Məhkəmə qərarları › İş №e-2(006)-1745/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1745/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1745/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, 29.09.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********21330 X4 20 markalı telefon üçün 2188 (iki min yüz səksən səkkiz) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 532 (beş yüz otuz iki) manat 60 (altmış) qəpik dəbbə, 26.10.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********21713 Samsung Galaxy 20 Ultra DUAL markalı telefon üçün 3202 (üç min iki yüz iki) manat ödənilməmiş hissə, 716 (yeddi yüz on altı) manat dəbbə, ümumilikdə, 6639 (altı min altı yüz otuz doqquz) manat borc və 86 (səksən altı) manat 39 (otuz doqquz) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 29.09.2020-ci il və 26.10.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********21330 olan X4 20 markalı telefon və İMEİ kodu **********21713 olan Samsung Galaxy S20 Ultra DUAL markalı telefon almış və nəticədə 6639 (altı min altı yüz otuz doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2678.4 (iki min altı yüz yetmiş səkkiz manat, qırx qəpik) manat (yəni 18 ay x 148.8 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********21330 olan Samsung Galaxy S20 Ultra DUAL markalı telefon üçün ümumilikdə, 2721 (iki min yeddi yüz iyirmi bir) manat olmaqla ondan 2188.4 (iki min yüz səksən səkkiz manat, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 532.6 (beş yüz otuz iki manat, altmış qəpik) manat dəbbə; 26.10.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3582 (üç min beş yüz səksən iki) manat (yəni 18 ay x 199 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********21713 Samsung Galaxy 20 Ultra DUAL markalı telefon üçün ümumilikdə, 3918 (üç min doqquz yüz on səkkiz) manat olmaqla ondan, 3202 (üç min iki yüz iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 716 (yeddi yüz on altı) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 870 (səkkiz yüz yetmiş) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, müştərinin ödədiyi məbləğin 50%nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh qabaqcadan heç bir üzrlü səbəblərinin olmasını məhkəməyə bildirməmiş və məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 29.09.2020-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı qiyməti 2678.4 (iki min altı yüz yetmiş səkkiz manat, qırx qəpik) manat (yəni 18 ay x 148.8 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********21330 olan Samsung Galaxy S20 Ultra DUAL markalı telefon üçün ümumilikdə, 2721 (iki min yeddi yüz iyirmi bir) manat olmaqla ondan 2188.4 (iki min yüz səksən səkkiz manat, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 532.6 (beş yüz otuz iki manat, altmış qəpik) manat dəbbə, 26.10.2020-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı qiyməti 3582 (üç min beş yüz səksən iki) manat (yəni 18 ay x 199 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********21713 Samsung Galaxy 20 Ultra DUAL markalı telefon üçün ümumilikdə, 3918 (üç min doqquz yüz on səkkiz) manat olmaqla ondan, 3202 (üç min iki yüz iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 716 (yeddi yüz on altı) manat dəbbə miqdarında borc yaranmışdır. 29.01.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, İMEİ Kodu **********21330 olan X4 20 markalı telefonun aylıq ödənişi 148.8 manat, İMEİ kodu **********21713 olan Samsung Galaxy S20 Ultra DUAL markalı telefonun aylıq ödənişi isə 199 manat təşkil edir. Hər iki telefon üçün əsas borca ödənilmiş məbləğ 870 manat təşkil edir. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 09.12.2021-ci il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesablanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 581.1ci maddəsinə əsasən, Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə görə, Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Azərbaycan Respublikası MM-nin 587.2-ci maddəsinə görə, Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Azərbaycan Respublikası MM-nin 600-cü maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, məhkəmə hesab edir ki, iddia dəbbə pulu və dövlət rüsumu hissəsində də əsaslıdır. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən, Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. “”Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia tələbinin qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i həcmində hesablanır. Məhkəmə hesab edir ki, iddianın qaldırılması üçün iddiaçı tərəfindən ödənilən 86 (səksən altı) manat 39 (otuz doqquz) qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 29.09.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********21330 X4 20 markalı telefon üçün 2188 (iki min yüz səksən səkkiz) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 532 (beş yüz otuz iki) manat 60 (altmış) qəpik dəbbə, 26.10.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********21713 Samsung Galaxy 20 Ultra DUAL markalı telefon üçün 3202 (üç min iki yüz iki) manat ödənilməmiş hissə, 716 (yeddi yüz on altı) manat dəbbə, ümumilikdə, 6639 (altı min altı yüz otuz doqquz) manat borc və 86 (səksən altı) manat 39 (otuz doqquz) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216- 220 və 222-ci maddələrinə rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. 29.09.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********21330 X4 20 markalı telefon üçün 2188 (iki min yüz səksən səkkiz) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 532 (beş yüz otuz iki) manat 60 (altmış) qəpik dəbbə, 26.10.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********21713 Samsung Galaxy 20 Ultra DUAL markalı telefon üçün 3202 (üç min iki yüz iki) manat ödənilməmiş hissə, 716 (yeddi yüz on altı) manat dəbbə, Ümumilikdə, 6639 (altı min altı yüz otuz doqquz) manat borc və 86 (səksən altı) manat 39 (otuz doqquz) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı MMCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar