Məhkəmə qərarları › İş №e-2(006)-1550/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1550/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1550/2024 26.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus **-BB-*** DQN, Porsche Taycan 4S markalı avtomobilə dair aralarında “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə İ-MİC-4232/22 saylı sığorta müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixində öz şəxsi avtomobili ilə Sabunçu rayonu ərazisində evinə gedərkən birdən avtomobildən səs gəldiyini eşitdi, lakin həmin səsə əhəmiyyət vermədi, çünki nəqliyyat vasitəsi olduğu kimi getməkdə davam edirdi və iddiaçı hər hansı problemlə qarşılaşmadı. Sonradan gəlib evə çatanda hər ehtimala qarşı avtomobili dövrə vuraraq yoxladı. Zahiri görünüşdə hər hansı dəyişikliyin olmadığından əmin olduqdan sonra evə girdi. Lakin, səhəri günü nəqliyyat vasitəsini işə salarkən ekran monitorda mənası ona məlum olmayan işıqlı işarənin olduğunu gördü. 2 gün boyunca həmin işığın monitordan getmədiyini gördükdən sonra nəqliyyat vasitəsini servisə aparmaq və orada bu işarənin mənasını araşdırmaq qərarına gəldi. Beləliklə, servisə həmin işarəyə baxdıqdan sonra servis işçiləri ona bildirdilər ki, bu batareyanın zədələnməsini bildirən işarədir. Belə olduqda avtomoilin alt hissəsinə baxış keçirilməsi məqsədə müvafiq hesab olundu. Beləliklə, baxışdan sonra məlum olmuşdur ki, nəqliyyat vasitəsinin batareyası zədələnib və dərhal dəyişilməlidir. İddiaçı bu zədənin hansı şəraitdə baş verməsini sorğuladıqda zədəyə baxış keçirən usta ona bildirdi ki, bu küt əşyanın təsirinədn törənə mexaniki zədə ilə bağlıdır. Bu zaman o, dünənki tarixdə avtomobildə eşitdiyi həmin səsi xatırladı. Olanlar və zədənin xarakterini təhlil etdikdən sonra belə qənaətə gəldilər ki, nəqliyyat vasitəsi hərəkətdə olan zaman hansısa küt əşya maşının altına keçərək orada batareyanı zədələyib. Hadisə ilə bağlı "xxxx" ASC-yə müraciət etdi və cavabdehin əməkdaşları tərəfindən əlaqədar tədbirlər-tərəfindən izahatların verilməsi və s. görüldü. Daha sonra sığorta şirkəti ona tərəfindən bildirildi ki, baş vermiş hadisə sığorta hadisəsi deyildir, ona görə də ona sığorta ödənişi ödənə bilməz. Həmin bu mövqe ona xx.xx.2023-cü il tarixli 7039C saylı yazılı rəsmi cavab məktubu ilə ünvanlandı. Məktubun məzmunu ilə tanış olduqda orada AR Mülki Məcəllənin 935.1.1-ci və 935.1.8-ci maddələrinə istinad etməklə baş vermiş hadisəni sığorta hadisəsi kimi qiymətləndirmədiyinə və bu səbəblə də ona imtina cavabının verildiyini qeyd edilmişdir. Həmin məktuba qoşma şəklində Sabunçu RPİtərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış da əlavə edilmişdir ki, arayışın məzmununda N 51, 52, 53 TŞ-09-064 saylı kameralarıa baxıldığı, lakin hadisədən bir neçə gün sonra məlumat verilməsi səbəbilə video görüntülərin olmaması səbəbilə hadisənin təfərrüatlarını incələmək mümkün olmadığı qeyd edilmişdir. Hesab edirlər ki, imtina məktubuna Sabunçu RPİ-nin “hadisə barədə kamera görüntlərinin aşkarlanmaması”na dair məktubun əlavə edilməsi heç də o demək deyildir ki, sığorta hadisəsi baş verməmiş və bunun nəticəsində avtomobili zərər görməmişdir. Halbuki, sözügedən hadisədən sonra tərəfindən xx.xx.2023-cü il tarixində nəqliyyat vasitəsini "xxxx" MMC-nin servis mərkəzinə aparaq müayinə etdirdi. Müayinə nəticəsində ona xx.xx.2023-cü il tarixində müvafiq akt verilmiş və həmin aktda qeyd edilmişdir ki, Nəqliyyat vasitəsinin xarici müayinəsi zamanı onun alt hissəsində batareyasının yerləşdiyi nahiyədə zədə aşkarlanmışdır. Həmin zədənin kənar küt əşyanın yüksək sürətlə zədə alan hissəyə çırpılmasından yaranması qeyd edilmişdir. Beləliklə, bu müayinə aktı ilə bir daha təsdiq edilir ki, zədə həqiqətən mövcud olmuş və həqiqətən də zədənin yaranmasında kənar alət təsiri olmuşdur. Bu isə o deməkdir ki, sığorta hadisəsinin mövcud olması istisna edilmir. Hesab edir ki, sırf kamera görüntüləri olmaması səbəbilə ona müvafiq imtinanın verilməsini qanuni və əsaslı hesab etmir. Belə ki, hadisənin baş verdiyi ərazinin TŞ kameralarının əhatə dairəsindən kənarda qalması səbəbi ilə hadisənin görüntülərinin olmaması da məntiqlidir. Lakin hadisənin videogörüntülərinin olmaması həmin hadisənin baş vermədiyini və lazımi qaydada araşdırılmamasına dəlalət edə bilməz. Bundan əlavə, hadisənin onun tərəfindən törədilməsinə istinad edən sübutların olmadığı halda, həmin hadisə sığorta hadisəsi hesab olunmalı və ona müvafiq sığorta ödənişi verilməli idi. Ona təqdim edilən “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta şəhadətnaməsi” nə əsasən müvafiq sığorta təminatı – nəqliyyat vasitəsinin məhv olması və zədələnməsinə sığorta təminatı verilmiş və qeyd edilən sığorta risklərinin siyahısında atılmış və düşmüş əşya qeyd edilmişdir. Beləliklə, tərəfindən ən son çıxış yolu kimi müvafiq pretenziya məktubunu cavabdeh şirkətə göndərdi. Lakin, həmin məktub da öz nəticəsini verməmişdir. Halbuki, belə hesab edir ki, nə qədər ki, baş vermiş hadisə ilə əlaqədar qeyd edilənlərə dair əks hallar sübuta yetirilməmişdir, ona “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə İ-MİC-4232/22 saylı sığorta müqaviləsinə görə müvafiq ödəniş həyata keçirilməli idi. Sığorta normativlərinə görə əgər əmlaka dəyən ziyan əmlakın dəyərinin 65-70% ini keçirsə, bu əmlakın tam məhvi kimi götürülür. Nəzərə alınsa ki, sözügedən avtomobil elektrik mühərriki ilə işləyən avtomobildir, bu zaman aydın məsələdir ki, onun batareyası əsas və ən bahalı ehtiyyat hissəsi hesab olunur. Belə ki, Porsche markasının Azərbaycan Respublikası üzrə rəsmi təmsilçisi və servis xidmətçisi olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Qüsur Aktına əsasən həmin avtomobilin batereyasının dəyəri 140.375 AZN təşkil edirdi ki, bu ehtiyyat hissəsinin dəyişilməyindənsə, avtomobilin bütünlüklə satışını həyata keçirmək sığortaya daha sərf edən çıxış yolu idi. Ona görə də sığorta tərəfindən iddiaçıya belə bir təklif irəli sürüldü ki, iddia avtomobilin satışını həyata keçirsin və ya bu satış sığortanın özü tərəfindən həyata keçirilsin və avtomobilin dəyərini təşkil edən 202 000 AZN dəyərindən həmin ehtiyyat hissəsinin dəyəriçıxılmaqla yerdə qalan məbləğin sığorta tərəfindən ödənişi həyata keçirilsin. Beləliklə, "xxxx" ASC bu yolla iddiaçını aldadaraq onu arxayın salır və sonda belə bir hiylə işlədir ki, bu hadisə ümumiyyətlə sığorta hadisəsi hesab edilirmir, o əsasla ki, hadisə kamera görüntüsünə düşməyib. Beləliklə, sığorta tərəfindən iddiaçı aldadılmaya məruz qalmışdır. Göstərilənlərə əsasən, **-BB-*** DQN, Porsche Taycan 4S markalı avtomobilə dair tərəflər arasında bağlanmış İ-MİC-4232/22 saylı“Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” müqaviləsi üzrə müvafiq sığorta ödənişinin cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, **-BB-*** DQN, Porsche Taycan 4S markalı avtomobilə dair tərəflər arasında bağlanmış İ-MİC-4232/22 saylı “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” müqaviləsi üzrə 83.600 manat məbləğində olan sığorta ödənişinin cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı kasko qaviləsi üzrə sığorta ödənişinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair mülki iş vardır. Həmin iş üzrə iddiaçı tərəf olaraq məhkəmənin nəzərinə çatdırılır ki, tərəflər arasında imzalanmış ilk müqavilə üzrə kasko növündə olan sığorta predmetini təşkil edən nəqliyyat vasitəsinin dəyəri 202.000 AZN həcmində qiymətləndirilmiş, uzatma, ikinci sığorta müqaviləsinə əsasən isə avtomobilin artıq 1 il ərzində istifadə edilməsini nəzərə alaraq 183.600 AZN dəyərində qiymətləndirilməsi keçirilmişdir. 03 noyabr 2023-cü il tarixində baş vermiş sığorta hadisəsinə əsasən nəqliyyat vasitəsində olan nasazlığa münasibətdə iddiaçı onun 100.000 AZN məbləğində satılmasına məcburən razı olmuşdur. Belə olan halda iddiaçının hazırda cavabdehdən tələbi yerdə qalan məbləğin sığorta tərəfindən qarşılanaraq ona ödənilməsi ilə əlaqədardır. Belə ki, 183.600 AZN dəyəri olan nəqliyyat vasitəsinin 100.000 AZN dəyərində satılmasını nəzərə alaraq hazırda iddiaçının tələbi 83.600 AZN-ə münasibətdədir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsinin sığorta müqaviləsinin vaxtının bitməsi ilə əlaqədar yeni müqaviləsini bağlanması təklifi ilə iddiaçıya müraciət edir. xx.xx.2023-cü il tarixdə iddiaçı cavabdehin nümayəndəsinə avtomobilin müxtəlif istiqamətlərdən foto şəkillərini göndərir. Həmin foto şəkillərdən birbaşa görünür ki, avtomobildə nasazlığın olması ilə bağlı işarə artıq mövcuddur. xx.xx.2023-cü il tarixdə hadisə baş verir. Lakin iddiaçı bunun fərqinə varmır. Həmin günün gecəsi iddiaçı avtomobili enerji yığması ilə bağlı aparata qoşur. Həmin aparatdan etdikləri çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 03:00-dan 16:00adək avtomobil həmin qurğuya qoşulu vəziyyətdə olub. Saat 17:41-də isə iddiaçı avtomobilin şəkillərini artıq cavabdehin nümayəndəsinə göndərir. Bu zaman da avtomobildə qüsur olmasını bildirən işarə artıq mövcud olur. Bunlar sübut edir ki, xx.xx.2023-cü il tarixdə iddiaçı avtomobili idarə etməyib. Bundan başqa, xx.xx.2024-cü il tarixdə iddiaçı bütün gün Sumqayıt şəhərində olur. Bununla bağlı da sübut təqdim etmişlər. Sumqayıt yolunda isə həmin avtomobilin idarə edilməsi mümkünsüzdür. Həmçinin, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi və yol polisindən əldə etdiyini bildirdiyi, güya iddiaçının xx.xx.2023-cü il tarixdə gecə saatlarında avtomobili idarə etməsini əks etdirən fotoşəkilləri isə qəbul etmirlər və onların mötəbərliyinə şübhə edirlər. Belə ki, qarşı tərəf həmin şəkillərin yol polisindən əldə etməsini bildirsə də, bununla bağlı müşayiət məktubu və polisə verilmiş sorğu məhkəməyə təqdim edilməyib. Həmin fotəşəkilləri isə mekaniki yolla düzəltmək və onun üzərində düzəlişlər etmək mümkündür. Hansı ki, iddiaçı məhkəməyə göstərmək üçün həmin fotoşəkillər üzərində düzəlişlər etmişdir. Həmin düzəlişlər isə cavabdehin təqdim etdiyi şəkillərdən fərqlənmir. Bu hesab edir ki, məhkəmədə həmin sübutların mötəbərliyinə şübhə yaratmalıdır. Həmçinin, onu da qeyd edir ki, məhkəmə tərəfindən yol polisinə verilmiş sorğuya gələn cavabda qeyd edilir ki, həmin görüntülər idarədə saxlanılmamışdır. Belə olan halda qarşı tərəfin həmin fotoşəkilləri hansı yol polis idarəsindən əldə etməsi də məlum deyildir. Həmçinin, qarşı tərəf ümumiyyətlə məsələnin həll edilməsi və araşdırılmasında heç vaxt maraqlı olmayıb və bunun üçün cəhd göstərməyib. Hadisə baş verən zaman cavabdeh deyil, məhz iddiaçı tərəfindən yol polisinə müraciət olunub və hadisənin hansı zəmində baş verməsi ilə bağlı görüntülərin təqdim edilməsi xahiş olunub. Cavabdeh bunun üçün cəhd belə etməyib. Belə olan halda, sonradan cavabdehin sorğu ilə polisi idarəsində müraciət etməsi və sənədlər əldə etməsi inandırıcı səslənmir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında qeyd etmişdir ki, sığorta ödənişinin ödənilməsi üçün iki mühüm məsələyə baxılır ki, bunlardan biri təminatın müddəti, digər isə hadisənin baş vermə şəraitidir. Bu hallardan asılı olaraq ya sığorta ödənişi edilir, ya da bundan imtina edilir. Hazırki mübahisəli hadisə ilə əlaqədar onlara 06 noyabr 2023-cü il tarizdə məlumat verilmişdir. Bundan sonra onların şirkətinin əməkdaşları iddiaçı ilə birlikdə onun hadisənin baş verməsini iddia etdiyi əraziyə baxış keçirmişlər. Daha sonra hadisənin necə baş verməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə iddiaçının izahatı alınmış, həmçinin hadisənin yolda baş verməsi iddia edildiyinə görə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə də sorğu ilə müraciət edilmişdir. Bütün sənədlərin təhlili onlarda hadisənin həqiqətən baş verməsi ilə bağlı şübhələr yaratmışdır. Bunun nəticəsi olaraq xx.xx.2023-cü il tarixdə iddiaçının ikinci dəfə izahatı alınmışdır. Hər iki izahatı təhlil etdikdə isə onların bir-birinə zidd olduğunu müəyyən edilmişdir. Hazırki iddia ərizəsində isə tamam fərqli hallara istinad etmişdir. Bundan başqa, polis idarəsinə ünvanlanmış sorğulara verilmiş cavabdan bəlli olur ki, iddaçının iddia etdiyi vaxtda və yerdə avtomobilə ziyan dəyməsi ilə bağlı heç bir hal müəyyən olunmamışdır. Yəni, hadisənin baş verməsi də öz təsdiqini tapmamışdır. Qanunvericiliyin tələbinə əsasən sığorta ödənişinin ödənilməsi üçün səlahiyyətlə dövlət orqanının hadisənin baş verməsi ilə bağlı sənədi mütləq şəkildə olmalıdır. Göründüyü kimi bu şərt də hazırki stiuasiyada ödənilməmişdir. Əksinə tərəflərindən polis idarəsindən əldə edilən fotoşəkillərə baxılan zaman görmək olur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə gecə saatlarında xx.xx.2023-cü il tarixdə hadisə nəticəsində ziyan dəyməsi bildirilən avtomobillə şəhərin müxtəlif istiqamətlərində hərəkətdə olmuşdur. Bütün bunlar özü göstərir ki, hadisə xx.xx.2023-cü il tarixdə deyil, sonrakı günlərdə baş vermişdir. Odur ki, iddia tələbi tam əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq iddiaçının nümayəndəsi və vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, hadisə barəsində məlumat aldıqdan sonra şirkətin əməkdaşları iddiaçı ilə avtomobilə baxış keçirilmiş, iddiaçının izahatları alınmış, müvafiq dövlət orqanlarına sorğu ilə mücaiət olunmuş və s. Təqdim etdikləri sənədlərlə tanış olduqda, iddiaçının izahatlarında ziddiyyət olduğu görünür. 7.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 8.Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 9.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçıya məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı, Porsche Taycan 4S markalı avtomobil “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə İ-MİC-4232/22 saylı sığorta müqaviləsi əsasında cavabdeh "xxxx" ASC-də sığortalanmışdır. İddiaçı xx.xx.2023cü il tarixdə avtomobilini idarə edərkən avtomobildən səs gəldiyini eşitmiş, bundan sonra xx.xx.2023-cü il tarixdə avtomobilin servisdə baxışı zamanı müəyyən edilmişdir ki, avtomobildə zədə yarandığı və zədənin mexaniki xarakterinə görə əzilmiş zahiri əlamətlərə malik olduğundan onun kənar küt əşyanın yüksək sürətlə zədə alan hissəyə çırpılmasından yaranması ehtimalı vardır. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə sığorta ödənişi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının iddia etdiyi hadisənin baş verməsi faktı müəyyən edilmədiyi üçün iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Hazırda iddiaçı sığorta ödənişinin cavabdeh "xxxx" ASCdən tutularaq ona ödənilməsini tələb edir, cavabdeh isə iddia tələbi ilə razı deyildir. b) Mülki işin materialları: 10.Mülki işin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, **-BB-*** dövlət qeydiyyat nişanlı, Porsche Taycan 4S markalı avtomobilə dəyən ziyanın məbləği cəmi 127.542 manat məbləğində qiymətləndirilmişdir. 11.Mülki işin materiallarında olan Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı, Porsche Taycan 4S markalı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. Sığorta müddəti xx.xx.2022-ci il saat 00:00-dan xx.xx.2023-cü il saat 23:59-a kimi təyin edilmişdir. 12.Mülki işin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən 10 noyabr 2023-cü il tarixli Aktdan görünür ki, **-BB-*** dövlət qeydiyyat nişanlı, Porsche Taycan 4S markalı avtomobil xx.xx.2023-cü il tarixində Porsche Servisə daxil olmuşdur. Nəqliyyat vasitəsinin daxili (elektronik priborların) və xarici müayinəsi həyata keçirilmişdir. Nəqliyyat vasitəsinin xarici müayinəsi zamanı alt hissəsində batareya yerləşən hissədə zədə aşkarlanmışdır. Zədə mexaniki xarakterinə görə əzilmiş zahiri əlamətlərə malik olduğundan onun kənar küt əşyanın yüksək sürətlə zədə alan hissəyə çırpılmasından yaranması ehtimal olunur. 13.Mülki işin materiallarında olan "xxxx" ASC-yə İddiaçı tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə İ-MİC-4232/22 saylı sığorta müqaviləsinə müvafiq olaraq 5 iş günü ərzində qanunla nəzərdə tutulmuş sığorta ödənişinin ödənilməsinin həyata keçirilməsini, əks halda aidiyyatı üzrə müvafiq məhkəməyə müraciət ediləcəyi barədə iddiaçı tərəfindən cavabdeh xəbərdar edilmişdir. 14.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanan 12 dekabr 2023-cü il tarixli, 7039/C nömrəli imtina məktubundan görünür ki, yazaraq bildirmişdir ki, onunla "xxxx" ASC arasında ** BB *** dövlət qeydiyyat nişanlı, Porsche Taycan 4S markalı avtomobilin sığortalanması üçün “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə İ-MİC-4232/22 saylı sığorta müqaviləsi bağlanmışdır. 06 noyabr 2023-cü il tarixində K.Aydın şirkətə müraciət edərək həmin avtomobilin 03 noyabr 2023-cü il tarixində baş vermiş hadisə nəticəsində zərər çəkdiyini bildirmişdir. Müraciət dərhal tərəflərindən qeydiyyata alınmış və yuxarıda qeyd olunan hadisə ilə əlaqədar tərəflərindən Bakı şəhər Sabunçu RPİ-уэ sorğu məktubu ünvanlanmışdır. Sorğulara cavab olaraq bildirilmişdir ki, yuxanda qeyd olunan avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı N 51, 52, 53TŞ-09- 064 saylı kameralara baxılmış və hadisə baş verməsindən bir neçə gün sonra məlumat verildiyi üçün videogörüntülər nəticəsində hadisənin təfərrüatları və hadisəni müəyyən etmək mümkün olmamışdır. Baş vermiş hadisəni müəyyən etmək mümkün olmadığından Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.1-ci və 935.1.8-ci maddələrinə əsasən "xxxx" ASC-nin 03 noyabr 2023-cü il tarixində baş vermiş hadisə ilə əlaqədar ortaya çıxmış zərərə görə məsuliyyəti yaranmır. ‘Paşa Sığorta” ASC belə qəzaların təkrar olunmamasını arzu edir və gələcəkdə baş verə biləcək sığorta hadisələri ilə əlaqədar ortaya çıxacaq zərərlərin aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə təminat verir. 15.Mülki işin materiallarında olan Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən verilən 08 dekabr 2023-cü il tarixli Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq İddiaçı xx.xx.2023-cü il tarixli müraciətinə əsasən tərəflərindən N 51, 52, 53 TŞ-09-064 saylı kameralara baxılmışdır. Hadisə baş verməsindən bir neçə gün sonra məlumat verildiyi üçün videogörüntülər nəticəsində hadisənin təfərrüatlarını və hadisəni müəyyən etmək mümkün olmamışdır. 16.Mülki işin materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanan xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli izahatlardan görünür ki, K.Aydının iddia etdiyi hadisə barədə izahatı alınmışdır. 17.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2024-cü il tarixli mülahizədən görünür ki, xx.xx.2022-ci il tarixində "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış İ-MİC-4232/22 nömrəli sığorta müqaviləsinə əsasən ** BB *** dövlət qeydiyyat nişanlı Porsche Taycan 4S markalı avtonəqliyyat vasitəsi “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” üzrə sığortalanmışdır. Həmin müqavilə üzrə sığorta müddətini “xx.xx.2022 00:00-xx.xx.2023 23:59” aralığı təşkil edirdi. xx.xx.2023-cü il tarixində İddiaçı "xxxx" ASC-yə müraciət edərək xx.xx.2023-cü il tarixli hadisə nəticəsində avtonəqliyyat vasitəsinin zərərə məruz qaldığını bildirmişdir. Müştərinin müraciəti dərhal qeydiyyata alınmış, sığorta araşdırmasına başlanılmışdır. Sığorta araşdırması çərçivəsində İddiaçı hadisənin təfərrüatlarına dair yazılı izahat (xx.xx.2023-cü il tarixində) alınmış və İddiaçı müşayiəti ilə hadisənin iddia olunan baş vermə yerinə baxış keçirilmişdir. Eyni zamanda iddia olunan hadisə üzrə səlahiyyətli dövlət orqanı - Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə yazılı sorğu ünvanlanmışdır. Sabunçu rayon Polis İdarəsindən sorğuya cavab gəlməmiş sığorta araşdırma nəticəsində əldə olunmuş məlumatların kompleks təhlili iddia olunan hadisənin baş vermə yerinə, tarixinə, şəraitinə, eyni zamanda mümkünlüyünə dair əsaslı şübhələr yaratmışdır. Bu səbəbdən İddiaçı ikinci dəfə yazılı izahat (xx.xx.2023-cü il tarixində) alınmışdır. Birinci və ikinci izahatların bir-birinə tamamilə zidd olması şübhələri bir daha təsdiq etmişdir. Bunun davamı olaraq Sabunçu rayon Polis İdarəsindən arayış daxil olmuşdur. Sözügedən xx.xx.2023-cü il tarixli 3-xx-xx-2723 nömrəli arayışda dövlət yol polisi tərəfindən İddiaçı müraciətinə əsasən aidiyyəti kameralara baxıldığı, lakin hadisənin təfərrüatlarını və ümumiyyətlə hadisəni müəyyən etməyin mümkün olmadığı öz təsbitini tapmışdır. Yəni qanunvericiliyin tələbi nəzərə alınaraq hadisə barədə zamanlı məlumat verilmədiyinə görə nə sığortaçı, nə də ki, səlahiyyətli dövlət orqanı iddia olunan hadisənin baş verib-vermədiyini, əgər baş veribsə, hansı şəraitdə baş verdiyini müəyyənləşdirə bilməmişdir. Hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından tam məhrum olduğuna görə və sığorta hadisəsinin baş verməsi faktı öz təsdiqini tapmadığına görə xx.xx.2023-cü il tarixli 7039/C nömrəli məktubla İddiaçı sığorta ödənişinin verilməsindən imtina qərar bildirilmişdir. Hal-hazırki situasiyada isə İddiaçı xx.xx.2024-cü il tarixli iddia ərizəsi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli izahatları ilə qarşılıqlı surətdə təhlil etdikdə uyğunsuzluqları, ziddiyyətləri açıq-aşkar başa düşmək mümkündür Bununla yanaşı iddiaçının iddia ərizəsində işin faktiki hallarını belə öz xeyrinə qəsdən təhrif etdiyi görünür. İddiaçı “Əfəndilər’' MMC-nin təqdim etdiyi Aktın məzmununu təhrif edərək iddia ərizəsində qeyd edir: “Müayinə nəticəsində mənə xx.xx.2023-cü il tarixində müvafiq akt verilmiş və həmin aktda qeyd edilmişdir ki, nəqliyyat vasitəsinin xarici müayinəsi zamanı onun alt hissəsində batareyasının yerləşdiyi nahiyədə zədə aşkarlanmışdır. Həmin zədənin kənar küt əşyanın yüksək sürətlə zədə alan hissəyə çırpılmasından yaranması qeyd edilmişdir.” Halbuki, bilavasitə Aktın məzmunu ilə tanış olduqda görmək mümkündür ki, “Həmin zədənin kənar küt əşyanın yüksək sürətlə zədə alan hissəyə çırpılmasından yaranması” deyil, “Həmin zədənin kənar küt əşyanın yüksək sürətlə zədə alan hissəyə çırpılmasından yaranmasının ehtimal olunduğu" qeyd olunmuşdur. İddiaçı səlahiyyətli dövlət orqanının-Sabunçu rayon Polis İdarəsinin təqdim etdiyi Arayışın məzmununu iddia ərizəsində təhrif edərək qeyd edir:Həmin məktuba qoşma şəklində Sabunçu RPİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış əlavə edilmişdir ki, arayışın məzmununda N 51, 52, 53 TŞ-09-064 saylı kameralara baxıldığı, hadisədən bir neçə gün sonra məlumat verilməsi səbəbilə videogörüntülərin olmaması hadisənin təfərrüatlarını incələmək mümkün olmadığı qeyd edilmişdir.” Halbuki, bilavasitə Arayışın məzmunu ilə tanış olduqda görmək mümkündür ki, “lakin hadisədən bir neçə gün sonra məlumat verilməsi səbəbilə videogörüntülərin olmaması səbəbilə hadisənin larim incələmək mümkün olmadığı” deyil, “Hadisə baş verməsindən bir neçə gün sonra verildiyi üçün videogörüntülər nəticəsində hadisənin təfərrüatlarını və hadisəni müəyyən etmək mümkün olmamışdır” qeyd olunmuşdur. Göründüyü kimi cavabdeh "xxxx" ASC qanunvericilik və müqavilə üzrə bütün vəzifələrini, öhdəliklərini tam və düzgün yerinə yetirmiş, xx.xx.2023-cü il tarixli 7039/C nömrəli sığorta ödənişinin verilməsindən imtina etməyə tam haqlı olmuşdur. Bunun əksinə İddiaçı qanunvericilik və müqavilə üzrə vəzifələrini yerinə yetirməməklə kifayətlənməmiş, sığorta hadisəsi hesab olunmayan iddia olunan hadisəni hər vasitə ilə, hətta yanlış məlumatlar verməklə “sığorta hadisəsi” kateqoriyasına aid etməyə çalışmışdır. Qevd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı bu iddiası tamamilə rədd olunmalıdır. 18.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2024-cü il tarixli mülahizədən görünür ki, İddiaçı iddia olunan hadisəyə və iddia olunan baş vermə tarixinə dair verdiyi məlumatların yanlış olduğunu xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli izahatlarının, eyni zamanda xx.xx.2024-cü il tarixli iddia ərizəsinin bir-birinə uyğunsuz olduğu, bir-birinə zidd ilə göstərmişdilər. İddiaçı yanlış məlumatlar verdiyi digər sübutlarla da öz təsdiqini tapır. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixli izahatında "Ayın 3-ü hadisə baş verdikdən sonra yaşayış məntəqəsinə çatmışam və heç kim tərəfindən idarə olunmayıb" qeyd etmişdir. Sığorta araşdırması çərçivəsində səlahiyyətli dövlət orqanı - dövlət yol polisindən əldə olunan MMX görüntülərinə əsasən məlum olmuşdur ki, İddiaçı "xxxx" ASCyə ilə yalan məlumat vermiş, əslində xx.xx.2023-cü il tarixində də sözügedən avtonəqliyyat vasitəsi müxtəlif istiqamətlərdə hərəkətdə olmuşdur: “xx.xx.2023 02:59:18 H.Əliyev prospekti Ask Arena yaxınlığı X3 Limanı ist əsas yol xx.xx.2023 03:05:01 Sabunçu Rayonu Zabrat qəs. Socar YDM qarşısı Zabrat qəs ist, xx.xx.2023 03:05:46 Zabrat qəsəbəsi Babək küç-24, xx.xx.2023 03:07:36 Şəhər Şosesi Zabrat xx.xx.2023 03:09:49 Zabrat-Kürdəxanı şossesi (Luxoil YDM) Kürdəxanı ist, xx.xx.2023 03:15:03 Sabunçu- Zabrat-Pirşağı yolu Kürdəxanı qəsəbəsi Əjdər Məlikov küçəsi (Zeytun market yaxınlığı) Pirşağı ist, xx.xx.2023 03:18:00 Bilgəh-Nardaran-Pirşağı yolu 13.5-ci km Bilgəh ist, 03:19:14 Bilgəh-Nardaran-Pirşağı yolu 11.5-ci km Pirşağı ist”. İddiaçı iddia etdiyi xx.xx.2023-cü il tarixli hadisədən sonra xx.xx.2023-cü il tarixində şəhərin ən müxtəlif istiqamətlərində hərəkətini rahatlıqla necə davam etdirə bilmişdir? İ-MİC-422/22 saylı sığorta şəhadətnaməsi üzrə sığorta müddətinin xx.xx.2023 23:59 tarixində başa çatdığını nəzərə alınsa, iddiaçının iddia olunan hadisəni hər vasitə ilə məhz son günün təsir dairəsinə aid etməyə çalışması ilə bağlı cəhdləri başa düşüləndir, məqsəd bəllidir, sığorta ödənişindən faydalanmaq. İddiaçı xx.xx.2023-cü il tarixində «Система охлаждения неисправна. Посетить СТО» məzmununda qeydin olduğu fotoşəkli “Toğrul İmanov” adlı şəxsə whatsapp üzərindən göndərir. Paralel olaraq iddiaçı məhz xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin Telesatış üzrə mütəxəssisi Bəstixanım Nəbiyeva ilə avtonəqliyyat vasitəsinin könüllü sığortasının yenilənməsi istiqamətində yazışmalar aparır. İddiaçı avtonəqliyyat vasitəsinin zədələnməsindən məlumatlı idisə, iddia olunan hadisə ilə bağlı niyə məhz bir neçə gün keçdikdən sonra - xx.xx.2023-cü il tarixində "xxxx" ASC-yə xəbər vermişdir? xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında "xxxx" ASC olaraq mütləq həqiqətin müəyyən olunması məqsədi ilə məhkəmə qarşısında ** BB *** dövlət qeydiyyat nişanlı Porsche Taycan 4S markalı avtonəqliyyat vasitəsinin rəsmi diaqnostikasının həyata keçirilməsi və iddiaçının istinad etdiyi “batareya xətası”nm yaranma tarixinin, saatının aydınlaşdırılması itoşəbbüsü ilə çıxış etdilər. İddiaçı isə bu təşəbbüsün mümkünsüzlüyünə dair müəyyən səbəblər səsləndirdi. Bundan başqa, iddiaçının iddia etdiyi xx.xx.2023-cü il tarixində ərazidə hadisənin baş verdiyini təsdiq edən heç bir sübut yoxdur. 19.Mülki işin materiallarında olan Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı, Porsche Taycan 4S markalı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. Sığorta müddəti xx.xx.2023-cü il saat 00:00-dan xx.xx.2024-cü il saat 23:59-a kimi təyin edilmişdir. 20.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun ödənilməsinə dair elektron qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 21.Məhkəmə hazırki tələbə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. 22.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 23.Həmin Məcəllənin 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 24.Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 25.Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 26.Sonuncu Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 27.Mülki Məcəllənin 935.1-ci maddəsində “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina halları nəzərdə tutulmuşdur: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; 935.1.3. müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması; 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi; 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; 935.1.9. sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda; 935.1.10. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda. 28.Bundan başqa, Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). 29.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 30.Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 31.Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 32.İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. 33.Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından göründüyü kimi iddiaçıya məxsus avtomobil cavabdeh şirkətdə xx.xx.2022-ci il tarixindən xx.xx.2023cü il tarixə, saat 23:59-a qədər, daha sonra isə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixə qədər sığortalanmışdır. Hazırki iş üzrə iddiaçı sığorta hadisəsinin xx.xx.2023-cü il tarixdə baş verdiyini iddia etsə də, həmin faktı təsdiq edə bilən sübutlarını məhkəməyə təqdim etməmiş və məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir. Belə ki, iddiaçının iddia etdiyi hadisənin baş verməsindən bir neçə gün sonra iddiaçı sığorta ödənişinin ödənilməsi ilə bağlı həmin şirkətə müraciət etmiş, məsələnin araşdırılması ilə bağlı sığorta şirkəti Sabunçu rayon Polis İdarəsinə sorğu ilə müraciət etmiş və cavab məktubunda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi ilə bağlı N 51, 52, 53 TŞ-09-064 saylı kameralara baxılmış, lakin hadisə baş verməsindən bir neçə gün sonra məlumat verildiyi üçün hadisəni müəyyən etmək mümkün olmamışdır. Əksinə, məhkəmə iclası zamanı cavabdeh tərəf məhkəməyə xx.xx.2023-cü il tarixli foto-şəkillər təqdim etmiş və iddiaçı eyni zamanda həmin şəkillərə münasibətdə etiraf etmişdir ki, digər xx.xx.2023cü il tarixə aid fotoşəkilləri isə özü düzəltmişdir (bu halda xx.xx.2023-cü il tarixə aid fotoşəkillər sübut kimi qəbul edə bilməz). Bundan başqa, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi digər cərəyana qoşulmaya aid çıxarışlardan görünür ki, iddiaçının avtomobili 04 noyabr 2023-cü il tarixdə gecə saat 03:18-də elektrik yükləmə aparatına daxil olmuş, həmin tarixdə saat 17:44-də aparatdan çıxmış, bundan sonra iddiaçı dostuna avtomobilinin akkumlyatorunun zədələnməsi barədə məlumat vermişdir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçının qeyd etdiyi hadisə xx.xx.2023-cü il tarixdə yox, xx.xx.2023-cü il tarixdə gecə saatlarında baş vermişdir ki, həmin tarixdə isə avtomobil sığortalı olmamışdır. Bundan əlavə isə iddiaçı hadisənin xx.xx.2023-cü il tarixdə baş verməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. 34.Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirilə bilmədiyinə görə, yəni sığorta hadisəsi faktı məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia əsassız hesab edilməklə rədd edilməlidir. 35.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 36.Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən,məhkəmə xərcləri dövlət rüsumunun əvəzi kimi ödənilmiş 100 (yüz) manat iddiaçıya aid edilməlidir. 37.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 38.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 39.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 40.Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 41.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar