Məhkəmə qərarları › İş №e-2(006)-1841/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1841/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1841/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2021-ci il tarixli, ********* saylı bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Xiaomi" markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 26 AZN olmaqla, cəmi 451,4 AZN,xx.xx.2021-ci il tarixli ********* saylı müddətli nisyə alqı- satqı müqaviləsinə əsasən,sonuncu,aldığı “Samsung” markalı mobil telefona,”Apple” markalı qulaqlığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 36 manat olmaqla cəmi 632,1 AZN,xx.xx.2021-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən,sonuncu,aldığı “Samsung” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 15 AZN olmaqla cəmi 269.8 AZN,ümumilikdə üç müqavilə üzrə 1353.3 AZN ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq,xx.xx.2021-ci il tarixli ********* saylı alqı-satqı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 26 manat,xx.xx.2021-ci il tarixli ********* saylı alq-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə 38 manat,xx.xx.2021-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə 15 manat ödəmiş və 3 müqavilə üzrə qalıq qalmış 290,3 manat borcu qaytarmamışdır.Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nisyə alqısatqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğininin 1% dərəcəsi ilə gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə gecikdirdiyi günlərin faktiki cərimə borcu 435 AZN təşkil edir. Cavabdehin müqavilə üzrə hər günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 435 AZN təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 43,5 AZN "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Beləliklə, Cavabdeh xx.xx.2023-cü il tarixinədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu xx.xx.2021-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən,191,4 AZN əsas,28,7 AZN cərimə, cəmi 220,1 AZN,xx.xx.2021-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən,54,1 AZN əsas,8,1 AZN cərimə,cəmi 62,2 AZN,xx.xx.2021-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən,44,8 AZN əsas,6,7 AZN cərimə,cəmi 51,5 AZN,cəmi üç müqavilə üzrə olan borcu 290,3 AZN əsas,43,5 AZN cərimə,cəmi 333,8 AZN təşkil etmişdir. Göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixində yaranmış xx.xx.2021-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 191,4 AZN əsas, 28,7 AZN cərimə,cəmi 220,1 AZN,xx.xx.2021-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 54,1 AZN əsas, 8,1 AZN cərimə, cəmi 62,2 AZN,xx.xx.2021-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 44,8 AZN əsas, 6,7 AZN cərimə, cəmi 51,5 AZN, üç müqavilə üzrə olan borcu 290,3 AZN əsas, 43,5 AZN cərimə,cəmi 333,8 AZN və ödənilmiş 30 AZN dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən e-2(006)-1841/2023-005 saylı bildiriş Cavabdeh məxsus elektron kabinetə xx.xx.2023-cü il tarixində yerləşdirilmiş, lakin sonradan məhkəməyə hər hansı bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarının araşdıraraq bu nəticəyə gəlir ki, iddia əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İrşad-electronics» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “Samsung A022 Black" markalı telefona görə 18 ay ərzində ödəniş cədvəli üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 36 AZN, xx.xx.2022-ci il tarixində 20,10 AZN olmaqla, ümumilikdə 632,10 AZN ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 54,10 AZN əsas, 81 AZN cərimə, ümumilikdə 135,10 AZN məbləğində borcu vardır. Mülki işin materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “Samsung A022 Black " markalı telefona görə 18 ay ərzində ödəniş cədvəli üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 15 AZN, xx.xx.2022-ci il tarixində 14,80 AZN olmaqla, ümumilikdə 269,80 AZN ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 44,80 AZN əsas, 67 AZN cərimə, ümumilikdə 111,80 AZN məbləğində borcu vardır. Mülki işin materiallarında olan İrşad-electronics» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “X1 8" markalı telefona görə 18 ay ərzində ödəniş cədvəli üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 26 AZN, xx.xx.2023-cü il tarixində 9,50 AZN olmaqla, ümumilikdə 451,50 AZN ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 191,40 AZN əsas, 287 AZN cərimə, ümumilikdə 478,40 AZN məbləğində borcu vardır. Həmçinin, işin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubların surətindən görünür ki, Cavabdeh müddətli (nisyə) alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“satıcı”) ilə Cavabdeh (“alıcı”) arasında bağlanmış xx.xx.2021ci, xx.xx.2021-ci, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən satıcı tərəfindən alıcıya 3 ədəd mobil telefonlar verilmiş, cavabdeh (alıcı) isə bunun qarşılığında ödəməli olduğu məbləği iddiaçıya (satıcı) ödəməmiş, gecikmələrə yol vermiş, nəticədə onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 333,80 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 387-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Eyni Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Hülya Asif qızından xx.xx.2023-cü il tarixində yaranmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 191,40 AZN əsas, 28,70 AZN cərimə, cəmi 220,10 AZN, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 54,10 AZN əsas, 8,10 AZN cərimə, cəmi 62,20 AZN, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 44,80 AZN əsas, 6,70 AZN cərimə, cəmi 51,50 AZN, üç müqavilə üzrə olan borcu 290,30 AZN əsas, 43,50 AZN cərimə olmaqla, ümumilikdə 333,80 AZN məbləğində pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 AZN məhkəmə xərci də cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Hülya Asif qızından xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 191,40 AZN əsas, 28,70 AZN cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 54,10 AZN əsas, 8,10 AZN cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 44,80 AZN əsas, 6,70 AZN cərimə olmaqla, ümumilikdə üç müqavilə üzrə 333,80 AZN məbləğində pul və ödənilmiş 30 AZN dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar