Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1944/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nın Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 664.00 manat borcun (abonent kodu: **********000) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ”Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu:**********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İstehlakçının istifadə etdiyi su və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-cü il tarixinə 664.00 (altı yüz altmış dörd manat 00 qəpik) manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının ünvan 1nmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-1944/2023 saylı qərardadı ilə iş üzrə etiraz ərizəsi daxil olduğundan, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "su təchizatı və su tullantılarının axıdılmasına görə yaranmış borcun ödənilməsi" tələbinə dair ərizəsi ilə əlaqədar mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, O, 2013-cü ildən etibarən ünvan 2 ünvanında yaşayır. Üç oğlu: xx.xx.1998-ci il təvəllüdlü X1, xx.xx.2001-ci il təvəllüdlü X2 və venə xx.xx.2001-ci il təvəllüdlü X6 oqlu isə onunla birlikdə deyil, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. Böyük oğlu X1 xx.xx.2013-cü il tarixdən, digər iki oğlu isə xx.xx.2015-ci il tarixdən yuxarıda qeyd olunan ünvanda qeydiyyatda olmaqla anaları ilə birlikdə yaşayırlar. Məhz buna görə də iddiaçı ilə 2015-ci ilin 03 fevral tarixində bağlanan müqavilədə ailə tərkibi 1 nəfər olaraq qeyd olunmuşdur. Lakin buna baxmayaraq iddiaçı müqavilənin tələblərini, həmçinin özlərinin qeyd etdikləri “qeydiyyatda olan şəxslərin say tərkibi" qaydasını kobudcasına pozaraq 1 nəfər üçün deyil, 4 nəfərlik tərkibə uyğun qaydada borc hesablanmasını həyata keçirmişlər. Bu da həm mövcud qanunvericiliyə, həm də müqavilə şərtlərinə tamamilə ziddir. İddiaçı məkəməyə təqdim etdiyi 2015-ci ildən etibarən hesablanan borclar və edilən ödənişləri əks etdirən abonent kartlarında ailə tərkibini 4 nəfər olaraq qeyd etmiş və borcun hesablanmasını buna müvafiq olaraq aparmış, həmçinin iddia ərizələrində borcun hesablanmasının ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilməsini bildirmişlər. Halbuki böyük oğlu xx.xx.1998-ci il təvəllüdlü X1 xx.xx.2013-cü il tarixdən, digər iki oğlu - xx.xx.2001-ci il təvəllüdlü X2 və yenə xx.xx.2001-ci il təvəllüdlü X3 isə xx.xx.2015-ci il tarixdən yuxarıda qeyd olunan ünvanda qeydiyyatda olmaqla anaları ilə birlikdə yaşayırlar (bununla bağlı Azərbaycan Respublikası Daxili İslər Nazirliyi tərəfindən verilən “Yaşayış veri üzrə qeydiyyat haqqında” 6288340, ******* və ******* saylı Arayışlar etiraza əlavə olunur). Əlavə olaraq, böyük oğlu X1 xx.xx.2020 - xx.xx.2021-ci illər aralığında, ümumiyyətlə Bakıda olmamış, həqiqi hərbi xidmət keçmişdir. Həmçinin xx.xx.2001-ci il təvəllüdlü X3 da xx.xx.2022-ci il tarixdən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. O cümlədən xx.xx.2001-ci il təvəllüdlü X2 2019-2021-ci illər aralığında 1 il 9 ay olmaqla Daxili Qoşunlarda hərbi xidmət keçmişdir (bununla bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli elektron arayışları əlavə olunur. X2 isə Daxili Qoşunlarda xidmət keçdiyi üçün sözügedən faktı təsdiq edən sənəd sonuncu qurumdan tələb olunsa da, halhazırda Post Patrul Xidmətində işlədiyindən onun informasiyalarının təqdim olunmasının mümkün olmadığı bildirilmişdir). İddiaçı hazırki iddia tələbində 2015-2023-cü illər aralığında hesablanmış 664 manat məbləğində olan borc öhdəliyini tələb edərkən bu borcun 4 nəfərlik ailə tərkibinə müvafiq hesablandığını bildirir. Halbuki iddiaçının özünə də hələ 2015-ci il də müqavilə bağlanarkən ailə tərkibinin 4 nəfərdən deyil, 1 nəfərdən ibarət olması faktı məlum idi. Belə ki, iddiaçı ilə həmin ünvana dair bağlanan xx.xx.2015-ci il tarixli müqavilədə ailə tərkibi bir nəfər olaraq qeyd edilmiş, həmin müqavilənin xx.xx.2015ci il tarixdən qüvvəyə minməsi göstərilmişdir. Bu da o deməkdir ki, iddiaçı xx.xx.2015-ci il tarixdən etibarən hesablanan bütün borc məbləğlərini 4 nəfərlik tərkibə uyğun deyil, bir nəfərlik tərkibə uyğun hesablamalı idi. Lakin hazırki halda görünür ki, mövcud borc 4 nəfərlik tərkibə uyğun hesablanaraq 664 manat təşkil etmişdir və bu da onu deməyə əsas verir ki, hazırki halda həmin borcun ¾ hissəsi silinməli, yəni nəticə olaraq mövcud borc 166 manat məbləğində hesablanmalıdır (bununla bağlı sözügedən xx.xx.2015-ci il tarixli müqavilə əlavə olunur). O, sonda iddiaçı “Azərsu" ASC-nin Cavabdeh qarşı ‘borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddianın qismən - yalnız 166 manat məbləğində borcun tutulması hissəsində təmin edərək, 498 manat borcun tutulması hissəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş abonent kartından görünür ki, Cavabdeh ünvan 4 ünvanına cəmi 664,00 AZN borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, cavabdehə İddiaçı ASC-yə olan borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. 7 iş günü müddətində borcu ödəmədiyi təqdirdə göstərilən xidmətlərin dayandırılacağı, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin ondan məhkəmə qaydasında tutulmasının təmin ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası DİN-in Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışlarından görünür ki, X1 xx.xx.2013-cü il tarixdən, X3 və X2 isə xx.xx.2015-ci il tarixdən etibarən ünvan 5 ünvanında qeydiyyatdadır. İddiaçı ASC-nin Səbail Rayonu Su Kanal İdarəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 06/3050 saylı müqavilədən görünür ki, istehlakçı qismində Cavabdeh göstərilmişdir. Ödəniş qəbzindən (№ 8********) görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 AZN məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 61-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır; 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Həmin qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Tarif Şurasının İddiaçı ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi istehlakçının mənzilinə sayğac quraşdırılmamış və istehlakçının ailə üzvləri başqa mənzildə yaşadığı və qeydiyyatda olduğu üçün tərəflər arasında bağlanılan müqavilədə 1 nəfər ailə üzvü göstərilmişdir. Lakin cavabdeh tərəfindən hüquqi əsas olmadan verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi 4 nəfərlik ailə üzvünə uyğun hesablanmışdır. Göstərilənlərə əsaəsn İddiaçı ASC tərəfindən hesablanmış 664 manat borc, qeyd edilən ünvanda sadəcə bir nəfərin yaşaması səbəbilə yalnız ¼ hissədə, yəni 166 manat məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci 7 manat 50 qəpik hissədə cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 166 manat borc tutularaq **********000 saylı abonent koduna və 7 manat 50 qəpik dövlət rüsumu üzrə xərclər İddiaçı ASC-nin hesabına ödənilməlidir. İddianın qalan hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 166 manat borc tutularaq **********000 saylı abonent koduna və 7 manat 50 qəpik dövlət rüsumu üzrə xərclər İddiaçı ASC-nin hesabına ödənilsin. İddianın qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-1944/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1944/2023
17.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver