Məhkəmə qərarları › İş №e-2(006)-1988/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1988/2023

24.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1988/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi ilə, İddiaçı "X2 Kredı̇ t Təşkı̇ lati MMC-nin cavabdehlər Rəhı̇ mov Vüqar Nərı̇ man oğluna, Rəhı̇ mova Aynurə Fı̇ krət qızına qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X2 Kredı̇ t Təşkı̇ lati MMC cavabdehlər Rəhı̇ mov Vüqar Nərı̇ man oğluna, Rəhı̇ mova Aynurə Fı̇ krət qızına qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hal-hazırda da olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi 0.015 ha torpaq sahəsi və üzərində yerləşən 95.8 kv.m. ümumisahəsindən ibarət 18C nömrəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə 1 (bir) ay ərzində cıxarılmaları-na, fərdi yaşayış evinin boşaldılmasına,fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-cu il tarixli 2021/00861 sayli Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə şəxsiməqsədlər üçün 36 (otuzaltı) ay müddətinə illik 32 (otuziki) faiz dərəcəsi ilə 12 000 (on ikimin) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi 0.015 ha torpaq sahəsi və üzərində yerləşən 95.8 kv.m. ümumi sahəsindən ibarət 18C nömrəli fərdi yaşayış evi (ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş **********33-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış) ipoteka predmeti kimi BOKT-a təqdim edilmiş və bu barədə xx.xx.2021-cu il tarixli 2021/00861-İP nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh2 tərəfindən kredit üzrə ödənişlər mütamadi olaraq pozulduğundan ona qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Abşeron rayon İcra Şöbəsinə icra qeydi ilə müraciət etmişdir. Abşeron rayon İcra Şöbəsi icra tələbini təmin edilərək Cavabdeh2 yaranmış borcun tutulması və Cavabdeh2 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi 0.015 ha torpaq sahəsi və üzərində yerləşən 95.8 kv.m. ümumi sahəsindən ibarət 18C nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılmasısatışdan əldə olunan pul hesabına yaranmış borcun bağlanmasını icra etmişdir. Abşeron rayon İcra Şöbəsinə verilmiş icra qeydinə əsasən, ipoteka predmetinin açıq hərracda satılması üçün "xxxx"MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanun 43.7-ci maddəsinə əsasən "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə təklif edilmişdir. "xxxx" MMC ilə "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti arasında “hərracın” yekunları haqqında yekun protokola əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və PHŞ-in 4 saylı Ərazi İdarəsindən Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi 0.015 ha torpaq sahəsi və üzərində yerləşən 95.8 kv.m. ümumi sahəsindən ibarət 18C nömrəli fərdi yaşayış evinə "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır. İpoteka predmeti olan əmlakın "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin mülkiyyətinə keçməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hal-hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi 0.015 ha torpaq sahəsi və üzərində yerləşən 95.8 kv.m. ümumisahəsindən ibarət 18C nömrəli fərdi yaşayış evində qeydiyyatda olmamalarına baxmayaraq həmin ünvanda yaşayırlar. Bu isə bir mülkiyyətçi kimi"xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin hüquqlarını pozur, fərdi yaşayış evindən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görədə hazır ki iddianın qaldırılmasına zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdehlərin mülkiyyətdə olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi 0.015 ha torpaq sahəsi və üzərində yerləşən 95.8 kv.m. ümumi sahəsindən ibarət 18C nömrəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalı, fərdi yaşayış evi boşaldılmalı və fərdi yaşayış evindən istifadə hüququna xitam verilməlidir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iddianın baxılıb təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 02/2023 saylı Qərardadına əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. İş materiallarından da göründüyü kimi, qeyd edilən ipoteka müqaviləsi xx.xx.2021-ci il tarixlidir. İddiaçıya iddiaçıya sözügedən tələblər üzrə icra qurumuna müraciət edə bilmələri izah olunmalıdır. Belə ki, Belə ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin məzmunundan göründüyü kimi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi, ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin “İcra haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş qaydada icra məmurları tərəfindən ipoteka predmeti olan yaşayış sahəsidən və qeydiyyatdan məcburi qaydada çıxarılması üçün hüquqi əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı "X2 Kredı̇ t Təşkı̇ lati MMC-nin cavabdehlər Rəhı̇ mov Vüqar Nərı̇ man oğluna, Rəhı̇ mova Aynurə Fı̇ krət qızına qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsinə Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı olmadığından mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "X2 Kredı̇ t Təşkı̇ lati MMC-nin cavabdehlər Rəhı̇ mov Vüqar Nərı̇ man oğluna, Rəhı̇ mova Aynurə Fı̇ krət qızına qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçıya sözügedən tələblər üzrə icra qurumuna (Abşeron rayon İcra Şöbəsi) müraciət edə bilmələri izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar