Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1953/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə yaranmış borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı ASC Cavabdeh qarşı «su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 484,33 manat borcun və 30 manat dövlət rüsumu üzrə xərclərin ”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ”Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh (abonent kodu: **********080) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 30 yanvar 2024cü il tarixinə 484,33 (dörd yüz səksən dörd manat, otuz üç qəpik) manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq 4 nəfər normativ qaydada hesablama yolu ilə məüyyən edilmişdir. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 12 yanvar 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, ev 91 olduğu qeyd olunmuşdur. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-1953/2024 nömrəli qərardadı ilə mülki iş sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etmiş və bildirmişdir ki, ünvan üzrə hesablama qeydiyyatda olan şəxslərin sayına görə hesablanmışdır. Hazırda müəyyən edilir ki, Cavabdeh həmin ünvanda 2019-cu ildən etibarən qeydiyyatdan çıxıb, belə olan təqdirdə həmin şəxs üçün hesablanmış məbləğ ümumi borcdan silinməlidir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdeh bildirmişdir ki, o, 2019-cu ildən etibarən həmin ünvandan qeydiyyatdan çıxmışdır və həmin ünvanda ümumiyyətlə heç kim yaşamır. Ünvan üzrə qeydiyyatda olan şəxslərin sayına görə hesablama aparılmasını əsassız hesab edir. Odur ki, iddia tələbini qəbul etmir. İş materialları: Abonent kartından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2001-ci il tarixli 10978203 saylı müqavilə bağlanmış, ünvan 1 ünvanı üzrə «**********080» saylı abonent koduna 484,33 manat məbləğində borc yazılmışdır. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə 484,33 manat məbləğində borcu yaranmış və o, qeyd olunan borcu 7 iş günü müddətinə icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur. xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-nin hesabına 200 manat ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixli 997 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-nin hesabına 200 manat ödəniş edilmişdir. Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 114 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli 84 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə Təbriz küçəsi 54 saylı evin 8 nömrəli mənzildən qeydiyyatdan çıxmışdır. Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 48 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 160 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən Ə.Quliyev küçəsi ev 91 ünvanında qeydiyyatdadır. İddiaçı ASC tərəfindən təqdim edilmiş borcun hesablanmasına dair arayışdan görünür ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh göstərilən 4 nəfər üçün su təchizatı və kanalizasiya xidmətləri 2019-cu il üçün 122 manat, 2020-ci il üçün 121,50 manat, 2021-ci il üçün 222,33 manat, 2022-ci il üçün 242 manat, 2023-cü il və 2024-cü ilin yanvar ayı üçün 258 manat təşkil etmişdir (ümumi 943,83 manat). 1 nəfər üçün su təchizatı və kanalizasiya xidmətləri 2019-cu il üçün 30,50 manat, 2020-ci il üçün 30,37 manat, 2021-ci il üçün 55,58 manat, 2022-ci il üçün 60,50 manat, 2023-cü ilin iyul ayınadək isə 59 manat təşkil etmişdir (ümumi 235,95 manat) İddiaçı ASC-nin abonent kartından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə olan borcu 566,33 manat təşkil edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq İddiaçı ASC xx.xx.2024cü il tarixli 13-16/2-964-2024 nömrəli məktubla bildirmişdir ki, “Sudan istifadə Qaydaları’nın 1.8-ci bəndinə əsasən tikintisi başa çatmış çoxmənzilli yaşayış binalarının mənzil mülkiyyətçiləri ilə fərdi müqavilələr daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulduqdan sonra, fərdi yaşayış evlərinin və qeyri- əhali obyektlərinin su təminatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli 275 nömrəli qərarı ilə “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”na əsasən həyata keçirilir. ünvan 2 ünvanında Cavabdeh ilə su və kanalizasiya təchizatından istifadəyə görə xx.xx.2001-ci il tarixində 10978203 saylı müqavilə (abonent kodu: **********080) bağlanmış və istehlakçı kimi su sərfiyyatının ölçülməsi ailə tərkibinə uyğun olaraq 4 nəfər olmaqla sayğacsız sudan istifadə edir. **********080 abonent kodu üzrə 484,33 manat borc məbləği 2019-cu il sentyabr ayından 2024-cü il yanvaradək dövr aralığında yaranmışdır. **********080 abonent kodu üzrə 2019-cu ilin yanvar ayına 4 nəfər şəxs üçün hesablanmış borc məbləği 10.50 manat təşkil edir. **********080 abonent kodu üzrə 2019-cu ilin yanvar ayından 2024cü il yanvar ayınadək 4 nəfər şəxs üçün hesablanmış borc məbləği 943.83 manat təşkil edir. **********080 abonent kodu üzrə 2019-cu ilin yanvar ayından 2024-cü ilin yanvar ayınadək 3 nəfər şəxs üçün hesabat aparılmamışdır. Hazırda abonentin 334,33 manat borcu vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər-hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Eyni Qanunun 62-ci maddəsindən görünür ki, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsinin qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, istehlakçı verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: İlkin olaraq qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 54 saylı evin 8 nömrəli mənzildən qeydiyyatdan çıxmışdır və hal-hazırda həmin mənzildə 3 nəfər qeydiyyatdadır. Lakin buna baxmayaraq, İddiaçı ASC sayğacsız sudan istifadə edilməsi ilə bağlı su sərfiyyətının ölçülməsini 4 nəfərə uyğun şəkildə hesablamışdır.Bununla əlaqədar aparılmış məhkəmə araşdırması zamanı ünvan üzrə qeydiyyatda olan 1 şəxsə münasibətdə hesablanmış xidməti haqqı hesablanmış ümumi borc məbləğindən çıxılmalıdır. Belə ki, iddiaçı tərəfin təqdim etdiyi hesablama arayışına əsasən müəyyən edilir ki, borcun hesablandığı dövr üçün 1 şəxsə münasibətdə borc məbləği 243,20 manat təşkil etmişdir. Hesablama arayışına uyğun olaraq isə borcun hesablandığı bütöv müddət üçün 1 şəxsə münasibətdə hesablanan borc, habelə həmin müddət üçün abonent tərəfindən edilmiş ödənişlər nəzərə alınmalıdır. Məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinə əsasən müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixində, xx.xx.2023-cü il tarixində və xx.xx.2024-cü il tarixində müvafiq olaraq 200, 200 və 250 manat məbləğində sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə İddiaçı ASC-yə ödənişlər etmişdir. İddiaçı tərəfin təqdim etdiyi 2019-2024cü illər üçün hesablanmış borcun 965.83 manat, həmin müddət ərzində 1 şəxsə görə hesablanmış borcun 243,20 manat təşkil etməsi və abonent tərəfindən 200,200 və 250 manat məbləğində ödənişlər etməsi nəzərə alınmaqla hazırda abonentin borcu müəyyən edilməlidir. (965,83-(200+200+250+243,20)=72,63) Göründüyü kimi hazırki iddia tələbi 484,33 manat olsa da, məhkəmə araşdırması zamanı borclunun hazırki günə yalnız 72,63 manat borcu olması müəyyən edildiyindən, iddia tələbi yalnız bu hissədə təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 72,63 manat borc və 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 72,63 (yetmiş iki manat altmış üç qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1953/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1953/2024
21.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver