Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1428/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 150 manat zərər məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 14:51 radələrində Bakı şəhəri, H.Seydizadə küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Mercedes-Benz E200” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Mercedes-Benz E280” markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə sonuncuya maddi zərər dəymişdir. “Mercedes-Benz E200” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. xx.xx.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, zərərin məbləği olaraq 150 manat iddiaçı tərəfindən zərərçəkmiş şəxs X1 hesabına ödənilmişdir. Nəsimi rayon DYPŞ tərəfindən xx.xx.2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və onun əsasında xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Nəsimi rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli YNHnin təfərrüatları barədə arayışından və xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, Əhmədov X2 Xətalar Məcəlləsinin 327.1-ci və 327.6 maddələri ilə təqsirli bilinmişdir. Əvvəl keçirilmiş məhkəmə iclasında Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müracət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2019-cu il tarixli PXA ********** nömrəli Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus "Mercedes-Benz E200" markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçı tərəfindən icbari sığorta növü ilə sığortalanmışdır. AP seriyalı, ******* saylı İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə, saat 14:51 radələrində idarə etdiyi "Mercedes-Benz E200" markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, H.Seydizadə küçəsində sağ cərgədən sola manevr edərkən özündən solda düzünə hərəkətdə olan “Mercedes-Benz E280” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerini tərk etmiş, nəticədə İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələrinin tələblərini pozmuşdur. TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Əhmədov X2 Xətalar Məcəlləsinin 327.6-cı, 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2020-ci il tarixli Qüsur aktından görünür ki, “Mercedes-Benz E280” markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 150 manat məbləğində müəyyənləşdirilmişdir. PXA66303 saylı Sığorta aktından görünür ki, “Mercedes-Benz E280” markalı, **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobilə 150 manat məbləğində zərər dəymişdir. Cari hesabdan çıxarışdan və təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən “Mercedes-Benz E280” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 150 manat məbləğində sığorta ödənişi zərəçəkmişin sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə tədqiqatı müəyyən olundu ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə, saat 14:51 radələrində idarə etdiyi "Mercedes-Benz E200" markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, H.Seydizadə küçəsində sağ cərgədən sola manevr edərkən özündən solda düzünə hərəkətdə olan “Mercedes-Benz E280” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerini tərk etmiş və nəticədə həmin avtomobilə maddi zərər dəymişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı, 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməklə TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar qəbul olunmuşdur. İddiaçı tərəfindən “Mercedes-Benz E280” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 150 manat məbləğində sığorta ödənişi zərəçəkmişin sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödənilmişdir. Yuxarıda göstərilən normaların tələblərindən göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir ki, hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur. Belə ki, "Mercedes-Benz E200" markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh təqsirli hərəkətləri nəticəsində (hadisə yerindən yayınma) digər şəxslərə məxsus avtomobillərə zərər dəymiş, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 327.6-cı, 327.1-ci maddələrinə uyğun olaraq cərimə edilmiş və iddiaçı avtomobilə dəymiş zərəri ödəyərək, Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdehdur ki, bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı zərəçəkmişə ödənilmiş pul vəsaitinin subroqasiya qaydasında Cavabdeh tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 150 manat zərər məbləği və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-1428/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1428/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver