Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1866/2023 06.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Cavabdeh, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə OPLK03037 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 309.95 manat borcun, 0 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış OPLK03037 saylı xx.xx.2021-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 3179.95 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 6 aymüddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 3179.95 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir İddiaçı MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya Təhvil - təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. İddiaçının ərizədə göstərdiyi dəlillərin əlavə araşdırılmasına ehtiyac yarandığından, təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən, iş üçün əhəmiyyət kəsb edən faktiki halları müəyyən etmək məqsədi ilə tərəflərin çağırılaraq izahatların alınmasına zərurət yarandığından, məhkəmə tərəfindən xx.xx.2023-cü il il tarixli qərardadı ilə hazırkı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.4.4-cü maddəsinə əsasən iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında öz səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia tələbinin təmin edilməsi və "xxxx" MMC-nin əməlində dələduzluq olduğundan bu barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə, malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materiallarından görünür ki: "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ümumilikdə dəyəri 3.179,95 manat təşkil edən məişət əşyalarının nisyə alqı-satqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə qeyd edilən məişət əşyalarını tam qüsursuz halda təhvil almışdır. "xxxx" MMC ilə "xxxx" MMC arasında imzalanan xx.xx.2019-cu il tarixli Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2021-ci il tarixli Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan tələb hüququ "xxxx" MMC-yə keçmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, İddiaçı dövlət qeydiyyatında Qapalı Səhmdar Cəmiyyəti olaraq qeyd edilmişdir. Tələbetmə hüquqlarının ötürülməsi barədə bildirişdən görünür ki, "xxxx" MMC Cavabdeh ilə bağladığı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısı "xxxx" MMC-yə güzəşt edilməsi barədə Cavabdeh xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh pulunun ödənilməsi barədə İddiaçı QSC tərəfindən xəbərdar olunmuşdur. xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borclu Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı QSC-yə 309,95 manat əsas bocu vardır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasından xx.xx.2021-ci il tarixli, OPLK03037 saylı nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi 5 ədəd məhsulun 1 ədədindən (El.Qaz üstü BOSCH PBY6C5B60O) imtina edilmiş və məhsulu geri qaytarmışdır. Nəticədə müqavilə ləğv edilmişdir. Hazırda həmin müqavilə üzrə Cavabdeh heeç bir borcu yoxdur. "xxxx" MMC-də xx.xx.2021-ci il tarixli, OPLK03037 saylı müqavilə üzrə borcalanın adına olan 309,95 manat artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyidir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasından bağlanılmış xx.xx.2021-ci il tarixli, OPLK03037 saylı nisyə alqı-satqı müqaviləsi üzrə mövcud olan 3.179,95 manat aktiv öhtəliyə tam xitam verilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edilən hallar ondan ibarətdir ki, göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əşyanın alqı-satqısı müqaviləsinə əsasən satıcı müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, alıcı (cavabdeh) isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə əşyanın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, bir müddət sonra, müqavilə predmeti olan məhsullardan biri (El.Qaz üstü BOSCH PBY6C5B60O) borclu tərəfindən "xxxx" MMC-yə geri qaytarılmış və tərəflər arasında olan xx.xx.2021-ci il tarixli, OPLK03037 saylı müqaviləyə xitam verilmişdir. xx.xx.2022-ci il tarixli arayışa əsasən Cavabdeh "xxxx" MMC-yə borcu 0 (sıfır) manat təşkil edir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Bu Məcəllənin 657.4-cü maddəsinin tələblərinə görə əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixli Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2021-ci il tarixli Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan tələb hüququ "xxxx" MMC-yə əsassız olaraq keçmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan da görünür ki, "xxxx" MMC-nin Cavabdeh qarşı tələb hüququ mövcud olmamışdır. Çünki, tərəflər arasında olan alqı-satqı müqaviləsinə xitam verilmişdir. Mövcud olmayan tələb hüququ güzəşt edilə bilməz. Azərbaycan Respublikası MPM-in 265.4-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə qeyd edir ki, İddiaçı QSC-nin nümayəndəsinin vəsatəti üzrə "xxxx" MMC barəsində xüsusi qərardadın çıxarılmasına hüquqi əsas yoxdur. Belə ki, "xxxx" MMC tərəfindən dələduzluq cinayəti törədilməsi ilə bağlı əsaslı sübutlar iş materiallarına əsasən müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC-nin Cavabdeh qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) "pul" tələbi rədd edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) "pul" tələbinə dair iddiası rədd edilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №e-2(006)-1866/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1866/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver