Məhkəmə qərarları › İş №e-2(006)-1654/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1654/2022

17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1654/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə 30.12.2019-cu il və 09.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********91226 “iPhone 8 plus” markalı telefon, İMEİ Kodu **********39519 “iPhone 8 plus” markalı telefon, “Canon Zoemini” Fotoprinter, İMEİ Kodu **********03752 “iPhone 11 Pro Max” markalı telefon almış və nəticədə 2691 (iki min altı yüz doxsan bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 30.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4614.6 (dörd min altı yüz on dörd manat, altmış qəpik) manat (12 ay x 317.3 manat + 807 manat ilkin ödəniş) İMEİ Kodu **********91226 “iPhone 8 plus” markalı telefon, İMEİ Kodu **********39519 “iPhone 8 plus” markalı telefon, “Canon Zoemini” Fotoprinter üçün ümumilikdə, 1372.3 (min üç yüz yetmiş iki manat, otıız qəpik) manat olmaqla ondan, 1248.3 (min iki yüz qırx səkkiz manat, otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 124 (yüz iyirmi dörd) manat cərimə. 09.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3361 (üç min üç yüz altmış bir) manat (14 ay x 205.5 manat 4 484 manat ilkin ödəniş) İMEİ Kodu **********03752 “iPhone 11 Pro Max” markalı telefon üçün ümumilikdə, 1318.7 (min üç yüz on səkkiz manat, yetmiş qəpik) manat olmaqla ondan, 1199.7 (min yüz doxsan doqquz manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 119 (yüz on doqquz) manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 5527.6 manat təşkil edir. Göstərilənlərə əsasən, 30.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********91226 “iPhone 8 plus” markalı telefon, İMEİ Kodu **********39519 “iPhone 8 plus” markalı telefon, “Canon Zoemini” fotoprinter üçün 1248,30 AZN ödənilməmiş hissə, 124 AZN cərimə, 09.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********03752 “iPhone 11 Pro Max” markalı telefon üçün 1199,70 AZN ödənilməmiş hissə, 119 AZN cərimə, ümumilikdə 2691 AZN borc və 46,91 AZN ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarasınız. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh həmin ünvandan köçdüyündən bildiriş ona təqdim edilmədən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 30.12.2019-cu il tarixli, 01174338 saylı müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 4614,60 AZN olan İMEİ Kodu **********191226 “iPhone 8 plus” markalı telefon, İMEİ Kodu **********39519 “iPhone 8 plus” markalı telefon, “Canon Zoemini” fotoprinteri Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 807 AZN ilkin ödəniş etməklə hissə-hissə 12 ay müddətinə hər ay 317,30 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09.02.2020-ci il tarixli, 20088581 saylı müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 3361 AZN olan İMEİ Kodu **********3752 “iPhone 11 Pro Max” markalı telefonu Cavabdeh oğluna satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 484 AZN ilkin ödəniş etməklə hissə-hissə 14 ay müddətinə hər ay 205,50 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 24 yanvar 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 30.12.2019-cu il tarixli müqavilə üzrə 1248,30 AZN ödənilməmiş hissə, 124 AZN cərimə, 09.02.2020-ci il tarixli müqavilə üzrə 1199,70 AZN ödənilməmiş hissə, 119 AZN cərimə, iki müqavilə üzrə 2448 AZN ödənilməmiş hissə, 243 AZN cərimə, ümumilikdə 2691 AZN məbləğində borcu vardır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 08.12.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMCdən 09.02.2020-ci il tarixli, 20088581 saylı müqaviləyə əsasən 2 ədəd “iPhone 8 plus” telefon, “Canon Zoemini” fotoprinter, 09.02.2020-ci il tarixli, 20088581 saylı müqaviləyə əsasən “iPhone 11 Pro Max” telefon almışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə iki müqavilə üzrə 2691 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılmalı, 30.12.2019-cu il tarixli, 01174338 saylı və 09.02.2020-ci il tarixli, 20088581 saylı müqavilələr üzrə cəmi 100 AZN (50 AZN + 50 AZN) məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 46,91 AZN (qırx altı manat, doxsan bir qəpik) məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30.12.2019-cu il tarixli, 01174338 saylı müqaviləyə əsasən 1248,30 AZN (bir min iki yüz qırx səkkiz manat, otuz qəpik) ödənilməmiş hissə, 50 AZN (əlli manat) cərimə, 09.02.2020-ci il tarixli, 20088581 saylı müqaviləyə əsasən 1199,70 AZN (bir min bir yüz doxsan doqquz manat, yetmiş qəpik) ödənilməmiş hissə, 50 AZN (əlli manat) cərimə olmaqla, ümumilikdə 2548 AZN (iki min beş yüz qırx səkkiz manat) məbləğində borc və 46,91 AZN (qırx altı manat, doxsan bir qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 30.12.2019-cu il tarixli, 01174338 saylı müqaviləyə əsasən 1248,30 AZN (bir min iki yüz qırx səkkiz manat, otuz qəpik) ödənilməmiş hissə, 50 AZN (əlli manat) cərimə, 09.02.2020-ci il tarixli, 20088581 saylı müqaviləyə əsasən 1199,70 AZN (bir min bir yüz doxsan doqquz manat, yetmiş qəpik) ödənilməmiş hissə, 50 AZN (əlli manat) cərimə olmaqla, ümumilikdə 2548 AZN (iki min beş yüz qırx səkkiz manat) məbləğində borc və 46,91 AZN (qırx altı manat, doxsan bir qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar