Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1645/2025 10.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, Cavabdeh X2 nümadəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3221120Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və.s” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuş “Hyundai Sonata“ minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı (Mühərrik: DK825906; BAN: 5NPEB4AC2DH672702; Buraxılış ili: 2013) avtomobilin Cavabdeh1 tərəfindən digər cavabdeh X1 dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh X3 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və həmin avtomobilin cavabdehlərdən alınaraq və ya bu mümkün olmadığı təqdirdə, 17.000 (on yeddi min) manat pulun Cavabdeh1 alınıb iddiaçıya qaytarılması, iddiaçının pozulmuş hüququnun bərpası ilə bağlı məhkəmədə iddianın qaldırılması üçün ödədiyi 141 (yüz qırx bir) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 141 (yüz qırx bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmiş, vəkil-nümayəndə Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək hazırki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh X2 nümadəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3221120Nümayəndə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etmədi.
5. Məhkəmə iddiaçı tərəfin ərizəsini (vəsatətini) nəzərdən keçirib, cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin ödənilmiş 141 manat dövlət rüsumu geri qaytarılmalıdır. Əsaslandırıcı hissə:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 114.1, 114.1.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.
7. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarı: 2-ci bənd. Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Nəticə:
8. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Vəsatət təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və.s” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 141 (bir yüz qırx bir) manat məbləğində pul İddiaçı geri qaytarılsın (qəbz №: **********). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.
Hakim: Günay Abidova