Məhkəmə qərarları › İş №e-2(006)-207/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-207/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-207/2024 23.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 may 2022-ci il tarixli ALY-937 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 may 2023-cü il tarixə 887.92 manat gecikdirilmiş əsas, 533.87 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 416.54 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Nexia” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 5017 manat məbləğində pulun, ümumilikdə 6855.33 manat borcun və ödənilmiş 88.96 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X7 arasında bağlanmış 09 may 2022-ci il tarixli ALY-937 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-PS-*** dövləv qeydiyyat nişanlı, XWBTF69V9NA032732 ban, 0411 mühərrik nömrəli, boz rəngli avtomobil 20050 manat məbləğinə İddiaçı MMC mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X7 illik 15% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 474.51 manat, ümumilikdə isə 25777 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 04 iyul 2022-ci il tarixdə X7, Cavabdeh və İddiaçı MMC arasında ALY-937 nömrəli “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 09 may 2022-ci il tarixli ALY-937 nömrəli “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Nexia” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil 22 may 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş Qüsur aktına əsasən avtomobilə 5017 manat dəyərində ziyan dəymişdir. Həmçinin Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 may 2023-cü il tarixə 887.92 manat gecikdirilmiş əsas, 533.87 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 416.54 manat dəbbə pulu, cəmi 1838.33 manat borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iclasnda iştirak edən iddiaçının nümayəndəsi X9 iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş ALY-937 nömrəli, 09 may 2022-ci il tarixli X10ndən görünür ki, Lizinq Verən “Azərmaş Alyans’’ MMC Lizinq alan X2 etdiyi və X12 ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. X12 ümumi məbləği 20050 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 09 may 2022-ci il tarixli Təhvil-təslim aktından görünür ki, 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-PS-*** dövləv qeydiyyat nişanlı, XWBTF69V9NA032732 ban, 0411 mühərrik nömrəli, boz rəngli avtomobil X5 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 04 iyul 2022-ci il tarixli, ALY-937 nömrəli Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, İddiaçı MMC ilə “Öhdəlikləri ötürən” X7 arasında bağlanmış ALY-937 nömrəli 09 may 2022-ci il tarixli X10 üzrə “Öhdəlikləri Ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “Öhdəlikləri Qəbul edən”ə Cavabdeh ötürür, “Öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “Öhdəlikləri ötürən”ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizinq müqaviləsində göstərilən müddətdə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. İş materiallarına əlavə edilmiş 04 iyul 2022-ci il tarixli Təhvil-təslim aktından görünür ki, 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-PS-*** dövləv qeydiyyat nişanlı, XWBTF69V9NA032732 ban, 0411 mühərrik nömrəli, boz rəngli avtomobil Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş ...... nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **- PS-*** dövləv qeydiyyat nişanlı, XWBTF69V9NA032732 ban, 0411 mühərrik nömrəli, boz rəngli avtomobil İddiaçı MMC -nin mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən verimiş 624 nömrəli 03 iyul 2023-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh ALY-937 nömrəli 09 may 2022ci il tarixli X10 üzrə xx.xx.2023-cü il tarixə 887,92 manat əsas borc, 533,57 manat mükafat borcu, 416,54 manat cərimə borcu, cəmi 1838,33 manat borcu vardır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş Qüsur aktından görünür ki, “Chevrolet Nexia” minik markalı avtomobilin yenisi ilə əvəz olunmalı olan ehtiyat hissələri üçün tələb edilən məbləğ 3367 manat, usta xərclərinə tələb olunan məbləğ 1650 manat, avtomobilin bərpa olunması üçün tələb olunan ümumi məbləğ 5017 manatdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2023 -cü il tarixli 3-16-16/2-9/7749/2023 nömrəli ekspert rəyindən görünür ki, 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-PS- *** dövləv qeydiyyat nişanlı, XWBTF69V9NA032732 ban, 0411 mühərrik nömrəli, boz rəngli avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4753 manat müəyyən edilmişdir. İş materiallarında olan Ekspertiza xərclərinə dair Bildirişdən görünür ki, aparılmış tədqiqatın (məhkəmə-əmtəə) dəyəri 50 manatdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 429.1.3-cü maddəsinə əsasən əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Həmin Məcəllənin 741.2--ci maddəsinə əsasən borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.2-ci maddəsinə əsasən Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 747-1.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 747-1.3-cü maddəsinə əsasən Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 747-1.4-cü maddəsinə əsasən Satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 747-1.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və hallarda Azərbaycan Respublikasının istənilən rezidenti və qeyri-rezidenti lizinq müqaviləsinin subyekti ola bilər. Həmin Məcəllənin 747-3.1-ci maddəsinə əsasən Lizinqin bu Məcəllə ilə tənzimlənən əsas formalarına daxili və beynəlxalq lizinq aiddir. Həmin Məcəllənin 747-3.2-ci maddəsinə əsasən Daxili lizinq həyata keçirildikdə lizinq verən və lizinq alan Azərbaycan Respublikasının rezidentləridir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə X8 arasında bağlanmış 09 may 2022-ci il tarixli ALY-937 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-PS-*** dövləv qeydiyyat nişanlı, XWBTF69V9NA032732 ban, 0411 mühərrik nömrəli, boz rəngli avtomobil 20050 manat məbləğinə İddiaçı MMC mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən X7 illik 15% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 474.51 manat, ümumilikdə isə 25777 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 04 iyul 2022ci il tarixdə X7, Cavabdeh ilə İddiaçı MMC arasında ALY-937 nömrəli “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və 09 may 2022-ci il tarixli ALY-937 nömrəli “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Nexia” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil 22 may 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 5017 manat dəyərində ziyan dəydiyi müəyyən edimişdir. Həmçinin iddiaçı iddia tələbində Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 may 2023-cü il tarixə 887.92 manat gecikdirilmiş əsas, 533.87 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 416.54 manat dəbbə pulu, cəmi 1838.33 manat borcun yarandığını iddia edir. Məhkəmə tərəflərin izahatlarını, iddianın dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İlk növbədə məhkəmə iddia tələbinin Cavabdeh 09 may 2022-ci il tarixli ALY-937 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 may 2023-cü il tarixə 887.92 manat gecikdirilmiş əsas, 533.87 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 416.54 manat dəbbə pulu tutulması hissəsi münasibət bildirərək, qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, cavabdeh müqavilə öhdəliklərini tam və lazımınca yerinə yetirməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 624 nömrəli 03 iyul 2023-ci il tarixli Maliyyə arayışı da bu halı təsdiq edir. Maliyyə arayışına əsasən Cavabdeh ALY-937 nömrəli 09 may 2022-ci il tarixli X10 üzrə xx.xx.2023-cü il tarixə 887,92 manat əsas borc, 533,57 manat mükafat borcu, 416,54 manat cərimə borcu, cəmi 1838,33 manat borcu vardır. Göründüyü kimi İddiaçı MMC-yə olan əsas borc üzrə 887,92 manat, mükafat borcu üzrə 533,57 manat olduğu halda cavabdehdən 416,54 manat məbləğində dəbbə pulu tələb edilmişdir. Məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə tələb edildiyindən Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmənin işin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılmalıdır. Halbuki, MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Ona görə məhkəmə belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə 887,92 manat əsas borc, 533,57 manat mükafat borcu, 40 manat cərimə borcu tutulmalıdır. Məhkəmə iddia tələbinin 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **- PS-*** dövləv qeydiyyat nişanlı, XWBTF69V9NA032732 ban, 0411 mühərrik nömrəli, boz rəngli avtomobilin bərpa olunması üçün tələb olunan 5017 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də qismən əsaslıdır. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi "xxxx" MMC tərəfindən verilmiş Qüsur aktından görünür ki, “Chevrolet Nexia” minik markalı avtomobilin yenisi ilə əvəz olunmalı olan ehtiyat hissələri üçün tələb edilən məbləğ 3367 manat, usta xərclərinə tələb olunan məbləğ 1650 manat, avtomobilin bərpa olunması üçün tələb olunan ümumi məbləğ 5017 manatdır. Lakin məhkəmə bu ekspert rəyini mötəbər sübut kimi qəbul etməmiş və ekspertiza təyin edilməsinə dair qərardad qəbul edərək, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspetiza Mərkəzinə həvalə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2023-cü il tarixli 3-16-16/2-9/7749/2023 nömrəli ekspert rəyindən də göründüyü kimi 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-PS-*** dövləv qeydiyyat nişanlı, XWBTF69V9NA032732 ban, 0411 mühərrik nömrəli, boz rəngli avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4753 manat müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən avtomobilin bərpa olunması üçün tutulmalı olan pulun məbləği ekspert rəyinə əsasən 4753 manat müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cı il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 88,96 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 88,96 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İş üzrə ekspertiza xərcini təşkil edən 50 manat məbləğində pulun 25 manat hissəsi İddiaçı MMC, 25 manat hissəsi Cavabdeh tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X4, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi ondan şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 09 may 2022-ci il tarixli ALY-937 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 may 2023-cü il tarixə 887,92 (səkkiz yüz səksən yeddi manat doxsan iki qəpik) manat gecikdirilmiş əsas, 533,87 (beş yüz otuz üç manat səksən yeddi qəpik) manat gecikdirilmiş mükafat və 40 (qırx) manat dəbbə pulu, həmçinin lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9NA032732 ban, 0411 mühərrik nömrəli, boz rəngli avtomobilin bərpa olunması üçün 4753 (dörd min yeddi yüz əlli üç) manat, ümumilikdə 6214,79 (altı min iki yüz on dörd manat yetmiş doqquz qəpik) məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində pulun 25 (iyirmi beş) manat hissəsi İddiaçı MMC, 25 (iyirmi beş) manat hissəsi Cavabdeh tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X4, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar