Məhkəmə qərarları › İş №e-2(006)-149/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-149/2025

30.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-149/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Cavabdeh5 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, X1, Cavabdeh3 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, X1, Cavabdeh3 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, iddia ərizəsinin iş materialları ilə birlikdə geri qaytarılması xahiş edilmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, iddia ərizəsinin hüquqlarını müdafiə etdiyi Cavabdeh2 münasibətdə baxılmadan geri qaytarılmasına etiraz etmədikləri bildirilmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə ərizəni nəzərə alıb, məhkəmə iclasının Cavabdeh2 (eləcə də onun nümayəndəsi və vəkilinin) iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh5 nümayəndəsi və vəkilinin məhkəməyə ünvanlamış olduğu vəsatəti müdafiə etdiyini bildirdi və əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsini xahiş etdi. İddiaçıya və digər cavabdehlər Cavabdeh7, Cavabdeh4, Cavabdeh1, Cavabdeh6, X1 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar göstərilən tarixdə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırlıq iclasını qeyd edilən şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh5 izahatını dinləyib, ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş hallarda şəxsin valideynlik hüquqlarından məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması üçün, dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin işin məhkəmə baxışına hazırlanması zamanı ərizənin qaytarılması qaydasını müəyyən edən 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 14 saylı Qərarının 5.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə qeyd edir ki, iddia tələbi ilə müraciət edən şəxs "xxxx" MMC-dir. İddiaçı "xxxx" MMC Cavabdeh2 və digər şəxsləri cavabdeh qismində cəlb edib, daşınmaz əmlakın əvəzləşdirilməsini və sair tələb etmişdir. Tələb hüququnun iddiaçıya məxsus olmasına baxmayaraq, hazırda iddaçı irəli sürmüş olduğu tələbə baxılmamasını və təqdim etdiyi sənədlərin qaytarılmasını xahiş edir. Göründüyü kimi, mülki iş hazırlıq mərhələsindədir. Prosessual qanunvericiliklə məhkəmə icraatının hazırlıq dövründə iddiaçıya təkcə irəli sürmüş olduğu tələbi müdafiə etmək deyil, eyni zamanda ərizəsininın geri qaytarılmasını tələb etmək imkanı da tanınmışdır. Hazırlıq icraatını baxış mərhələsindən fəqrləndirən əsas xüsusiyyət isə ondan ibarətdir ki, iddiaçı ərizəsinin qaytarılmasını tələb etdiyi zaman cavabdehin razılığının alınması tələb olunmur. Bu səbəbdən iddiaçının vermiş olduğu tələbi müdafiə etmədiyi halda, cavabdehlərdən Cavabdeh5 əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi, yəni bir növ məhkəmə icraatının davam etdirilməsi tələbi təmin edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması xahiş edildiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, X1, Cavabdeh3 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı "xxxx" MMC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar