Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1918/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020ci il tarixli müqavilələrə əsasən, cavabdeh Hoffman Sıac, X3, Foriella-Dnepr yataq dəsti, Doshek Uretan, X2, Paltaryuyan Hoffman, X1 almış və nəticədə iddiaçıya 3972 (üç min doqquz yüz yetmiş iki) manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2889.8 manat (18 ay x 161.1 manat) olan Hoffman Sıac üçün ümumilikdə 2752 manat olmaqla, ondan 2501.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 250.4 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 914.4 manat (18 ay x 50.8 manat) olan X3 üçün ümumilikdə 437 manat olmaqla, ondan 397.7 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39.1 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1288 manat (23 ay x 56 manat) olan Foriella-Dnepr yataq dəsti, Doshek Uretan üçün ümumilikdə 328 manat olmaqla, ondan 298.7 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29.3 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 972 manat (18 ay x 54 manat) olan X2, Paltaryuyan Hoffman üçün ümumilikdə 304 manat olmaqla, ondan 276.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27.6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 221.4 manat (18 ay x 12.3 manat) olan X1 üçün ümumilikdə 151 manat olmaqla, ondan 137.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13.6 manat miqdarında cərimə hesablanmışdır. Cavabdehin xx.xx.2021ci il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2020-ci il, xx.xx.2019-cu il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2021-ci il, xx.xx.2019-cu il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2020-ci ildir və cəmi ödədiyi məbləğ 2835.3 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı ilə cavabdeh arasında olan telefon danışığı, həmçinin, göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu cavabdehə rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir. Göstərilənlərə əsasən, iddiaçı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Hoffman Sıac üçün 2501.6 manat ödənilməmiş hissə, 250.4 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən X3 üçün 397.9 manat ödənilməmiş hissə, 39.1 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Foriella-Dnepr yataq dəsti, Doshek Uretan üçün 298.7 manat ödənilməmiş hissə, 29.3 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən X2, Paltaryuyan Hoffman üçün 276.4 manat ödənilməmiş hissə, 27.6 manat cərimə, xx.xx.2020-ci tarixli müqaviləyə əsasən X1 üçün 137.4 manat ödənilməmiş hissə, 13.6 manat cərimə borcu olmaqla, ümumilikdə 3972 manat borc və 59,72 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 2 ədəd Hoffman Sıac üçün 2501.6 manat ödənilməmiş hissə, 250.4 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən X3 üçün 397.9 manat ödənilməmiş hissə, 39.1 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Foriella-Dnepr yataq dəsti, Doshek Uretan üçün 298.7 manat ödənilməmiş hissə, 29.3 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən X2, Paltaryuyan Hoffman üçün 276.4 manat ödənilməmiş hissə, 27.6 manat cərimə, xx.xx.2020-ci tarixli müqaviləyə əsasən X1 üçün 137.4 manat ödənilməmiş hissə, 13.6 manat cərimə borcu olmaqla, ümumilikdə 3972 manat borc və 59,72 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21044110 saylı müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC Hoffman markalı məhsulları Cavabdeh satmış və Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 21044110 saylı müqavilə üzrə Hoffman markalı məhsulları tam qüsursuz halda təhvil almışdır. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01076869 saylı müqavilədən və ona əlavədən görünür ki, İddiaçı Hoffman markalı məhsulları Cavabdeh satmış və Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 01076869 saylı müqavilə üzrə Hoffman markalı məhsulları tam qüsursuz halda təhvil almışdır. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20177847 saylı müqavilədən və ona əlavədən görünür ki, İddiaçı Lg markalı məhsulu Cavabdeh satmış və Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli əşyanın təhvil-təslim aktından görünür ki, Cavabdeh 20177847 saylı müqavilə üzrə Lg markalı məhsulu tam qüsursuz halda təhvil almışdır. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00557319 saylı müqavilədən və ona əlavədən görünür ki, İddiaçı Foriella-Dnepr yataq dəsti (Yasin Simo) və Doshek Uretan adlı məhsulları Cavabdeh satmış və Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 23 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli əşyanın təhvil-təslim aktından görünür ki, Cavabdeh 00557319 saylı müqavilə üzrə Foriella-Dnepr yataq dəsti (Yasin Simo) və Doshek Uretan adlı məhsulları tam qüsursuz halda təhvil almışdır. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20141505 saylı müqavilədən və ona əlavədən görünür ki, İddiaçı Hoffman markalı məhsulu Cavabdeh satmış və Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli əşyanın təhvil-təslim aktından görünür ki, Cavabdeh 20141505 saylı müqavilə üzrə Hoffman markalı məhsulu tam qüsursuz halda təhvil almışdır. Mülki işin materiallarında olan 11 mart 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2501.6 manat ödənilməmiş məbləğ, 250.4 manat cərimə borcu olmaqla, cəmi 2752 manat; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 397.9 manat ödənilməmiş məbləğ, 39.1 manat cərimə borcu olmaqla, cəmi 437 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 298.7 manat ödənilməmiş məbləğ, 29.3 manat cərimə borcu olmaqla, cəmi 328 manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 276.4 manat ödənilməmiş məbləğ, 27.6 manat cərimə borcu olmaqla, cəmi 304 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 137.4 manat ödənilməmiş məbləğ, 13.6 manat cərimə borcu olmaqla, cəmi 151 manat, ümumilikdə isə 3972 manat məbləğində borcu vardır. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, ona müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 59,72 (əlli doqquz manat, yetmiş iki qəpik) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında müxtəlif tarixlərdə 5 ədəd müqavilə bağlanmış, müqavilələr və onlara əlavələrə əsasən, iddiaçı müxtəlif markalı məhsulları cavabdehə satmış, cavabdeh alınmış əşyaların əvəzində həmin müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh tərəfindən müqavilələr üzrə öhdəlikləri tam icra edilməmiş və nəticədə onun iddiaçıya ümumilikdə isə 3972 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilələr ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini tam icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də məhkəkə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin tələbi müqavilələrə müvafiq olaraq əsas borca münasibətdə təmin edilməli, cərimə borcuna gəldikdə isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 250.4 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 39.1 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 29.3 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 27.6 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 13.6 manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğlər müvafiq olaraq 150 manat, 20 manat, 15 manat, 15 manat və 7 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh: - xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2501.6 manat ödənilməmiş məbləğ, 150 manat cərimə borcu, cəmi 2651.6 manat; - xx.xx.2020-ci il tarixli müqavilə üzrə 397.9 manat ödənilməmiş məbləğ, 20 manat cərimə borcu, cəmi 417.9 manat; - xx.xx.2019-cu il tarixli müqavilə üzrə 298.7 manat ödənilməmiş məbləğ, 15 manat cərimə borcu, cəmi 313.7 manat; - xx.xx.2019-cu il tarixli müqavilə üzrə 276.4 manat ödənilməmiş məbləğ, 15 manat cərimə borcu, cəmi 291.4; - xx.xx.2020-ci il tarixli müqavilə üzrə 137.4 manat ödənilməmiş məbləğ, 7 manat cərimə borcu olmaqla, cəmi 144.4 manat olmaqla, ümumilikdə 3819 (üç min səkkiz yüz on doqquz) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 59.72 manat dövlət rüsumunun 57 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 2,72 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2501.6 (iki min beş yüz bir manat altmış qəpik) manat ödənilməmiş məbləğ, 150 (bir yüz əlli) manat cərimə borcu, cəmi 2651.6 (iki min altı yüz əlli bir manat altmış qəpik) manat; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 397.9 (üç yüz doxsan yeddi manat doxsan qəpik) manat ödənilməmiş məbləğ, 20 (iyirmi) manat cərimə borcu, cəmi 417.9 (dörd yüz on yeddi manat doxsan qəpik) manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 298.7 (iki yüz doxsan səkkiz manat yetmiş qəpik) manat ödənilməmiş məbləğ, 15 (on beş) manat cərimə borcu, cəmi 313.7 (üç yüz on üç manat yetmiş qəpik) manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 276.4 (iki yüz yetmiş altı manat qırx qəpik) manat ödənilməmiş məbləğ, 15 (on beş) manat cərimə borcu, cəmi 291.4 (iki yüz doxsan bir manat qırx qəpik) manat; xx.xx.2020-ci tarixli müqavilə üzrə 137.4 (bir yüz otuz yeddi manat qırx qəpik) manat ödənilməmiş məbləğ, 7 (yeddi) manat cərimə borcu, cəmi 144.4 (bir yüz qırx dörd manat qırx qəpik) manat olmaqla, ümumilikdə 3819 (üç min səkkiz yüz on doqquz) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. Ödənilmiş 59.72 (əlli doqquz manat yetmiş iki qəpik) manat dövlət rüsumunun 57 (əlli yeddi) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin, qalan 2.72 (iki manat yetmiş iki qəpik) manat hissəsi isə İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-1918/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1918/2023
11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver