Məhkəmə qərarları › İş №e-2(006)-1661/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1661/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1661/2022 28.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi üzrə kiçik iddialara dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 30.01.2020-ci il tarixli müqaviləyə əsasən, CANALİ Qazan dəsti üçün 134 (yüz otuz dörd) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 13 (on üç) manat 60 (altmış) qəpik cərimə, 13.06.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********76061 Samsung galaxy A10 markalı telefon üçün 326 (üç yüz iyirmi altı) manat 70 (yetmiş) qəpik ödənilməmiş hissə, 32 (otuz iki) manat 30 (otuz) qəpik cərimə, ümumilikdə, 507 (beş yüz yeddi) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, 30.01.2020-ci il və 13.06.2020-ci il tarixli müqaviləsinə əsasən, CANALİ Qazan dəsti, İMEİ Kodu **********76061 olan Samsung galaxy A10 markalı telefon almış və nəticədə 507 (beş yüz yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 30.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 230.4 (iki yüz otuz manat qırx qəpik) manat (yəni 12 ay x 19.2 manat + 0 manat ilkin ödəniş) olan CANALİ Qazan dəsti üçün ümumilikdə, 148 (yüz qırx səkkiz) manat olmaqla ondan, 134.4 (yüz otuz dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13.6 (on üç manat altmış qəpik) manat cərimə, 13.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 392.4 (üç yüz doxsan iki manat qırx qəpik) manat (yəni 12 ay x 32.7 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********76061 Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 359 (üç yüz əlli doqquz) manat olmaqla ondan 326.7 (üç yüz iyirmi altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32.3 (otuz iki manat otuz qəpik) manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 161.7 (yüz altmış bir manat yetmiş qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5- ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 30.01.2020-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı qiyməti 230.4 (iki yüz otuz manat qırx qəpik) manat (yəni 12 ay x 19.2 manat + 0 manat ilkin ödəniş) olan CANALİ Qazan dəsti üçün ümumilikdə, 148 (yüz qırx səkkiz) manat olmaqla ondan, 134.4 (yüz otuz dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13.6 (on üç manat altmış qəpik) manat cərimə hesablanmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 13.06.2020-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı qiyməti 392.4 (üç yüz doxsan iki manat qırx qəpik) manat (yəni 12 ay x 32.7 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********76061 Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 359 (üç yüz əlli doqquz) manat olmaqla ondan 326.7 (üç yüz iyirmi altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32.3 (otuz iki manat otuz qəpik) manat cərimə hesablanmışdır. 22.01.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, CANALİ Qazan dəstinin aylıq ödənişi 19.2 manat və İMEİ Kodu **********76061 olan Samsung galaxy A10 markalı telefonun aylıq ödənişi isə 32.7 manat təşkil edir. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 22.02.2021-ci il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesablanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh 30.01.2020-ci il və 13.06.2020-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Dövlət rüsumu haqqında AR Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 30.01.2020-ci il tarixli müqaviləyə əsasən, CANALİ Qazan dəsti üçün 134 (yüz otuz dörd) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 13 (on üç) manat 60 (altmış) qəpik cərimə, 13.06.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********76061 Samsung galaxy A10 markalı telefon üçün 326 (üç yüz iyirmi altı) manat 70 (yetmiş) qəpik ödənilməmiş hissə, 32 (otuz iki) manat 30 (otuz) qəpik cərimə, Ümumilikdə, 507 (beş yüz yeddi) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar