Məhkəmə qərarları › İş №e-2(006)-1896/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1896/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1896/2022 11.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sərliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 02.12.2019-cu il, 20.10.2020-ci il, 25.10.2020-ci il tarixli müqavilələrə əsasən, “Hoffmann” soyuducu, İMEİ Kodu **********80578 “Samsung Galaxy A51” markalı telefon, İMEİ Kodu **********41921 “X1 9 Pro” markalı telefon almış və nəticədə 1899 (min səkkiz yüz doxsan doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 02.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı- satqı qiyməti 1088 AZN (min səksən səkkiz manat) (18 ay x 60 AZN + 8 AZN ilkin ödəniş) “Hoffmann” soyuducu üçün ümumilikdə 462 AZN (dörd yüz altmış iki manat) olmaqla ondan, 420 AZN (dörd yüz iyirmi manat) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 42 AZN (qırx iki manat) cərimə, 20.10.2020-ci il ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 768.8 AZN (yeddi yüz altmış səkkiz manat, səksən qəpik) manat (12 ay x 62.9 AZN + 14 AZN ilkin ödəniş) İMEİ Kodu **********80578 “Samsung Galaxy A51” markalı telefon üçün ümumilikdə 761 AZN (yeddi yüz altmış bir manat) olmaqla ondan, 691.8 AZN (altı yüz doxsan bir manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 69.2 AZN (altmış doqquz manat, iyirmi qəpik) cərimə; 25.10.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 780.8 AZN (yeddi yüz səksən manat, səksən qəpik) (12 ay x 55.9 AZN + 110 AZN ilkin ödəniş) İMEİ Kodu **********41921 “X1 9 Pro”markalı telefon üçün ümumilikdə 676 AZN (altı yüz yetmiş altı manat) olmaqla ondan, 614.8 AZN (altı yüz on dörd manat, səksən qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 61.2 AZN (altmış bir manat, iyirmi qəpik) cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 911 AZN təşkil edir. Göstərilənlərə əsasən, 02.12.2019-cu il tarixli müqaviləyə əsasən, “Hoffmann” soyuducu üçün 420 AZN (dörd yüz iyirmi manat) ödənilməmiş hissə, 42 AZN (qırx iki manat) cərimə, 20.10.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********80578 “Samsung Galaxy A51” markalı telefon üçün 691.80 AZN (altı yüz doxsan bir manat, səksən qəpik) ödənilməmiş hissə, 69.20 AZN (altmış doqquz manat, iyirmi qəpik) cərimə, 25.10.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********41921 “X1 9 Pro” markalı telefon üçün 614.80 AZN (altı yüz on dörd manat, səksən qəpik) ödənilməmiş hissə, 61.20 AZN (altmış bir manat, iyirmi qəpik) cərimə olmaqla, ümumilikdə 1899 AZN (bir min səkkiz yüz doxsan doqquz manat) borc və 38.99 AZN (otuz səkkiz manat, doxsan doqquz qəpik) ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, bildiriş ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmşdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 02.12.2019-cu il tarixli, 01094400 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Hoffmann” markalı soyuducunu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 8 AZN ilkin ödəniş etməklə hissə-hissə 18 ay müddətinə hər ay 60 AZN ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 20.10.2020-ci il tarixli, 21263177 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Samsung Galaxy A51” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 14 AZN ilkin ödəniş etməklə hissə-hissə 12 ay müddətinə hər ay 62,90 AZN ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 25.10.2020-ci il tarixli, 21274389 saylı müqavilədən görünür ki, "xxxx" MMC “X1 9 Pro” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 110 AZN ilkin ödəniş etməklə hissə-hissə 12 ay müddətinə hər ay 55,90 AZN ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 08 fevral 2022-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 02.12.2019-cu il tarixli müqavilə üzrə 420 AZN ödənilməmiş hissə, 42 AZN cərimə, 20.10.2020-ci il tarixli müqavilə üzrə 691,80 AZN ödənilməmiş hissə, 69,20 AZN cərimə, 25.10.2020-ci il tarixli müqavilə üzrə 614,80 AZN ödənilməmiş hissə, 61,20 AZN cərimə, hər üç müqavilə üzrə isə 1726,60 AZN ödənilməmiş hissə, 172,40 AZN cərimə, ümumilikdə 1899 AZN məbləğində borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 07.12.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh "xxxx" MMC ilə 02.12.2019-cu il, 20.10.2020-ci il, 25.10.2020-ci il tarixli müqavilələrə əsasən “Hoffmann” soyuducu, “Samsung Galaxy A51” markalı telefon, “X1 9 Pro” markalı telefon almış və nəticədə borc yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə 02.12.2019-cu il tarixli müqavilə üzrə 420 AZN ödənilməmiş hissə, 42 AZN cərimə 20.10.2020-ci il tarixli müqavilə üzrə 691,80 AZN ödənilməmiş hissə, 69,20 AZN cərimə, 25.10.2020-ci il tarixli müqavilə üzrə 614,80 AZN ödənilməmiş hissə, 61,20 AZN cərimə, hər üç müqavilə üzrə isə 1726,60 AZN ödənilməmiş hissə, 172,40 AZN cərimə, ümumilikdə 1899 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləğləri ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, ümumilikdə hər üç müqavilə üzrə 50 AZN (əlli manat) məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 38,99 AZN (otuz səkkiz manat, doxsan doqquz qəpik) məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 02.12.2019-cu il tarixli müqavilə üzrə 420 AZN (dörd yüz iyirmi manat) ödənilməmiş hissə, 10 AZN (on manat) cərimə, 20.10.2020-ci il tarixli müqavilə üzrə 691,80 AZN (altı yüz doxsan bir manat, səksən qəpik) ödənilməmiş hissə, 20 AZN (iyirmi manat) cərimə, 25.10.2020-ci il tarixli müqavilə üzrə 614,80 AZN (altı yüz on dörd manat, səksən qəpik) ödənilməmiş hissə, 20 AZN (iyirmi manat) cərimə, hər üç müqavilə üzrə isə 1726,60 AZN (bir min yeddi yüz iyirmi altı manat, altmış qəpik) ödənilməmiş hissə, 50 AZN (əlli manat) cərimə olmaqla, ümumilikdə 1776,60 AZN (bir min yeddi yüz yetmiş altı manat, altmış qəpik) məbləğində borc və 38,99 AZN (otuz səkkiz manat, doxsan doqquz qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 02.12.2019-cu il tarixli müqavilə üzrə 420 AZN (dörd yüz iyirmi manat) ödənilməmiş hissə, 10 AZN (on manat) cərimə, 20.10.2020-ci il tarixli müqavilə üzrə 691,80 AZN (altı yüz doxsan bir manat, səksən qəpik) ödənilməmiş hissə, 20 AZN (iyirmi manat) cərimə, 25.10.2020-ci il tarixli müqavilə üzrə 614,80 AZN (altı yüz on dörd manat, səksən qəpik) ödənilməmiş hissə, 20 AZN (iyirmi manat) cərimə, hər üç müqavilə üzrə isə 1726,60 AZN (bir min yeddi yüz iyirmi altı manat, altmış qəpik) ödənilməmiş hissə, 50 AZN (əlli manat) cərimə olmaqla, ümumilikdə 1776,60 AZN (bir min yeddi yüz yetmiş altı manat, altmış qəpik) məbləğində borc və 38,99 AZN (otuz səkkiz manat, doxsan doqquz qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar