Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1744/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəfərov Səməd Fəxrəddin oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, SAMSUNG LED TV üçün 1040 manat ödənilməmiş hissə, 104 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********40991 SAMSUNG GALAXY A50 markalı telefon üçün 585 manat ödənilməmiş hissə, 58 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən GORENJE PLİTƏ üçün qiyməti 158 manat ödənilməmiş hissə, 15 manat cərimə; ümumilikdə 1960 manat borc və 39.60 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, iddiaçının məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsindən aydın olur ki, iddiaçının tələbinə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5320/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə münasibət bildirilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 158 (bir yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə pulu, cəmi 173 (bir yüz yetmiş üç) manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 585 (beş yüz səksən beş) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə pulu, cəmi 643 (altı yüz qırx üç) manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1040 (bir min qırx) manat ödənilməmiş hissə, 104 (bir yüz dörd) manat cərimə pulu, cəmi 1144 (bir min yüz qırx dörd) manat, ümumilikdə 1783 (bir min yeddi yüz səksən üç) manat borc, 177 (bir yüz yetmiş yeddi) manat cərimə pulu olmaqla, cəmi 1960 (bir min doqquz yüz altmış) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1990 (bir min doqquz yüz doxsan) manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, qərardad ərizəyə əlavə edilmiş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunan bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina edilməsi, ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151.1, 153.2.4, 153.3, 153.4, 153.5, 153.6, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 39,60 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-1744/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1744/2023
10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver