Məhkəmə qərarları › İş №e-2(006)-1790/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1790/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1790/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə öhdəliyinin icrasının həvalə edilməsi” iddia tələbinə dair mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə öhdəliyinin icrasının həvalə edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 02.10.2019-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən, layihə üzrə ümumi sahəsi 240 kv.m təşkil edən 4 otaqdan ibarət 6 saylı mənzili və 05.10.2019-cu il tarixli müqaviləyə əsasən, həmin kompleksin 1-ci blokunun (-1)-ci (mənfi birinci) mərtəbəsində yerləşən, ümumi sahəsi 25 kv.m təşkil edən qeyri-yaşayış sahəsini tikib iddiaçıya təhvil vermək öhdəliyinin cavabdehin üzərinə qoyulmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında 02.10.2019-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən, layihə üzrə ümumi sahəsi 240 kv.m təşkil edən 4 otaqdan ibarət 6 saylı mənzili və 05.10.2019-cu il tarixli müqaviləyə əsasən, həmin kompleksin 1-ci blokunun (-1)-ci (mənfi birinci) mərtəbəsində yerləşən, ümumi sahəsi 25 kv.m təşkil edən qeyri-yaşayış sahəsini (qarajı) tikib iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı hər iki müqavilə üzrə üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş və bununla bağlı ona maliyyə arayışları təqdim olunmuşdur. Əvvəllər tikinti işləri sürətli şəkildə həyata keçirilsə də, sonradan yavaşımış və dayandırılmışdır. Hazırda 1 ildən artıq müddətdir ki, tikinti işləri dayandırılıb. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmiş, həmin mənzilləri tikib iddiaçıya təhvil verməmişdir. Halbuki, hər iki müqavilənin 3-cü bəndlərinin a yarımbəndinə əsasən, cavabdeh “obyektin tikintisini layihə sənədlərinə və Tikinti Norma- Qaydalarının tələblərinə uyğun surətdə, müəyyən edilmiş müddətdə başa çatdırılmasını” öhdəlik kimi öz üzərinə götürmüşdür. Müqavilələrin icrasının cavabdehə həvalə edilməsi məqsədilə iddiaçı tərəfindən məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MTK məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan 02.10.2019-cu il tarixli müqavilədən görünür ki, “Kooperativ” (Cavabdeh MTK) Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən, layihə üzrə ümumi sahəsi 240 kv.m təşkil edən 4 otaqdan ibarət 6 saylı mənzilin “Payçı”ya (İddiaçı) verilməsini (mənzilin tam dəyəri müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödənildikdən sonra), “Payçı” isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürürlər. Mülki işin materiallarında olan 05.10.2019-cu il tarixli müqavilədən görünür ki, “Kooperativ” (Cavabdeh MTK) Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin 1-ci blokunun (-1)-ci (mənfi birinci) mərtəbəsində yerləşən, sahəsi 25 kv.m təşkil edən qeyriyaşayış sahəsinin “Payçı”ya (İddiaçı) verilməsini (qeyri-yaşayış sahəsinin tam dəyəri müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödənildikdən sonra), “Payçı” isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürürlər. Mülki işin materiallarında olan 02.10.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən ticarət mərkəzi, ofis və yaşayış kompleksi Cavabdeh MTK-ya məxsusdur və həmin kompleksin 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 240 kv.m təşkil edən 4 otaqdan ibarət 6 saylı mənzilinin dəyəri 300,950 (üç yüz min doqquz yüz əlli) manat təşkil edir. Həmin məbləğ payçı İddiaçı tərəfindən Cavabdeh MTK-nın xəzinəsinə tam ödənilib və Cavabdeh MTK-ya bu mənzilə görə heç bir borcu yoxdur. Mülki işin materiallarında olan 05.10.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən ticarət mərkəzi, ofis və yaşayış kompleksi Cavabdeh MTK-ya məxsusdur və həmin kompleksin 1-ci blokunun (-1)-ci (mənfi birinci) mərtəbəsində yerləşən, ümumi sahəsi 25 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin dəyəri 25,000 (iyirmi beş min) manat təşkil edir. Həmin məbləğ payçı İddiaçı tərəfindən Cavabdeh MTK-nın xəzinəsinə tam ödənilib və Cavabdeh MTK-ya bu mənzilə görə heç bir borcu yoxdur. Mülki işin materiallarında olan ödəniş qəbzi haqqında məlumatdan görünür ki, İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsinə görə 12.02.2022-ci il tarixdə 100 manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasında mənzilin və qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilələr bağlanmış, həmin müqavilələrin şərtlərinə görə, Cavabdeh MTK müqavilələrdə göstərilən ünvanda tikilmiş mənzili və qeyri-yaşayış sahəsini payçı İddiaçı təhvil verməyi, payçı İddiaçı isə bunun müqabilində sözügedən mənzilə görə 300,950 (üç yüz min doqquz yüz əlli) manat, qeyri-yaşayış sahəsinə görə isə 25,000 (iyirmi beş min) manat məbləğində pulu MTK-ya ödəməyi öz üzərilərinə götürmüşlər. Payçı İddiaçı qeyd edilən müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirərək müqavilələr ilə şərtləndirilmiş pul məbləğini MTK-ya ödəməsinə baxmayaraq, MTK öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, müqavilələrdə göstərilən mənzili və qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməməklə müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 324.1, 324.2 və 324.4-cü maddələrinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1 və 386.2-ci maddələrinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Sözügedən Məcəllənin 389.1, 389.2 və 389.3-cü maddələrinin tələblərinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 397.1-ci maddəsinə görə, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Mülki Məcəllənin 387.2-ci maddəsinə görə, əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Həmin Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Sözügedən Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sözügedən Məcəllənin 178.8-ci maddəsinə görə, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Həmin Məcəllənin 752.1-ci maddəsinin tələbinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sözügedən Məcəllənin 762.3-cü maddəsinə görə, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 02.10.2019-cu il tarixli müqavilə üzrə Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən, layihə üzrə ümumi sahəsi 240 kv.m təşkil edən 4 otaqdan ibarət 6 saylı mənzilin və 05.10.2019-cu il tarixli müqavilə üzrə həmin kompleksin 1-ci blokunun (-1)-ci (mənfi birinci) mərtəbəsində yerləşən, ümumi sahəsi 25 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin tikilib İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh Mənzil Tikinti Koorperativinin üzərinə qoyulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh Mənzil Tikinti Koorperativindən alınaraq İddiaçı ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən, layihə üzrə ümumi sahəsi 240 kv.m təşkil edən 4 otaqdan ibarət 6 saylı mənzilin və həmin kompleksin 1-ci blokunun (-1)-ci (mənfi birinci) mərtəbəsində yerləşən, ümumi sahəsi 25 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin tikilib İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh Mənzil Tikinti Koorperativinin üzərinə qoyulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh Mənzil Tikinti Koorperativindən alınaraq, İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar