Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1339/2023 06.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən məhsul qaytarılmasından sonra qalan borc üçün 510 (beş yüz on) manat ödənilməmiş hissə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, cavabdeh məhsul qaytarılmasından sonra qalan borc almış və nəticədə 510 (beş yüz on) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 510 (beş yüz on) manat (yəni 3 ay x 170 manat + 0 manat ilkin ödəniş) məhsul qaytarılmasından sonra qalan borc üçün ümumilikdə 510 (beş yüz on) manat borcu yaranmışdır. Cavabdehin ödəniş etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı ilə cavabdeh arasında bağlanılmış ilə xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı ilə cavabdeh arasında olan telefon danışığı, həmçinin iddiaçı tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçının tələbinin əsaslılığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh ərizə təqdim edərək, iddia tələbi ilə razı olmadığını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, həmin məhsulu geri qaytarmış və məhsula görə 1000 manat ödəniş etmişdir. Əlavə pul ödəməyə imkanı olmadığını, məhsulu götürərkən kredit mütəxəssisi tərəfindən saxtakarlığa yol verildiyini, narazılığını bildirdikdə isə ödəniş etdikdən sonra düzəldiləcəyini, lakin düzəldilmədiyindən ödəniş etməyi dayandırdığını və məhsulu geri qaytardığını əlavə etmişdir. Məhsulun bazar dəyəri 2000-2100 manat olduğu halda onu 1600 manat məbləğində dəyərləndirərək geri qəbul etmiş və ikinci əldən satmışlar. Buna görə iddiaçıya heç bir ziyan dəyməmişdir. Göstərilənlərə əsasən, işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib bildirdi ki, müqavilə üzrə aldığı məhsula görə 3 ay ödəniş etdikdən sonra aşkar etmişdir ki, həmin müqavilədə 900 manat əlavə faiz məbləği qeyd olunub. Ona görə də məhsulu 6-7 ay istifadə etdikdən sonra iddiaçıya qaytarmış və heç bir təzyiq göstərilmədən qalıq borcun olmasına dair müqaviləyə imza çəkmişdir. Lakin hazırda həmin borcu ödəməyə imkanı yoxdur və hesab edir ki, iddiaçıya həmin məhsula görə ziyan dəyməyib. Qeyd etdiklərinə əsasən, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilədən və ona əlavədən görünür ki, Cavabdeh “məhsul qaytarılmasından sonra qalan borc” olan 510 manat məbləğində pulu İddiaçı MMC-yə hissə-hissə hər ay 170 manat olmaqla 3 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, bu akt müştəri Cavabdeh xx.xx.2021-ci il tarixli, **********5 saylı müqavilə əsasında İddiaçı MMC-dən nisyə şəkildə əldə etdiyi “iPhone12 Pro” markalı telefonun qiymətləndirilməsi ilə bağlı tərtib edilmişdir. Məhsulun dəyəri – 1600 manat, cihazın müştəri tərəfindən istifadə olunma müddəti - 9 ay, əmtəə görünüşü karkasda vinelin ləkələri, cızıqlar, dinamiklərdə toz. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022ci il tarixli xəbərdarlıqdan görünür ki, ona müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan 27 yanvar 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 510 (beş yüz on) manat məbləğində borcu vardır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 (otuz) manat məbləğində rüsum ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, **********5 saylı müqavilə əsasında cavabdeh nisyə şəkildə əldə etdiyi “iPhone12 Pro” markalı telefonu iddiaçıya qaytarmışdır. Məhsul 1600 manat dəyərində qiymətləndirilmiş, cavabdehin məhsulun qaytarılmasından sonra qalan 510 manat məbləğində borcunu 3 ay müddətində 170 manat ödəməsi barədə müqavilə bağlanmışdır. Lakin cavabdeh həmin müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və buna görə də iddiaçıya borcu yaranmışdır. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış borcun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh isə iddianı qəbul etmir və borcu ödəməyə imkanı olmadığını qeyd edir. İddia tələbinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh öhdəliklərini pozmuşdur. Məhkəmə tərəfindən cavabdehin hərəkətləri mülki qanunvericiliyin normaları baxımından öhdəliyin pozulması kimi qiymətləndirilir, buna görə də məhkəmə hesab edir ki, cavabdeh hərəkətsizliyinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalıdır. Məhkəmə cavabdehin iddiaçıya ziyan dəymədiyi əsası ilə borcu ödəmək istəməməsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırmaları dövründə aralarında olan müqaviləyə cavabdehin özü tərəfindən, heç bir təzyiq altında qalmadan imza çəkildiyi, yəni cavabdehin iradəsinin sərbəst ifadə etməsi öz təsdiqini tapmışdır. Buna görə də iddiaçı hazırki tələbində haqlıdır və tələb təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 510 (beş yüz on) manat ödənilməmiş məbləğ alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 510 (beş yüz on) manat ödənilməmiş məbləğin və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-1339/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1339/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver