Məhkəmə qərarları › İş №e-2(006)-2063/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2063/2022

27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2063/2022 27.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə1 və İsmayılov Ruslan Fərhad oğlunun, Cavabdeh1 nümayəndəsi və vəkili Mirbabayeva Nigar Mirbaba qızının iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X7 əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 sahiblik və istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “SUZUKİ” markalı “KİZASHF” modelli **-PF-*** qeydiyyat nömrəli avtomobilə cavabdehlər tərəfindən vurulmuş 19.222,02 manat məbləğində maddi ziyanın, törədilən inzibati xətalara görə tətbiq edilən 624 manat məbləğində cərimə, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə tutulması haqqında qətnamə çıxarılması xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X7 əsasən, İddiaçı MMC Cavabdeh2 ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1də göstərilən və ümumi dəyəri 17.000 (on yeddi min) manat olan 1 ədəd “SUZUKİ” markalı “KİZASHİ” modelli **-PF-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Cavabdeh2 isə öz növbəsinə əsasən 11.900 (on bir min doqquz yüz) manat məbləğində borcu illik 27% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa, Cavabdeh2 müqavilə öhdəliklərinin təmini üsulu kimi zamin Cavabdeh1 ilə iddiaçı arasında 29 dekabr 2019-cu il tarixli 1901/0662 ZM-01 saylı zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh1 məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh2 Lizinq müaviləsinə Əlavə №2-də (Lizinq ödənişləri cədvəli üzrə) 36 ay müddətinə illik 27% faiz mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Bu səbəbdən də İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, İddiaçı MMC-nin mülkiyyətində olan “SUZUKİ KİZASHİ MİNİK” markalı 99-PF778 dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh2 istifadəsindən alınaraq İddiaçı MMC-yə qaytarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 11.900 (on bir miin doqquz yüz) manat əsas lizinq borcu, 4.240 (dörd min iki yüz qırx) manat lizinqdən istifadəyə görə faiz borcu, 400 (dörd yüz) manat penya, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 16.570 (on altı min beş yez yetmiş) manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. “SUZUKİ” markalı, “KİZASHİ ” modelli **-PF-*** dövlət nömrə nişanlı avtomobil cavabdehin qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarıldıqdan sonra mülkiyyətçiyə məlum olmuşdur ki, avtomobil qəzalı vəziyyətdədir və istifadəyə tamamilə yararsızdır. İddiaçı mülkiyyətinə dəymiş zərəri müəyyən etmək məqsədilə ixtisaslaşmış texniki servis mərkəzi olan "xxxx" QSC-yə müraciət etmişdir. "xxxx" QSC tərəfindən tərtib edilmiş ilkin qüsur aktından müəyyən edilir ki, Cavabdeh2 istifadəsində olduğu müddət ərzində “SUZUKİ” markalı, “KİZASHİ” modelli **-PF-*** dövlət nömrə nişanlı avtomobilə 19.222,02 (on doqquz min iki yüz iyirmi iki manat iki qəpik) manat məbləğində maddi ziyan vurulmuşdur. Hazırda avtomobil istismara yararsız vəziyyətdədir. Edilmiş xəbərdarlıqlara baxmayaraq Cavabdeh2 vurduğu ziyanı ödəmir və avtomobili qəsdlə yararsız vəziyyətə saldığını bildirir. Göründüyü kimi Cavabdeh2 etibarnamə əsasında istifadəsinə verilmiş avtomobili qəsdlə məhv etmiş və sözü gedən avtomobilə vurduğu ziyanı aradan qaldırmaqdan qərəzli olaraq yayınır. Bundan əlavə olaraq “SUZUKİ” markalı, “KİZASHİ11 modelli **-PF-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 istifadəsində olduğu müddət ərzində onun tərəfindən yol-hərkəti qaydaları pozulmuş və barəsində protokol təttib edilmişdir. Belə ki, “SMS radar” xidmətindən əldə edilmiş məlumatlara əsasən cavabdeh tərəfindən xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Törətdiyi inzibati xətalara görə cavabdehə tətbiq edilən cərimələr 624 manat təşkil edir. 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X6 7.9cu bəndinə əsasən, Lizinq alan müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra onun bu müqavilə üzrə öhdəlikləri icra edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri Nümayəndə1 və X4 iddia ərizəsində qeyd olunan məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı "xxxx" MMC-nin iddia ərizəsində qeyd edilənlər əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Belə ki, daha əvvəl İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı MMC-nin mülkiyyətində olan mübahisəli avtomobilin Cavabdeh2 istifadəsindən alınaraq iddiaçıya qaytarılması, cavabdehlərdən 11.900 manat əsas, 4.240 manat faiz, 400 manat penya borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 16.570 manat məbləğində pulun müştərək qaydada iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1873/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi hissəvi dəyişdirilmiş, əsas borcun məbləği 2.150 manat, faiz borcunun məbləği 2224 manat və penya borcunun məbləği 215 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Lakin, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1873/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi barədə məhkəməyə məlumat verməmişdir. Həmin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində də göstərilmişdir ki, “mübahisəli avtomobil X16 tərəfindən xx.xx.2020-ci il tarixdə müvəqqəti saxlama dayanacağına yerləşdirilmiş və xx.xx.2020-ci il tarixdə lizinq şirkəti tərəfindən götürülmüşdür. Yəni avtomobil xx.xx.2020-ci il tarixdən etibarən cavabdehin deyil, iddiaçının, yəni mülkiyyətçi İddiaçı MMC-nin sahibliyində olmuşdur və bu gün də onun sahibliyindədir. Yəni, xx.xx.2020-ci il tarixdən Cavabdeh2, yaxud onun ailə üzvlərinin lizinq obyektindən istifadə etməsi praktiki cəhətdən qeyri-mümkün olmuşdur. İddiaçının əvvəlki mülki iş üzrə, yəni Nəsimi Rayon Məhkəməsinin 2(006)-3729/21 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən sonra icra şöbəsinə 25 08.2021-ci il tarixdə təqdim etdiyi məktubunda göstərir ki, mübahisəli avtomobil cavabdehdən alınaraq tələbkar təşkilatın dayanacağına təhvil verilmişdir. Həmin mülki iş üzrə İddiaçı MMC lizinq ödənişləri üzrə borcu və avtomobilin qaytarılmasına dair iddia tələbləri ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət edir və məhkəməyə bildirir ki avtomobil Cavabdeh2 istifadəsindədir. Halbuki, həmin avtomobil artıq xx.xx.2020-ci ildən iddiaçının sahibliyində olmuşdur. Bildirir ki, Cavabdeh2 12 sentyabr 2020-ci il tarixdən həbs edilərək 1 saylı istintaq təcridxanasında saxlanılmış, xx.xx.2021-ci ildən isə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir (Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və hazırda 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir). "SUZUKİ KİZASHİ” minik markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh2 asılı olmayaraq onun istifadəsində və sahibliyində olmamışdır və avtomaşının cavabdehdən alınması mümkün deyil. Mübahisəli avtomobil xx.xx.2020-ci ildən artıq iddiaçının sahibliyindədir, İddiaçı MMC isə iddia tələbləri ilə məhkəməyə yalnız xx.xx.2022-ci il tarixdə müraciət edir, yəni avtomobil 1 il 3 ay müddətində onun sahibliyində və istifadəsində olduqdan sonra məhkəməyə müraciət edərək cavabdehdən ziyanın ödənilməsini tələb edir. İddia ərizəsində və ona əlavə edilən qüsur aktında qeyd edilən mübahisəli avtomobilin ehtiyyat hissələrinin nə vaxt xarab olması, həmçinin qəzanın nə vaxt baş verməsi ilə bağlı iddiaçı heç bir sübut təqdim etməmişdir. Belə ki, avtomobilin ehtiyyat hissələrin yararsız vəziyyətə düşməsi həm cavabdehin istifadəsində olduğu müddət, həm də iddiaçının özünün 1 il 3 ay müddətində istifadəsində olduğu müddətində də baş verə bilər. Avtonəqliyyat saxlanılma qəbulu barədə xx.xx.2020-ci il tarixli Aktdan müəyyən olunur ki, avtomobil öz hərəkəti ilə duracağa gətirilmiş, yəni avtomobil yararsız vəziyyətdə olmamışdır. Belə ki, duracağa qoyulması səbəbi məhkəmənin qərarı əsasında olmuşdur. İddiaçının bu barədə məlumatı olmuş və cəriməni ödədikdən sonra avtomobili duracaqdan götürə bilmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, ““SUZUKİ” markalı, “KİZASHİ ” modelli 99-PF- 778 dövlət nömrə nişanlı avtomobil cavabdehin qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarıldıqdan sonra mülkiyyətçiyə məlum olmuşdur ki, avtomobil qəzalı vəziyyətdədir və istifadəyə tamamilə yararsızdır. İddiaçı mülkiyyətinə dəymiş zərəri müəyyən etmək məqsədilə ixtisaslaşmış texniki servis mərkəzi olan "xxxx" QSC-yə müraciət etmişdir. "Skandinavian Avto” QSC tərəfindən tərtib edilmiş ilkin qüsur aktından müəyyən edilir ki, Cavabdeh2 istifadəsində olduğu müddət ərzində “SUZUKİ” markalı, “KİZASHİ” modelli **-PF-*** dövlət nömrə nişanlı avtomobilə 19.222,02 manat məbləğində maddi ziyan vurulmuşdur. Hazırda avtomobil istismara yararsız vəziyyətdədir. Cavabdeh2 xx.xx.2020-ci il tarixdən həbsdədir və güya ona xəbərdarlıqların edilməsi, avtomobilin qəsdlə yararsız vəziyyətə saldığının bildirilməsi barədə dəlillər tamamilə əsassızdır, bununla bağlı heç bir sübut təqdim etməmişdir. İddiaçı bilə-bilə məhkəməyə yalan məlumatları təqdim edir. İddiaçının təşəbbüsü əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/3502 №-li xx.xx.2022-ci il tarixli rəyinin nəticəsinə görə, “nəzəri hesablama yolu ilə “Skandinavian Avto’’ QSC tərəfindən tərtib edilmiş ilkin qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətlən nəzərə alınmaqla 2010-cu il buraxılışı “Suzuki Kizashi" markalı **- PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12.816 manat müəyyən edilir. Lakin, qeyd edilməlidir ki, ekspert rəyinə əsas olan və iddiaçının təqdim etdiyi "xxxx" QSC tərəfindən ilkin qüsur aktının tərtib edilməsi tarixi göstərilməmiş, ona görə də qeyd edilən qüsurların yaranması müddəti müəyyən edilməsi də mümkün deyil. Həmçinin qüsur aktında qeyd edilən zədələnmiş və dəyişilməli olan hissələrin həqiqətən də qəza ilə bağlı olduğu müəyyən edilməmişdir. Həmin qüsurların avtoqəza ilə əlaqəli olduğuna dair iddiaçı heç bir sübut təqdim etməmişdir. Avtomobilin hansı vəziyyətdə olduğu barədə şəkilləri də mülki işə əlavə edilməmişdir. Ekspert rəyində qeyd edilən bir çox qüsurlar qəzaya aid edilə bilməz, məsələn: pultun bloku, pult, arxa amortizator, starter, filterlər və sair. Müəyyən olunmuşdur ki, göstərilən avtomobil Cavabdeh2 istifadəsində 7 ay müddətində olmuşdur. Avtonəqliyyat saxlanılma qəbulu barədə xx.xx.2020-ci il tarixli aktında göstərilmişdir ki, avtomobil duracağa gətirilərkən - avtomaşında əzilmiş hissələr - qabaq buferin sınığı, qabaq kapotu əzilmiş, sol aynası sınmış, sol qabaq qapı əzilmiş, cızılmış, rəngsiz, sol arxa qanad əzilmiş, rəngsiz. İddiaçı göstərir ki, avtomobilin Cavabdeh2 istifadəsində olduğu müddət ərzində onun tərəfindən yol-hərəkəti qaydaları pozulmuş və barəsində protokol tərtib edilərək, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Lakin, iddiaçı tərəfindən ərizəsinə əlavə edilən protokollardan müəyyən edilir ki, həmin tarixlərdə Cavabdeh2 deyil, başqa şəxs - X8 həmin avtomobildən istifadə edərkən yol hərəkəti qaydalarını pozmuşdur. Bundan əlavə, iddiaçının ərizəsində tələb etdiyi 19.222 manat məbləğində avtomobilə vurulmuş zərər avtomobilin bazar dəyərindən də artıq məbləğdir. Həmin zərərin məbləği reallığı əks etdirmir, məbləğ şişirdilmişdir. Belə ki, “turbo.az” saytından da müəyyən olunur ki, 2010-cu il buraxılışı “Suzuki Kizashi” markalı avtomobilin dəyəri 11.800 manat təşkil edir. Cavabdeh2 arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X6 2.2-ci bəndində qeyd edilir ki, “lizinq müqaviləsi üzrə əldə edilən lizinq obyektinin qiyməti 17000 manat təşkil edir. Bundan əlavə, 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X6 11.3-cü maddəsinə əsasən, “lizinq obyekti zədələnmə (korlanma), məhv edilmə, itirilmə, talanma, oğurluq risklərindən sığortaçının sığorta qaydaları (AVTOKASKO) ilə nəzərdə tutulmuş bütün hallardan bu müqavilənin 2.2-ci bəndinə əsasən lizinq obyektinin dəyərindən az olmayan məbləğə sığortalanır. Ona görə də, ekspert rəyində qeyd edilən qüsurların əgər avto-qəza ilə əlaqəli deyilsə, belə olan halda zərər sığorta şirkəti tərəfindən ödənilməlidir. Göründüyü kimi, iddiaçının həmin avtomobildən yalnız faydalanmaq məqsədi olduğundan hər dəfə məhkəməyə yalnış məlumatları təqdim edir. Bundan başqa zaminlik müqaviləsində avtomobilə qəza nəticəsində dəymiş zərərə görə zaminin məsuliyyəti nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı "xxxx" MMC-nin iddia tələblərinin əsassız və qanunsuz olduğunu təsdiq edir, ona görə də iddia tələblərinin müdafiə etdiyi şəxsə münasibətdə rədd edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək bildirmişdir ki, İddiaçı MMC ilə onun arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X7 əsasən, İddiaçı MMC onun tərəfindən seçilmiş, ümumi dəyəri 17.000 manat olan 1 ədəd “SUZUKİ” markalı “KİZASHİ” modelli **-PF-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, onun müvəqqəti sahiblik və istifadəsinə vermişdir. O, isə 11.900 manat məbləğində borcu illik 27% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa, ona müqavilə öhdəliklərinin təmini üsulu kimi zamin Cavabdeh1 ilə iddiaçı arasında 29 dekabr 2019-cu il tarixli 1901/0662 ZM-01 saylı zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh1 məsuliyyəti öz üzərinə götürmüşdür. O, Lizinq müaviləsinə 36 ay müddətinə illik 27% faiz mütəmadi olaraq hər ay ödəniş etməli idi. Lakin pandemiya dövrü olduğuna görə işləyə bilmədiyi üçün ödənişləri edə bilmədi. Eyni zamanda, maşın faktiki sahibliyində və istifadəsində olarkən cərimələr yaranmışdır. Lakin həmin cərimələri də ödəyə bilmədiyi üçün maşın cərimə meydançasına qoyulub. Maşına dəyən ziyan cərimə meydançasına qoyularkən qeyd olunan aktda göstərilən məbləğdədir. Cərimələrlə və cərimə meydançasında tərtib edilən aktla razıdır. Maşınla bağlı cərimələr ödənilməyib deyə cərimə meydançasına qoyulub. Həmin vaxt pandemiya vaxtı idi, işləyə bilmirdi deyə ödəməmişdir. Cərimələrlə bağlı adları çəkilən oğlanlar dostları idi. Dostlarının sürücülük vəsiqəsi var idi, onun yanında mübahisəli maşını idarə ediblər. Cərimə meydançasına hansı tarixdə qoyulduğu dəqiq yadında deyil. Cərimələr maşın onun istifadəsində və sahibliyində olarkən yazılmışdır. Cərimə meydançasına maşın qoyularkən güzgü də qırıq, qapıda əziklik var idi. Maşın həmin vaxtı tərtib edilən təhvil-təslim aktında qeyd edilən vəziyyətdə idi. Maşının açarının və texniki pasportunun harada olması dəqiq yadında deyildir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o iştirak etdiyi iclasda növbəti məhkəmə iclaslarında iştirak etmək istəmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia Cavabdeh2 münasibətdə qismən təmin edilməli, Cavabdeh1 münasibətdə isə rədd edilməlidir. İddiaçı MMC (Lizinq verən) ilə Cavabdeh2 (Lizinq alan) arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X6 təsdiq edilmiş surətindən görünür ki, Lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən, qiyməti 17.000 manat olan əmlakı (““SUZUKİ KİZASHİ MİNİK” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili) muzdla lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişlərini verməyi öhdəsinə götürmüşdür. 29 dekabr 2019-cu il tarixli 1901/0662 ZM-01 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1, Cavabdeh2 İddiaçı MMC qarşısında 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı Daxili lizinq müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öhdəsinə götürmüşdür. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-3729/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbləri qismən təmin edilmiş, İddiaçı MMC-nin mülkiyyətində olan “SUZUKİ KİZASHİ MİNİK” markalı 99-PF778 dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh2 istifadəsindən alınaraq İddiaçı MMC-yə qaytarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 11.900 manat əsas lizinq borcu, 4.240 manat lizinqdən istifadəyə görə faiz borcu, 400 manat penya, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 16.570 (on altı min beş yez yetmiş) manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1873/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 11.900 manat əsas, 4.240 manat lizinqdən istifadəyə görə faiz, 400 manat hesablanmış penya olmaqla, cəmi 16.570 manat borcun tutulması hissəsində dəyişdirilmiş, həmin hissədə əsas borcun məbləğinin 2.150 manat, faiz borcunun 2.224 manat və penya borcunun 215 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. “SMS radar” xidmətindən əldə edilmiş məlumatlardan görünür ki, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərində inzibati təbeh tətbiq edilməsi barədə qərarlar tərtib edilmiş, törədilmiş inzibati xətalara görə 624 manat məbləğində inzibati cərimə növündə intizam tənbehi tətbiq edilmişdir. xx.xx.2020-ci il tarixli Avtonəqliyyat saxlanılma qəbulu barədə aktında göstərilmişdir ki, “Suzuki Kizashi” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil cərimə meydançasına gətirilərkən - avtomaşında qabaq buferin sınığı, qabaq kapotun əzilməsi, sol aynasının sınması, sol qabaq qapının əzilməsi, cızılmas, rəngsiz olması aşkar edilmiş, açarın sürücüdə qaldığı müəyyən edilmişdir. "xxxx" QSC tərəfindən tərtib edilmiş ilkin qüsur aktından görünür ki, məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı Suzuki Kizashi” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin məbləği 19.222,02 manat müəyyən edilmişdir. Bakı Sığorta tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-yə ünvanlanan məktubdan görünür ki, MİL-11835/20 saylı müqavilə üzrə “Suzuki Kizashi” markalı, **-PF- *** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta hadisəsi ilə bağlı sığorta şirkətinə heç bir məlumat daxil olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3502 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" QSC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “Suzuki Kizashi” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12.816,00 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ziyan aktından görünür ki, “Suzuki Kizashi” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərbə qabaq sol qapı tərəfdən və sonrdan qabaq orta tərəfədən dəymişdir. Zərbə nəticəsində avtomobilin (Qabaq sol qapının nikel spoyleri, Qabaq buferin bukserinin qapağı Buferin içəri qubkası (yeni)) deformasiyaya uğrayaraq sıradan çıxmışdır. Bundan əlavə avtomobilin qabaq buferi, qabaq kapotu, qabaq sol qanadı, qabaq sol qapısı, arxa sol qanadı da deformasiyaya uğramış, təmir olunmalı və rənglənməlidir. Ümumilkidə avtomobilin təmir-bərpa xərci 1.494 manat müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı Daxili lizinq müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı ümumi dəyəri 17.000 manat olan 1 ədəd “SUZUKİ KİZASHİ MİNİK” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 lizinqə verməyi, Cavabdeh2 isə İizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda iddiaçı ilə Cavabdeh1 arasında 29 dekabr 2019-cu il tarixli 1901/0662 ZM-01 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin, Cavabdeh2 iddiaçı qarşısında 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı Daxili lizinq müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gələn öhdəliklər lizinq alan tərəfindən lazımi qaydada icra edilmədiyi üçün Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-3729/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1873/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamələri qəbul edilmiş, “SUZUKİ KİZASHİ MİNİK” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh Eyvazov X1 alınaraq İddiaçı MMC-yə qaytarılması, müqavilə üzrə yaranmış borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X7 əsasən cavabdehlər Eyvazov X2 və istifadəsinə verilmiş İddiaçı MMC-yə məxsus olan “SUZUKİ” markalı “KİZASHF” modelli **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin, törədilən inzibati xətalara görə 624 manat məbləğində yaranmış cərimənin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə müştərək qaydada tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 748-7.1-ci maddəsinin tələblərinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, avtomobil lizinq müqaviləsinə əsasən cavabdehin sahiblik və istifadəsinə verilmiş, beləliklə o, lizinq obyektini faktiki qəbulu anından avtomobilin zədələnməsi və məhv olunması ilə əlaqədar bütün risklər üzrə məsuliyyət daşımalı olmasına dair vəzifəni qəbul etmişdir. Çox sayda inzibati xəta törədildiyi üçün lizinq obyekti mühafizə duracağında saxlanılması üçün müvafiq quruma qismən yararsız vəziyyətdə təhvil verlmiş, dəymiş zərərin müəyyən edilməsi məqsədilə iddiaçı tərəfindən cəlb edilmiş "xxxx" QSC-nin tərtib etdiyi müvafiq qüsur aktına əsasən sözügedən nəqliyyat vasitəsinə dəymiş zərərin 19.222,02 manat məbləğində olmasını müəyyən etmişdir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Beləliklə lizinq obyekti sayılan nəqliyyat vasitəsi cavabdehin təqsiri üzündən zədələndiyindən, o, lizinq obyektinə dəymiş zərər üzrə tam şəkildə maddi məsuliyyət daşımalıdır. Baş vermiş zərərin məbləğinin müəyyən edilməsi üçün təyin edilməsi labüd hesab edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyinə əsasən 2010-cu il buraxılışlı “Suzuki Kizashi” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12.816,00 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh2 ekspert rəyi ilə razılaşmayaraq, rəyin "xxxx" QSC müvafiq qüsur aktına istinadən tərtib edildiyini, bu qüsur aktının tarixi göstərilmədiyi üçün etibarsız hesab edilməli olduğunu, onun xx.xx.2022-ci il tarixli ziyan aktına əsasən “Suzuki Kizashi” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobildə aşkar olunmuş qüsurlar üzrə məsuliyyət daşımalı olduğunu bildirmişdir. Məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşmır. Beləliklə ilk öncə qeyd edilməlidir ki, "xxxx" QSC-nin müvafiq qüsur aktının tarixsiz olması onun etibarsız hesab edilməsi üçün əsas deyildir. Bundan başqa xx.xx.2020-ci il tarixli Avtonəqliyyat saxlanılma qəbulu barədə akta əsasən “Suzuki Kizashi” markalı, **- PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasına gətirilərkən qabaq buferin, sol aynasının sınmış, qabaq kapotunun, sol qabaq qapısının əzilmiş, cızılmış və rəngsiz olduğu, məhkəmə araşdırması zamanı isə avtomobilin açarının və texniki pasportunun mövcud olmadığı müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3729/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən “SUZUKİ KİZASHİ MİNİK” markalı 99-PF778 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 istifadəsindən alınaraq İddiaçı MMC-yə qaytarılması qət edilmiş, apellyasiya instansiyası məhkəməsində qətnamənin bu hissəsi mübahisələndirilməmişdir. İş materiallarından göründüyü kimi sözügedən avtomovil Cavabdeh2 təqsiri üzündən cərimə meydançasına təhvil verilmiş və daha sonra uzun müddət ərzində (hal-hazıradək) istismar olunmadan (sürülmədən) açıq hava şəraitində saxlanılmış, bu da avtomobilin ehtiyyat hissələrinin surətlə aşınmasına və köhnəlməsinə əsas olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, lizinq alanın yalnız xx.xx.2022-ci il tarixli ziyan aktına əsasən məsuliyyət daşımalı olduğu qənaətinə gəlmək üçün əsas yoxdur. Həmçinin qeyd edilməlidir ki, cavabdeh-lizinq alan tərəflər arasında bağlanmış müqavilənin 11.3-cü və 11.11-ci bəndlərinə əsasən, lizinq obyekti sığortalansa da yolnəqliyyat hadisəsi baş verdiyi barədə lizinq verənə və sığortaçıya məlumat vermək üzrə vəzifəsini icra etmədiyindən sığorta hadisəsi üzrə sığorta ödənişinin verilməsini tələb etmək hüququnun həyata keçirilməsi mümkün olmamışdır. Məhkəmə iddiaçıya mülkiyyət hüququ ilə məxsus avtomobilə cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 12.816 manat təşkil etdyini nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, dəymiş maddi zərərə görə cavabdehdən 12.816 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə “SUZUKİ KİZASHİ MİNİK” markalı 99-PF778 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən çoxsaylı yol hərəkəti qaydalarının pozulması nəticəsində hesablanmış 624 manat məbləğində cərimələr qismində çıxış edən maddi zərərlə əlaqədar qeyd edir ki, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli inzibati təbeh tətbiq edilməsi barədə qərarlara əsasən inzibati xətanın törədilməsi avtomobilin Cavabdeh2 istifadəsində olduğu zaman baş verdiyi işin mübahisələndirilməyən halıdır. Belə ki, cavabdeh-lizinq alan iştirak etdiyi məhkəmə iclasında iddianı həmin hissədə etiraf etdiyini bildirmişdir. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə 624 manat məbləğində maddi zərər Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın digər Cavabdeh1 münasibətdə rədd edilməli olduğu qənaətinə gələrək aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən zamin və lizinq alan lizin müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazimi qaydada icra olunmasına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləndirilmiş müddətdə qayatrılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmadığı hallarda lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Müqavilənin 2.2-ci bəndinə görə zamin lizinq verən qarşısında lizinqin lizinq müqaviləsində nəzərdə tutulmuş müddətlərdə və məbləğdə qaytarılmaması, lizinqin faizinin lizinq müqaviləsində nəzərdə tutulmuş müddətlərdə və məbləğdə ödənilməməsi, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulunun (cərimə və penya) ödənilməməsi, lizinqdən məqsədli təyinatına görə istifadə edilməməsi, lizinq müqaviləsinin şərtlərinin lizinq alan tərəfindən pozulması üzrə məsuliyyət daşıyır. İş materiallarından göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında 29 dekabr 2019cu il tarixli 1901/0662 saylı Daxili lizinq müqaviləsi üzrə lizinq alananın öhdəliklərinin icrasının təmin olunması üçün zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə görə Cavabdeh1 öz üzərinə Cavabdeh2 ilə birgə məsuliyyət götürmüşdür. Hazırda iddiaçı məhz X6 müvafiq maddələrinə istinadən avtomobilə dəymiş zərərin cavabdeh-zamindən tutulmasını xahiş edir. Halbuki zaminlik müqaviləsinin müvafiq bəndində konkret göstərilən hallar arasında zaminin lizinq predmetinə dəymiş zərər üzrə lizinq verən qarşısında məsuliyyət daşıması halı müəyyən edilməmişdir. Məhkəmə xatırladır ki, zaminlik müqaviləsində öz əksini tapan əsas şərtlər aydın müəyyən olunmalı, digər müqaviləyə istinadı mücərrəd olmamalı, zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən dəqiq göstərilməlidir. Belə ki, zaminin imzaladığı müqavilədə nəzərdə tutulmuş şərtlər çərçivəsində məsuliyyət daşımalı olması ilə bağlıdır. Zamin müqavilə münasibətlərindən irəli gəlməyən əsaslarla məsuliyyət daşıya bilər, lakin bu kimi hallar zaminin məsuliyyətini artıran hallar kimi zaminlik müqaviləsində aydın şəkildə qeyd edilməlidir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404.1-ci maddəsinin tələblərinə görə Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu Məcəllənin 419.2-ci maddəsinin tələblərinə görə müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia Cavabdeh2 münasibətdə qismən təmin edilməli, dəymiş zərər üzrə 12.816 manat, cərimə üzrə 624 manat və dövlət rüsumu kimi ödənilmiş 150 manatın 102 manatı, cəmi 13.542 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia Cavabdeh2 münasibətdə digər hissədə və Cavabdeh1 münasibətdə tam şəkildə rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 242 və 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia Cavabdeh1 münasibətdə rədd edilsin. İddia Cavabdeh2 münasibətdə qismən təmin edilsin. Maddi zərər üzrə 13.440 (12.816+624) manat və dövlət rüsumu kimi ödənilmiş 150 manatın 102 manatı, cəmi 13.542 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia Cavabdeh2 münasibətdə digər hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 68 manatı Cavabdeh2, 32 manatı isə İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar