərini əldə etmiş, mənzillər üzrə pulları tam ödəmiş və maliyyə arayışlarını əldə etmişdir. Beləliklə, müqavilələr üzrə öhdəliklərini yerinə yetirmiş, mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsaslarının olduğu halda, cavabdeh MMC üzərinə düşən öhdəliyi yerinə yetirmir, əldə etdiyi, pullarını ödədiyi mənzilləri onun adına rəsmiləşdirilməsinə getmir. Nəticədə onun konstitusiyada təsbit edilmiş mülkiyyət hüququ pozulur. Mənzilləri təmir etdirmiş, orada yaşayır və kommunal xidmətlərə görə haqqları ödəyir. Mənzillər adına rəsmiləşdirilmədiyindən onlara dair sərəncam vermək hüququ pozulur. Daşınmaz Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etdikdə ona bildirmişlər ki, əldə etdiyi mənzillər üzrə müqavilələr MMC ilə bağlandığından ilkin olaraq mənzillər MMCnin mülkiyyətinə keçməli, daha sonra isə notariat müqaviləsi əsasında onun adına çıxarış verilə bilər. Lakin cavabdeh bu hərəkətləri etməkdən yayınır. Beləliklə də onun daşınmaz əmlaka mülkiyyət hüququnun həyata keçirməsinə əngəl törədir. Daha sonra, iddiaçının nümayəndəsi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə təqdim edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən ünvan 2 ünvanda “E2” blokunda, 15ci mərtəbədə yerləşən 48 saylı mənzillərin onun adına sənədləşdirilməsi, o cümlədən mülkiyyət hüququnun qeydiyyata alınması üçün lazım olan mənzillərin (və yaxud mənzillərlə bağlı) bütün sənədlərinin ona təhvil verilməsi, müqavilələrin notariat qaydasında təsdiqlənməsi üçün müvafiq hərəkətlərin edilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsn izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan icraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında xx.xx.2019cu il tarixdə GMPE1-48/2019 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi 89, 23 mərtəbəli 2 bloklu bina, “E1” bloku 19-cu mərtəbə, 48 №-li mənzilində yerləşməklə razılaşma qiyməti ümumi dəyəri 414561 manat ümumi satış sahəsi 218.19 kv.m, 1 ədəd 4 otaqdan ibarət olan mənzilin sifarişçinin istifadəsinə verilməsi haqqında bağlanmışdır. Həmin müqavilənin 3.1.2-ci bəndində göstərilmişdir ki, icraçı tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini sifarişçiyə təhvil verilməsini öz öhdəsinə götürür. İş materiallarında olan həmin müqaviləyə “Sifarişçinin öhdəliyi” adlanan 2 saylı Əlavədən görünür ki, sifarişçi alacağı yaşayış sahəsinin vahid dəyəri razılaşdıqları ümumi dəyəri 414561 manat olaraq tam və nəğd şəkildə sifarşçinin tam ödəniş qrafikinə əsasən ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan icraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında xx.xx.2015ci il tarixdə GMPE2-36/2015 saylı müqavilənin surətindən grünür ki, həmin müqavilə Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi 89, 23 mərtəbəli 2 bloklu bina, “E2” bloku 15-ci mərtəbə, 36 №-li mənzilində yerləşməklə razılaşma qiyməti ümumi dəyəri 185000 manat ümumi satış sahəsi 152.14 kv.m, 1 ədəd 3 otaqdan ibarət olan mənzilin sifarişçinin istifadəsinə verilməsi haqqında bağlanmışdır. Həmin müqavilənin 3.1.2-ci bəndində göstərilmişdir ki, icraçı tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini sifarişçiyə təhvil verilməsini öz öhdəsinə götürür. İş materiallarında olan həmin müqaviləyə “Sifarişçinin öhdəliyi” adlanan 2 saylı Əlavədən görünür ki, sifarişçi ümumilikdı dəyəri 185000 manat olaraq tam ödəniş qrafikinə əsasən ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixdə verilmiş maliyyə arayışının surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən yaşayış binasında E2 bloku 15-ci mərtəbə, ümumi sahəsi 152.14 kv.m olan 36 №-li mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun mənzilə görə müqavilə üzrə borcu qalmamışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə verilmiş maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanlarda yerləşənyaşayış binasında “E1” bloku, 19-cu mərtəbədə yerləşən, ümumi sahəsi 218.19 kv.m olan 48№-li mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun mənzilə görə müqavilə üzrə borcu qalmamışdır. İş materiallarında olan İddiaçı nümayəndəsinin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, MMC-dən müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi təqdirdə hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət etməli olmasını bildirmişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə 400 manat, xx.xx.2017-ci il tarixdə 400 manat, xx.xx.2018-ci il tarixdə 243.36 manat, xx.xx.2018-ci il tarixdə 365.04 manat, xx.xx.2017-ci il tarixdə 400+400 manat, xx.xx.2018ci il tarixdə 800 manat, xx.xx.2018-ci il tarixdə 121.68 manat, xx.xx.2018-ci il tarixdə 121.68 manat, xx.xx.2018-ci il tarixdə 400 manat, xx.xx.2016-cı il 400 manat, xx.xx.2016cı il tarixdə 800 manat, xx.xx.2016-cı il tarixdə 91.26 manat, xx.xx.2018-ci il tarixdə 243.36 manat, xx.xx.2017-ci il tarixdə 349.11 manat, xx.xx.2017-ci il tarixdə 349.10 manat, xx.xx.2016-cı il tarixdə 420 manat, xx.xx.2017-ci il tarixdə 280 manat, xx.xx.2016-cı il tarixdə 655.28 manat, xx.xx.2017-ci il tarixdə 365.13 manat, xx.xx.2017-ci il tarixdə 420 manat, xx.xx.2016-cı il tarixə 690.58 manat, xx.xx.2017-ci il tarixdə 420 manat, xx.xx.2017-ci il tarixdə 340.59 manat, xx.xx.2018-ci il tarixdə 365.13 manat, xx.xx.2017-ci il tarixdə 227.06 manat, xx.xx.2018-ci il tarixdə 560 manat, xx.xx.2018-ci il tarixdə 227.06 manat, xx.xx.2017-ci il tarixdə 227.05 manat, xx.xx.2017-ci il tarixdə 280 manat, xx.xx.2017-ci il tarixdə 280 manat, xx.xx.2017-ci il tarixdə 280 manat, xx.xx.2017-ci il tarixdə 243.42 manat, xx.xx.2017-ci il tarixdə 227.06 manat, xx.xx.2017-ci il tarixdə 243.43 manat, xx.xx.2017-ci il tarixə 487.74 manat ödənişlər etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə iddiaçı tərəfindən bütün öhdəliklər yerinə yetirilsə də, Cavabdeh MMC iddiaçı tərəfindən alınan mənzillərə dair mülkiyyət hüququnun qeydiyyata alınması üçün lazım olan sənədlər təhvil verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cü maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddiada qeyd olunan mənzillər üzərində hüquqlarını dövlət qeydiyyatına ala bilmədiyi üçün müqavilələrin notarial qaydada təsdiq edilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ünvan 5 ünvanda E2 blokunda 15-ci mərtəbədə yerləşən 36 saylı və E1 blokunda 19-cu mərtəbədə yerləşən 48 saylı mənzillər üzrə müqavilə öhdəliklərini tam olaraq yerinə yetirdiyindən, onun cavabdehə qarşı öhdəliyin icra edilməsi barədə tələbi tam əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sora MPM) 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-nin üzərinə ünvan 5 ünvanda E2 blokunda 15-ci mərtəbədə yerləşən 36 saylı və E1 blokunda 19-cu mərtəbədə yerləşən 48 saylı mənzillərin İddiaçı adına sənədləşdirilməsi, həmin mənzillərlə bağlı mülkiyyət hüququnun qeydiyyata alınması üçün lazım olan sənədlərin təhvil verilməsi və müqavilələrin notarial qaydada təsdiq edilməsi üçün müvafiq hərəkətlərin edilməsi vəzifəsi qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-nin üzərinə ünvan 6 ünvanda E2 blokunda 15-ci mərtəbədə yerləşən 36 saylı və E1 blokunda 19-cu mərtəbədə yerləşən 48 saylı mənzillərin İddiaçı adına sənədləşdirilməsi, həmin mənzillərlə bağlı mülkiyyət hüququnun qeydiyyata alınması üçün lazım olan sənədlərin təhvil verilməsi və müqavilələrin notarial qaydada təsdiq edilməsi üçün müvafiq hərəkətlərin edilməsi vəzifəsi qoyulsun. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-1221/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1221/2023
28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver