Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1864/2024 14.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı “Pilot-16" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1 Səlı̇ m oğluna, Haqverdı̇ yeva İlahə Aydın qızına, Novruzov Emı̇ n Aslan oğluna, Cavabdeh4, Cavabdeh5 Akı̇ f oğluna, Haqverdı̇ yeva Mı̇ nayə Səlı̇ m qızına, Novruzov Samı̇ r Qəhrəman oğluna, Novruzov Akı̇ f Səlı̇ m oğluna, Novruzov Xalı̇ d Akı̇ f oğluna, Novruzova Mərzı̇ yyə Sədi qızına, Cavabdeh11, Haqverdı̇ yeva Tərgül Aydın qızına, Cavabdeh13 Qasim qızına, Cavabdeh14 Səlı̇ m oğluna və Novruzova Rafaı̇ lə Şadər qızına qarşı "mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair" mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Pilot-16" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti cavabdehlər Cavabdeh1 Səlı̇ m oğluna, Haqverdı̇ yeva İlahə Aydın qızına, Novruzov Emı̇ n Aslan oğluna, Cavabdeh4, Cavabdeh5 Akı̇ f oğluna, Haqverdı̇ yeva Mı̇ nayə Səlı̇ m qızına, Novruzov Samı̇ r Qəhrəman oğluna, Novruzov Akı̇ f Səlı̇ m oğluna, Novruzov Xalı̇ d Akı̇ f oğluna, Novruzova Mərzı̇ yyə Sədi qızına, Cavabdeh11, Haqverdı̇ yeva Tərgül Aydın qızına, Cavabdeh13 Qasim qızına, Cavabdeh14 Səlı̇ m oğluna və Novruzova Rafaı̇ lə Şadər qızına qarşı "mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “Pilot-16" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin direktoru X1 məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə iddiaçının vəsatətini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Pilot-16" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1 Səlı̇ m oğluna, Haqverdı̇ yeva İlahə Aydın qızına, Novruzov Emı̇ n Aslan oğluna, Cavabdeh4, Cavabdeh5 Akı̇ f oğluna, Haqverdı̇ yeva Mı̇ nayə Səlı̇ m qızına, Novruzov Samı̇ r Qəhrəman oğluna, Novruzov Akı̇ f Səlı̇ m oğluna, Novruzov Xalı̇ d Akı̇ f oğluna, Novruzova Mərzı̇ yyə Sədi qızına, Cavabdeh11, Haqverdı̇ yeva Tərgül Aydın qızına, Cavabdeh13 Qasim qızına, Cavabdeh14 Səlı̇ m oğluna və Novruzova Rafaı̇ lə Şadər qızına qarşı "mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair" iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı “Pilot-16" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ona geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-1864/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1864/2024
14.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver