Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1935/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən 70 №-li fərdi yaşayış evində elektrik enerjisindən istifadəyə görə hesablanmış 3.976,91 manat borcun əsassız olduğuna görə silinməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı paylı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən 70 №-li fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadıqları fərdi yaşayış evi cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisi ilə təchiz edilir və bununla bağlı olaraq həmin ünvanda ASC tərəfindən elektrik sayğacı quraşdırılmışdı. Ona məlum olmayan tarixlərdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları göstərilən ünvanda hasarın çıxışının çöl üzündə, küçədə quraşdırılmış elektrik sayğacına baxış keçirilmişdir. Sonradan "xxxx" ASC-nin əməkdaşları ona məlumat vermişlər ki, elektrik sayğacına baxışının nəticəsi olaraq akt tərtib etmişlər. Həmin akt əsasında isə ona cərimə tətbiq olunmuşdur. Akt bugünədək ona təqdim olunmamışdır. Hesab edir ki, həmin akt tam qanunsuz və əsassızdır. Çünki, sayğaca hər hansı müdaxilə olunmamış, akt onun iştirakı olmadan tərtib olunmuş, sayğaca baxışın keçirilməsi barədə ona məlumat verilməmişdir. Bu səbəbdən cavabdeh "xxxx" ASC tərəfindən qəbul edilmiş akt əsasında ona hesablanmış 3.976,91 manat məbləğində cərimə silinməlidir. Onun adına olan “Abonent saldosu”ndan görünür ki, guya sayğaca müdaxilə oldunduğu üçün akt tərtib olunmuş və akt əsasında cərimə hesablanmışdır, Lakin, nə onun, nə də onun ailə üzvləri tərəfindən sayğaca müdaxilə olunmamışdır. Saldoda qeyd olunan akt onun iştirakı ilə tərtib edilməmiş, akt ona təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, İddiaçı bu işdə tərəf ola bilməz, belə ki o, sayğacı öz adına keçirməli idi. Tərtib olunan aktda iddiaçının mərhum atası X1 adı vardır. İddiaçının sayğacla bağlı hər hansı bir hüququ yoxdur. Belə ki, onun nə "xxxx" ASC ilə bağlı müqaviləsi var, nə də ki abuna haqqında məlumatda adı. Borca görə bir neçə dəfə kəsilmələr olmuşdur. İş materiallarında olan evin çıxarışından görünür ki, ev İddiaçı adınadır. Ancaq quraşdırılan sayğac isə hələ də mərhum X1 adınadır. 2017-ci ilə qədər onun təxminən 1000 manat, 2017-ci ildə 3809 manat, 2019-cu ildə isə 3641 manat borcu olmuşdur. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Abunə haqqında məlumatdan görünür ki, abonent kodu **********00000 olan elektrik sayğacı X2 adınadır və məlumatdan görünür ki, xx.xx.2019-cu il tarixə 3517.25 manat borc qalmışdır. İş materiallarında olan MH seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində istifadədə olan 0.06369 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 38.3 kv.m yaşayış, - kv.m qeyri-yaşayış, 119.35 kv.m köməkçi sahədən ibarət 70 nörməli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ½ hissə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 50 nörməli reyestr kitabının 4500 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1993-cü il tarixdə vəfat etmiş, bu barədə xx.xx.1993-cü il tarixdə 258 № ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı mərhum X1 vərəsəsidir. İş materiallarında olan abonentin hərəkət cədvəlindən görünür ki, abonent kodu **********00000 olan sayğaca 2017-ci il tarixə 3809.13 manat, 2019-cu il tarixə 3641.33 manat borc yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, i Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən 70 №-li fərdi yaşayış evində abonent kodu **********00000 olan elektrik sayğacı iddiaçının atası mərhum X2 adınadır. X4 xx.xx.1993cü ildə ölmüşdür. Qanun üzrə vərəsəlik haqqında xx.xx.2007-ci il tarixli şəhadətnamədən görünür ki, İddiaçı mərhumun vərəsəsidir. Hazırda həmin evdə iddiaçı ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı fərdi yaşayış evi cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisi ilə təchiz edilir və bununla bağlı olaraq həmin ünvanda ASC tərəfindən elektrik sayğacı quraşdırılmışdır. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları göstərilən ünvanda hasarın çıxışının çöl üzündə, küçədə quraşdırılmış elektrik sayğacına baxış keçirilmişdir. Sonradan "xxxx" ASC-nin əməkdaşları ona məlumat vermişlər ki, elektrik sayğacına baxışının nəticəsi olaraq akt tərtib etmişlər. Həmin akt əsasında isə iddiaçiya cərimə tətbiq olunmuşdur. Akt bu günədək ona təqdim olunmamışdır. Hesab edir ki, həmin akt tam qanunsuz və əsassızdır. Çünki, sayğaca hər hansı müdaxilə olunmamış, akt onun iştirakı olmadan tərtib olunmuş, sayğaca baxışın keçirilməsi barədə ona məlumat verilməmişdir. Bu səbəbdən cavabdeh "xxxx" ASC tərəfindən qəbul edilmiş akt əsasında ona hesablanmış 3.976,91 manat məbləğində cərimənin silinməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qeyd olunan məbləğin cərimənin silinməsini xahiş etsə də, onun yaranma əsasları və hesablanma qaydası barədə sübutları məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya məxsus ünvan üzrə abunə hesabına hesablanmış 3.976,91 manat məbləğin silinməsi tələbi əsassızdır və iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia əsassızdır və rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-1935/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1935/2022
13.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver