Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1542/2023 10.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-yə qarşı “öhdəliklərin yerinə yetirilməsi və əldən çıxmış gəlirin ödənilməsi” tələbinə dair ilkin iddiası, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “öhdəliklərin yerinə yetirilməsi və pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-yə qarşı “öhdəliklərin yerinə yetirilməsi və əldən çıxmış gəlirin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 6-cı blokunun 5-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin satılmasına dair bağlanmış xx.xx.2020-ci il tarixli S601 saylı müqavilə üzrə Cavabdeh MMC-nin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsi; müqavilənin 2.1.1-cü bəndində göstərilən işləri görməklə, qaz, su, elektrik təchizatını təmin etməklə binada yaşayış üçün zərurəti olan bütün şəraiti yaratmaqla ona təhvil verilməsi; mənzilin təmiri işlərinə başlamağa icazə verilməsinin cavabdehə həvalə edilməsi; 7200 manat (12*600) əldən çıxmış gəlirin və 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə xx.xx.2020-ci il tarixli, S601 saylı mənzil alqı-satqısına dair satış müqaviləsi imzalanmışdır. xx.xx.2020-ci il tarixli, S601 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçəsinin kəsisməşində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 6-cı blokunun 5-ci mərtəbəsində 21 saylı mənzilin (ümumi sahəsi 72.7 kv.m. olan) hər kv.m. dəyəri 1300 manat olmaqla, ümumi dəyəri 94 510 manat məbləğ tərəfimdən ödənilmişdir. xx.xx.2020-ci il tarixli, S601 saylı müqavilənin 2.1.1-ci bəndinə əsasən “Satıcı” həmin bənddə göstərilən tikinti-quraşdırma işlərini layihə sənədlərinə müvafiq olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq edilmiş tikinti norma və qaydalarına qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə yerinə yetirməklə "xxxx"ya təhvil verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilənin 3.3-cü bəndində göstərilir ki, “Satıcı” müqavilənin 2.1-ci bəndində göstərilən tikinti quraşdırma işlərini 24 (iyirmi dörd) ay ərzində tamamlayıb "xxxx"ya təhvil verir. Lakin cavabdeh şəxs müqavilə üzrə öhdəliklərini icra etməmiş, müqavilə şərtlərini kobud pozaraq bugünə kimi ona məxsus olan mənzil ona müqavilə şərtlərinə uyğun şəkildə təhvil verilməmişdir. Bağlanmış müqavilənin 6.2 bəndində qeyd olunur ki, bu müqavilə üzrə tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisələr danışıqlar vasitəsi ilə mümkün olmadıqda Azərbayan Respublikasında qüvvədə olan qanunvericiliklə tənzimlənir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə hər iki tərəf üçün hüquq və vəzifələr yaranmışdır. Belə ki, o, müqavilə şərtlərinə uyğun ödənişi ödəməyi, Cavabdeh MMC isə mənzili alıcıya təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə müddət müəyyən edilsə də, cavabdeh tikinti şirkəti həmin müddətdə mənzili ona təhvil verməmişdir. Lakin işin faktiki hallarından görünür ki, Cavabdeh MMC öz üzərinə götürdüyü öhdəliyi icra etməmiş, müqavilə bağlanmasından 3 il müddət keçməsinə baxmayaraq, iddiaçıya məxsus mənzili ona təhvil verməmişdir. Bu səbəbdən hesab edir ki, onunla cavabdeh arasında Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçəsinin kəsisməşində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 6-cı blokunun 5-ci mərtəbəsində 21 saylı mənzilin satılmasına dair xx.xx.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh MMC-nin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməyin, müqavilənin 2.1.1-ci bəndində göstərilən işləri görməyin, qaz, su, elektrik təchizatını təmin etməklə binada yaşayış üçün zərurəti olan bütün şəraitlərin yaradılmasının, mənzilin ona təhvil verilməsinin, mənzilin təmiri işlərinə başlamağa icazə verilməsinin cavabdehə həvalə edilməlidir. Bu səbəbdən hesab edir ki, həmin ərazidə mənzil kirayə haqqı 600 manat civarındadır. Əgər o, ən azı 12 ay həmin mənzili kirayə vermiş olsaydı, 7200 manat gəlir əldə edərdi. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “öhdəliklərin yerinə yetirilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCnin Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr-ti ilə Ə.Əliyev küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 6-cı blokunun 5-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin satılmasına dair bağlanmış 06 mart 2020-ci il tarixli S601 saylı müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdehin üzərinə götürdüyü (işıq sayğacı, qaz sayğacı, qazın dedektor ilə klapanları və su sayğaclarının quraşdırılması, peyk antenasının quraşdırılması, telefon çəkilişi məbləğini) 2000 manatın, MMC-nin vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 800 manat xərcin və qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 40 manat dövlət rüsumunun İddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək. "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr-ti ilə Ə.Əliyev küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 6-cı blokunun 5-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin satılmasına dair bağlanmış 06 mart 2020-ci il tarixli S601 saylı müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi, müqavilənin 2.1.1 -ci bəndində göstərilən işləri görməklə, qaz, su, elektrik təchizatını təmin etməklə binada yaşayış üçün zəruri olan bütün şəraiti yaratmaqla ona təhvil verilməsi, mənzilin təmir işlərinə başlamağa icazə verilməsinin cavabdehə həvalə edilməsi, 7200 (yeddi min iki yüz) manat əldən çıxmış gəlirin və 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ilkin iddia tələbi tam qanunsuz və əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, ilk iddia üzrə İddiaçı ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Nərimanov rayonu, H. Əliyev pr-ti ilə Ə. Əliyev küçələrinin kəsişməsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 6-cı blokunun 5-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin satılmasına dair bağlanmış 06 mart 2020-ci il tarixli S601 saylı müqavilənin 2.2.2-ci bəndindən görünür ki, İddiaçı mənzilin təmirinə başlayanda işıq sayğacı, qaz sayğacı, qazın dedektor ilə klapanları, su sayğaclarının, peyk antenasnın quraşdırılması, telefon çəkilişi üçün 2000 manatın ödənilməsini üzərinə götürmüşdür. Müqavilənin 3.7-ci bəndinə əsasən mənzil daxilində təmir işləri ("xxxx"nın öz üzərinə düşür. Bütün sayğaclar dəyəri və onların quraşdırılma xərci (qaz, elektrik və su sistemin Sayğacları) "xxxx" tərəfindən ödənilir. Müqavilə öhdəlikləri MMC tərəfindən yerinə yetirilərək mənzil cavabdehə təhvil verilsə də, cavabdeh müqavilənin 2.2.2-ci və 3.7-ci bəndində göstərilən öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri MMC qarşısında üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, MMC-yə etməli olduğu ödənişləri vaxtında və lazımı qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Hesab edir ki, cavabdeh öhədliklərini yerinə yetirmədiyindən “NGM GROUP" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr-ti ilə Ə.Əliyev küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 6-cı blokunun 5-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin satılmasına dair bağlanmış 06 mart 2020-ci il tarixli S601 saylı müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdehin üzərinə götürdüyü (İşıq sayğacı, qaz sayğacı, qazın dedektor ilə klapanları və su sayğaclarının quraşdırılması, peyk antenasnın quraşdırılması, telefon çəkilişi məbləğini) 2000 manat İddiaçı 'NGM GROUP' MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh İddiaçı öhdəliyini yerinə yetirmək əvəzinə üstəgəl məhkəmədə MMC-yə qarşı iddia qaldırmışdır ki, guya MMC öhdəliklərini yerinə yetmir, həmçinin mənzili kirayə versə idi, 7200 manat gəlir əldə edərdi. Belə ki, müqavilənin 3.6-ci bəndinə əsasən "xxxx" mənzilin dəyərini tam ödəmədiyi halda mənzildə təmir işləri apara bilməz. İş materiallarına əlavə edilmiş ödəniş sənədlərindən müəyyən olunur ki, alıcı tərəfindən ödənişlər 06 mart 2023-cü il tarixdə tam olaraq yekunlaşmışdır. Alıcı ödənişləri tam etmədən mənzildə təmir işlərini yerinə yetirməyəcəyi barədə öhədlik götürdüyü halda, iddia tələbində mənzilin kirayə verə bilmədiyini göstərmişdir. Müqavilənin 2.1.1-ci bəndinə əsasən MMC aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə sənədlərinə müvafiq olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə yerinə yetirilmiş vəziyyətdə “Alıcfya təhvil verməyi öz öhdəsinə götürür. Binanın karkası və bütün hörgü işləri; Binanın fasadının layihədə razılaşdırılmış qaydada yerinə yetirilməsi; Binanın xaricində bütün suvaq işləri; Mənzilə qədər elektrik, su, telefon, antena xəttinin mənzilin giriş qapısına qədər çəkilməsi; Binanın fasadındakı plastik pəncərə və eyvan qapılarının qoyulması; Mənzillərin ümumi qapılarının (metal-plastik) və qıfılların qoyulması, axıtmaya qarşı yoxlanılması; Arakəsmələrin hörülməsi; Yanğın söndürməyə qarşı su xəttinin və kranların quraşdırılması; Bir ədəd sərnişin lifti və bir ədəd yük lifti ilə təmini; Texniki və içməli su anbarının tikilməsi; Nasos stansiyalarının quraşdırılması; Abadlıq işləri; Göründüyü kimi, MMC öz üzərinə götürdüyü işləri tam olaraq yerinə yetirmişdir. Bu hal məhkəmə tərəfindən mənzilə baxış təyin edilməklə də müəyyən oluna bilər. Bu səbəbdən də, ilkin iddia tələbi rədd edilməlidir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Qələndər qızı və Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq, iclasın onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, hər iki iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya qaydasında məktubdan görünür ki, ilkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehdən mənzili müqavilədə qeyd olunmuş vəziyyətdə 10 gün ərzində ona təhvil verməsini xahiş etmişdir. - S601 nömrəli, xx.xx.2020-ci il tarixli Satış müqaviləsinin 1.1-ci bəndindən görünür ki, “Satıcı” (Cavabdeh MMC) Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 6-cı blokundan (bundan sonra “yaşayış binası”) 21 saylı, ümumi sahəsi 72.7 m2 olan mənzili hər m2-in dəyəri 1300.00 manat hesablanmaqla "xxxx"nın (İddiaçı) mülkiyyətinə verir. "xxxx" isə mənzilin ümumi dəyərinin 94 510 manatın bir hissəsini yəni 30 000 manatı bu müqavilə ilə müəyyən olunmuş qaydada “Satıcı”ya ilkin ödəniş kimi ödəyir. Qalıq məbləği isə yəni 64 510 manatı 36 ay ərzində ödəyəcək. - Qeyd olunan müqavilənin 2.2.2-ci bəndinə əsasən işıq sayğacı, qaz sayğacı, qazın dedektor ilə klapanları və su sayğaclarının quraşdırılması, peyk antenasının quraşdırılması, telefon çəkilişi məbləğini "xxxx" öz hesabına ödəyir, yəni mənzilin təmirinə başlayanda 2000 manat ödəyir. - “Satıcı” müqavilənin 2.1. bəndində göstərilən tikinti-quraşdırma işlərini 24 ay ərzində tamamlayıb "xxxx"ya təhvil verir. - Qeyd olunan müqavilənin 2.1.1-ci bəndinə əsasən “Satıcı” binanın karkası və bütün hörgü işləri, binanın fasadının layihədə razılaşdırılmış qaydada yerinə yetirilməsi, binanın xaricində bütün suvaq işləri, mənzilə qədər elektrik, su, telefon, antena xəttinin mənzilin giriş qapısına qədər çəkilməsi, binanın fasadındakı plastik pəncərə və eyvan qapılarının qoyulması, mənzillərin ümumi qapılarının (metal-plastik) və qıfılların qoyulması, axıtmaya qarşı yoxlanılması, arakəsmələrin hörülməsi; yanğın söndürməyə qarşı su xəttinin və kranların quraşdırılması, bir ədəd sərnişin lifti və bir ədəd yük lifti ilə təmini, texniki və içməli su anbarının tikilməsi, nasos stansiyalarının quraşdırılması, abadlıq işlərini layihə sənədlərinə müvafiq olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə yerinə yetirilmiş vəziyyətdə "xxxx"ya təhvil verməyi öhdəsinə götürür. - Qeyd olunan müqavilənin 3.7-ci bəndindən görünür ki, mənzil daxilində təmir işləri "xxxx"nın öz üzərinə düşür. Bütün sayğaclar dəyəri və onların quraşdırılma xərci (qaz, elektrik və su sisteminin Sayğacları) "xxxx" tərəfindən ödənilir. - Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən S601 saylı, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 30 000 manat məbləğində ilkin ödəniş ödənilmişdir. - Ödəniş qəbzindən (**********) görünür ki, ilkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - BD3 saylı, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı hüquqi yardım üçün 800 manat ödəmişdir. - Ödəniş qəbzindən (**********) görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 430-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Mülki Məcəllənin 441-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə Cavabdeh MMC S601 nömrəli, xx.xx.2020-ci il tarixli Satış müqaviləsinin 2.1.1-ci bəndinə əsasən binanın karkası və bütün hörgü işləri, binanın fasadının layihədə razılaşdırılmış qaydada yerinə yetirilməsi, binanın xaricində bütün suvaq işləri, mənzilə qədər elektrik, su, telefon, antena xəttinin mənzilin giriş qapısına qədər çəkilməsi, binanın fasadındakı plastik pəncərə və eyvan qapılarının qoyulması, mənzillərin ümumi qapılarının (metal-plastik) və qıfılların qoyulması, axıtmaya qarşı yoxlanılması, arakəsmələrin hörülməsi; yanğın söndürməyə qarşı su xəttinin və kranların quraşdırılması, bir ədəd sərnişin lifti və bir ədəd yük lifti ilə təmini, texniki və içməli su anbarının tikilməsi, nasos stansiyalarının quraşdırılması, abadlıq işlərini layihə sənədlərinə müvafiq olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə yerinə yetirilmiş vəziyyətdə "xxxx"ya təhvil verməyi öhdəsinə götürdüyündən ilkin iddia bu hissədə təmin edilməlidir. Lakin qeyd olunmalıdır ki, ilkin iddia üzrə iddiaçı tərəfindən mənzilin kirayə verilməsi halında aylıq 600 manat olmaqla, 12 ay üçün cəmi 7200 manat qazanc əldə ediləcəyi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən ilkin iddia bu hissədə təmin edilə bilməz. Məhkəmə, həmçinin, qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı S601 nömrəli, xx.xx.2020-ci il tarixli Satış müqaviləsinin 2.2.2-ci bəndinə əsasən işıq sayğacı, qaz sayğacı, qazın dedektor ilə klapanları və su sayğaclarının quraşdırılması, peyk antenasının quraşdırılması, telefon çəkilişi məbləğini öz hesabına ödəməsi, yəni mənzilin təmirinə başlayanda 2000 manat ödəməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən qarşılıqlı iddia bu hissədə təmin edilməlidir. Həmçinin hüquqi yardımın göstərilməsi ilə bağlı məhkəmə hesab edir ki, qarşılıqlı iddia bu hissədə qismən təmin edilərək, 500 manat olaraq ağlabatan məbləğdə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutulmalıdır. Həmçinin ilkin iddia üzrə ödənilmiş 100 manat məbləğində, qarşılıqlı iddia üzrə ödənilmiş 40 manat məbləğində rüsum tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 6-cı blokunun 5-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin satılmasına dair bağlanmış xx.xx.2020-ci il tarixli S601 saylı müqavilə üzrə Cavabdeh MMC üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, müqavilənin 2.1.1-ci bəndində göstərilən işləri görməklə, qaz, su, elektrik təchizatını təmin etməklə binada yaşayış üçün zərurəti olan bütün şəraiti yaratmaqla İddiaçı təhvil verilməli, mənzilin təmiri işlərinə başlamağa icazə verilməsi cavabdehə həvalə edilməlidir, ilkin iddia qalan hissədə rədd edilməlidir. Qarşılıqlı iddia qismən təmin edilməli, Cavabdeh MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr-ti ilə Ə.Əliyev küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 6-cı blokunun 5-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin satılmasına dair bağlanmış 06 mart 2020-ci il tarixli S601 saylı müqavilənin 2.2.2-ci bəndinə əsasən İddiaçı üzərinə götürdüyü (işıq sayğacı, qaz sayğacı, qazın dedektor ilə klapanları və su sayğaclarının quraşdırılması, peyk antenasının quraşdırılması, telefon çəkilişi məbləği) 2000 manat, MMC-nin vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 manat xərc İddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Həmçinin ilkin iddia üzrə ödənilmiş 100 manat məbləğində, qarşılıqlı iddia üzrə ödənilmiş 40 manat məbləğində rüsum tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 6-cı blokunun 5-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin satılmasına dair bağlanmış xx.xx.2020-ci il tarixli S601 saylı müqavilə üzrə Cavabdeh MMC üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək, müqavilənin 2.1.1-ci bəndində göstərilən işləri görməklə, qaz, su, elektrik təchizatını təmin etməklə binada yaşayış üçün zərurəti olan bütün şəraiti yaratmaqla İddiaçı təhvil verilsin. Mənzilin təmiri işlərinə başlamağa icazə verilməsi cavabdehə həvalə edilsin. İlkin iddia qalan hissədə rədd edilməlidir. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr-ti ilə Ə.Əliyev küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 6-cı blokunun 5-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin satılmasına dair bağlanmış 06 mart 2020-ci il tarixli S601 saylı müqavilənin 2.2.2-ci bəndinə əsasən İddiaçı üzərinə götürdüyü (işıq sayğacı, qaz sayğacı, qazın dedektor ilə klapanları və su sayğaclarının quraşdırılması, peyk antenasının quraşdırılması, telefon çəkilişi məbləği) 2000 manat, MMC-nin vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 manat xərc İddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulsun. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Həmçinin ilkin iddia üzrə ödənilmiş 100 manat məbləğində, qarşılıqlı iddia üzrə ödənilmiş 40 manat məbləğində rüsum tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-1542/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1542/2023
10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver