Məhkəmə qərarları › İş №e-2(006)-1349/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1349/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1349/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 1989.2 manat ödənilməmiş hissə, 596.76 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 1549 manat ödənilməmiş hissə, 464.7 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, 1257 manat ödənilməmiş hissə 377.1 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 105.9 manat ödənilməmiş hissə, 31.77 manat dəbbə; ümumilikdə 6371.43 manat borc, 83.72 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanan xx.xx.2024-cü il, xx.xx.2024 -cü il, xx.xx.2024 -cü il, xx.xx.2024 -cü il tarixli müqavilələrə əsasən, TOSHİBA LED TV, VALETTA - YUMSAQ - KUNC SAG UZUN divan, PS5 DUALSENSE oyun pultu, PLAYSTATİON 5, PS5 MORTAL KOMBAT oyun diskailmış və nəticədə 6371.43 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3020.06 manat olan TOSHİBALED TV üçün ümumilikdə, 2585.96 manat olmaqla ondan, 1989.2 ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 596.76 manat dəbbə. xx.xx.2024-cü il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1860 manat olan VALETTA YUMSAQ KUNC SAG UZUN divaünçün ümumilikdə, 2013.70 manat olmaqla ondan, 1549 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 464.7 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1796.94 manat olan PS5 DUALSENSE oyun pultu, PLAYSTATİONü5çün ümumilikdə, 1634.10 manat olmaqla ondan, 1257 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 377.1 manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 243.96 manat olan PS5 MORTAL KOMBAT oyun diski üçün ümumilikdə, 137.67 manat olmaqla ondan, 105.9 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31.77 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2019.86 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 09482980 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən Toshiba Led 75C Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 166.67 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 02998192 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən Valettayumşaq-künc sağ uzun mebel Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 77.5 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 09414450 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən Playstation 5 Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 99.83 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 01871791 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən PS5 mortal kombat1 Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 20.33 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli 09482980 saylı müqavilə üzrə 1989.2 manat ödənilməmiş hissə, 596.76 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli 02998192 saylı müqavilə üzrə 1549 manat ödənilməmiş hissə, 464.7 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli 09414450 saylı müqavilə üzrə 1257 manat ödənilməmiş hissə, 377.1 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli 01871791 saylı müqavilə üzrə 105.9 manat ödənilməmiş hissə, 31.77 manat dəbbə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən məişət əşyaları almış və alğı-satqı müqaviləsi üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, müqavilələr üzrə ödənilməyən əsas borcların cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1989.2 manat məbləğində əsas borca münasibətdə 596.76 manat dəbbə (cərimə), xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1549 manat məbləğində əsas borca münasibətdə 464.7 manat dəbbə (cərimə), xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1257 manat məbləğində əsas borca münasibətdə 377.1 manat dəbbə (cərimə), xx.xx.2024-cü il tarixli müqavilə üzrə 105.9 manat məbləğində əsas borca münasibətdə 31.77 manat dəbbə (cərimə) borcunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 100 manat, xx.xx.2024-cü il tarixli 02998192 saylı müqavilə üzrə 40 manat, xx.xx.2024-cü il tarixli 09414450 saylı müqavilə üzrə 30 manat, xx.xx.2024-cü il tarixli 01871791 saylı müqavilə üzrə 10 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu tərəflərə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 70.81 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 12.91 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 09482980 saylı müqavilə üzrə 1989.2 manat əsas, 100 manat cərimə, xx.xx.2024-cü il tarixli 02998192 saylı müqavilə üzrə 1549 manat əsas, 40 manat cərimə, xx.xx.2024-cü il tarixli 09414450 saylı müqavilə üzrə 1257 manat əsas, 30 manat cərimə, xx.xx.2024-cü il tarixli 01871791 saylı müqavilə üzrə 105.9 manat əsas, 10 manat cərimə və dövlət rüsumuna görə ödənilmiş 70.81 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 83.72 manatın qalan 12.91 manatı iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-38, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 09482980 saylı müqavilə üzrə 1989.2 manat əsas, 100 manat cərimə, xx.xx.2024-cü il tarixli 02998192 saylı müqavilə üzrə 1549 manat əsas, 40 manat cərimə, xx.xx.2024-cü il tarixli 09414450 saylı müqavilə üzrə 1257 manat əsas, 30 manat cərimə, xx.xx.2024-cü il tarixli 01871791 saylı müqavilə üzrə 105.9 manat əsas, 10 manat cərimə cəmi 5081.1 manat və dövlət rüsumuna görə ödənilmiş 70.81 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 83.72 manatın qalan 12.91 manat iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar