Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1921/2023 10.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “Hoffmann” markalı paltaryuyan üçün 146.8(bir yüz qırx altı manat səksən qəpik) manat ödənilməmiş hissə, 14(on dörd) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, “LG LED” markalı televizor üçün 68(altmış səkkiz) manat ödənilməmiş hissə, 6(altı) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, “Redmond” markalı ətçəkən, “Hoffmann LED” markalı televizor üçün 55.6(əlli beş manat altmış qəpik) manat ödənilməmiş hissə, 5.6(beş manat altmış qəpik) manat cərimə olmaqla, ümumilikdə, 296 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən, “Hoffmann” markalı paltaryuyan, “LG LED” markalı televizor, “Redmond” markalı ətçəkən, “Hoffmann LED” markalı televizor almış və nəticədə 296 (iki yüz doxsan altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 662.4(altı yüz altmış iki manat qırx qəpik) manat (18 ay x 36.8 manat + 0 manat ilkin ödəniş) “Hoffmann” markalı paltaryuyan üçün ümumilikdə, 160.8(bir yüz altmış manat səksən qəpik) manat olmaqla ondan, 146.8(bir yüz qırx altı manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14(on dörd) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 713(yeddi yüz on üç) manat (15 ay x 46 manat + 23 manat ilkin ödəniş) “LG LED” markalı televizor üçün ümumilikdə, 74(yetmiş dörd) manat olmaqla ondan, 68(altmış səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6(altı) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 651.6(altı yüz əlli bir manat altmış qəpik) manat (18 ay x 36.2 manat + 0 manat ilkin ödəniş) “Redmond” markalı ətçəkən, “Hoffmann LED” markalı televizor üçün ümumilikdə, 61.2(altmış bir manat iyirmi qəpik) manat olmaqla ondan, 55.6(əlli beş manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.6(beş manat altmış qəpik) manat cərimə hesablanmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən,xx.xx.2021-ci il tarixində “Hoffmann LED” markalı televizordan imtina etmiş və məhsul 441 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 155 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 441 manat, ümumilikdə, 596 manat təşkil edir. Digər 2 müqavilə üzrə üçün isə cəmi ödədiyi məbləğ 1160.6 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə ümumilikdə dəyəri 662,4 manat təşkil edən “Hoffmann” markalı paltaryuyanın, xx.xx.2020-ci il tarixdə isə ümumilikdə dəyəri 713 manat təşkil edən “LG LED” markalı televizorun və xx.xx.2020-ci il tarixdə isə ümumilikdə dəyəri 651,6 manat təşkil edən “Redmond” markalı ətçəkənin, “Hoffmann LED” markalı televizorun alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdlərində bağlanmış müqavilələr üzrə müvafiq olaraq 14 manat, 6 manat və 5,6 manat təşkil edir. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 22155736 saylı alqı-satqı müqaviləsi üzrə “Hoffmann LED” markalı televizor, “Redmond” markalı ətçəkən tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 22151318 saylı alqı-satqı müqaviləsi üzrə “Hoffmann” markalı paltaryuyan tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 22332971 saylı alqı-satqı müqaviləsi üzrə “LG LED” markalı televizor tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən aldığı “Hoffmann LED” markalı televizoru xx.xx.2021-ci il tarixdə geri qaytarmışdır. Həmin məhsul 441 manat qiymətləndirilmiş və ümumi borcdan silinmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu xx.xx.2020-ci il tarixli müqavilə üzrə 146,8 manat əsas borc, 14 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 68 manat əsas borc, 6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 55,6 manat əsas borc, 5,6 manat cərimə borcu ümumilikdə 296 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla nisyə alqı-satqı müqavilələri üzrə iddia ərizəsində qeyd edilən dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəf olduğu xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 146,8 manat, cərimə borcu üzrə 14 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 68 manat, cərimə borcu üzrə 6 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 55,6 manat, cərimə borcu üzrə 5,6 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 326 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 146,8 manat, cərimə borcu üzrə 14 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 68 manat, cərimə borcu üzrə 6 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 55,6 manat, cərimə borcu üzrə 5,6 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 326 (üç yüz iyirmi altı) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №e-2(006)-1921/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1921/2023
10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver