Məhkəmə qərarları › İş №e-2(006)-1763/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1763/2022

19.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1763/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdehnə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qızına qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdehnə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda iddiaçıya məxsus istifadə olan qaz sərfi Cavabdeh İB tərəfindən quraşdırılmış və qeydiyyata alınmışdır. G-4 markalı, 10576582 №-li qaz sayğacının göstərişi əsasında aparılır. Abonent kodu **********01291. Mütəmadi olaraq sərf olunan qazın dəyəri tərəfindən vaxtı-vaxtında ödənilir. Qaz sayğacına və qaz xəttinə heç bir kənar müdaxilə olunmayıb. Sayğac istismara tam yararlıdır. 2022-ci ilin yanvar ayının 2-si tarixində həyətdə tikinti işləri aparılan zaman qaz xətti zədələndiyi üçün müvəqqəti olaraq 3 gün müddətinə həmin hissəni şlanq vasitəsilə birləşdirmiş və bunu qaz idarəsi irad tutaraq 984,96 manat məbləğində cərimə hesablamışdır. Qaz xəttində yaranmış nasazlıq 3 gün ərzində tərəfindən aradan qaldırılmışdır. Qazın istifadəsi tam şəkildə sayğac əsasında aparılır. Əyani sübut kimi qaz sayğacının aylıq sərfiyyatı bunu təsdiqləyir. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı məxsus **********01291 nömrəli abonent koduna qaz sərfiyyatına görə tələb etdiyi 984,96 manat borcun silinərək normativə uyğun şəkildə 3 gün müddət üzrə hesablanmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Öz növbəsində iddiaçı Cavabdeh İddiaçı qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh ilə abonent İddiaçı arasında 25.09.2017-ci il tarixdə 63540 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********01291 nömrəli abonent kodu vermiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Elster G-4 DİAFRAQMA markalı 10576582 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin «X1»nın tələblərinə əməl etmək) və «X1»nın 6.5-ci bəndinin (qazpaylayı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto şəkillərlə lentə alınmışdır). Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən fərdi evdə «X1nın» tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən «Təbii X1nın pozulması haqqında» müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş 05.01.2022-ci il tarixli ******* saylı akt əsasında 984,96 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə (debitor borc) 75,14 manat borcu qalmışdır. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu və GAZPER üzrə ümumi 1060,10 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İByə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə vurulmuş 984,96 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 75,14 manat pulun və 30,61 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1090,71 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB,VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Nəsimi Rayon Məhkəməsinin 10.03.2022-ci il tarixli qərardadı ilə Cavabdeh İBnin cavabdeh İddiaçı qarşı “vurulmuş zərərin və debitor borc üzrə pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan qismən imtina edilmiş, yalnız “vurulmuş 984,96 manat zərərin ödənilməsi” hissəsində icraata qəbulundan imtina olunmuşdur.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ilkin iddia iddiaçı məhkəmə iclasında gəlməmiş , gəlməməsinin üzrlü səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi X2 məhkəməyə ünvanlanmış ərizədə baxış iclasının apellyasiya məhkəməsinin icraatında olan digər işin iclası ilə eyni vaxta düşməsini üzrlü səbəb kimi qəbul edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə işə ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. Belə ki, Cavabdeh İB ilə İddiaçı arasında 25.09.2017-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 63540 saylı müqavilə bağlanmışdır. Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

10. Həmin müqavilənin 2.3.4-ü yarımbəndində istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir.

11. İş üzrə təbii X1nın pozulması haqqında 05.01.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi, sayğacdan kənar əlavə xətt ləğv olunması, dəymiş ziyan kimi hesablanıb ödənilməsi müəyyən edilmişdir.

12. İş üzrə «Azəriqaz” İB tərəfindən verilmiş dəymiş ziyanın bərpasına dair 05.01.2022-ci il tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı ******* saylı 05.01.2022ci il tarixli akt əsasında fərdi evdə «X1»nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunması ilə əlaqədar, 90 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 8208 kub metr əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyət kimi 984,96 manat məbləğində borc yazılmışdır.

13. İş materiallarındakı İddiaçı adına olan **********01291 saylı abonentin saldosundan görünür ki, cavabdehin təbii qaza görə 984,96 manat borcu yaranmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı aid qaz sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş, baxış keçirən zaman sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə qazdan istifadə edilməsi aşkar edilmiş və yoxlamanın nəticəsində onun barəsində 05.01.2022-ci il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən komissiya tərəfindən 05.01.2022-ci il tarixli qərarla İddiaçı 8208 kub metr əlavə sərfiyyat hesablanaraq 984,96 manat borc yazılmışdır. Hazırda ilkin iddia üzrə iddiaçı 984,96 manat borcun silinməsini, qarşılıqlı iddia üzrə iddiaçı debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 75,14 manat pulun və 30,61 manat ödənilmiş dövlət rüsumu əvəzinin ödənilməsini xahiş etmişlər.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Məhkəmə ilk öncə verilmiş ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.

16. Məhkəmə hesab edir ki, tərtib olunan 05.01.2022-ci il tarixli, ******* saylı akt qismən qüsurlu olmaqla, hesablamalar Cavabdeh İB-nin ehtimalına əsaslanmışdır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X1»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir.

18. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

19. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

20. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X1”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

21. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

23. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

24. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

25. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, qeyd olunan aktda istehlakçının qazdan kənar xətt vasitəsilə sayğaca müdaxilə etməsi müəyyən edilmiş, lakin hesablanan məbləğin müəyyənləşdirilməsində sübutlar təqdim edilməmişdir.

26. Belə ki, Cavabdeh İB-i tərəfindən yalnız 05.01.2022-ci il tarixində yalnız bir dəfə akt tərtib edilmiş, kənar xəttin 90 gün hesablanması üçün sübut isə məhkəməyə təqdim edilməmişdir. Yəni istehlakçının qeyd olunan müdaxiləni 05.01.2022-ci il tarixindən əvvəl etməsi müəyyən edilməmişdir.

27. Məhkəmə həm paylayıcının, həm də istehlakçının qanunla qorunan mənafelərini nəzərə alaraq bu qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən tələb edilən məbləğ ağlabatan məbləğdə tutulmalıdır.

28. Məhkəmə qeyd edir ki, istehlakçıdan 05.01.2022-ci il tarixdən tutulmalı məbləğ bir aya görə ortalama ağlabatan məbləğ kimi 50 (əlli) manat olmalıdır (yay ayları üçün sərfiyyatın az olduğunu nəzərə alaraq, yay aylarında aylıq 10 (on manat), qış aylarında sərfiyyatın artdığını nəzərə alaraq, qış ayları üçün 70 (yetmiş) manat).

29. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia tələbi bu hissədə qismən təmin edilməli, İddiaçı **********01291 saylı abunə hesabından Cavabdeh İB tərəfindən 05.01.2022-ci il tarixli akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 934,96 (doqquz yüz otuz dörd manat, doxsan altı qəpik) manat əlavə borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

30. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

33. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

35. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

36. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh ilə Cavabdeh İB arasında 25.09.2017-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 63540 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər.

37. Belə olduğu halda məhkəmə hesab edir ki, borcun tutulması hissəsində ilkin iddia tələbi əsaslı olduğundan, iddia tələbi 75,14 manat debitor borcun tutulması hissəsində əsaslı hesab edilməklə təmin edilməlidir.

38. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Dövlət Rüsumu haqqında Azərbaycan Respblikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumu 30 (otuz) manat müəyyən edilmişdir.

40. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia tələbi qismən icraata qəbul edildiyindən, qəbul edildikdən sonra geriya qalan məbləğ 1000 (bir min) manatı keçmədiyindən, tələb dövlət rüsumunun tutulması hissəsində qismən təmin edilməlidir.

41. Belə ki, təmin edilmiş tələb məbləğinə mütənasib olaraq qarşılıqlı iddia üzrə cavabdehdən 30 (otuz) manat məbləğində pul ödənilmiş dövlət rüsumunun əvəzi kimi qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. 42 .Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı **********01291 saylı abunə hesabından Cavabdeh İB tərəfindən 05.01.2022-ci il tarixli akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 934,96 (doqquz yüz otuz dörd manat, doxsan altı qəpik) manat əlavə borc silinməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 75,14 (yetmiş beş manat, on dörd qəpik) manat debitor borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 105,14 (bir yüz beş manat, on dörd qəpik) manat məbləğində pul alınaraq Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB,VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdehnə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair ilkin iddia tələbi qismən təmin edilsin. İddiaçı **********01291 saylı abunə hesabından Cavabdeh İB tərəfindən 05.01.2022-ci il tarixli akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 934,96 (doqquz yüz otuz dörd manat, doxsan altı qəpik) manat borc silinsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qızına qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 75,14 (yetmiş beş manat, on dörd qəpik) manat debitor borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 105,14 (bir yüz beş manat, on dörd qəpik) manat məbləğində pul alınaraq Cavabdeh İBnin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB,VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar