Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1795/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, Ərizəçi (Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb edilməklə) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, 23 iyul 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş və onunla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Ə.B.Topçubaşov küçəsi, ev 140 ünvanında yaşayan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Ərizəçi X7 ilə 22 aprel 2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahından 23 iyul 2006-cı il tarixdə Bakı şəhərində X12 adlı övladı anadan olmuş və onlarla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Ə.B.Topçubaşov küçəsi, ev 140 ünvanında yaşayır. Bir müddət sonra ailə münasibətləri kəskinləşmiş və X7 ilə arasında olan nikah qeydiyyatı pozulmuşdur. Övladları anadan olandan “Uşaq autizm kanner sindromu, ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları (İQ-23), stereotip hərəkətlər, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları (İQ-23), yaddaş və intelektin aşağı olması, təfəkkürü konkret, davranış pozqunluğu, nitq artikulyasiyasının spesifik pozuntusu” xəstəliyindən əziyyət çəkir və ona müddətsiz 1-ci dərəcəli əlillik verilmişdir. X4 əmək qabiliyyətsizdir və kənar şəxsin köməyinə və qulluğuna ehtiyac vardır. Övladı özü-özünü müstəqil idarə etmək iqtidarına malik deyil. X12 vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən müstəqil şəkildə öz hüquqlarını həyata keçirmək iqtidarında deyil. Ona görə, hesab edir ki, 23 iyul 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş və onunla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Ə.B.Topçubaşov küçəsi, ev 140 ünvanında yaşayan X4 faktiki olaraq fəaliyyət qabiliyyəti olmadığından onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyənləşdirilməsinə zərurət vardır. O, bu səbəbdən məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun üzərində qəyyum təyin olunmağı ilə bağlı övladının atası X7 etiraz etmir, hətta etirazının olmaması ilə bağlı notariat qaydasında təsdiq olunmuş ərizə təqdim etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Nizami Rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cü il tarixli AZ-İV 556700 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2006-cı il təvəllüdlü X6 anası Ərizəçi, atası X5r. AR ƏƏSMN-nin X1 sistemindən çıxarılmış əlillik haqqında arayışa əsasən, X12 uşaq autizmı kanner sindromu.ağır kəmağıllıq qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə (İQ 23) stereotip hərəkətlər edir qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ağır kəmağıllıq qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə (ıq-23).yaddaş və intellekti aşağıdır. Təfəkkürü konkretdir. Davranışı pozulub. Nitq artikulyasiyasnın spesifik pozuntusu müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-ci il tarixli 1598 saylı ekspert rəyindən görünür ki, X8 uşaq autizmi, ağır dərəcəli əqli geriliklə müəyyən edilir. X12 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X12 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X8 müəyyən edilən uşaq autizmi, ağır dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə qeyd edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Yuxarıda qeyd olunan rəydən göründüyü kimi, X2 ilə əlaqədar olaraq məhkəmə iclasında iştirakı mümkün deyil. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Maddə 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Maddə 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: Maddə 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Maddə 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Maddə 319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Maddə 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən qəyyumluq və himayəçilik təyin edilir. xx.xx.2006-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyətinin olmaması məhkəmə tərəfindən tədqiq edilmiş iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən verilmiş Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 903 nömərli rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə xx.xx.2006-cı il təvəllüdlü X6 psixi vəziyyətinin müəyyən edilməsi zərurəti olduğundan məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməpsixiatrik ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 903 nömərli rəyindən görünür ki, X8 uşaq autizmi, ağır dərəcəli əqli geriliklə müəyyən edilir. X12 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X12 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsi üçün əsas vardır. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlər ilə birlikdə qiymətləndirərək qeyd edir ki, hazırki işin hallarının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və məhkəmənin özü müstəqil qaydada həmin halları müəyyən edə bilmədiyindən ekspert rəyi iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. Ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Buna görə də məhkəmə qeyd edir ki, X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair kifayət qədər əsaslar olduğundan o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə xx.xx.2006-cı il təvəllüdlü X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-1795/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1795/2025
20.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver