Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2049/2024 02.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə S3K5776020 saylı müqavilə üzrə 292 manat əsas borc, 87 manat dəbbə pulu, S3K5776021 saylı müqavilə üzrə 362 manat əsas borc, 109 manat dəbbə pulu, S3K5821403 saylı müqavilə üzrə 490 manat əsas borc, 147 manat dəbbə pulu, S3K5821784 saylı müqavilə üzrə 2200 manat əsas borc, 660 manat dəbbə pulu, S3K5821794 saylı müqavilə üzrə 1964 manat əsas borc, 589 manat dəbbə pulu və 89 manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 6989 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 29 noyabr 2019-cu il, 29 noyabr 2019-cu il, 21 yanvar 2020-ci il, 22 fevral 2020-ci il və 23 fevral 2020-ci il tarixlərində “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh 29 noyabr 2019-cu il tarixli S3K5776020 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 435 manat olan 1 ədəd “Huawei” markalı telefon almış, ilkin ödəniş olaraq 40 manat ödəniş etmiş, nəticədə 395 manat borc yaranmış, 29 noyabr 2019-cu il tarixli S3K5776021 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 475 manat olan 1 ədəd “Beko” markalı televizor almış, ilkin ödəniş olaraq 20 manat ödəniş etmiş, nəticədə 430 manat borc yaranmış, 21 yanvar 2020-ci il tarixli S3K5821403 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 616 manat olan 1 ədəd “Samsung Galaxy A40” markalı telefon almış, ilkin ödəniş olaraq 76 manat ödəniş etmiş, nəticədə 540 manat borc yaranmış, 22 fevral 2020-ci il tarixli S3K5821784 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2289 manat olan 1 ədəd “Samsung Galaxy S10” markalı telefon almış, ilkin ödəniş olaraq 69 manat ödəniş etmiş, nəticədə 2220 manat borc yaranmış və 23 fevral 2020-ci il tarixli S3K5821794 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2089 manat olan 1 ədəd “Samsung Galaxy S10” markalı telefon almış, ilkin ödəniş olaraq 110 manat ödəniş etmiş, nəticədə 1979 manat borc yaranmışdır. Cavabdeh tərəfindən 29 noyabr 2019-cu il tarixli S3K5776020 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 4 manat ödəniş edilmiş, 29 noyabr 2019-cu il tarixli S3K5776021 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 5 manat ödəniş edilmiş, 21 yanvar 2020-ci il tarixli S3K5821403 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 5 manat ödəniş edilmiş, 22 fevral 2020-ci il tarixli S3K5821784 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 20 manat ödəniş edilmiş və 23 fevral 2020-ci il tarixli S3K5821794 saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 15 manat ödəniş edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə S3KS776020 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 435 manat olan 1 ədəd “Huawei” markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 33 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə S3K5776021 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 475 manat olan 1 ədəd “Beko” markalı televizor Cavabdeh nisyə satılmış və cavabdeh 16 ay müddətində ödəniş cədvəli üzrə hər ay 29 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə S3K5821403 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 616 manat olan “Samaung Galaxy” markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 45 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə S3K5821784 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 2289 manat olan 1 ədəd “Samsung Galaxy” markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 125 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə S3K5821794 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən Samsung markalı paltaryuyan Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 165 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli S3KS776020 saylı müqavilə üzrə 292 manat ödənilməmiş hissə, 87 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli S3K5776021 saylı müqavilə üzrə 362 manat ödənilməmiş hissə, 109 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixli S3K5821403 saylı müqavilə üzrə 490 manat ödənilməmiş hissə, 147 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixli S3K5821784 saylı müqavilə üzrə 2200 manat ödənilməmiş hissə, 660 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixli S3K5821794 saylı müqavilə üzrə 1964 manat ödənilməmiş hissə, 589 manat dəbbə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən məişət əşyaları almış və alğı-satqı müqaviləsi üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, müqavilələr üzrə ödənilməyən əsas borcların cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 292 manat məbləğində əsas borca münasibətdə 87 manat dəbbə (cərimə), xx.xx.2019-cu il tarixli müqavilə üzrə 362 manat məbləğində əsas borca münasibətdə 109 manat dəbbə (cərimə), xx.xx.2020-ci il tarixli müqavilə üzrə 490 manat məbləğində əsas borca münasibətdə 147 manat dəbbə (cərimə), xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2200 manat məbləğində əsas borca münasibətdə 660 manat dəbbə (cərimə), xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1964 manat məbləğində əsas borca münasibətdə 589 manat dəbbə (cərimə), borcunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 40 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 60 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 50 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu tərəflərə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 75 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 14 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli S3KS776020 saylı müqavilə üzrə 292 manat əsas, 20 manat cərimə, xx.xx.2019-cu il tarixli S3K5776021 saylı müqavilə üzrə 362 manat əsas, 30 manat cərimə, xx.xx.2020-ci il tarixli S3K5821403 saylı müqavilə üzrə 490 manat əsas, 40 manat cərimə, xx.xx.2020-ci il tarixli S3K5821784 saylı müqavilə üzrə 2200 manat əsas, 60 manat cərimə, xx.xx.2020-ci il tarixli S3K5821794 saylı müqavilə üzrə 1964 manat əsas, 50 manat cərimə və dövlət rüsumuna görə ödənilmiş 75 manat tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 89 manatın qalan 14 manatı iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-38, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli S3K5776020 saylı müqavilə üzrə 292 manat əsas, 20 manat cərimə, xx.xx.2019-cu il tarixli S3K5776021 saylı müqavilə üzrə 362 manat əsas, 30 manat cərimə, xx.xx.2020-ci il tarixli S3K5821403 saylı müqavilə üzrə 490 manat əsas, 40 manat cərimə, xx.xx.2020-ci il tarixli S3K5821784 saylı müqavilə üzrə 2200 manat əsas, 60 manat cərimə, xx.xx.2020-ci il tarixli S3K5821794 saylı müqavilə üzrə 1964 manat əsas, 50 manat cərimə və dövlət rüsumuna görə ödənilmiş 75 manat tutularaq İddiaçı Novrus oğlunun xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 89 manatın qalan 14 manat iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-2049/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2049/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver