Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1800/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı subroqasiya qaydasında pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada ödənilmiş 4990 manat sığorta ödənişi və 70 manat dövlət rüsumu olmaqla, cəmi 5060 manat pul tutulub iddiaçı "xxxx" ASC-nin hesabına tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair kiçik iddia qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli PBA********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə sığortalanmış, Cavabdeh1 mülkiyyətində və Cavabdeh3 sahibliyində olan “Mitsubishi Outlander” markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində saat 23:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində Cavabdeh2 tərəfindən idarə edilən zaman X2 idarə etdiyi “Mercedes Benz E230” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə X7 bədən xəsarəti alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X6 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixli hadisə zamanı səlahiyyətli dövlət orqanlarına məlumat vermədən hadisə yerini tərk etmiş və İXM-nin 327.2, 327.6, 327.8 və 332.1-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş sığorta hadisəsi ilə bağlı X1 dəymiş zərərə görə Cəmiyyət tərəfindən 750 manat, “Mitsubishi Outlander” markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə isə 4240 manat məbləğində sığorta ödənişləri edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-cü il tarixli, PBA********** saylı sığorta müqaviləsindən görünür ki, “Mitsubishi Outlander” markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti Cəmiyyətdə “icbari sığorta” qaydasında sığortalanmışdır. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X6 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixli hadisə zamanı səlahiyyətli dövlət orqanlarına məlumat vermədən hadisə yerini tərk etmiş və İXM-nin 327.2, 327.6, 327.8 və 332.1-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin qərardan X1 yüngül zərər vurulduğu müəyyən olunur. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan və “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, sığorta hadisəsi baş verən vaxt “Mitsubishi Outlander” markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətində olmuş və Cavabdeh3 sahibliyi və istifadəsinə verilmişdir. Yolnəqliyyat hadisəsi törədilən vaxt avtomobili Cavabdeh2 idarə etmişdir. İddia ərizəsinə əlavə edilmiş zərərin hesablanması aktına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E230" markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilə 4240 manat məbləğində zərər dəymişdir. xx.xx.2023-cü il tarixli sığorta aktına və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E230” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4240 manat məbləğində sığorta ödənişi edilmişdir. xx.xx.2023-cü il tarixli sığorta aktına və xx.xx.2023cü il tarixli ödəniş tapşırığına əsasən yol- nəqliyyat hadisəsi nəticəsində X1 dəymiş zərərə görə Cəmiyyət tərəfindən 750 manat məbləğində sığorta ödənişi edilmişdir. xx.xx.2024-cü il tarixli, BS-S-24/0134 saylı geriyə tələb məktubundan və məktubun cavabdehlərə çatdırılmasını təsdiq edən xəbərnamələrdən müəyyən edilir ki, ödənilmiş sığorta ödənişlərinə görə cəmi 4990 manat məbləğində sığorta ödənişinin geri ödənilməsi cavabddehlərdən müştərək qaydada tələb edilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməklə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlərdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin sürücü Cavabdeh2 barəsində Azərbaycan Respublikasının İXM-in 327.2-ci, 327.6-cı, 327.8-ci və 332.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Abşeron RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron RPİ-nin Təhiqat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, mülkiyyətçisi Cavabdeh1 olan “Mitsubishi Outlander” minik markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə zamanı idarə edən Cavabdeh2 olmuşdur. Hadisə nəticəsində X9 yüngül xəsarət almışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş zərərin hesablanması aktında görünür ki, “Mercedes E class” minik markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomodilinə dəymiş zərər 4240 manat təşkil edir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X8 X12 xx.xx.2023-cü il tarixli 2430 saylı rəyinə əsasən 2011-ci il təvəllüdlü X7 bədən səthində aşkar olunmuş xəsarətlər-alt dodaq, çənəaltı, boyun nahiyyələrinin əzilmiş cırılmış yaraları, alın nahiyyəsinin səthi əzilmiş yarası, sağ yanaq və hər iki diz oynağı nahiyyələrinin qançırları bərk küt əşyanın təsirindən törənmişdir xx.xx.2023-cü il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AZ231218011 və AZ231218010 saylı ödəniş tapşırıqlarının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC vasitəsi ilə X3 hesabına 750 manat və 4240 manat ödənilmişdir. İş materiallarına Abşeron Rayon Polis İdarəsinin 9288/23 saylı materialından əlavə edilmiş xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 230E” minik markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilinin sahibi X4r. İş materiallarına Abşeron Rayon Polis İdarəsinin 9288/23 saylı materialından əlavə edilmiş xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mitsubishi Outlander” minik markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilinin sahibi Cavabdeh1dır. İş materiallarına Abşeron Rayon Polis İdarəsinin 9288/23 saylı materialından əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh3 xx.xx.2022-ci il tarixdə nikahlarını bağlamışlar. İş materiallarına Abşeron Rayon Polis İdarəsinin 9288/23 saylı materialından əlavə edilmiş nəqliyyat vasitəsinin istifadə edilməsinə dair xx.xx.2022-ci il tarixdə verilmiş etibarnamədən görünür ki, həmin etibarnamə Cavabdeh1 tərəfindən Cavabdeh3 “Mitsubishi Outlander” minik markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin 09 il 09 ay 20 gün müddətinə idarə edilməsi üçün verilmişdir. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində Cavabdeh2 idarə etdiyi “Mitsubishi Outlander” minik markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə X5 məxsus olmaqla idarə etdiyi “Mercedes Benz 230E” minik markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mercedes Benz 230E” minik markalı avtomobilin zədələnməsi və həmin avtomobilinin salonunda olan sərnişin X1 yüngül zərər dəyməsi səbəbindən iddiaçı tərəfindən 4240 manat və 750 manat X5 ödənilmiş, sığorta hadisəsi baş verərkən Cavabdeh2 avtomobili nəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnamə olmadan idarə etdiyi müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində yaranır. Həmin qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Baxılan iş üzrə yüksək təhlükə mənbəyi olan “Mitsubishi Outlander” minik markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törətməklə “Mercedes Benz 230E” minik markalı avtomobilinə və həmin avtomobilinin salonunda olan sərnişin X1 yüngül zərər vurmuş, hadisə yerindən yayınmışdır. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh3 mülkiyyətində və sahibliyində olan “Mitsubishi Outlander” minik markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən qanuni əsas olmadan idarə edilmiş və həmin avtomobilin Cavabdeh3 mülkiyyətindən və sahibliyindən hüquqa zidd götürülməsi iş materialları ilə təsdiqini tapmamışdır. Cavabdeh3 avtomobilin idarə edilməsinə dair etibarnaməni öz qızı- Cavabdeh3 versə də, hadisə baş verən zaman avtomobili idarə edən kürəkəni Cavabdeh2 olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, onu idarə etmiş olan Cavabdeh2 yanaşı mülkiyyətçi kimi Cavabdeh3 da daşımalıdır. Cavabdeh3 münasibətdə isə iddia əsaslı hesab edilməməlidir. Belə ki, ona Cavabdeh3 adından avtomobilin idarə edilməsi üçün etibarnamənin verilməsi hazırki halda onun məsuliyyət daşıması kimi qəbul edilə bilməz. Yəni, avtomobil işin hallarından müəyyən edildiyi kimi mülkiyyətçi tərəfindən Cavabdeh2 könüllü surətdə verilmiş və sonradan yol nəqliyyat hadisəsi baş vermişdir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar 70 manat dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, sığorta ödənişləri olan cəmi 4990 manat cavabdehlər Cavabdeh3 və Cavabdeh2 alınmaqla yanaşı eyni zamanda, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi xərc də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 4990 manat məbləğində verilmiş sığorta ödənişi və ödənilmiş 70 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 4990 manat məbləğində verilmiş sığorta ödənişinin əvəzi və ödənilmiş 70 manat məbləğində dövlət rüsumu, cəmi 5060 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-1800/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1800/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver