Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2029/2022 24.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər ünvan və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «etibarnamənin etibarsız hesab edilməsi, torpaq sahəsinin icarə hüquqlarının alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, ünvan və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin icarə hüquqlarının alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Ramana quşçuluq sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə icarə hüququnun alğı-satqısına dair 9 saylı Notariat ofisində bağlanmış 02.06.2021-ci il tarixli 3M-621 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 12.10.2021-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən verilmiş 11.04.2017-ci il tarixli ƏN-İ seriyalı 639076 saylı etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri Sabunçu rayonu Ramana quşçuluq sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə icarə hüququnun alğı-satqısına dair 9 saylı Notariat ofisində bağlanmış 02.06.2021-ci il tarixli 3M-621 saylı alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını; Bakı şəhəri 9 saylı Notariat ofisinin cavabdeh qismində deyil, üçüncü şəxs kimi işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 15.11.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində texniki səhvə yol verilməsinin, alğı-satqı müqaviləsinin 02.06.2021-ci il tarixli deyil, 02.06.2020-ci il tarixli olmasının nəzərə alınmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 02.03.2022-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən verilmiş 11.04.2017-ci il tarixli ƏN-İ seriyalı 639076 saylı etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri Sabunçu rayonu Ramana quşçuluq sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə icarə hüququnun alğı-satqısına dair 9 saylı Notariat ofisində bağlanmış 02.06.2020-ci il tarixli 3M-621 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını; Bakı şəhəri 9 saylı Notariat ofisinin cavabdeh qismində deyil, üçüncü şəxs kimi işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh3 ilə 28.06.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, həmin nikahdan iki üşaqları dünyaya gəlmişdir. Cavabdehlə birgə yaşadıqları dövrdə, ailələrinin maddi imkanı pis olduğundan, atası Abşeron rayonu, hazırda Sabunçu rayonuna aid olan Ramana quşçuluq sovxozu ərazisində torpaq sahəsi icarəyə götürüb orada ticarət məqsədi ilə obyekt tikdirmiş və həmin əmlakı ona vermişdir ki, ailələrinin saxlanması üçün gəlir yerləri olsun. Həmin torpaq sahəsinin icarəsi onun adına rəsmləşdirilmiş və buna dair «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri» tərəfindən 02.12.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir. Bununla yanaşı, yaşadıqları mənzilin alınması üçün də, atası köməklik edərək mənzilin bir hissəsinin dəyərini ödəmişdir. Qeyd etmək istəyir ki, birgə yaşadıqları dövrdə Cavabdeh3 maddi imkanı yaxşı olmamış, aylıq gəliri az olmuş və o, heç bir halda nə ev, nə də ki obyekt almaq və inşa etdirmək iqtidarında olmamışdır. 2017-ci ildə İlham ondan xahiş etmişdir ki, torpaq sahəsinin idarə olunması, yəni işıq, su, qaz çəkilməsi və digər texniki məsələlərin həlli üçün X4 etibarnamə versin və o, 11.04.2017-ci il tarixdə Kamran Mürsəlova torpaq sahəsinin idarə olunması üçün etibarnamə vermişdir. Torpaq sahəsinə olan hüquqlarının satılmasından ehtiyat edərək, elə həmin vaxt o, İlhama bildirmişdir ki, torpaq sahəsinə olan hüquqlarının başqasına keçirilməsinə dair etibarnamə verən deyil. Daha sonra 2020-ci ilin avqust ayında İlham nikahın pozulması üçün məhkəməyə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli 2(006)-532/2021 saylı qətnaməsi ilə onların nikahları pozulmuşdur. O, iki övladları olduğundan ailəsinin dağılmasına həmişə etiraz etsə də, sonradan ona məlum olmuşdur ki, İlham başqa qadınla qeyri-rəsmi yaşayır və həmin qadından bir övladı dünyaya gəlmişdir. Bu yaxın vaxtlarda ona məlum olmuşdur ki, İlham 11.04.2017-ci il tarixdə onu notariusa apardıqda, torpaq sahəsinin idarə olunmasına dair etibarnamə ilə yanaşı, xəbəri olmadan bütün əmlakı üzərində sərəncam verməyə dair saxta etibarnamə almışdır. Qeyd etdiyi etibarnaməyə tərəfindən imza atılmamış və o, ümumiyyətlə həmin etibarnamənin mövcud olmasından xəbərsiz olmuşdur. Bu yaxınlarda ona məlum olmuşdur ki, yaşadığı mənzildən bütün sənədlər yoxa çıxıb və o, başa düşmüşdür ki, mənzilin qapısının açarının bir nüsxəsi İlhamda olduğundan bu əməl İlham tərəfindən törədilib. O, şübhələnərək 9 saylı notariat ofisinə gedib etibarnaməni ləğv elətdirmək istədikdə, onun adından həm İlhama, həm digər şəxslərə etibarnamələrin verildiyini və ona məxsus torpaq sahəsinə icarə hüququnun satıldığını görmüşdür. Beləliklə, ona məlum olmuşdur ki, Cavabdeh3 07.05.2020-ci il tarixdə xəbəri olmadan, ona məxsus Sabunçu rayonu X13 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə icarə hüququnu və orada tikilmiş ticarət obyektini bacısı Cavabdeh1 5.000 manata satmış, sonra real qiymət olmadığından, gələcəkdə bu işin saxta olduğunun üzə çıxacağını düşünərək ilkin alğı-satqı müqaviləsini ləğv etdirmiş və həmin obyekti yenidən 02.06.2020-ci il tarixdə bacısına 100.000 manata satmışdır. Göründüyü kimi, İlham saxtakarlıq edərək, onun əmlakını mənimsəmək üçün saxta etibarnamə əsasında yalandan bacısı ilə alğı-satqı müqaviləsi bağlamışdır. Halbuki, İlhamın bacısı Gülnarın hər-hansı bir əmlak almaq üçün ümumiyyətlə vəsaiti və gəliri yoxdur. Daha sonra o, «my.gov» saytına daxil olduqda görmüşdür ki, cavabdeh İlham 14.07.2021-ci il tarixdə onun adından və onun imzasını saxtakarlaşdıraraq yuxarıda qeyd olunan əmlakın su borcunun silinməsi üçün Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bu hal onun qeyri-qanuni, yəni saxta yollarla onun adından hərəkət etdiyini sübut edir. Qeyd olunanların hamısı onu göstərir ki, Cavabdeh3 saxtakarlıq edərək, ona məxsus əmlakı mənimsəmək və rəsmiləşdirmə işləri aparmaq üçün adından yalan iddia qaldırmışdır. Qeyd etmək istəyir ki, onun Bakı şəhəri Ramanı qəsəbəsində yerləşən torpaq sahəsinə icarə hüquququnu satmaq niyyəti olmayıb, həmin torpaq sahəsi Cavabdeh3 tərəfindən mənimsənilmək məqsədi ilə saxta yolla guya bacısı Cavabdeh1 satılmışdır. Bu səbəbdən, hesab edir ki, həmin torpaq sahəsinə icarə hüququnun alğısatqısına dair müqavilə etibarsız hesab olunmalı və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və yazılı izahat təqdim edərək, əlavə etdi ki, İddiaçı Cavabdeh3 və qeyrilərinə qarşı Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən verilmiş 11.04.2017-ci il tarixli ƏN-İ № 639076 nömrəli etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri Sabunçu rayonu Ramana quşçuluq sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə icarə hüququnun alğı-satqısına dair 9 saylı Notariat ofisində bağlanmış 3M-621 saylı, 02.06.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş məhkəmənin icraatındadır. Bildirmək istəyir ki, iddiaçı ilk olaraq iddia ərizəsində yuxarıda qeyd olunan etibarnaməni imzalamadığını və ümumiyyətlə həmin etibarnamənin mövcud olmasından xəbərsiz olduğunu qeyd etmişdir. Bunu da onunla əsaslandırmışdır ki, 17.04.2017-ci il tarixdə cavabdeh onu notariusa apararkən Kamran Mürsəlova yalnız sözügedən torpaq sahəsinin üzərində tikilmiş obyektlərə dair müəyyən texniki hərəkətlərin edilməsi üçün etibarnamə verəcəyini bildirmişdir. Lakin iddiaçı ehtiyat edərək cavabdehə bildirmişdir ki, həmin torpaq sahəsini iddiaçının atası aldığından və onun üzərində obyektləri də o tikdirdiyindən əmlakın satılmasına dair etibarnamə verməyəcəkdir. Ona görə iddiaçı da iddia ərizəsində etibarnaməni imza etmədiyini və həmin etibarnamədən xəbəri olmadığını qeyd etmişdir. Lakin məhkəmə prossesinin gedişi vaxtı iddiaçı yenidən bütün hadisələri təhlil edərək notariusda tərəfindən bir çox sənədlərə imza atılması yadına düşmüş və o, belə qənaətə gəlmişdir ki, ola bilər ki, həmin gün Kamran Mürsəlova etibarnamə verdiyi zaman cavabdeh ona xəbəri olmadan bir neçə yazılı sənəd təqdim edərək digər etibarnaməni də qəsdən öz məqsədlərinə nail olmaq üçün imzalatdırmışdır. Bunu cavabdeh iddiaçının sözügedən torpaq sahəsinə icarə hüququnun satılmasına razı olmayacağını bildiyindən belə addım atmış və sonra iddiaçının xəbəri olmadan torpaq sahəsinə icarə hüququnu bacısına satmışdır. İddiaçı hesab edir ki, onun imzasının cavabdehə vermiş olduğu etibarnamədə olması onun iradə ifadəsini bildirmir. Çünki, cavabdehə həmin etibarnaməni vermək fikri olmamışdır. Bu da onunla təsdiq olunur ki, eyni gündə Kamran Mürsəlova verilən etibarnamədə obyektin idarə olunması (adından Abşeron rayonu X13 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin icarə hüquqlarını istifadə etməyi, idarə etməyi, vergi ödəməyi, vergi orqanlarında, banklarda, kassa aparatı almağı və qeydiyyata salmağı, ondan istifadə etməyi, kommunal xərcləri ödəməyi, post terminal ilə bağlı iddiaçını təmsil etməyi və s. səlahiyyətlər) üçün səlahiyyətlər verilib. Bu o deməkdir ki, iddiaçının fikri qeyd olunan torpaq üzərində olan obyektləri satmaq deyil, idarə edərək gəlir əldə etmək olub. Odur ki, yuxarıda qeyd olunanların nəzərə alınmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında izahatına əlavə olaraq bildirmişdir ki, əldə etdikləri "xxxx" MMC-nin 14 may 2022-ci il tarixli 08/22 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən İddiaçı məxsus Abşeron rayonu X13 ərazisində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilən bir mərtəbəli Çilingər sexi, Yağdəyişmə sexi, Mebel sexi, Masa-miz təmiri sexi, Qapıpəncərə sexi, Dəmirçi sexi, Kafe, Kişi salonu (bərbərxana), Ət məhsullarının satışı mağazasının tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 380.000 manat təşkil edir. Bu hal da ikinci dəfə bağlanmış alğı-satqı müqaviləsinin də görünüş üçün bağlanması və real olaraq dəyəri 380.000 manat olan əmlakın 100.000 manata satılmasını təsdiq edir. Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, polis əməkdaşı olduğuna görə və birgə yaşadıqları dövrdə maddi imkanı yaxşı olmamış, aylıq gəliri az olmuş və o, heç bir halda nə ev, nə də ki obyekt almaq və inşa etdirmək iqtidarında olmamışdır, ona görə də əmlaklar ala bilməz. Guya həmin əmlaklar atası tərəfindən iddiaçıya alınmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçının da atası polis əməkdaşıdır, amma onun atası iş adamıdır. Həmin əmlaklar onun atasının köməkliyi ilə alınmışdır. İddiaçı bildirir ki, 14.07.2021-ci il tarixdə onun adından və onun imzasını saxtalaşdıraraq yuxarıda qeyd olunan əmlakın su borcunun silinməsi üçün Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bildirmək istəyir ki, su borcunun silinməsi ilə bağlı iddia ərizəsi iddiaçı tərəfindən imzalanmışdır. Onu da qeyd edir ki, xanım tərəfindən etibarnamə verilərkən, hüquqi nəticələr xanıma izah edilmişdir. Qazın sənədləşməsini Kamran adlı şəxsə tapşırmışlar. Onlar birlikdə əmlakın su borcunun silinməsi üçün məhkəməyə müraciət etmişlər. Həmin iddia ərizəsi xanımın özü tərəfindən imzalanmışdır. O, övladının saxlanılması üçün hər ay 500 manat aliment vermişdir. Onun 2017 və 2018-ci illərdən borcu yaranmışdır. Şəxsi borcları olmuşdur. Ümumi ödəmiş olduğu borc 100.000 manatdan çox olmuşdur. Atası onun 50.000 manatdan çox borcunun ödənilməsində ona köməklik göstərmişdir. Qeyriyaşayış sahəsinin satışından əldə etdiyi pulları borclarına ödəmişdir. Lakin həmin pul borcunu tam ödəmək üçün kifayət etməmişdir. İndi də həmin qeyri-yaşayış sahəsinə gedir. Kamran adlı şəxsə verilmiş etibarnamə qazın çəkilməsi üçün verilmişdir. Göstərilənlərə əsasən, iddia ərizəsini əsassız hesab edir və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1 öncəki məhkəmə iclaslarında iddianı qəbul etmədi və izahatında bildirdi ki, qiymət real göstərilmədiyindən 5.000 manata olan alğı-satqı müqaviləsi ləğv edilmiş və onların arasında 100 min manata olan yeni alğı-satqı müqaviləsi bağlanmışdır. Onların belə etmələrinin səbəbi isə vergi xərclərini azaltmaq istəmələri olmuşdur. İddia ərizəsində göstərilənləri əsassız hesab edir və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahat verərək onu bildirdi ki, şahidlərin ifadələri mötəbər sübut kimi qiymətləndirilməlidir. Şahidlərin qohum və yaxud tanış olması onların vermiş olduqları ifadələri şübhə altına ala bilməz. Yalnız verilmiş ifadələr arasında ziddiyyət olduqda belə şübhə yarana bilər. Şahidin kiminsə atası, qohumu, tanışı və s. olmasına dair arqumentlərin prosessual əsası yoxdur. Məhkəmə iclasında dindirilmiş iki şahid İlham müəllimin qeyri-yaşayış sahəsini borca düşməsi səbəbindən satdığını təsdiq etmişlər. Qarşı tərəf dindirilmiş şahidlərin iddiaçının qeyri-yaşayış sahəsinin satılmasından xəbərdar olub-olmamasına dair dəqiq məlumat verməmələrinə istinad edir. Lakin şahidlərdən biri makler, digəri sürücü olmaqla, bu barədə məlumatlarının olmaması realdır. Digər, üçüncü şahid isə Cavabdeh3 atasıdır və ailəyə daha yaxın olan şəxsdir. O, təsdiq etmişdir ki, qeyd edilən əmlakı öz vəsaiti hesabına almış və onun vəsaiti hesabına da, tikilmişdir. Cavabdeh3la Cavabdeh1 arasında ilk dəfə müqavilə bağlanan zaman qeyri-yaşayış sahəsinin dəyəri 5.000 manat müəyyən edilmişdir. Lakin sonradan, Gülnar xanım qeyriyaşayış sahəsinin onun adına rəsmiləşdirildiyi üçün məbləğin qanunauyğun şəkildə 100.000 manat qeyd edilməsini arzulamış və həmin məbləği ödədikdən sonra ikinci dəfə onlar arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Alğı-satqı müqaviləsinin ikinci dəfə bağlanmasının başlıca səbəbi qeyri-yaşayış sahəsinin real qiymətinin müqavilədə əks edilməsi olmuşdur. Bunun başqa bir izahı yoxdur. Hesab edir ki, iddiaçı tərəf iddia tələbində qeyd etdiklərinə dair əsaslı sübut təqdim edə bilməmişlər. İddiaçı tərəf qeyd edir ki, qeyri-yaşayış sahəsi Vüsalə xanımın atası tərəfindən alınmış və elə sonuncunun vəsaiti hesabına da tikilmişdir. Lakin bu hala dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün sübut mövcud deyildir. Elektron sistemdə iddiaçı tərəfindən iddia ərizəsi ilə yanaşı bir sıra sənədlər də yerləşdirilmişdir. Lakin həmin sənədlər mülki prosessual qanunvericiliyin tələblərinin pozulması nəticəsində verilmişdir. Belə ki, həmin sənədlərin əsli və yaxud təsdiq edilmiş surətləri təqdim edilməmiş və bununla da, həmin sənədlər sübut növü kimi qiymətləndirilə bilməz. Yalnız notariat işinin mövcudluğu etibarnamənin etibarsız olmasını təsdiq etmir. Bundan əlavə qeyd edir ki, hazırda Mülki Məcəllənin 354-cü maddəsi tətbiq edilməlidir. Həmin maddəyə əsasən hazırda etibarsızlığı tələb olunan 2017-ci il tarixli etibarnamə və alğı-satqı müqaviləsi üzrə 1 illik iddia müddəti keçmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər ünvan və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 9 saylı Notariat Ofisinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaında dindirilmiş şahid X7 ifadə verərək bildirdi ki, o, Cavabdeh3 qardaşının tanışıdır, həmçinin vasitəçi (makler) kimi fəaliyyət göstərmişdir. Bildiyi qədəri ilə iddiaçı ilə Cavabdeh3 ailəsində narazılıqlar olduğuna görə onlar boşanmışlar. İlham müəllimin satılmaq üçün mənzili və qeyri-yaşayış sahəsi var idi. O, həmin mənzilə gedərək, mənzilin şəkillərini çəkmişdir və sonuncuya məxsus qeyri-yaşayış sahəsinin şəkilləri ona göndərilmişdir ki, o, həmin yeri satsın. O da öz növbəsində, həmin şəkilləri alğı-satqı həyata keçirilməsi üçün istifadə olunan «Bina.az» saytına təxminən 2017-ci il tarixdə elan yerləşdirmişdir. Mənzilin həmin saytda satış üçün qiymətini 180.000 manat, qeyri-yaşayış sahəsinin qiymətini isə 120.000 manat qeyd etmişdir. Onun Cavabdeh3 mənzili və qeyri-yaşayış sahəsini niyə satması barədə məlumatı yoxdur. İddiaçı tanımır, bir dəfə mənzilin şəkillərini çəkərkən evdə görmüşdur və indi görsə heç tanımaz. Qeyd etdiyi kimi, mənzilin şəkillərini özü çəkmişdir. Mənzilin şəkillərini çəkərkən mənzildə xanım və uşaq var idi, xanım digər otaqda idi. Mənzilin şəkillərini çəkməsini xanımın görübgörməməsini dəqiq bilmir. Elan saytda bir ay qalmışdır. Qeyri-yaşayış sahəsi üçün yalnız bir dəfə müştəri göndərmişdir. Cavabdeh3 ona satışların gizli aparılmalı olması barədə heç nə deməmişdir. Hal-hazırda vasitəçi (makler) kimi fəaliyyət göstərmir. Əvvəllər 4-cü mikrorayon adlanan ərazidə fəaliyyət göstərmişdir. 2000-ci ildən vasitəçi (makler) kimi fəaliyyət göstərməyə başlamışdır. İddiaçının onun tanıyıb-tanımadığını bilmir. Qeyriyaşayış sahəsi olan əraziyə getməmişdir, oranın şəkilləri çəkilmiş və ona göndərilmişdir. O, qeyri-yaşayış sahəsini yalnız şəkillərdə görmüşdür. Qeyri-yaşayış sahəsində plastik və qaynaq sexləri fəaliyyət göstərmişdir. Xanım olan otağın şəklini çəkmişdir. İddiaçının evdə olan söhbətlərdən yəqin ki, xəbəri var idi. X2 ifadə verərək bildirdi ki, Cavabdeh3 atası Akif müəllim Bərdə rayonunda onların qonşusudur. O, 2010-cu il tarixdə Bakı şəhərinə gəlmişdir. İlham müəllimə demişdir ki, o, iş axtarır, əgər iş olsa ona məlumat versin. Sonuncu da onu öz ailəsinə sürücü kimi işə götürmüşdür. O, sonuncunun uşaqlarını məktəbə, həyat yoldaşını isə getmək istədiyi yerlərə aparmışdır. Sonuncu ona «VAZ 2107» markalı maşın da alıb vermişdi. Sonuncunun anası şəkər xəstəliyindən əziyyət çəkirdi. O, sonuncunun anasını xəstəxanaya aparırdı. Həmin vaxtlar Ramana qəsəbəsində boş ərazi var idi. O, Akif müəllimə demişdir ki, bu ərazidə işlər yaxşıdır. Daha sonra sonuncu ilə həmin əraziyə gedib baxmışlar. Akif müəllim ona demişdir ki, həmin ərazidən torpaq alsınlar. O, həmin ərazidən ilk öncə 4 sot torpaq üçün 12.000 manat, daha sonra 2 sot torpaq üçün 5.000 manat, ümumilikdə 6 sot torpaq üçün 17.000 manat ödəniş edərək, Həsən adlı şəxsdən torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi İlham müəllimin həyat yoldaşının adına rəsmiləşdirilmişdir. Alğı-satqı Ramana qəsəbəsində alğı-satqı ofisində baş tutmuşdur. Sonralar o, qeyri-yaşayış sahəsində yerləşən boksları kirayə vermişdir. Akif müəllim ona demişdir ki, kirayədən götürdüyü pulları İlhamın maddi imkanı yaxşı olmadığına görə sonuncuya və sonuncunun ailəsinə versin. O, 2015-ci il tarixindən sonra oradan ayrılmışdır. Oradan ayrılanda qeyri-yaşayış sahəsi 150.000 manata satışa çıxarılmışdı. Hətta qiymət baha olduğu üçün alan olmamışdır. Həsən adlı şəxs aldıqları torpağın sahibi idi. Həmin torpaq sahəsində 7 boks var idi. Qeyri-yaşayış sahəsinin uzunluğu 40 metr, eni isə 20 metr olardı. Qeyri-yaşayış sahəsinin Cavabdeh3 həyat yoldaşının adına rəsmiləşdirilməsinin səbəbi barədə məlumatı yoxdur. Qeyri-yaşayış sahəsi 2011-ci il tarixdə alınmışdır. Kirayədə olan bokslardan fərqli məbləğlərdə (100 manat, 200 manat, 300 manat, 500 manat) kirayə haqqı almışdır. Alğı-satqı etibarnamə ilə baş tutmuşdur. Qeyri-yaşayış sahəsinin çıxarışı yox idi, lakin bir neçə dəfə çıxarış almaq üçün Abşeron rayonu Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə getmişdir. O, qeyd etdiyi kimi, 2015-ci il tarixdən sonra oradan ayrılmışdır. Qeyri-yaşayış sahəsinin necə satılmasını dəqiq bilmir. Vüsalə xanımın qeyri-yaşayış sahəsinin satılmasından yəqin ki, xəbəri olub. Qeyri-yaşayış sahəsinin Vüsalə xanımın adına rəsmiləşdirilməsi barədə Akif müəllim ona göstəriş vermişdir. X3 ifadə verərək bildirdi ki, 2011-ci ildə ona Ramana qəsəbəsində sözügedən əmlakın mövcud olması barədə məlumat daxil olmuşdur. Həmin əmlak Şahin adlı şəxsə məxsus olmuş və onunla müqavilə bağlanaraq, həmin əmlakı gəlinin adına rəsmiləşdirmişlər. Sözügedən əmlak onun vəsaiti hesabına alınmış, hətta tikinti-təmir işlərinin xərcini də özü qarşılamışdır. Oğlu İlhamın maddi vəziyyəti yaxşı olmadığından, alınmış əmlakın istifadəsi ilə əlaqədar əldə edilən aylıq gəliri oğluna vermişdir. Həmin əmlakı oğlu İlham üçün almışdır. Oğlunun kifayət qədər borcu yarandığından, oğlu İlham qeyri-yaşayış sahəsini borcların ödənilməsi məqsədilə satmaq qərarına gəlmişdir. Bu barədə ona telefon vasitəsilə məlumat vermişdir. Sonradan həmin qeyri-yaşayış sahəsi oğlu tərəfindən qızı Gülnara satılmışdır. Qızının əvəzinə müqavilədə qeyd edilən 100.000 manat pul vəsaitini özü ödəmişdir. Bu əmlakı qızının gələcəyi üçün almış və hesab etmişdir ki, ödədiyi pul oğlunun borcunu qaytarmasına köməklik göstərər. Həm də düşünmüşdür ki, həmin əmlak başqasına satılmaq əvəzinə ailəsindən birinə satılsın. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3, digər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş 02.12.2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu X13 ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı 99 illik (17.10.2008-ci il tarixdən başlayaraq) icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 490 saylı reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır. - 11.04.2017-ci il tarixli ƏN-İ seriyalı 639076 nömrəli, 7E-7827 reyestr saylı etibarnamədən görünür ki, Əhmədova X5 İlham Akif oğluna 20 il müddətinə baş etibarnamə vermişdir. - 11.04.2017-ci il tarixli ƏN-İ seriyalı 7E-7826 reyestr saylı etibarnamədən görünür ki, İddiaçı X4 11.04.2022-ci il tarixədək dair etibarnamə vermişdir. Etibarnamənin məzmununa əsasən İddiaçı X4 adından Abşeron rayonu, X13 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin icarə hüquqlarını istifadə etməyi, idarə etməyi, vergi orqanlarında banklarda, Dövlət Statistika Komitəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunda, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Vergilər Departamenti Kommersiya X12 Qeydiyyatı İdarəsində, MKİS-də, FHN, notariat kontorunda və sair idarə və təşkilatlarda onu təmsil etməyi, Asan xidmətdə, Azəriqaz-da, Azərsu-da, Bakı Elektrik Şəbəkəsində nümayəndəsi olması, kommunal xərcləri ödəməyi, obyekt kodu, KOD, VÖEN, kassa aparatı almağı və qeydiyyata salmağı, ondan istifadə etməyi, qeydiyyatdan çıxartmağı, kassa aparatını bağlamağı, post terminal ilə bağlı onu təmsil etməyi, kodu ləğv etməyi, VÖEN-i bağlamağı, vergi ödəməyi, lazımi sənədləri verməyi, almağı, ərizə yazmağı, imza etməyi və bununla bağlı digər hərəkətləri etməyi etibar edir. - İddiaçı ünvan ünvanladığı 29.09.2021-ci il tarixli ərizədən görünür ki, o, 11.04.2017-ci il tarixdə həmin notariat X1 7E-7826 reyestr nömrəli etibarnamə verdiyini bildirərək, etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etmişdir. - İddiaçı ünvan ünvanladığı 29.09.2021-ci il tarixli ərizədən görünür ki, o, 11.04.2017-ci il tarixdə həmin notariat ofisində Cavabdeh3 7E-7827 reyestr nömrəli etibarnamə verdiyini bildirərək, etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etmişdir. - 07.05.2020-ci il tarixli torpaq sahəsinin icarə hüquqlarının alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı adından verilmiş etibarnamə üzrə təmsil edən Cavabdeh3 ilə Cavabdeh1 arasında Abşeron rayonu X13 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin 17.10.2008-ci il tarixdən başlayaraq 99 il müddətinə icarə hüquqlarına dair dəyəri 5.000 manat olan alğı-satqı müqaviləsi bağlanmışdır. - ünvan təqdim olunmuş 02.06.2020-ci il tarixli ərizələrdən görünür ki, İddiaçı adından verilmiş etibarnamə üzrə təmsil edən Cavabdeh3 və Cavabdeh1 həmin notariat ofisinə müraciət edərək, aralarında Bakı şəhəri 9 saylı Notariat Ofisində 07.05.2020-ci il tarixdə təsdiq olunmuş 3M-491 reyestr saylı müqavilənin ləğv edilməsini xahiş etmişlər. - 02.06.2020-ci il tarixli əvvəl bağlanmış müqavilənin ləğv edilməsinə dair müqavilədən görünür ki, İddiaçı adından verilmiş etibarnamə üzrə təmsil edən Cavabdeh3 ilə Cavabdeh1 arasında qeyd olunan müqavilə bağlanmışdır. Müqaviləyə görə, tərəflər arasında Bakı şəhəri 9 saylı Notariat Ofisində 07.05.2020-ci il tarixdə təsdiq olunmuş 3M- 491 reyestr saylı, Abşeron rayonu X13 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin 17.10.2008-ci il tarixdən başlayaraq 99 il müddətinə icarə hüquqlarına dair bağlanmış alğısatqı müqaviləsi ləğv edilmişdir. - 02.06.2020-ci il tarixli 3M-621 saylı torpaq sahəsinin icarə hüquqlarının alğı-satqısı müqaviləsindən görünür ki, İddiaçı adından verilmiş etibarnamə üzrə təmsil edən Cavabdeh3 ilə Cavabdeh1 arasında Abşeron rayonu X13 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin 17.10.2008-ci il tarixdən başlayaraq 99 il müddətinə icarə hüquqlarına dair dəyəri 100.000 manat olan alğı-satqı müqaviləsi bağlanmışdır. - 12.08.2020-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə təqdim edilmiş iddia ərizəsindən görünür ki, Cavabdeh3 İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh3 28.06.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Həmin nikahdan iki uşaqları olmuşdur. Birgə nikah dövründə Abşeron rayonu X13 ərazisində yerləşən 0,06 ha torpaq sahəsi 17.10.2008-ci il tarixdən başlayaraq İddiaçı icarəsinə verilmiş və icarə hüququ - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş 02.12.2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 490 saylı reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır. 2020-ci ilin avqust ayında Cavabdeh3 nikahın pozulması üçün məhkəməyə müraciət etmiş və tərəflərin izahatlarına əsasən Nəsimi Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli 2(006)- 532/2021 saylı qətnaməsi ilə onunla iddiaçının nikahları pozulmuşdur. Hazırki mübahisə tərəflərin birgə nikah dövründə iddiaçının Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən Cavabdeh3 verilmiş 11.04.2017-ci il tarixli ƏN-İ seriyalı 639076 saylı etibarnamənin, onun əsasında Ramana quşçuluq sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə icarə hüququnun alğı-satqısına dair 9 saylı Notariat ofisində bağlanmış 02.06.2020-ci il tarixli 3M-621 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi ilə bağlıdır. İddiaçı tələblərinin əsasını 17.04.2017-ci il tarixdə cavabdehin təklifi ilə yalnız Kamran Mürsəlova torpaq sahəsinin üzərində tikilmiş obyektlərə dair müəyyən texniki hərəkətlərin edilməsi üçün etibarnamə verdiyini, Cavabdeh3 da öz adına ona etibarnamə imzalatdırmasından xəbəri olmaması və 2020-ci ildə yenə də xəbəri olmadan cavabdehin torpaq sahəsinə icarə hüququnu bacısına satılması təşkil edir. Cavabdeh isə iddiaya etiraz edərək göstərir ki, baş verən bütün proseslərdən iddiaçının xəbəri və razılığı olmuş, etibarnamələri verərkən ona hüquqi nəticələr izah edilmişdir. Qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi pulları şəxsi borcuna ödəmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər- arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Şərh olunan maddi normalara uyğun olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab olunur. Qanun bu halda ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın ümumi prezumpsiyasını müəyyən edir. Bu o deməkdir ki: 1) birgə nikah dövründə əldə edilmiş əmlakın ümumi əmlak kateqoriyasına aid edilməsi üçün sübut təqdim etməyə ehtiyac yoxdur; 2) birgə nikah müddətində əldə edilmiş bütün əmlak qanunda həminəmlakın ümumi əmlaka daxil olmasının göstərilibgöstərilməməsindən asılı olmayaraq ümumi əmlak sayılır; 3) hər hansı əmlakın ümumi əmlak siyahısından çıxarılması üçün həmin əmlakınərin və ya arvadın əmlakı olması barədə qanunun birbaşa göstərişi olmalıdır. Müəyyən edilmişdir ki, Abşeron rayonu X13 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə dair əldə edilmiş 99 illik icarə hüquqları iddiaçının adına rəsmiləşdirilsə də, üzərində tikilmiş qeyri-yaşayış sahələri sənədləşdirilməmiş və təyinatı üzrə istifadə edilmişdir. Həmin icarə hüquqları tərəflərin ümumi birgə mülkiyyət hüquqları kimi qiymətləndirilir. İşin araşdırılmış hallarından görünür ki, icarə hüququ əsasında əldə edilən torpaq sahəsi və onun üzərində inşa edilmiş qeyri-yaşayış sahələrinin idarəçiliyi Cavabdeh3 tərəfindən həyata keçirilsə də, 2017-ci ildə onun təşəbbüsü ilə iddiaçı 11.04.2017-ci il tarixdə 9 saylı Notariat X1 11.04.2022-ci il tarixədək qüvvədə olan 7E-7826 reyestr saylı etibarnamə vermişdir. Həmin etibarnamənin məzmununa əsasən İddiaçı X4 adından Abşeron rayonu, X13 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin icarə hüquqlarını istifadə etməyi, idarə etməyi, vergi orqanlarında banklarda, Dövlət Statistika Komitəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunda, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Vergilər Departamenti Kommersiya X12 Qeydiyyatı İdarəsində, MKİS-də, FHN, notariat kontorunda və sair idarə və təşkilatlarda onu təmsil etməyi, Asan xidmətdə, Azəriqaz-da, Azərsu-da, Bakı Elektrik Şəbəkəsində nümayəndəsi olması, kommunal xərcləri ödəməyi, obyekt kodu, KOD, VÖEN, kassa aparatı almağı və qeydiyyata salmağı, ondan istifadə etməyi, qeydiyyatdan çıxartmağı, kassa aparatını bağlamağı, post terminal ilə bağlı onu təmsil etməyi, kodu ləğv etməyi, VÖEN-i bağlamağı, vergi ödəməyi, lazımi sənədləri verməyi, almağı, ərizə yazmağı, imza etməyi və bununla bağlı digər hərəkətləri etməyi etibar etmişdir. İş materiallarından görünür ki, İddiaçı 11.04.2017-ci il tarixdə həmin notariat ofisində əri Cavabdeh3 adına 7E-7827 reyestr nömrəli verdiyi etibarnamədə ərinə X4 verdiyi səlahiyyətlərdən daha geniş səlahiyyətlər əks etdirən və 20 il müddətinə qüvvədə olması nəzərdə tutulan baş etibarnamə vermişdir. Müəyyən edilmişdir ki, Cavabdeh3 həmin etibarnamədən istifadə edərək 07.05.2020-ci il tarixdə iddiaçını təmsil edən şəxs kimi bacısı Cavabdeh1 ilə aralarında Abşeron rayonu X13 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin 17.10.2008-ci il tarixdən başlayaraq 99 il müddətinə icarə hüquqlarına dair dəyəri 5.000 manat olan alğısatqı müqaviləsi bağlamışdır. 02.06.2020-ci il tarixdə isə müqavilə tərəfləri ərizə ilə müraciət edərək aralarında Bakı şəhəri 9 saylı Notariat Ofisində 07.05.2020-ci il tarixdə təsdiq olunmuş 3M-491 reyestr saylı müqavilənin ləğv edilməsini xahiş etmişlər. Həmin tarixdə notariat ofisi tərəfindən sözügedən müqavilə ləğv edilsə də, yenə də eyni tarixdə, eyni tərəflər arasında yeni, 3M-621 saylı torpaq sahəsinin icarə hüquqlarının alğı-satqısı müqaviləsi bağlanmış və satış dəyəri bu dəfə 100.000 manat göstərilmişdir. Cavabdeh tərəfin izahatlarına əsasən həmin müqavilə hüquqi qüvvəsini alaraq Abşeron rayonu, X13 ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində Cavabdeh1 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı icarəsinə verilmiş torpaq sahəsinə dair eyni gün, eyni vaxtda iki etibarnamə imzalamışdır. Etibarnamələrdən biri X4 qeyri-yaşayış sahələrinə dair cari məsələlərin həll edilməsi üçün verilmiş, digəri isə Cavabdeh3 adına verilmiş özündə geniş səlahiyyətlər əks etdirən (sərəncam vermək hüququ da daxil olmaqla) baş etibarnamə olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən baş etibarnamə 2017-ci ildə imzalansa da, onun həmin torpaq sahəsini və qeyri-yaşayış sahəsini 2020-ci ildə satmaq niyyəti olmamışdır. Əksinə, müəyyən edilmişdir ki, iddiaçı ümumiyyətlə həmin torpaq sahəsindən və qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadə etmək və bəhər əldə etmək niyyətində olmuş, həmin torpaq sahəsi üzərində icarə hüququnu və qeyri-yaşayış sahəsini satmaq üçün hər hansı zərurət olmamışdır. Başqa sözlə, cavabdeh tərəf iddiaçının belə bir niyyətinin olması və ya məhz satılma ilə bağlı razılığının və xəbərinin olmasına dair məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə vurğulayır ki, qanunvericilikdə əqdin etibarsız hesab edilməsinin əsasları təsbit olunmuşdur. Hazırki iş üzrə verilmiş baş etibarnaməyə əsasən bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar mövcuddur. Belə ki, iddiaçı tərəfindən alğı-satqı müqaviləsinin etibarsız olmasını təsdiq edən kifayət qədər mötəbər, tutarlı və konkret sübutlar təqdim edilmişdir. Həmin sübutlar xronoloji ardıcıllığına görə aşağıdakılardır: İddiaçıdan eyni gün eyni zaman (qısa zaman fərqi ilə) iki etibarnaməyə imza edilməsinə nail olunması (birincisi əmlakla bağlı cari məsələlərin (qaz çəkilişi və s. kimi) həll edilməsi üçün bir şəxsə aidiyyəti səlahiyyətlərin verilməsinə dair etibarnamə, digər şəxsə isə əmlaka dair baş etibarnamə); Alğı-satqı müqaviləsinin cavabdehlər (bioloji bacı-qardaş) arasında bağlanması; Alğı-satqı müqaviləsinin ilk dəfə görünüş üçün bağlanması və əmlakın dəyərinin simvolik olaraq 5.000 manat göstərilməsi; Birinci dəfə bağlanmış alğı-satqı müqaviləsinin görünüş üçün bağlandığı aşkar şəkildə göründüyündən, həmin müqavilənin qısa zaman kəsiyində ləğv edilməsi; İkinci dəfə bağlanmış alğı-satqı müqaviləsinin də görünüş üçün bağlanması və bu dəfə əmlakın dəyərinin 100.000 manat göstərilməsi; Sənəd üzrə mülkiyyət hüququ yaxın şəxsə (bacıya) məxsus olsa da, bu və ya digər şəkildə əmlakın cavabdehin faktiki sahiblik və istifadəsində saxlanılmasına nail olunması; Cavabdehin görünüş üçün bağlanmış alğı-satqı müqaviləsindən notarial qaydada əldə etdiyi bütün məbləğin (100000 manat) öz şəxsi borclarına ödəməsini etiraf etməsi; Cavabdehin görünüş üçün bağlanmış alğı-satqı müqaviləsindən sonra mülkiyyət hüququ yaxın şəxsə (bacıya) məxsus olsa da hazırki vaxta kimi həmin sahəyə gedibgəlməyə davam etməsini etiraf etməsi. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. - 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qanunvericiliyin mənasına görə müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirməyi ehtiva edən bir anlayışdır. Bütün bunlara əsasən müqavilə bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan bu iradəsinin formalaşması və ifadəsi onun özünə mənsubdur. İddiaçı bağlanmış müqavilənin onun iradəsini əks etdirmədiyi ilə əsaslandırmış və tələbinin maddi əsası kimi əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-ci maddəsinə istinad edir. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337- 349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində əqdlərin etibarsızlığının əsasları müəyyən edilmişdir. Həmin fəslə aid 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etbarsız sayılmasını tələb edə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Beləliklə də, mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: Subyekt tərkibinə görə; Məzmununa görə; Formasına görə; İradə və iradə ifadəsinə görə. Qanunvericinin tələblərinə əsasən alğı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında daşınmaz əmlakın icarə hüquqlarının özgəninkiləşdirilməsinə dair alğı-satqı müqaviləsi bağlanarkən müqavilənin şərtləri iddiaçının iradə ifadəsi ilə müəyyən edilməmiş, iddiaçının cavabdehin onu aldatmasına dair tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları cavabdeh tərəfin iddianın əsassız olmasına dair təqdim etdiyi sübutlardan daha mötəbər və tutarlı olmuşdur. Məhkəmə hesab edir ki, mubahisələndirilən muqaviləyə dair hüquqi prosedurlar barəsində iddiaçının muqavilənin tərəfi kimi müqavilə bağlamaq azadlığı olmamış və bu hüquq mülki qanunverciliyin əsas prinsiplərindən olan “müqavilə azadlığı” prinsipinə tam ziddir. Həmin prinsip çərçivəsində iddiaçı tam sərbəst iradəsi ilə hərəkət etməmiş, muqavilə şərtləri onunla qarşılıqlı surətdə müəyyənləşdirilməmişdir. Başqa sözlə, cavabdeh iddiaçının adından müqavilə bağlanmasından 3 il əvvəl aldığı baş etibarnamənin mövcudluğundan sui-istifadə etmişdir. Yəni, o, əldə etdiyi gəlirdən iddiaçıya qanunla müəyyən edilmiş qaydada 1\2 hissəsini vermədən, özünün etirafına əsasən bütün məbləği öz borclarına vermişdir, hətta izahatından da göründüyü kimi, borcları bağlamaq üçün bu məbləğ də yetərli olmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X9 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Mübahisələndirilən müqavilənin görünüş üçün bağlanmasının təsdiqi kimi məhkəmə cavabdehin hazırki vaxta kimi sözügedən sahə ilə əlaqəsi olması (gedib-gəlməsi) barədə etiraf xarakterli izahatıdır ki, bu da onun hazırda da həmin sahənin bacısının adına olmasına baxmayaraq, orada təyinatı üzrə istifadəyə davam etməsinə dəlalət edir. Məhkəmə cavabdeh tərəfin təşəbbüsü ilə dindirilmiş şahid ifadələrinə qiymət verərək onların ifadələrində verdiyi məlumatların iş üzrə sübut əhəmiyyətli olmaması qənaətinə gəlir. Belə ki, şahid, vasitəçi (makler) kimi fəaliyyət göstərmiş X7 ümumiyyətlə İddiaçı tanımadığını, qeyri-yaşayış sahəsini görmədiyini, həmin sahənin fotoşəkillərini ona göndərildiyini, o da öz növbəsində alğı-satqı həyata keçirilməsi üçün istifadə olunan «Bina.az» saytına təxminən 2017-ci il tarixdə elan yerləşdirməsini, digər X2 qeyri-yaşayış sahəsinin Cavabdeh3 həyat yoldaşının adına rəsmiləşdirilməsinin səbəbi barədə məlumatı olmamasını, qeyri-yaşayış sahəsinin necə satılmasını dəqiq bilməməsini, X3 isə onun həmin qeyri-yaşayış sahəsinin başqa şəxsə satılmasını istəməməsini, məhz bu səbəbdən qeyri-yaşayış sahəsini qızlarının adına rəsmiləşdirməsini göstərmişdir. Məhkəmə şahid Akif Məmmədovun ifadəsinə qiymət verməyə davam edərək hesab edir ki, o, Cavabdeh3 atasıdır və onun verdiyi ifadəni cavabdehin maraq və mənafeyi üçün verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə qeyd edilən şahid ifadəsinə qiymət verməyə davam edərək qeyd etməyi zəruri hesab edir ki, o, ifadəsində mübahisəli əmlakı öz vəsaiti hesabına alaraq, onun vəsaiti hesabına tikilməsini göstərməsi də, iddianın əsassız olmasını təsdiq etmir. Belə ki, əvvəla bu barədə məhkəməyə cavabdeh tərəfindən sübutlar təqdim edilməmişdir, həmçinin bu faktı iddiaçı tərəf təsdiq etməmiş, əksinə cavabdehlə birgə yaşadıqları dövrdə Abşeron rayonu X13 ərazisində öz atası tərəfindən torpaq sahəsini icarəyə götürüb orada ticarət məqsədi ilə obyekt tikdirmiş və həmin əmlakı ailələrinin saxlanması üçün gəlir yerləri olması məqsədi ilə ona verməsini göstərmişdir. İddiaçı tərəf də bu dəlili ilə bağlı məhkəməyə sübut təqdim etməsə də, məhkəmə yuxarıda qeyd edildiyi kimi mübahisəli sahə ilə bağlı icarə hüquqlarını tərəflərin ümumi birgə mülkiyət hüquqları kimi qiymətləndirmişdir. Daha sonra, məhkəmə iclasında şahid Akif Məmmədov ifadəsində qeyri-yaşayış sahəsinin oğlu tərəfindən qızı Gülnara satılmasını, qızının əvəzinə müqavilədə qeyd edilən 100.000 manat pul vəsaitini özü ödəməsini, eləcə də, bu əmlakı qızının gələcəyi üçün almasını və ödədiyi pulu oğlunun borcunu qaytarmasına köməklik göstərsə də, maddi imkanı olduğu halda öz vəsaiti hesabına, qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi bağlamadan oğlunun borclarını ödəməməsinin səbəblərini izah edə bilməmişdir. Həmçinin də şahid “bəs niyə sözügedən əmlakı əvvəlcədən qızınızın adına deyil, gəlininizin adına almısınız?” sualına dəqiq cavab verə bilməmiş və ən sonda gəlinini də öz qızı kimi gördüyünü qeyd edərək, onun adına aldığını bildirmiş, alqı-satqı müqaviləsindən iddiaçının da məlumatlı olmasını bildirmişdir. Belə ki, oğlunda iddiaçının adından verilmiş etibarnamə mövcud idi. Mülki Prosessual Qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur (MPM-nin 62-ci və 104.1-ci maddələri). Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Hər bir halda qeyd edilən hallar həmin şəxslərin şahid qismində dindirilməsi üçün mane olmasa da onların ifadələrində nəzərə alınmalıdır. MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsiri), ikinci, şahidin ifadəsi inandırıcıdırmı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan veribverməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual Qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə şahidlərin cavabdeh ilə yaxın qohumluq və tanışlıq münasibətində olmasının onların işin nəticəsində maraqlı olması ilə yanaşı onların ifadələri işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və araşdırılmış sübutlar əsasında hesab edir ki, iddia ərizəsində mübahisələndirilən, görünüş üçün bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh tərəf izahatında İddiaçı adından verilmiş etibarnamə üzrə təmsil edən Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış 02.06.2020-ci il tarixli 3M-621 reyestr saylı alğı-satqı müqaviləsi əsasında həmin əmlakın sonuncunun adına qeydiyyatdan keçməsini qeyd etsələr də, həmin qeydiyyatı təsdiq edən müvafiq çıxarışın əsli və ya onun surəti məhkəməyə təqdim edilməmişdir. Buna baxmayaraq, məhkəmə hesab edir ki, sözügedən müqavilə etibarsız sayıldığından onun əsasında yaranan bütün hüquqi nəticələr də ləğv edilməli olduğundan və bu barədə iddia tələbi olduğu üçün həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməlidir. Məhkəmə iddia tələbinin digər, Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən verilmiş 11.04.2017-ci il tarixli ƏN-İ seriyalı 639076 saylı etibarnamənin etibarsız hesab edilməsi hissəsinin təmin edilməməsi nəticəsinə gəlir və bunu onunla əsaslandırır ki, əvvəla etibarnamə verilərkən mülki qanunvericiliyin tələblərinin pozulması halları öz təsdiqini tapmamışdır. İkincisi də, iş materiallarından göründüyü kimi, İddiaçı ünvan ünvanladığı 29.09.2021-ci il tarixli ərizəsi əsasında Cavabdeh3 7E-7827 reyestr nömrəli etibarnaməyə artıq xitam verilmişdir. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli oldugu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə qeyd edir ki, həmin maddə qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər. Sözügedən maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir. İş materiallarında olan Cavabdeh3 12.08.2020-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair iddia ərizəsində bir ilə yaxındır ki, cavabdehlə ər-arvad münasibətlərinin olmamasını, ayrı-ayrı ünvanlarda yaşamalarını, ailənin dağılmasını və bərpasının mümkün olmamasını göstərmişdir. Beləliklə də, müəyyən edilmişdir ki, mübahisələndirilən alğı-satqı müqaviləsi tərəflər arasında ailə münasibətləri faktiki pozulandan və onlar ayrı-ayrılıqda yaşadıqları dönəmdə rəsmiləşdirilmişdir. İddiaçının da izahatından göründüyü kimi, o əmlaka, yəni icarəsində olan torpaq sahəsinə dair sənədləri nəzərdən keçirməyə başlayarkən, həmin sənədlərin yerində olmadığını gördükdə, notariat ofisinə müraciət edərək, əmlakla bağlı verdiyi etibarnamələri ləğv etdirmiş, yalnız bundan sonra notariat ofisindən torpaq sahəsinə icarə hüququnun alğı-satqı edilməsindən xəbər tutmuşdur. Məhkəmə hesab edir ki, işin faktiki halları ilə tam təsdiq edilmişdir ki, iddiaçının mübahisələndirilən alğı-satqı müqaviləsinin bağlanmasından xəbəri olmamış, o, bu barədə məlumatlı olan kimi 1 illik müddət ərzində məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən əqdin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron rayonu X13 ərazisində yerləşən 0.06 ha torpaq sahəsinə icarə hüququnun alğı-satqısına dair 9 saylı Notariat Kontorunda bağlanmış 02.06.2020-ci il tarixli, 3M-621 saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında verilmiş çıxarış ləğv edilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayonu X13 ərazisində yerləşən 0.06 ha torpaq sahəsinə icarə hüququnun alğı-satqısına dair 9 saylı Notariat Kontorunda bağlanmış 02.06.2020-ci il tarixli, 3M-621 saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilsin və həmin müqavilə əsasında verilmiş çıxarış ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2029/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2029/2022
24.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver