Məhkəmə qərarları › İş №e-2(006)-1644/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1644/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1644/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi müraciət edərək xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********69487 İPHONE 12 PRO markalı telefon üçün 2390,6 (iki min üç yüz doxsan manat altmış qəpik) manat ödənilməmiş hissə, 239,4 (iki yüz otuz doqquz manat qırx qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, PANASONİC CS kondisioner üçün 503,2 (beş yüz üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 50,8 (əlli manat səksən qəpik) manat cərimə, ümumilikdə 3184 manat borc, 51,84 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 5390,1 (beş min üç yüz doxsan manat on qəpik) manat (18 ay x 299,45 manat + 0 manat ilkin ödəniş) İphone 12 Pro markalı telefon üçün ümumilikdə 2630 (iki min altı yüz otuz) manat olmaqla ondan 2390,6 (iki min üç yüz doxsan manat altmış qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 239,4 (iki yüz otuz doqquz manat qırx qəpik) manat cərimə pulu borcu yaranmışdır. xx.xx.2021-ci il tarixli 23161371 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 1574,4 (min beş yüz yetmiş dörd manat qırx qəpik) manat (24 ay x 65.6 manat + 0 manat ilkin ödəniş) Panasonic CS kondisioner üçün ümumilikdə 554 (beş yüz əlli dörd) manat olmaqla ondan 503,2 (beş yüz üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 50,8 (əlli manat səksən qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4070,7 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını məqsədəuyğun hesab edir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 5390,1 manat təşkil edən İphone 12 Pro markalı telefonu ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 299,45 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2021-ci il tarixli 23161371 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 1574,4 manat təşkil edən Panasonic CS kondisioneri ilkin ödənişsiz, 24 ay müddətinə, hər ay 65,6 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən 1-ci müqavilə üzrə 2390,6 manat əsas borc, 239,4 manat cərimə borcu olmaqla,cəmi 2630 manat borc, 2-ci müqavilə üzrə 503, manat əsas borc, 50,8 manat cərimə borcu olmaqla cəmi 554 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 51,84 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli əşyanın alqı-satqısına dair müqavilələrə əsasən "xxxx" MMC əşyanı ilkin ödənişsiz Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və nəzərdə tutulan müddətlərdə ödəniş etməyi və bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşya satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh əşyaları qəbul etmiş, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yəni, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, 03564927 saylı müqavilə üzrə Philips HP8662/00 markalı fen-daraq üçün 93,4 (doxsan üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 9,6 (doqquz manat altmış qəpik) manat cərimə, ümumilikdə 103 (yüz üç) manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6-cı maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 2390,6 (iki min üç yüz doxsan manat altmış qəpik) manat ödənilməmiş hissə, 239,4 (iki yüz otuz doqquz manat qırx qəpik) manat cərimə olmaqla ümumilikdə 2630 (iki min altı yüz otuz) manat borc, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 503,2 (beş yüz üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 50,8 (əlli manat səksən qəpik) manat cərimə olmaqla ümumilikdə 554 manat borc, cəmi 3184 manat borc və ödənilmiş 51,84 (əlli bir manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar