Məhkəmə qərarları › İş №e-2(006)-1893/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1893/2024

21.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1893/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçılar Əlı̇ yev Elnur Şı̇ rzad oğlunun və Əlı̇ yeva Şəfa Şı̇ rzad qızının Cavabdeh1na qarşı (X11 və X12 üçüncü şəxs qismində cəlb edilməklə) "vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Əlı̇ yev Elnur Şı̇ rzad oğlu və Əlı̇ yeva Şəfa Şı̇ rzad qızı Cavabdeh1na qarşı "vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən V-2/2023 saylı vərəsəlik işi üzrə verilmiş 08 iyul 2023-cü il tarixli, 2V-89 saylı və 2V-90 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ataları, X13 05 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Atalarının ikinci həyat yoldaşı X11 və qardaşları X12 10 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, 51 saylı Notariat ofisinə ərizə ilə müraciət edərək onlara vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişlər. Notariat ofisi tərəfindən V-2/2023 saylı vərəsəlik işi açılmışdır. Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən 08 iyul 2023-cü il tarixdə V-2/2023 saylı vərəsəlik işi üzrə 2V-89 saylı və 2V-90 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilmişdir. Həmin şəhadətnamələrlə atalarından qalmış miras əmlak hər birinə 1/2 pay olmaqla X11 və qardaşları X12 arasında bölünmüşdür. Notariusun verdiyi bu şəhadənamələr tamamilə qanunsuz olmuş və X5 birinci növbəli vərəsələri kimi onların bir sıra hüquqları pozmuşdur. Notariat ofisinə ərizə yazan X11 və X12 qanunvericilyin bu tələbini pozaraq bizim haqqımızda yanlış məlumat vermişlər. Belə ki, yazılmış ərizələrdə İddiaçı1 X3, İddiaçı2 isə X1 göstərilmişdir. Bu da notariat ofisini yanlışlığa yönəltmiş və onların miras əmlakın qəbulu ilə bağlı vərəsə qismində çağrılmaqlarının qarşısını almışdır. Vərəsəliklə bağlı ərizə verən X11 və X12 qanunvericiliyin tələbini pozaraq onların olduğu yer barəsində notariat ofisinə məlumat verməmişlər, notariat ofisi isə vəzifə daşımasına baxmayaraq onların yerinin müəyyənləşdirilməsi ilə bağlı qanunauyğun tədbir görməmişdir. 05 yanvar 2023-cü il tarixdə vəfat etmiş ataları X4 qalmış miras əmlakdan onlara çatmalı olan paylarını yuxarıda göstərilən qanunsuzluqlar nəticəsində ala bilməmişlər. Göstərilənlərə görə Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən V-2/2023 saylı vərəsəlik işi üzrə verilmiş 08 iyul 2023-cü il tarixli,2V-89 saylı və 2V-90 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli və notariat ofisində yeni vərəsəlik işi açılaraq X4 qalmış miras əmlakın onun bütün vərəsələri arasında bərabər bölünməsi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçılar Əlı̇ yev Elnur Şı̇ rzad oğlunun və Əlı̇ yeva Şəfa Şı̇ rzad qızının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Əlı̇ yev Elnur Şı̇ rzad oğlu iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 və onun nümayəndəsi və vəkili Vəkil2 iddianın rədd edilməsini xahiş etmişdirlər. Cavabdehlərə və digər üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə cavabdehin və digər üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan ünvan 1 ünvanladığı məktubdan görünür ki, 05 yanvar 2022-ci il tarixdə vəfat etmiş X5 vəfatından sonra Bakı şəhəri 51 saylı notariat ofisində açılmış vərəsəlik işi ilə əlaqədar zərurət yarandığından müssəsənizdə mərhumun adına hesablanmış son haqq hesab barəsində məlumat verməkləri xahíş edilmişdir. İş materiallarında olan Milli Gəlirlər Baş İdarəsinin ünvan 2 ünvanladığı məktubdan görünür ki, Dövlət vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin sabiq əməkdaşı X9 istifadə etmədiyi əmək məzuniyyəti günlərinə görə 4066.61 (Dörd min altmış altı manat 61 qəpik) son haqq hesab və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən orta aylıq əmək haqqının üç misli miqdarında 4872.42 (dörd min səkkiz yüz yetmiş iki manat 42 qəpik) məbləğində müavinət hesablanmışdır. İş materiallarında olan X11 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, X11 mirasın tərkibi olan nəqliyyat vasitəsini və pul məbləğini qəbul etdiyini, ondan başqa X12, X14 və X8 adlı vərəsələrin olduğunu və vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etdiyini bildirmişdir. İş materiallarında olan X12 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, X11 mirasın tərkibi olan nəqliyyat vasitəsini və pul məbləğini qəbul etdiyini, ondan başqa X11, X14 və X8 adlı vərəsələrin olduğunu və vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etdiyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri 51 saylı Notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-89 nömrə ilə qeyd edilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 vərəsələri arvadı-X11 və X12 və onların hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak buraxılış ili 2014-cü il olan X22 markalı, **-ZT-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan Bakı şəhəri 51 saylı Notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-90 nömrə ilə qeyd edilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 vərəsələri arvadı-X11 və X12 və onların hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Milli Gəlirlər Baş İdarəsində olan 4066,61 manat son haqq hesab və 4872.42 manat məbləğində müavinatdan ibarətdir. Beləliklə işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, X13 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Miras qoyanın vəfatından sonra onun vərəslərinin- X6 (arvadı) və X7 (oğlu) müvafiq müraciətlərinə əsasən Bakı şəhəri 51 saylı Notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə onlar X5 vərəsələri kimi tanınmış və miras əmlakdan hər birinin bərabər pay hüquqları müəyyən edilmişdir. Hazırda iddiaçılar (X5 qızı və oğlu) məhkəməyə müraciət edərək, həmin şəhadətnamələrin etibarsız hesab edilməsini xahiş etmişdirlər. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-сü maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-сi maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. İddiaçıların hazırkı tələbi ondan ibarətdir ki, sözügedən miras əmlak barədə qanun üzrə vərəsəlik hüququ rəsmiləşdirilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, nəticədə isə onlar, ölmüş valideynindən miras qalmış əmlaka payından məhrum edilmişdirlər. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1289-cu maddəsinə əsasən, hər bir miras şəriki digər miras şəriklərinin müvafiq payları almasını təmin etməyə borcludur. Miras şəriki bölgü nəticəsində tələb hüququ əldə etdikdə, digər miras şərikləri borclunun ödəniş qabiliyyətinə bölgü məqamında, bu cür öhdəliyin icra müddəti çatmadıqda isə öhdəliyin icrası məqamında öz paylarına uyğun kömək göstərməlidirlər. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1300-cü maddəsinə əsasən, əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1318-ci maddəsinə əsasən, notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Mülki Məcəllənin 1321-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Beləliklə işin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi, iddiaçılar Əlı̇ yev Elnur Şı̇ rzad oğlu və Əlı̇ yeva Şəfa Şı̇ rzad qızı X2nun qanun üzrə birinci növbəli vərəsələridir. X2 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Hazırki iş üzrə üçüncü şəxslər X11 və X12 mərhumun ölümündən dərhal sonra saxta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin tərtib olunmasına nail olmuş (mərhumun uşaqlarının adlarını düzgün göstərmiyərək), həmin şəhadətnaməyə əsasən Cavabdeh1na müraciət edərək, sözügedən miras əmlakı tək vərəsə kimi qəbul etmişlər. Cavabdeh1 isə digər vərəsələrin dairəsini araşdırmayaraq 08 iyul 2023-cü il tarixli, 2V-89 saylı və 2V-90 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr tərtib etmişdir. Bu baxımdan məhkəmə 08 iyul 2023-cü il tarixli, 2V-89 saylı və 2V-90 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni qanuna zidd şəkildə tərtib edildiyini nəzərə alaraq hesab edir ki, sözü gedən şəhadətnamələr etibarsız hesab edilməlidirlər. Məhkəmə iş üzrə nəticəyə gələrkən, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən V-2/2023 saylı vərəsəlik işi üzrə verilmiş 08 iyul 2023-cü il tarixli, 2V-89 saylı və 2V-90 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar Əlı̇ yev Elnur Şı̇ rzad oğlunun və Əlı̇ yeva Şəfa Şı̇ rzad qızının Cavabdeh1na qarşı (X11 və X12 üçüncü şəxs qismində cəlb edilməklə) "vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi tələbinə dair" iddiası təmin edilsin. Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən V-2/2023 saylı vərəsəlik işi üzrə verilmiş 08 iyul 2023-cü il tarixli, 2V-89 saylı və 08 iyul 2023-cü il tarixli, 2V-90 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar