Məhkəmə qərarları › İş №e-2(006)-171/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-171/2024

29.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-171/2024 29.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış xx.xx.2020 – ci il tarixli AN – İ№ ******* saylı daşınmaz əmlakın alqı – satqı müqaviləsinin etibarsız olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh cavadbehlər İddiaçı və X4rşı “pulun tutulması, mənzilin boşaldılması və mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 7000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması, cavadbehlər İddiaçı və X7 Bakı şəhəri, Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər İddiaçı və X7 həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-57636/2021 saylı xx.xx.2021 – ci il tarixli qətnaməsi ilə (Hakim – A.İbadzadə) iddia tələbləri təmin edilmişdir. İddiaçı ilə X10 arasında xx.xx.2019 – cu il tarixdə kredit müqaviləsi bağlanmış və “borc verən” R.Baxşıyev“borc alan” İddiaçı 170000 (yüz yetmiş min) manat pulu 1 il müddətinə borc vermişdir (kredit müqaviləsinin surəti əlavə olunur). xx.xx.2019 – cu il tarixdə tərəflər arasında ipoteka müqaviləsi bağlanmış və İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ev, 12 mənzil 25 ipoteka ilə yüklü edilmişdir (müqavilənin surəti əlavə olunur). Kredit müqaviləsinin 3 – cü bəndinə əsasən tərəflərin kreditin faizsiz verilməsi şərtləşmələri qeyd olunsada, kredit aylıq 5% olmaq şərtilər verilmiş və aylıq faiz ödənişləri 7500 manat təşkil etmişdir. Müəyyən müddət ərzində faizlər tərəfindən verildikdən sonra, ödənişlərdə çətinlik yarandığı üçün o, Bakı şəhərində lombard fəaliyyəti ilə məşğul olan X12 müraciət etmiş və 170000 manat pul lazım olduğunu bildirmişdir. A.Ələskərov ona daha aşağı şərtlərlə aylıq 4% olmaqla kredit verə biləcəyini bildirmiş, lakin kreditin verilməsi üçün mülkiyyətində olan mənzilin oğlu – Cavabdeh adına keçirilməli olacağını bildirdi. xx.xx.2020 – ci il tarixdə tərəflər arasında AN – İ№ ******* saylı daşınmaz əmlakın alqı – satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı mülkiyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ev 12, 25 saylı mənzil 180 000 manata Cavabdeh satılmışdır (alqı – satqı müqaviləsinin surəti əlavə olunur). Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5 – ci bəndinə əsasən, alıcı müqavilənin 4 – cü bəndində nəzərdə tutulmuş 180000 manat məbləğdən 170 000 manat hissəsini satıcının borcunun ödənilməsi məqsədilə X5 10 000 manat hissədə məbləği isə satıcıya ödəmişdir. Bundan sonra cavabdeh xx.xx.2020 – ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX –dən çıxarış almışdır (çıxarışın surəti əlavə olunur). Qeyd etmək istəyir ki, tərəflər arasında bağlanmış xx.xx.2020– ci il tarixli alqı-satqı müqaviləsi qanunsuz olaraq bağlanmışdır, belə ki, İddiaçı müqavilənin şərtindən göründüyü kimi bir borc müqaviləsindən digər borc müqaviləsinin təsir dairəsinə düşmüş və X5 olan 170 000 manat borcu bağlamaq üçün yendidən borclanmışdır. Belə ki, Cavabdeh atası Aydın Əliəsgərov onunla əvvəlcədən belə şərtləşmişdir ki, borc məbləği ancaq mənzilin alqısatqısından sonra verilə bilər və borc bağlandıqdan sonra mənzil yenidən iddiaçının mülkiyyətinə qaytarılacaqdır. Bununla bağlı iddiaçını atası Yusubov Rafail ilə Aydın Əliəsgərov arasında telefon danışıqlarına dair səs yazıları var və bu səs yazılarında Cavabdeh İddiaçı pulu faizə verdiyini bildirir (səs yazıları əlavə olunur). İddiaçı bir ağır borc müqaviləsindən digər borc müqaviləsini şifahi şəkildə bağlayır və həmin dövr real bazar qiyməti 300 000 manat civarında olan mənzili 180 000 manata cavabdehə güya ki satır və bu xüsusat alqı-satqı müqaviləsinin qanunsuz bağlanmağına dəlalət edir. Belə ki, tərəflər borcun verilməsini şərtlərşdikləri zaman X5 olan 170 000 manat borcun bağlanması üçün iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzili X1 Muradın mülkiyyətinə keçirilməsi müqabilində olacağını iddiaçının qarşısına şərt qoymuşlar. Göründüyü kimi Cavabdeh tərəfindən ona 180.000 (yüz səksən min) manat məbləğində borc verilməsinə baxmayaraq, Mülki Məcəllənin tələbləri pozularaq borc müqaviləsi olmadan ona həmin məbləğ verilmişdir. Bu faktı mənzilin ucuz qiymətə cavabdehə satılması, həmçinin xx.xx.2020–ci il tarixdə tərəflər arasında bağlanmış icarə müqaviləsidə sübuta yetirir. Belə ki, mübahisəli mənzil cavabdeh tərəfindən iddiaçıya 1 il müddətinə aylıq 700 manat ödəniş şərtilə kirayəyə verilmişdir (kirayə müqaviləsinin surəti əlavə olunur). Tərəflər arasında bağlanılmış xx.xx.2020–ci il tarixli alqı-satqı müqaviləsi formal xarakter daşımış, əslində isə Aydın Əliəsgərovdan götürülən borc məbləğinin təmnatı olaraq girov şəklində olmuşdur. Belə ki, İddiaçı və onun qızı İlona Lalayevaya mənzili darhal sonra kirayə verməsi, müqavilənin predmeti olan mənzilini real dəyərinin müqavilədə göstərilənlərdən xeyli yüksək olması, mübahisəli müqavilənin alqı-satqı məqsədi ilə bağlanmadığını göstərən hallardır ki, bu hallar məhkəmələr tərəfindən mütləq şəkildə araşdırılmalıdır. Daha sonra Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Xan Şüşinski küçəsi 12 saylı evin 25 saylı mənzilini cavabdeh İddiaçı satın almışdır. Həmin mənzil Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən hal hazırda mülkiyyətindədir. xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən mənzili İddiaçı icarəyə vermişdir. Müqavilə şərtlərinə əsasən müqavilənin müddəti 1 il, aylıq icarə haqqı 700 manat təşkil edirdi. Buna baxmayaraq, İddiaçı günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmirdi. Belə ki, İddiaçı alğı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən ünvandakı mənzildə icarə müqaviləsinə əsasən yaşamasa da, alğı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən xx.xx.2020-ci il tarixədək həmin ünvandan qeydiyyatdan çıxmamış, formal olaraq orada qeydiyyatda qalmışdır. Cavabdehlər İddiaçı və X4rşı «pulun tutulması, mənzilin boşaldılması və mənzildən istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 7.000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması, cavabdehlər İddiaçı və X7 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər İddiaçı və X7 həmin mənzildən çıxarılmaları, maneələrin aradan qaldırılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı Cavabdeh Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı və X7 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasə iddia tələbinin təmin edilməsi, cavabdehlər İddiaçı və X7 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər İddiaçı və X13 həmin mənzildən çıxarılmaları, iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarına yaradılan digər maneələr aradan qaldırılması və mənzilin boşaldılması qət edilmişdir. Bundan sonra İddiaçı müxtəlif bəhanələrlə mənzili boşaltmaqdan imtina etmiş və nəhayət məhkəmə qətnaməsinə əsasən verilmiş icra sənədi Nəsimi rayon İcra şöbəsi tərəfindən xx.xx.2023cü il tarixində icra edilməsi mümkün olmuşdur. Mülkiyyətdə olan mənzil Aydın Əliəsgərova təhvil verildikdən sorna İddiaçı ona qarşı Nəsimi rayon Məhkəməsində iddia qaldıraraq Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ №0870860 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, Cavabdehlər İddiaçı və X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər İddiaçı və X7 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, Bakı şəhəri Nəsimi rayonu Xan Şüşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinə dair bu hüququ məhz İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Artıq həmin müqqavilədən irəli gələn hüqüququndan istifadə etdiyi zaman, İddiaçı da öz hüququndan istifadə edərək, məhkəmədə ona qarşı alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələb irəli sürə bilərdi. Göründüyü kimi, hazırda İddiaçı mübahisələndirdiyi halla bağlı yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktında müəyyən olunmuş hallar mahiyyət etibarı ilə baxılmış və bu məsələyə artıq hüquqi qiymət verilmişdir. Həmin işə baxılarkən, İddiaçı müqaviləni mübahisələndirmə və mənzildən çıxmamaq hüququqndan istifadə etməmişdir. Nəticə etibarı ilə, mübahisələndirilən müqaviləyə dair Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qəbul edildiyi zaman müqavilənin qanuniliyi də həmin işdə yoxlaınılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin ləğv edilməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun ona geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 2(006)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı vəkili Vəkil1 tərəfindən verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2152/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı vəkili Vəkil1 tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-171/2024 saylı, 24 yanvar 2024-cü il tarixli qərardadının ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" barədə iddia tələbinə mahiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X11 yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirmişdir ki, o, Svetlananın rəfiqəsidir. İddiaçı evi girov qoyub, 170.00 pul götürmüş, sonra isə o pulu qaytarmışdır. Onunda imzası var, Əliəsgərov Aydın dediyinə görə heç oxumadan imzalamışdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında (bundan sonra işin materiallarında) xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, “borc verən” X10“borc alan” İddiaçı 170000 (yüz yetmiş min) manat pulu 1 il müddətinə borc vermişdir. İş materiallarına əlavə olunmuş X10 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ev, 12 mənzil 25 ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 51 saylı notariat kontorunda xx.xx.2020ci il tarixdə təsdiq edilmiş AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 145.9 kv/m, yaşayış sahəsi 82.1 kv/m olan 3 otaqlı mənzil satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh 180000 manat məbləğə satılmışdır. Həmin məbləğin 170000 manat hissəsi satıcının borcunun ödənilməsi məqsədi ilə X6 qalan 10000 manat isə satıcıya ödəndi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ev, 12 mənzil 25 saylı mənzili xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, cavabdeh alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzili aylıq 700 manat icarə haqqı müqabilində İddiaçı 1 il müddətinə icarəyə vermişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5763/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və X4rşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma, maneələrin aradan qaldırılması və mənzilin boşaldılması” tələbinə dair iddiasının təmin edilməsi, cavabdehlər İddiaçı və X7 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər İddiaçı və X13 həmin mənzildən çıxarılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-699/2024 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə 21350 (iyirmi bir min üç yüz əlli) manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3269/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(006)699/2024 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(006)699/2024 nömrəli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, Cavabdeh İddiaçı qarşı icarə müqaviləsi üzrə pulun ödənilməsi barədə iddiasının təmin edilməsi, 21350 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə X10 arasında xx.xx.2019 – cu il tarixdə kredit müqaviləsi bağlanmış və “borc verən” R.Baxşıyev“borc alan” İddiaçı 170000 (yüz yetmiş min) manat pulu 1 il müddətinə borc vermişdir. xx.xx.2019 – cu il tarixdə tərəflər arasında ipoteka müqaviləsi bağlanmış və İddiaçı məxsus olan mənzili ipoteka ilə yüklü edilmişdir. xx.xx.2020 – ci il tarixdə tərəflər arasında AN – İ№ ******* saylı daşınmaz əmlakın alqı – satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı mülkiyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ev 12, 25 saylı mənzil 180 000 manata Cavabdeh satılmışdır. Tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinin 5 – ci bəndinə əsasən, alıcı müqavilənin 4 – cü bəndində nəzərdə tutulmuş 180000 manat məbləğdən 170 000 manat hissəsini satıcının borcunun ödənilməsi məqsədilə X5 10 000 manat hissədə məbləği isə satıcıya ödəmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi qanunsuz olaraq bağlanmışdır, belə ki, iddiaçı müqavilənin şərtindən göründüyü kimi bir borc müqaviləsindən digər borc müqaviləsinin təsir dairəsinə düşmüş və X5 olan 170 000 manat borcu bağlamaq üçün yenidən borclanmışdır. Belə ki, Cavabdeh atası Aydın Əliəsgərov onunla əvvəlcədən belə şərtləşmişdir ki, borc məbləği ancaq mənzilin alqı-satqısından sonra verilə bilər və borc bağlandıqdan sonra mənzil yenidən iddiaçının mülkiyyətinə qaytarılacaqdır. Tərəflər borcun verilməsini şərtləşdikləri zaman X5 olan 170 000 manat borcun bağlanması üçün iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzili X1 Muradın mülkiyyətinə keçirilməsi müqabilində olacağını iddiaçının qarşısına şərt qoymuşlar. Göründüyü kimi Cavabdeh tərəfindən ona 180.000 (yüz səksən min) manat məbləğində borc verilməsinə baxmayaraq, Mülki Məcəllənin tələbləri pozularaq borc müqaviləsi olmadan ona həmin məbləğ verilmişdir. Tərəflər arasında bağlanılmış xx.xx.2020–ci il tarixli alqı-satqı müqaviləsi formal xarakter daşımış, əslində isə Aydın Əliəsgərovdan götürülən borc məbləğinin təminatı olaraq girov şəklində olmuşdur. Hazırda iddiaçı Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış xx.xx.2020 – ci il tarixli AN – İ№ ******* saylı daşınmaz əmlakın alqı – satqı müqaviləsinin etibarsız olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə iddianı qəbul etməyərək, iddia tələbinin rədd eilməsini məhkəmədən xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, hazırki işdə İddiaçı ilə Cavabdeh arasında AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, müqavilə ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 145.9 kv/m, yaşayış sahəsi 82.1 kv/m olan 3 otaqlı mənzil satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh 180000 manat məbləğə satılmışdır. Habelə, hazırki işə baxılarkən iddiaçının cavabdeh ilə müqavilələri bağlayarkən həmin müqavilələrin şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması, cavabdeh tərəfindən aldadılması halı öz əksini tapmamış və hər iki tərəf sərbəst şəkildə müqavilə azadlığı prinsipini nəzərə almaqla azad şəkildə öz iradəsinə uyğun müqavilə bağlamışlar. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Göstərilən Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2) aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; 3) müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. O da qeyd olunmalıdır ki, Mülki Məcəllənin 339.3-cü maddəsinə görə, üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Göründüyü kimi, üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə, müqavilə etibarsız hesab edilə bilər. Məhkəmə bir daha qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 32) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Məhkəmə iddiaçının iddiasında bildirdiyi kimi “mənzilinin borc əvəzində girov qoyulması” əsasına münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı ilə X10 arasında xx.xx.2019 – cu il tarixdə kredit müqaviləsi bağlanmış və “borc verən” R.Baxşıyev“borc alan” İddiaçı 170000 (yüz yetmiş min) manat pulu 1 il müddətinə borc vermişdir. xx.xx.2019-cu il tarixdə tərəflər arasında ipoteka müqaviləsi bağlanmış və İddiaçı məxsus olan mənzili ipoteka ilə yüklü edilmişdir. Yəni artıq iddiaçının bu barədə təcrübəsi olmuşdur. Əvvəllər mənzilini girov qoyub pul götürmüş bir şəxs kimi yenə eyni təcrübədən istifadə edə bilərdi. Lakin hazırki halda məzili girov qoymamış birbaşa öz iradəsiylə Bakı şəhəri 51 saylı notariat kontorunda xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi rəsmiləşdirmişdir. Bununla yanaşı xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, cavabdeh alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzili aylıq 700 manat icarə haqqı müqabilində İddiaçı 1 il müddətinə icarəyə vermişdir. Yəni iddiaçı mənzilini öz iradəsiylə satmış və müqavilə əsasında həmin mənzildə müvəqqəti yaşaması ilə bağlı icarə müqaviləsi də bağlamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndə və vəkilinin izahatlarından da görünür ki, hazırki mənzili Cavabdeh oluna atası almış və oğlu evlənənə qədər mənzil boş qalmasın deyə onu icarəyə vermişdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi İddiaçı ilə Cavabdeh arasında AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılmasına səbəb ola biləcək dörd mühüm şərtin - əqdin subyektiv tərkibinə, məzmununa, iradə və iradə ifadəsinin vəhdətinə və formasına aid qüsurların mövcudluğu müəyyən olunmamışdır. Hazırki işdə İddiaçı Cavabdeh atası Aydın Əliəsgərovun onunla əvvəlcədən borc məbləğini ancaq mənzilin alqı-satqısından sonra verilə biləcəyi və borc bağlandıqdan sonra mənzilin yenidən iddiaçının mülkiyyətinə qaytarılacağı barədə şərtləşdiklərini iddia edir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Hazırki halda, mübahisəli mənzilin borc bağlandıqdan sonra yenidən İddiaçı mülkiyyətinə qaytarılacağının sübut etmə yükü iddiaçının üzərinə düşür. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları və şahidin ifadəsi o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Lakin iş materiallarından da göründüyü kimi, cavabdeh bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçı Yusubov Rafail ilə Aydın Əliəsgərov arasında telefon danışıqlarına dair səs yazılarını sübut kimi məhkəməyə təqdim etsə də, həmin səs yazıları gizli səs yazısı olduğundan sübut kimi qəbul edilməməlidir. Məhkəmə son olaraq onu da qeyd edir ki, 2021-ci ildə Cavabdeh hazırki iddiaçıya qarşı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5763/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər İddiaçı və X7 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin mənzildən çıxarılması qərara alınmışdır. Həmin iş üzrə cavabdeh İddiaçı məhkəmə iclaslarında iştirak etməməsi, həmin müqavilənin etibarsızlığı ilə bağlı hər hansı bir mübahisə və etiraz irəli sürməməsi və məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayəti belə verməməsi də göstərir ki, iddia tələbinin əsası kimi mübahisəli mənzilin borc bağlandıqdan sonra yenidən İddiaçı mülkiyyətinə qaytarılmasına dair dəlil də əsassızdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "alqısatqı müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar