Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1685/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə 12.06.2020-ci il və 12.06.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********03976 “Samsung Galaxy A01” markalı telefon, “Toshiba” Kondisioner almış və nəticədə 1251 AZN (min iki yüz əlli bir) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 304.8 AZN (üç yüz dörd manat, səksən qəpik) (12 ay x 25.4 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********03976 “Samsung Galaxy A01” markalı telefon üçün ümumilikdə, 155 AZN (yüz əlli beş manat) olmaqla ondan, 140.8 AZN (yüz qırx manat, səksən qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.2 AZN (on dörd manat, iyirmi qəpik) cərimə; 12.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1470.6 AZN (min dörd yüz yetmiş manat, altmış qəpik) (18 ay x 81.7 manat + 0 manat ilkin ödəniş) “Toshiba” Kondisioner üçün ümumilikdə, 1096 AZN (min doxsan altı manat) olmaqla ondan, 996.9 AZN (doqquz yüz doxsan altı manat, doxsan qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 99.4 AZN (doxsan doqquz manat, qırx qəpik) cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 638 AZN təşkil edir. Göstərilənlərə əsasən, 12.06.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********03976 “Samsung Galaxy A01” markalı telefon üçün 140,80 AZN ödənilməmiş hissə, 14,20 AZN cərimə, 12.06.2020-ci il tarixli müqaviləyə əsasən, “Toshiba” kondisioner üçün 996,90 AZN ödənilməmiş hissə, 99,40 AZN cərimə, ümumilikdə 1251 AZN borc və 32,51 AZN ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarasınız. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehin ünvanına rəsmi qaydada bildiriş göndərilmiş, bildirişə imza edilməklə qəbul edilsədə, lakin sonradan məhkəməyə hər hansı bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12.06.2020-ci il tarixli, 20344534 saylı müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 304,80 AZN olan İMEİ Kodu **********03976 “Samsung Galaxy A01” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 25,40 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12.06.2020-ci il tarixli, 20344465 saylı müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 1470,60 AZN olan “Toshiba” markalı kondisioneri Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 81,70 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 25 yanvar 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 12.06.2020-ci il tarixli, 20344534 saylı müqavilə üzrə 140,80 AZN ödənilməmiş hissə, 14,20 AZN cərimə, 12.06.2020-ci il tarixli, 20344465 saylı müqavilə üzrə 996,60 AZN ödənilməmiş hissə, 99,40 AZN cərimə, iki müqavilə üzrə 1137,40 AZN ödənilməmiş hissə, 113,60 AZN cərimə, ümumilikdə 1251 AZN məbləğində borcu vardır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 07.12.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMCdən 12.06.2020-ci il tarixli, 20344534 saylı müqaviləyə əsasən “Samsung Galaxy A01” markalı telefon, 12.06.2020-ci il tarixli, 20344465 saylı müqaviləyə əsasən “Toshiba” markalı kondisioner almışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə iki müqavilə üzrə 1251 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılmalı, 12.06.2020-ci il tarixli, 20344465 saylı müqavilə üzrə 40 AZN məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 32,51 AZN (otuz iki manat, əlli bir qəpik) məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 12.06.2020-ci il tarixli, 20344534 saylı müqaviləyə əsasən 140,80 AZN (bir yüz qırx manat, səksən qəpik) ödənilməmiş hissə, 14,20 AZN (on dörd manat, iyirmi qəpik) cərimə, 12.06.2020-ci il tarixli, 20344465 saylı müqaviləyə əsasən 996,90 AZN (doqquz yüz doxsan altı manat, doxsan qəpik) ödənilməmiş hissə, 40 AZN (qırx manat) cərimə olmaqla, ümumilikdə 1191,90 AZN (bir min bir yüz doxsan bir manat, doxsan qəpik) məbləğində borc və 32,51 AZN (otuz iki manat, əlli bir qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12.06.2020-ci il tarixli, 20344534 saylı müqaviləyə əsasən 140,80 AZN (bir yüz qırx manat, səksən qəpik) ödənilməmiş hissə, 14,20 AZN (on dörd manat, iyirmi qəpik) cərimə, 12.06.2020-ci il tarixli, 20344465 saylı müqaviləyə əsasən 996,90 AZN (doqquz yüz doxsan altı manat, doxsan qəpik) ödənilməmiş hissə, 40 AZN (qırx manat) cərimə olmaqla, ümumilikdə 1191,90 AZN (bir min bir yüz doxsan bir manat, doxsan qəpik) məbləğində borc və 32,51 AZN (otuz iki manat, əlli bir qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-1685/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1685/2022
17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver