Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1900/2023 02.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 Faı̇ q qızı, Məmmədova Rəfı̇ qə Bəhmən qızı, Mı̇ rzəyeva Nəzrı̇ n Faı̇ q qızının X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı şəhərı̇ 43 saylı notariat ofisinə qarşı "payların bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçılar İddiaçı1 Faı̇ q qızı, Məmmədova Rəfı̇ qə Bəhmən qızı, Mı̇ rzəyeva Nəzrı̇ n Faı̇ q qızı cavabdeh Bakı şəhərı̇ 43 saylı notariat ofisinə qarşı "payların bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışlar ki, iddiaçıların qanuni vərəsələri olduğu X8 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. X3 mülkiyyətində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 21З А saylı bağ evi, ünvan 4, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qulqaşınlı küçəsi, ev 66, mənzil 77 olmuşdur. İddiaçılar tərəfindən miras qəbul edilmiş, Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən İddiaçı2 miras üzrə 1/2 hissədə mülkiyyət hüququ haqqında şəhadətnamə, 1/8 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, İddiaçı3 1/8 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, İddiaçı1 1/8 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.Verilmiş şəhadətnamələr əsasında əmlaklara dair çıxarış alınmışdır. Verilmiş çıxarışda miras əmlakının hər birində İddiaçı2 5/8 hissədə, Mı̇ rzəyeva Nəzrı̇ n Faı̇ q qızına 1/8 hissədə, İddiaçı1 1/8 hissədə mülkiyyət hüququ tanınmış, 1/8 hissə isə mərhum X3 adına açıq qalmışdır. Digər vərəsə X10 uzun müddət əvvəl Azərbaycan Respublikasını daimi tərk etmiş, mirası qəbul etmək barəsində hər hansı mövqe sərgiləməmişdir. Əmlaklar barədə vəziyyətin bu cür davam etməsi iddiaçıların mülkiyyət hüququnu pozaraq onlara məxsus əmlaka dair müstəqil sərəncam vermə imkanını məhdudlaşdırır. Göstərilənləri nəzərə alaraq X2 miras qalan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 213 A saylı bağ evi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 43 A saylı ev və Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 66 saylı evin 77 saylı mənzil üzrə açıq qalan 1/8 payın qanun üzrə vərəsəliyə çağırılmış iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 arasında paylarına mütənasib surətdə bölüşdürülməsi və bununla əlaqədar vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
3. Sonra məhkəmə tərəfindən X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
4. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıların adına verilmiş xx.xx.2022-ci il tarixli, 2V-118, 2V-119 və 2V-120 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X2 miras qalan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 21З А saylı bağ evi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 43 A saylı ev və Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qulqaşınlı küçəsi, 66 saylı evin 77 saylı mənzildə iddiaçılar Məmmədova Rəfı̇ qə Bəhmən qızı, İddiaçı1 Faı̇ q qızı və Mı̇ rzəyeva Nəzrı̇ n Faı̇ q qızının hər birinə 1/6 payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçıların qanuni vərəsələri olduğu X8 xx.xx.2022ci il tarixdə vəfat etmişdir. X3 mülkiyyətində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 213A saylı bağ evi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 43A saylı ev və Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 66 saylı evin 77 saylı mənzili olmuşdur. İddiaçılar tərəfindən miras qəbul edilmiş, Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən İddiaçı2 miras üzrə 1/2 hissədə mülkiyyət hüququ haqqında şəhadətnamə, 1/8 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, İddiaçı3 1/8 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, İddiaçı1 1/8 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Verilmiş şəhadətnamələr əsasında əmlaklara dair çıxarış alınmşdır. Verilmiş çıxarışda miras əmlakının hər birində İddiaçı2 5/8 hissədə, İddiaçı3 1/8 hissədə, İddiaçı1 1/8 hissədə mülkiyyət hüququ tanınmış, 1/8 hissə isə mərhum X3 adına açıq qalmışdır. Digər vərəsə X10 uzun müddət əvvəl Azərbaycan Respublikasını daimi tərk etmiş, mirası qəbul etmək barəsində hər hansı mövqe sərgiləməmişdir. Digər vərəsə X10 mail vasitəsi ilə iddiaçılarla əlaqə saxlayaraq hazırki məhkəmə mübahisəsi ilə əlaqədar hər-hansı mübahisəsi olmadığını bildirmişdir. O, artıq uzun müddətdir ki, ölkə xaricindədir və ölkəyə qayıtmaq fikrində deyildir. Odur ki, əmlaklar barədə vəziyyətin bu cür davam etməsi iddiaçıların mülkiyyət hüququnu pozaraq onlara məxsus əmlaka dair müstəqil sərəncam vermə imkanını məhdudlaşdırır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhərı̇ 43 saylı notariat ofisinin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı1 Faı̇ q qızı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçıların nümayəndəsinin və vəkilin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
8. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, miras qoyan X8 xx.xx.2022-ci il tarixində Bakı şəhərində vəfat etmiş və onun ölümü ilə əlaqədar miras açılmışdır. Vəfat etməmişdən qabaq mərhum vəsiyyətnamə yazmamışdır. Miras əmlak Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 213 A saylı bağ evi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 43 A saylı ev və Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 66, 77 saylı mənzildən ibarətdir. İddiaçılar (arvadı və qızları) miras qoyan X3 birinci növbəli vərəsələridir. İddiaçılar İddiaçı1 Faı̇ q qızı, Məmmədova Rəfı̇ qə Bəhmən qızı, Mı̇ rzəyeva Nəzrı̇ n Faı̇ q qızı mirası qəbul etmək məqsədilə xx.xx.2022-ci il tarixində Bakı şəhəri 43 saylı Notariat ofisinə müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən İddiaçı2 miras üzrə 1/2 hissədə mülkiyyət hüququ haqqında şəhadətnamə, 1/8 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, İddiaçı3 1/8 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, İddiaçı1 1/8 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Verilmiş şəhadətnamələr əsasında əmlaklara dair çıxarış alınmışdır. Verilmiş çıxarışda miras əmlakının hər birində İddiaçı2 5/8 hissədə, Mı̇ rzəyeva Nəzrı̇ n Faı̇ q qızına 1/8 hissədə, İddiaçı1 1/8 hissədə mülkiyyət hüququ tanınmış, 1/8 hissə isə mərhum X3 adına açıq qalmışdır. Hazırda iddiaçılar Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 213 A saylı bağ evi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 43 A saylı ev və Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 66 saylı evin 77 saylı mənzil üzrə açıq qalan 1/8 payın qanun üzrə vərəsəliyə çağırılmış iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 arasında paylarına mütənasib surətdə bölüşdürülməsi və bununla əlaqədar vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
b) Mülki işin materialları:
9. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli, 33/4743 saylı məktubundan müəyyən olunur ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 xx.xx.2018ci il tarixində dövlət sərhədindən çıxmışdır.
10. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 43 A saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 378 nömrəli reyestr kitabının 35373 nömrəli vərəqində qeydiyyata alınmışdır.
11. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 21З А saylı bağ evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 119 nömrəli reyestr kitabının 12018 nömrəli vərəqində qeydiyyata alınmışdır.
12. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qulqaşınlı küçəsi, ev 66, mənzil 77 tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
13. Mülki işin materiallarında olan Gədəbəy rayonu Rəsullu kənd İƏD-si tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş AZ-İİ seriyalı, 218048 nömrəli ölüm haqqında təkrar şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1988-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1989-cu il tarixində 01 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: «kəskin ürək catmamazlığı» göstərilmişdir.
14. Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Qeydiyya Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş AZ-İ seriyalı, 941476 nömrəli ölüm haqqında təkrar şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2018-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixində 302 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: «beyin infarktı» göstərilmişdir.
15. Mülki işin materiallarında olan Bakı şəhəri Səbail Rayon Qeydiyya Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş AZ-İİ seriyalı, 244685 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində 22 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: «baş bronxlarının bədxassəli yenitörəməsi» göstərilmişdir.
16. Mülki işin materiallarında olan xx.xx.2017-ci il tarixində verilmiş təkrar doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1955-ci ildə Gədəbəy, Kilsəli kəndində anadan olmuş, “ata” qrafasında – tire işarəsi, “ana” qrafasında X11 qeyd edilmişdir.
17. Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş təkrar nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və X6 arasında xx.xx.1983-cü ildə nikah bağlanmışdır və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 286 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir.
18. Mülki işin materiallarında olan Səadət Sarayı (Bakı nikah evi) tərəfindən xx.xx.2012-ci il tarixində verilmiş AZ-İ nömrəli, 806705 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 və X9 arasında xx.xx.2012-ci ildə nikah bağlanmışdır və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2602 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mirzəyeva soyadı verilmişdir.
19. Mülki işin materiallarında olan Mı̇ rzəyeva Nəzrı̇ n Faı̇ q qızı tərəfindən notariat qaydada yazılmış mirasın qəbulu barədə **********222 saylı ərizənin təsdiq edilmiş surətindən görünür ki, o, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.2022-ci il tarixində vəfat etmiş atası-X2 irs qalmış əmlak qəbul edir. Miras əmlak daşınar və daşınmaz əmlakdan ibarətdir. Miras qoyanın AR MM-nin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməsinin zəruriliyi notarius tərəfindən ona izah edilmişdir. Ondan başqa aşağıdakı vərəsələri vardır: 1. İddiaçı1 Faı̇ q qızı – qızı. 2.Məmmədova Rəfı̇ qə Bəhmən qızı – arvadı. 3. X10 – qızı. Göstərilən əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməsi xahiş etmişdir.
20. Mülki işin materiallarında olan İddiaçı2 Bəhman qızı tərəfindən notariat qaydada yazılmış mirasın qəbulu barədə **********223 saylı ərizənin təsdiq edilmiş surətindən görünür ki, o, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.2022-ci il tarixində vəfat etmiş əri - X2 irs qalmış əmlak qəbul edir. Miras əmlak daşınar və daşınmaz əmlakdan ibarətdir. Miras qoyanın AR MM-nin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməsinin zəruriliyi notarius tərəfindən ona izah edilmişdir. Ondan başqa aşağıdakı vərəsələri vardır: 1. İddiaçı1 Faı̇ q qızı – qızı. 2. Mı̇ rzəyeva Nəzrı̇ n Faı̇ q qızı – qızı. 3. X10 – qızı. Göstərilən əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməsi xahiş etmişdir.
21. Mülki işin materiallarında olan İddiaçı1 Faı̇ q qızı tərəfindən notariat qaydada yazılmış mirasın qəbulu barədə 2**********224 saylı ərizənin təsdiq edilmiş surətindən görünür ki, o, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.2022-ci il tarixində vəfat etmiş atası-X2 irs qalmış əmlak qəbul edir. Miras əmlak daşınar və daşınmaz əmlakdan ibarətdir. Miras qoyanın AR MM-nin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməsinin zəruriliyi notarius tərəfindən ona izah edilmişdir. Ondan başqa aşağıdakı vərəsələri vardır: 1. Mı̇ rzəyeva Nəzrı̇ n Faı̇ q qızı – qızı. 2.Məmmədova Rəfı̇ qə Bəhmən qızı – arvadı. 3. X10 – qızı. Göstərilən əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməsi xahiş etmişdir.
22. Mülki işin materiallarında olan ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamədən görünür ki, Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X12 təsdiq etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən xx.xx.2022-ci ildə vəfat etmiş X1 qalmış arvadı – İddiaçı2 Bəhman qızının onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. İddiaçı2 Bəhman qızının mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı – ƏMDK-nın yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixində X4 verilmiş **********25-05301-093012 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 150.2 kv/m olan mənzildən ibarətdir. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı ünvan 2 ünvanında yerləşən mənzilin ½ hissəsindən ibarətdir.
23. Mülki işin materiallarında olan ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamədən görünür ki, Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X12 təsdiq etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən xx.xx.2022-ci ildə vəfat etmiş X1 qalmış arvadı – İddiaçı2 Bəhman qızının onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. İddiaçı2 Bəhman qızının mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı – ƏMDK-nın yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixində X4 verilmiş **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 421.5 kv/m olan bağ evindən ibarətdir. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı ünvan 3 ünvanında yerləşən bağ evinin ½ hissəsindən ibarətdir.
24. Mülki işin materiallarında olan ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamədən görünür ki, Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X12 təsdiq etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən xx.xx.2022-ci ildə vəfat etmiş X1 qalmış arvadı – İddiaçı2 Bəhman qızının onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. İddiaçı2 Bəhman qızının mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı – ƏMDK-nın yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixində X4 verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsindən və üzərindəki ümumi sahəsi 969.3 kv/m olan fərdi yaşayış evindən ibarətdir. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı ünvan 4 ünvanında yerləşən bağ evinin ½ hissəsindən ibarətdir.
25. Bakı şəhəri Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 13 saylı Mənzil- Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10 №-li arayışdan görünür ki, X8 ünvan 6 ünvanında qeydiyyatda olub. xx.xx.2022-ci ildə vəfat edib. Ölümü ilə əlaqədar olaraq mənzildən qeydiyyatdan çıxarılıb. Ölən günə kimi onunla birlikdə həmin mənzildə Məmmədova Rəfı̇ qə Bəhmən qızı, Mı̇ rzəyeva Nəzrı̇ n Faı̇ q qızı, X10 qeydiyyatda olublar.
26. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhərı̇ 43 saylı notariat ofisi tərəfindən iddiaçılar Məmmədova Rəfı̇ qə Bəhmən qızı, İddiaçı1 Faı̇ q qızı, Mı̇ rzəyeva Nəzrı̇ n Faı̇ q qızına ünvanlanmış məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın Vİ fəslin 215-ci səhifəsinin 98-ci bəndinə uyğun olaraq ərizə notariat qaydasında təsdiq edilməlidir. Eyni zamanda qeyd edirik ki, mərhum - X8 vəfat edən günədək onun qızı- X10 atası ilə birlikdə qeydiyyatda olmuşdur və mirası faktiki qəbul etmiş sayılır. Şəxsin yaşayış yeri onun qeydiyyatda olduğu yer hesab edilir. X5 orada faktiki yaşayıb-yaşamaması barəsində onlarda heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası MM-sinin 1243.2 maddəsinin tələblərinə zidd olduğu üçün X5 atasında qalan 1/8 payının bölüşdürülməsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilərək məhkəmə orqanlarına müraciət etmək tövsiyyə edilmişdir.
27. Mülki işin materiallarında olan X5 elektron poçt vasitəsi ilə İddiaçı1 Faı̇ q qızına ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda mirası qəbul etməkdən imtina etdiyini bildirmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
28. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
29. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.
30. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir.
31. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.
32. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.
33. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.
34. Məlum olduğu kimi, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir.
35. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
36. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər (Mülki Məcəllənin 1134-cü maddəsi).
37. Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
39. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.
40. Eyni Məcəllənin 1243.1-ci madəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243.3).
41. Məhkəmə bildirir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı)
42. O da nəzərə alınmalıdır ki, mirasın qəbul edilməsi qeyri-müəyyən müddətdə deyil, məhz mülki qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində həyata keçirilməlidir. Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir.
43. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
44. Göründüyü kimi, mirasın qəbul edilmə müddətinin başlanğıcı bir tərəfdən vərəsənin vərəsəliyə çağırıldığını bildiyi obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin bu anı bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu hallar mirasın qəbul edilmə müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
45. Bundan əlavə, Mülki Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.
46. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər.
47. Məhkəmə, yuxarıda göstərilən hüquqi mövqeyi hazırkı işə tətbiq edərək bu qənaətə gəlir ki, X10 atası X8 vəfat etdiyi andan mirasdan 3 ay ərzində imtina etməmişdir. Digər vərəsələr tərəfindən ona bildiriş göndərilmiş, lakin X10 tərəfindən İddiaçı1 Faı̇ q qızına elektron poçt ünvanına göndərmiş olduğu xx.xx.2023-cü il tarixli məktubda əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusunda olmadığını bildirmişdir.
48. Məhkəmə, mübahisəyə sadalanan normaların mahiyyəti və legitim məqsədi baxımından yanaşaraq bildirir ki, X10 qanunda göstərilən müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirmədiyindən, ona çatası miras payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin – iddiaçıların, payına əlavə edilməlidir.
49. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə alır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat həm də vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Bu baxımdan, məhkəmə tərəfindən mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır.
50. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli (İddiaçı2 qeyd olunn miras(lar)la bağlı 2/1 pay hüququ mövcud olduğundan) , iddiaçılar İddiaçı1 Faı̇ q qızı, Məmmədova Rəfı̇ qə Bəhmən qızı və Mı̇ rzəyeva Nəzrı̇ n Faı̇ q qızının adlarına verilmiş xx.xx.2022-ci il tarixli, 2V- 118, 2V-119 və 2V-120 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, X2 miras qalan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 213 A saylı bağ evi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 43 A saylı ev və Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 66 saylı evin 77 saylı mənzili üzərində Məmmədova Rəfı̇ qə Bəhmən qızının 4/6 pay hüququ, İddiaçı1 Faı̇ q qızının 1/6 pay hüququ və Mı̇ rzəyeva Nəzrı̇ n Faı̇ q qızının 1/6 pay hüququ üzrə mülkiyyət hüquqları tanınmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qətnamə Məmmədova Rəfı̇ qə Bəhmən qızı, İddiaçı1 Faı̇ q qızı və Mı̇ rzəyeva Nəzrı̇ n Faı̇ q qızının göstərilən əmlaklar dair yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
53. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
54. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçılar İddiaçı1 Faı̇ q qızı, Məmmədova Rəfı̇ qə Bəhmən qızı və Mı̇ rzəyeva Nəzrı̇ n Faı̇ q qızının adlarına verilmiş xx.xx.2022-ci il tarixli, 2V-118, 2V-119 və 2V-120 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilsin. X2 miras qalan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 213 A saylı bağ evi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 43 A saylı ev və Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 66 saylı evin 77 saylı mənzili üzərində Məmmədova Rəfı̇ qə Bəhmən qızının 4/6 pay hüququ, İddiaçı1 Faı̇ q qızının 1/6 pay hüququ və Mı̇ rzəyeva Nəzrı̇ n Faı̇ q qızının 1/6 pay hüququ üzrə mülkiyyət hüquqları tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə Məmmədova Rəfı̇ qə Bəhmən qızı, İddiaçı1 Faı̇ q qızı və Mı̇ rzəyeva Nəzrı̇ n Faı̇ q qızının göstərilən əmlaklar dair yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov