Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1425/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı elektrik enerjisi sərfiyyatına görə **********10007 nömrəli abonent kodunda 2001-2002-ci illər üzrə 1168,93 manat və “Barmek borcu” 415,62 manat olmaqla ümumilikdə 1584,55 manat borcun silinməsi, ödənilmiş 36 manat dövlət rüsumunun və məhkəmədə ixtisaslı hüquqi yardım göstərilməsi üçün vəkilli qurumuna ödənilmiş 320 manat pulun cavabdeh "xxxx" ASC-dən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdam rayonundan məcburi köçkün ailəsi olaraq 1993-cü ildən Bakı şəhərinin və respublikanın digər rayonlarında, 2000-ci ildə isə inşasına başladığı və 2003-cü ildə tikintisini başa çatdırdığı ünvan 1 ünvanındakı evdə məskunlaşaraq yaşayırlar və həmin vaxtdan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən elektrik enerjisindən istifadəyə görə ilkin olaraq atası X2, sonradan isə onun adına **********10007 abonent kodu verilmişdir. Ağdam rayonundan məcburi köçkün olması və ünvan 2 ünvanında məskunlaşaraq yaşamaları Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən onun adına verilmiş seriya AA №426350 nömrəli X7 ilə təsdiq edilir. Həmin vaxtda valideyinlərinə və sonradan ailə üzvlərinə, həyat yoldaşına və uşaqlarına da X7 verilimişdir. Sonradan, 2015ci ildə atası X4 və 2018-ci ildə anası X3 vəfat etmişdir. Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən Məcburi Köçkün ailəsi olaraq kommunal ödənişləri dövlət tərəfindən ödənilmişdir. Müəyyən vaxtdan başlayaraq yaşadıqları ev mülkiyyət hüququ ilə atasının adına qeydiyyata alındıqdan sonra qəbul edilmiş müvafiq qərara əsasən məcburi köçkün kimi dövlət tərəfindən kommunal xərclərin ödənilməsi dayandırılmış, elektrik enerjisi sərfiyyatına görə ödəniş özü tərəfindən həyata keçirilmişdir. Atası vəfat etdikdən sonra qeyd edilən ünvandakı (yeni qaydalarla AZ 1076 ünvan 3) ev onun mülkiyyətinə keçmişdir və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən onun adına xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. 2024-cü il dekabr ayının 3-də sayğac göstəricisi üzrə və elektrik sərfiyyatına görə "xxxx" ASC-yə müvafiq abonent kodu üzrə ödəniş etmişdir və ona verilən bildirişdə “borcunuz yoxdur” göstərilmişdir. Ancaq sonradan ona məlum olmuşdur ki, kod üzrə adına olan abunə haqqında hesabatda 2001- 2002-ci illər üzrə 1168,93 manat və “Barmek borcu” 415,62 manat olmaqla ümumilikdə 1584,55 manat borc vardır. Məsələ ilə bağlı cavabdehin “ASAN Kommunal” Xidmətinə müraciət edərək abunə hesabatından təsdiq edilmiş çıxarış almış və həmin çıxarışda da qeyd edilən borc öz əksini tapmışdır. Borcun əsassız olduğunu bildirərək silinməsini xahiş etsə də, həmin xidmətdən ona borcun ancaq məhkəmə qərarı əsasında silinməsinin mümkün olması bildirilmişdir. Qeyd edilməsi zəruridir ki, həmin Abunə Haqqında “ASAN Kommunal” dan verilmiş çıxarışda xx.xx.2017-ci il tarixli qeyd mövcuddur və həmin qeyddə xx.xx.2016-cı il tarixə qaçqın borcunun silinməsi göstərilmişdir. Əgər həqiqətən də borc var idisə dəfələrlə dövlət tərəfindən həyata keçirilmiş kommunal borcların silinməsi tədbirində həmin borc "xxxx" tərəfindən silinməli olsa da silinməmişdir. Elektrik enerjisindən istifadəyə görə münasibətlər müqavilə öhdəlikləri üzrə yarandığından həmin öhdəliklər üzrə tələb etmə müddəti 3 il müəyyən edilmişdir. Eyni zamanda elektrik enerjisindən istifadəyə görə öhdəliklərə aid olduğundan həmin öhdəliklər üzrə də iddia müddəti 3 ildir. Cavabdeh "xxxx" ASC isə onun elektrik enerjisindən istifadəyə görə 2001-2002-ci illər üçün olan borcu ödəməli olduğunu bildirirlər. Həmçinin əsassız tələbə görə məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 36 manat dövlət rüsumu və ixtisaslı hüquqi yardım göstərilməsi üçün vəkillik qurumuna ödənilmiş 320 manat cavabdeh "xxxx"ASC-dən tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbini etiraf etməyərək qeyd etdi ki, hal-hazırda iddiaçının 2001-2002-ci illər üzrə 1169.93 manat və Barmek borcu 415.62 manat olmaqla ümumilikdə 1584.55 manat "xxxx" ASC-yə borcu vardır. Bu köhnə dondurulmuş borcdur. Bu borc 2015-ci il tarixə qədər yəni "xxxx" ASC-nin zamanında olmuşdur. Həmin borc yalnız evin mülkiyyətçisi dəyişəndə və ya abonent kodu addan ada keçiriləndə tələb olunur. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May ev 01, mənzil 07 ünvanına **********10007 saylı abunə koduna 1168.93 manat və 415.62 manat borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May ev 01, mənzil 07 ünvanına **********10007 saylı abonent kodu üzrə hesablanmış borc vaxtı keçmiş borcudur. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, məcburi köçkünlərə mənzil-kommunal xidmətlərindən və telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir. Həmin maddənin əvvəlki, 15 noyabr 2001-ci il tarixli redaksiyasında məcburi köçkünlərin mənzil, kommunal xidmətlər (su təchizatı, qaz, elektrik enerjisi və s.) və telefondan istifadə (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) haqqını ödəməkdən azad olması göstərilmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir cavabdeh qurum tərəfindən iddiaçıya məxsus ünvana hesablanmış borc məbləği 2001-2002-ci illər üzrə dövrü əhatə etməklə vaxtı keçmiş borcdur. Belə ki, iddiaçı və onun ailəsi Ağdam rayonundan məcburi köçkün olmaqla “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanuna əsasən həmçinin mənzil-kommunal sahəsi üzrə müəyyən imtiyazlara malik olan şəxs kateqoriyasına aid edilmişlər. Sonradan yaşadıqları evə mülkiyyət hüququ əldə etdikdə imtiyazlar ləğv edilmiş, istehlak etdikləri elektrik enerjisinə müvafiq ödənişlər aparmışlar. İş materialları ilə müəyyən edilir ki, iddiaçı yaşadığı evə dair xx.xx.2022-ci il tarixdə mülkiyyət sənədi əldə etmişdir. İddiaçının ona məxsus olmayan borca görə istehlakçı hüquqları pozulmuşdur. Odur ki, 2001-2002-ci illər üzrə 1168,93 manat və “Barmek borcu” 415,62 manat olmaqla ümumilikdə 1584,55 manat borc silinməlidir Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməlidir. Məhkəmə iddia tələbinin hüquqi xidmətlərə görə ödənilmiş 320 manatın cavbadehdən tutularaq ona ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunmaqla, hüquqi xidmətdən istifadə edilməsi onun öz iradəsi olduğundan həmin məsrəf onun özünə aid edilməlidir. Beləlklə məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən ünvan 4 ünvanına (abunə kodu **********10007) əsassız hesablanmış 1168,93 manat və “Barmek borcu” 415,62 manat borc silinməli, "xxxx" ASC-dən ödənilmiş dövlət rüsumuna görə 36 manat alınaraq İddiaçı ödənilmlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən ünvan 4 ünvanına (abunə kodu **********10007) əsassız hesablanmış 1168,93 manat və “Barmek borcu” 415,62 manat borc silinsin. "xxxx" ASC-dən ödənilmiş dövlət rüsumuna görə 36 manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-1425/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1425/2025
11.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver