Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-210/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «qeyri-qanuni inşa edilmiş fərdi yaşayış evinin sökülməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «qeyri-qanuni inşa edilmiş fərdi yaşayış evinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X60 küçəsi 13-cü keçid ev 143A ünvanda yerləşən fərdi yaşayış evinin həyətində cavabdehlər Cavabdeh3 və qardaşı Cavabdeh1 tərəfindən inşa edilən fərdi yaşayış evinin cavabdehlərin vəsaiti hesabına sökülməsi; ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «yaşayış sahəsinə istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 2 ünvanından istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-3784/24 saylı qərardadı ilə yuxarıda qeyd edilən iddia ərizələri üzrə mülki işlər bir icraatda birləşdirilmişdir. İddiaçı Cavabdeh1 nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Fizuli oğlunun iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-210/2025 saylı qərardadı ilə ərizənin təmin edilməsi, Cavabdeh1 İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1990-cı ildə İddiaçı «26 Bakı Komissarları» adına Mexaniki Təmir Zavodunda sex rəisi vəzifəsində çalışmışdır. Həmin vaxtlar o, yaxın tanışları vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonunda, «Hərbi şəhərcik» (indiki Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanında) yerləşən, Hafiz adlı şəxsə məxsus həyət evi olduğunu öyrənmişdir. Hafizlə görüşüb həmin fərdi yaşayış evinin (o vaxt həmin fərdi yaşayış evinə dair heç bir hüquqmüəyyənedici sənədlər yox idi) alğı-satqısına dair razılığa gəlmiş və razılaşdırılmış məbləğdə pul onun tərəfindən Hafizə ödənilmişdir. Bundan sonra Hafiz həmin həyət evini boşaldaraq İddiaçı təhvil vermişdir. İddiaçı Bakı şəhərində başqa mənzili olduğu üçün o, həmin fərdi yaşayış evindən bağ sahəsi kimi istifadə etməyə başlamışdır. 1993-cü ildə Qubadlı rayonunun işğalından sonra Bakı şəhəri Nəsimi rayonu 59 saylı MKİİ-nin rəisi Qəzənfər Hacıyev İddiaçı yaxınlaşaraq həmin rayondan olan bir ailənin İddiaçı məxsus evdə yerləşdirilməsini xahiş etmişdir. O da öz növbəsində həmin fərdi yaşayış evindən istifadə etmədiyini nəzərə alaraq lazım olan vaxt onların həmin evi tərk edəcəklərinə dair razılıq əldə edib X17, həyat yoldaşı X5 və oğlu X21 və digər oğlu X18, onun beş nəfərdən ibarət ailə üzvlərinin İddiaçı mənsub olan Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanında müvəqqəti məskunlaşmalarına icazə vermişdir. Qubadlı rayonunda qeydiyyatda olan və adları sadalanan məcburi köçkünlər 1993-cü ildən bu günə kimi İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanında müvəqqəti məskunlaşıblar. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (X66 sədrliyi ilə) 2-1(82)- 2586/2019 saylı, 05 avqust 2019-cu il tarixli qərarı ilə İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ məhkəmə qaydasında tanınmışdır. Həmin Qərar nəzərə alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 11 oktyabr 2019-cu il tarixində, ********** qeydiyyat və **********07-10301 reyestr nömrəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququ qeydə alınmış və həmin İdarə tərəfindən ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. 11 fevral 2021-ci il tarixində X45 vəfat etdikdən sonra İddiaçı həyətində onun yaşadığı otağı qardaşı Həsənov Füzuli Hilal oğlu və bacısı Cavabdeh2 zəbt etdilər. Baxmayaraq ki, Həsənov Füzuli Hilal oğlunun özünün ünvan 5 ünvanında fərdi yaşayış evi və Cavabdeh2 isə ünvan 6 ünvanında 108 saylı mənzili vardır. Daha sonra Həsənov Füzuli Hilal oğlu və Cavabdeh2 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2586/2019 saylı, 05 avqust 2019-cu il tarixli Qərarını mübahisələndirmək məqsədi ilə məhkəməyə ərizə ilə müraciət etmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2023-cü il tarixli, 2-1(102)-731/2023 saylı Qərarı ilə ərizəçilər X37, Cavabdeh1 və Cavabdeh2 «məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2-1(82)-2586/2019 nömrəli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə» ərizələri təmin edilməmişdir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanında yerləşən fərdi yaşayış evinin üç il bundan əvvəl məcburi köçkün statusuna dair görüntü yaradan Həsənov Füzuli Hilal oğlu və Cavabdeh2 tərəfindən zəbt edilmiş həmin yaşayış evinin hissəsi onlar tərəfindən boşaldılmır. Bunu nəzərə alaraq İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlər – Həsənov Füzuli Hilal oğlu və Cavabdeh2 geri alınaraq onun mülkiyyətinə qaytarılmasını məhkəmdən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim X19) e-2(006)-1895/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər Həsənov Füzuli Hilal oğlunun və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması və daşınmaz əmlakın boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Bundan narazı qalan cavabdehlər Bakı Apellayasiya Məhkəməsinə apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X6 (sədrliyi və məruzəsi ilə), X59 və X2 ibarət tərkibdə) 22 may 2023-cü il tarixli, 2(103)-551/2023 saylı qətnaməsi ilə Cavabdeh2 və Həsənov Füzuli Hilal oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1895/2022 saylı iş üzrə 16 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yenə də həmin qətnamədən narazı qalan Cavabdeh2 və Həsənov Füzuli Hilal oğlu kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X22 (məruzəçi), X34 və X32 ibarət tərkibdə) 2(102)-3632/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qərarı ilə Cavabdeh2 və Həsənov Füzuli Hilal oğlunun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2023-cü il tarixli 2(103)-551/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 28 mart 2024-cü il tarixdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş e2(006)-1895/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsini icra etmək məqsədi ilə Nəsimi Rayon İcra Şöbəsinin icra məmurları İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanda yerləşən fərdi yaşayış evinə gəlmiş və Cavabdeh2 və orada qanunsuz yaşayan digər şəxsləri məcburi qaydada həmin evdən çıxarmaq istəmişlər. Bu zaman həyətə toplaşmış bir qrup, dediklərinə görə, qazilər icra məmurlarının öz xidməti vəzifələrinin yerinə yetirilməsinə kobud müdaxilələr etmişlər. İcra məmurları ilə birlikdə həmin əraziyə gəlmiş polis əməkdaşlarının əzimkar səyi nəticəsində həmin qazilər sakitləşdirilmişlər. Bundan sonra icra məmurları tərəfindən Cavabdeh2 və orada qanunsuz yaşayan digər şəxsləri məcburi qaydada həmin evdən çıxarılmışlar. Həmin vaxta qədər digər cavabdeh Həsənov Füzuli Hilal oğlu vəfat etmişdir. Daha sonra İddiaçı mülkiyyətində olan həyətdə abadlıq işlərini həyata keçirmiş və X38 tərəfindən qanunsuz tikilmiş daxma onun tərəfindən sökülmüşdür. 06 aprel 2024-cü il tarixdə Həsənov Füzulinin oğlu – Cavabdeh3 və bir qrup qazi İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanda yerləşən fərdi yaşayış evinə gələrək həyətdə işləyən fəhlələrə güc göstərmişlər. Daha sonra Ruslan idarə etdiyi **-UC-*** dövlət nömrə nişanlı, ağ rəngli, NİSSAN X-TRAİL markalı avtomobili mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə salmışdır. Daha sonra Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə tikinti materialları gətirmiş və özü tərəfindən cəlb edilmiş işçi qüvvəsi ilə qanunsuz olaraq həyətdə fərdi yaşayış evi inşa etməyə başlamışdır. Bu gün də Cavabdeh3 və qardaşı Cavabdeh1 özləri tərəfindən cəlb edilmiş briqada ilə həmin fərdi yaşayış evinin tikintisini davam etdirirlər. Bununla da Cavabdeh3 və qardaşı Cavabdeh1 öz qanuna zidd əməlləri ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanda yerləşən fərdi yaşayış evindən sərbəst istifadə etməyinə manelər törədirlər. Beləliklə hesab edirlər ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanında yerləşən fərdi yaşayış evinin həyətində cavabdehlər Cavabdeh3 və qardaşı Cavabdeh1 tərəfindən inşa edilən fardi yaşayış evinin sökülməsinə dair tələb haqlıdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 07 may 2025-ci il tarixdə ərizə təqdim edərək bildirmişdir ki, icraatda olan e-2(006)-210/2025 saylı mülki iş üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanında yerləşən fərdi yaşayış evinin həyətində cavabdehlər Cavabdeh3 və qardaşı Cavabdeh1 tərəfindən inşa edilən fərdi yaşayış evinin cavabdehlərin vəsaiti hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, ev 2, mənzil 143 ünvanında yerləşən fərdi yaşayış evinin sökülmüş hissələrinə dair kompensasiya tələbi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. Sonradan həmin mülki işlər bir icraatda birləşdirilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2586/2019 saylı, 05 avqust 2019-cu il tarixli qərarı ilə İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ məhkəmə qaydasında tanınmışdır. Həmin qərar nəzərə alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 11 oktyabr 2019-cu il tarixində, ********** qeydiyyat və **********07-10301 reyestr nömrəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququ qeydə alınmış və həmin İdarə tərəfindən ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. 11 fevral 2021-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanında yerləşən fərdi yaşayış evinin həyətindəki otaq Həsənov Füzuli Hilal oğlu və bacısı Cavabdeh2 zəbt etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1895/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər Həsənov Füzuli Hilal oğlunun və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X60 küçəsi 13-cü keçid ev 143A ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması və daşınmaz əmlakın boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Cavabdehlər Bakı Apellayasiya Məhkəməsinə apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2023-cü il tarixli, 2(103)-551/2023 saylı qətnaməsi ilə Cavabdeh2 və Həsənov Füzuli Hilal oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1895/2022 saylı işi üzrə 16 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yenə də həmin qətnamədən narazı qalan Cavabdeh2 və Həsənov Füzuli Flilal oğlu kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2023-cü il tarixli 2(102)-3632/2023 saylı qərarı ilə Cavabdeh2 və Həsənov Füzuli Hilal oğlunun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2023-cü il tarixli, 2(103)551/2023 nömrəli saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra 2(006)-1895/2022 saylı mülki işə dair «İcra vərəqəsi» verilmişdir. Həmin «İcra vərəqəsi»nə əsaslanaraq 28 mart 2024-cü il tarixə icra tədbiri təyin edilmiş və müvafiq dövlət orqanlarına (FHN, DİN, TƏBİB) müraciət edilmişdir. Qeyd edilən tarixdə Nəsimi İcra Şöbəsinin icra məmurları sözügedən ünvana getmişlər. Qapını Cavabdeh2 açmışdır. O, icra sənədindən məlumatlı olduğunu, lakin onu icra etmək istəmədiklərini bildirmişdir. İcra məmurları tərəfindən aparılan profilaktik söhbət heç bir nəticə verməmişdir. İddiaçı dəvət etdiyi işçi qüvvəsinin yardımı ilə Cavabdeh2 məxsus əmlaklar onun zəbt etdiyi otaqdan çıxarılmışdır. Mənzildən çıxarılan əmlak Cavabdeh2 tərəfindən dəvət edilmiş qohumlarının köməkliyi ilə yük maşınlarına yüklənərək ərazidən aparılmışdır. Bundan sonra icra məmurları tərəfindən həmin otaq boşaldılaraq İddiaçı təhvil verilmişdir. İcra məmurları ərazini tərk etdikdən sonra İddiaçı öz razılığı ilə mərhum ailə başçısı, məcburi köçkün Hüseynov Hilal tərəfindən ucuz materiallardan istifadə edilməklə inşa edilmiş əlavə tikilini və həyətdə talvar kimi düzəldilmiş «qaraj»ı özü tərəfindən cəlb edilmiş fəhlələrin vasitəsi ilə sökdürmüşdür. Bir neçə gün keçdikdən sonra Cavabdeh1 bir neçə qazi ilə həmin əraziyə gəlmiş, həyətin girişini öz avtomobili ilə bağlamış və Zaməddini ərazidən qovmuşdur. Bundan sonra aprel ayında Ramazan bayramı müddətində Cavabdeh1 sökülmüş otağın yerində əsaslı tikinti işlərini həyata keçirmişdir. Baxmayaraq ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, e-16(006)168/2024 saylı qərardadı ilə Cavabdeh3 və Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz olaraq fərdi yaşayış evinin inşa etdirilməsi dayandırılmışdır. Dərhal icraya yönəlmiş həmin qərardada məhəl qoymayan Cavabdeh3 və Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz olaraq fərdi yaşayış evi inşa edilərək yaşayış üçün yararlı vəziyyətə gətirilmişdir. Digər tərəfdən, Həsənov Füzuli Hilal oğlu, Cavabdeh1 və Cavabdeh2 ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onların məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmələri, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2586/2019 saylı, 05 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsi və işə baxılmasının təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli qərardadı ilə ərizəçilərin ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 21(103)-3390/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(82)- 2586/2019 saylı qərardadı ləğv edilmişdir. İddiaçı tərəfindən Bakı Apellayasiya Məhkəməsinin 2-1(103)-3390/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qərardadının ləğv edilməsinə dair verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 07 mart 2023-cü il tarixli qərarı ilə təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3390/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilmişdir. Bundan sonra Cavabdeh1 yeni açılmış hallarla bağı ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasına müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 2-1(102)- 731/2023 saylı qərarı ilə Cavabdeh1 yeni açılmış hallarla bağı ərizə təmin edilməmişdir. Həmin Qərarda göstərilir: «23. Lakin, ərizədə göstərilən dəlillər (iddiaçının sənədlərinin mötəbərliyi ilə bağlı cinayət işinin gedişində sübutların əldə edilməsi, birinci instansiya məhkəməsinin qərarının icrası ilə zamanı fərdi yaşayış evinə dair çıxarışda və texniki pasportda torpaq sahəsinə dair məlumatların əksini tapması, evin sayğaclarının ərizəçinin adına olması və ərizəçinin həmin evdə qeydiyyatda olması) məhkəmənin gəldiyi nəticəyə və ərizəçi ilə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli və həlledici təsir göstərmək keyfiyyətinə malik deyildir». Qeyd etmək istəyir ki, Həsənov Füzuli Hilal oğlu 13 fevral 2024-cü ildə vəfat etdikdən sonra, onun oğlu Cavabdeh1 15 fevral 2024-cü il tarixində Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, ev 2, mənzil 143 ünvana qeydiyyata düşmüşdür. Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, ev 2, mənzil 143 ünvana yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi X23 bu barədə məlumat əldə edəndən sonra Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı Cavabdeh1 həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)12248/2024 saylı, 27 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu X60 küçəsi ev 2, mənzil 143 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar aşağıdakı sübutlarla əsaslandırılmışdır: «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18/2- 25989/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdən Bakı şəhəri Nəsimi rayonu Həsən Əliyev küçəsi ev 2 mənzil 143 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olmuş sənədlər müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/220854/2024 saylı xx.xx.2024cü il tarixli məktubunda bildirilmişdir ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdən Bakı şəhəri Nəsimi rayonu Həsən Əliyev küçəsi ev 2 mənzil 143 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olmuş sənədlər müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-16749/2023 **********49 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, İnqilab küçəsi, ev 2, 143 saylı mənzil (indiki Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 143 səyirtərdi yaşayış evi) ilkin olaraq xx.xx.1998-ci il tarixdə X7 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri 14 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1998-ci il tarixli, 3MA5/642 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən xx.xx.1998-ci il tarixdə X24 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2000ci il tarixli 3MA/226 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X8 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri icra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 512 nömrəli fərdi yaşayış evinin yenidən qurulması haqqında sərəncamına əsasən xx.xx.2003-cü il tarixdə fərdi yaşayış evi kimi yenidən X8 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri 42 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 4Ə/03-225 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən xx.xx.2005-ci il tarixdə X12 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2009-cu il tarixli 4Ə-1/16 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən xx.xx.2009-cu il tarixdə X3 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-323 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə X9 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən əmlaka dair arxiv qovluğunda mövcud olan müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. 59 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 69 saylı, xx.xx.2024-cü il tarixli arayışa əsasən Nəsimi rayonu xidməti ərazidə yerləşən X60 küçəsi 143 (Yeni qaydalarla: AZ 1022, ünvan 13 ünvanında MKİS-də olan sənədlərə əsasən Cavabdeh1 adlı şəxs faktiki olaraq yaşamır.» Həmin qərardan narazı qalan üçüncü şəxs Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 20 dekabr 2024-cü il tarixli, 2-1(103)-4628/2024 saylı Qərarı ilə üçüncü şəxs Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, e-2-1(112)12248/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Digər tərəfdən Cavabdeh2 Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Murad Xudaverdiyevin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizə ilə Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-101/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qərardadı ilə borclunun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməmişdir. Bundan narazı qalan Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 8(103)-14/2025 saylı, 13 yanvar 2025-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)101/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Elan olunduğu andan hüquqi qüvvəyə minmiş həmin qərardad aşağıda göstərilənlərlə əsaslandırılmışdır: «Kollegiya həmçinin qeyd edir ki, borclu tərəf hazırda barəsində mübahisə gedən ünvanları ünvan 15yonu, Ak. Həsən Əliyev küçəsi ev 2, mənzil 143 kimi fərqləndirməklə, onların tamamilə fərqli ünvanlar olduğunu iddia edərək, sonuncu ünvanın onlara məxsus olduğunu bildirsə də, işdə olan, evin Kamil Hacıyevin mülkiyyətinə verilməsinə əsas olan sənədlərdə Kamil Hacıyevin mülkiyyətinin məhz müvafiq küçədəki ev 2, mənzil 143 olduğu öz təsdiqini tapmışdır. Borclu tərəf Kamil Hacıyevin dövlət reyestrindən çıxarışında ünvanın ünvan 16 edir və yaşadıqları evin ünvanının isə ondan fərqli olaraq ünvan 18 olmasını əsas gətirir. Halbuki işdə olan hüquqmüəyyənedici sənədlərlə müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak. Həsən Əliyev küçəsi ev 2, mənzil 143 X8 mülkiyyətində olmuş, daha sonra alqı-satqı müqaviləsi əsasında Aytən Hacıyevaya, daha sonra Kamilə Hacızadənin mülkiyyətinə keçmiş və ən sonda bağışlama müqaviləsi əsasında Kamil Hacıyevin mülkiyyətinə keçmişdir. Nəticədə borclunun 3 ünvan olaraq fərqləndirdiyi ünvanlardan birinin - ünvan 17lı fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olması mübahisəsiz olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 143 və ünvan 18 ünvanlarının faktiki və rəsmi olaraq eyni ünvan olması sübuta yetirilmiş, dolayısı ilə Cavabdeh2 qardaşı oğlu Cavabdeh1 məxsus olduğunu və qətnamə icra olunmamışdan əvvəl məhz orada yaşadığını iddia etdiyi fərdi yaşayış evinin qeyd etdiyi ünvan olaraq mövcudluğu müəyyən edilməmişdir.» Daha sonra Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A və Bakı şəhəri Nəsimi rayonu X60 küçəsi ev 2, mənzil 143 ünvanlarında yerləşən fərdi yaşayış evlərinin bir həyətdə yerləşməklə müxtilif fərdi yaşayış evləri olduğunu iddia edərək Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır və Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, ev 2, mənzil 143 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması və bu barədə çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 28 fevral 2025-ci il tarixdə həmin məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə prosesini onun iştirakı olmadan keçirilməsini və iş materiallarının baxılmadan ona qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 2-1(112)-994/2025 saylı qərardadı ilə Vəkil2 ərizəsi təmin edilmiş və iş materiallarının baxılmadan ona qaytarılması qərara alınmışdır. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, nə Cavabdeh1, nə də Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A və Bakı şəhəri Nəsimi rayonu X60 küçəsi ev 2, mənzil 143 ünvanlarında yerləşən fərdi yaşayış evlərinə dair heç bir subyektiv hüquqları yoxdur. Bu ərizəyə əlavə etdiyi sənədlərin maddi sübutlar kimi e-2(006)-210/2025 saylı mülki işin materiallarına əlavə olunmasını təmin etməklə, e- 2(006)-210/2025 saylı mülki iş üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanında yerləşən fərdi yaşayış evinin həyətində cavabdehlər Cavabdeh3 və qardaşı Cavabdeh1 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin cavabdehlərin vəsaiti hesabına sökülməsinə dair iddia tələbinin təmin edilməsi, Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, ev 2, mənzil 143 ünvanında yerləşən fərdi yaşayış evinin sökülmüş hissələrinə dair kompensasiya tələbi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaya verilmiş yazılı etirazdan görünür ki, iddia tələbi tamamilə qanunsuz və əsassız olduğu üçün rədd edilməli, həmçinin İddiaçı onun barəsində dəfələrlə vicdansızcasına iddia qaldırdığı üçün Mülki Prosessuaİ Məcəllənin 120-ci maddəsi rəhbər tutularaq 20.000 manat həcmində məbləğin tutulması qət edilməlidir. Belə ki, həmin maddəyə əsasən məhkəmə vicdansızcasına əsassız iddia vermiş va ya iddiaya qarşı mübahisə etmiş yaxud işə düzgün və tezliklə baxılmasına va onun həll edilməsinə ardıcıl surətdə maneə törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Belə ki, iddiaçı mülkiyyət hüququnun əldə edilməsi ila bağlı yazdığı iddia ərizəsində qeyd edir ki, guya evi 2017-ci ildə tikmişdir. Lakin Nəsimi Rayon Məhkəməsində onların evdən çıxarılması ilə bağlı iddia ərizəsində isə hazırki yazdığı halları qeyd etmişdir. Göründüyü kimi hər iki hissə bir-biri ilə ziddiyyət təşkil edir. Birincisi ev Həsənov Hilal Həsən oğlu tərəfindən deyil, atası Həsənov Füzuli Hilal oğlu tərəfindən inşa edilmişdir. Daxma dediyi isə, 3 otaqlı daş evdən söhbət gedir. Hazırki etirafında İddiaçı özbaşınalıq etdiyini və onun mülkiyyətinə ziyan vurduğunu etiraf edərək, cinayətkar əməllərinə don geyindirməyə çalışsa da, İddiaçı çıxarışında qeyd olunan torpaq sahəsi ona məxsus deyildir, bundan əlavə, bizim evimizin yerləşdiyi torpaq sahəsi ilə onun çıxarış əldə etdiyi mənzillər ayrı-ayrı mənzillərdir. Bu fakt özünü Bakı İnzibati Məhkəməsinin qərarında öz əksini tapmışdır. Hesab etsək ki, bizim tikilimiz özbaşına tikilidir, onun belə sökülməsi özbaşına qanunsuz formada həyata keçirilə bilməzdi. Necə ki, hazırki iddia tələbinin predmetini "qanunsuz tikilinin sökülməsi" təşkil edirsə, İddiaçı bizə məxsus ilk evi də sökən zaman hüquqi yolla həmin məsələni nizama salmaq əvəzinə, qanunsuz va özbaşına olaraq evimizi sökmüş, bizim küçələrdə gecələməyimizə səbəb olmuşdur. Ərizəyə əlavə edilən, yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanında qeydiyyatdadır. İddiaçı verilmiş torpağın mülkiyyət sənədində, yəni Dövlət Reyestrindən çıxarışdan görünür ki,ona məxsus evin ünvanı, Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanıdır va bu mənzilin yerləşdiyi torpaq sahəsi dövlətə məxsusdur. Qeydiyyatda olduğu ünvanla İddiaçı verilən çıxarışda qeyd olunan ünvanlar tamamilə fərqlidir. Belə ki, bizim ünvan ünvan 21məddinə verilən ünvan Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanıdır, yəni ayrı-ayrı ünvan və mənzildən söhbət gedir. Sözügedən həyət dövlət mülkiyyətindədir. İddiaçı guya sözügedən mənzilin tikintisini 2017-ci ildə başa çatdığını qeyd etsə də, bu qeyd olunan fakt tamamilə yalandır va iddiaçının uydurmasıdır. Belə ki, təqdim edilən disk video yazısından görünür ki, Cavabdeh1 2014-cü ildə keçirilən toy şənliyi kassetində həmin mənzil artıq mövcud idi və əmisi X25 məxsus olmuşdur. Bundan əlavə həmin kasetdəki kadrlarda X26 da görünür ki, onun da hazırki şikayətə təqdim edilən ölüm haqqında şəhadatnaməsindən nənəsinin 25 fevral 2014-cü il tarixdə vəfat etdiyi aydın görünür. Bütün bunlar bir daha sübut edir ki, iddiaçının istinad etdiyi bütün faktiki hallar tamamilə onun uydurması və formal mülahizələrindən ibarətdir. (Video diski elektron kabinet vasitəsilə əlavə etmək mümkün olmadığı üçün məhkəməyə təqdim olunacaqdır). Tərəflər arasında gedən məhkəmə mübahisələri ilə əlaqədar Nasimi Rayon Məhkəməsi tərəfindən (hakim Nail Abbasov) qəbul edilmiş xx.xx.2024-cü il tarİxİİ e-16(006)-153/2024 saylı qərardadda qeyd olunur ki, "iş materialları ilə həmçinin müəyyən edilir ki, ərizəçinin söküntüsünün qadağan olunması tələb edilən fərdi yaşayış evinin (Nəsimi rayonu, X60 küçəsi ev 2, mənzil 143) mülkiyyətçisi xx.xx.2003-cü il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən X13r." Bu hissədə də məhkəmə qərəzli mövqe nümayiş etdirərək yalnış araşdırma nəticəsində düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. Belə ki, qeyd olunan mənzilin mülkiyyətçisi X27 deyil, xx.xx.2020-ci il tarixli Dövlət Reyestrindən çıxarışdan da göründüyü kimi X14r. Bu hal özü belə məhkəmə tərəfidən qərəzli mövqe nümayiş etdirilməsini bir daha ortaya çıxarır. Bundan əlavə heç bir ünvan onun özünü qeydiyyatda olduğu ünvanla üst-üstə düşmür. Belə ki, özünün qeydiyyatda olduğu va yaşadığı ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi ev 2, mənzil 143 ünvanı olduğu halda, X15 verilən çıxarışda qeyd olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, X60 küçasi ev 143, yeni qaydalarla AZ 1022, ünvan 24 ünvanı kimi qeyd olunmuşdur. Göründüyü kimi, bu ünvanlar arasında heç bir əlaqə yoxdur va bunlar tamamilə ayrı küçələrdə yerləşirlər. Həmçinin mərhum atası, Qarabağ müharibəsi veteranı Həsənov Füzuli Hilal oğlunun onların yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi ev 2, mənzil 143 ünvanına qeydiyyata düşməsi barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-8243/2023 saylı qərardadında qeyd olunmuşdur ki, "Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırda iddiaçının daimi pasport qeydiyyatına alınmaq istədiyi fərdi yaşayış evinin ünvanı ilə hazırda xüsusi mülkiyyət hüququ ilə X15 məxsus olan fərdi yaşayış evinin (Yeni qaydalarla: ünvan 27 ünvanları eyni olsa da, həmin yaşayış evləri bir-birindən tam təcrid olunmaqla ayrı-ayrı ərazilərdə yerləşirlər. Bütün yuxanda qeyd olunanlara əsasən, iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Sözügedən mənzil də ona məxsusdur, mənzilin təmirinə çəkilmiş xərc də onun vəsaiti hesabına çəkilmişdir və həmçinin mənzilə alınmış avadanlıqlar da onun vəsaiti hesabına alınmışdır. İddia tələbi tamamilə uydurma va formal mülahizələrlə əsaslandırılmışdır. Heç bir sənəd, fakt va ya sübutlar öz əksini və ya təsdiqini tapmamışdır. Nəticə olaraq, iddia tələbi əsassız olduğuna görə tamamilə rədd olunması və iddiaçıdan onun xeyrinə Mülki Prosessual Məcəllənin 120-ci maddəsinin tələbləri nəzərə alınmaqla 20.000 məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək, onun təmin olunmamasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, ölkə xaricində olduğunu bildirmiş və məhkəmədən mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə digər Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mübahisəli tikiliyə və əraziyə yerində baxış keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu X60 küçəsi ev 143 (yeni qaydalarla: AZ 1022, ünvan 28 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - 59 saylı MKİS-in xx.xx.2022-ci il tarixli 12 saylı arayışından görünür ki, qonşuların Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq edilmiş ərizəsinə əsasən Həsənov Füzuli Hilal oğlu, X20, Cavabdeh2, X39, Cavabdeh1 və X1 Həsən Əliyev küçəsi ev 2 mənzil 143 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar. - Azərbaycan Respublikası Qaçqınların və X33 üzrə Dövlət Komitəsinin Nəsimi rayon sektorunun 09 fevral 2022-ci il tarixli, 17 saylı məkubundan görünür ki, ünvan 30 ünvanında xx.xx.1996-cı il tarixdə Qubadlı rayonundan məcburi köçkün X38 məcburi köçkün kimi müvəqqəti qeydiyyata alınmışdır. Ailə tərkibi belədir: X38 – ailə başçısı (vəfat edib), X29 – həyat yoldaşı (vəfat edib), X45 – oğlu (vəfat edib). ünvan 30A ünavnında isə xx.xx.1997-ci il tarixdə Qubadlı rayonundan məcburi köçkün X40 ailəsi ilə birgə məcburi köçkün kimi müvəqqəti qeydiyyata alınmışdır. Ailə tərkibi belədir: X40 – ailə başçısı, X30 – həyat yoldaşı, X41 – oğlu, X42 – qızı, X46 – oğlu. - Qubadlı rayon İHB Muradxanlı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 10-20/13 saylı məktubundan görünür ki, mərhum X38, mərhum X29, mərhum X45, Həsənov Füzuli Hilal oğlu, Cavabdeh1 1993-cü ildə Qubadlı rayonu Həkəri kəndindən məcburi köçkün düşmüş və həmin tarixdən də ünvan 32 ünvanda məcburi köçkün kimi məskunlaşmışlar. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli məktubundan və həmin məktuba əlavə olunmuş sənədlərdən (qoşma 23 vərəqdən ibarətdir) görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, İnqilab küçəsi, ev 2, 143 saylı mənzil (indiki Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 143 saylı fərdi yaşayış evi) ilkin olaraq xx.xx.1998-ci il tarixdə X7 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri 14 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1998-ci il tarixli, 3MA5/642 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən xx.xx.1998-ci il tarixdə X24 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2000-ci il tarixli 3MA/226 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2000-ci il tarixdə X8 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 512 nömrəli fərdi yaşayış evinin yenidən qurulması haqqında sərəncamına əsasən xx.xx.2003-cü il tarixdə fərdi yaşayış evi kimi yenidən X8 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri 42 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 4Ə/03-225 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən xx.xx.2005-ci il tarixdə X16 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 14.01 2009-cu il tarixli 4Ə-1/16 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən xx.xx.2009-cu il tarixdə X3 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-323 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə X9 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğu ilə əlaqədar olaraq sözügedən əmlaka dair arxiv qovluğunda mövcud olan müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. - "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin xx.xx.2023-cü il tarixli 13-16-5-6/2- 01/01-455/2023 saylı məktubundan görünür ki, "xxxx" ASC-nin ünvan 33 ünvanda yerləşən yaşayış sahəsinə xx.xx.2023-cü il tarixdə **********430 saylı əhali abonent kodu açılmış və xx.xx.2023-cü il tarixdə İSS-20M-20 markalı, 23099816 saylı suölçən cihaz quraşdırılmışdır. Qeyd olunan əhali abonent kodu və suölçən cihaz Cavabdeh1 adına rəsmiləşdirilmiş və onunla «Suyun buraxılması və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə müqavilə» bağlanılmışdır. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)8243/2023 saylı qərarından görünür ki, iddiaçı Həsənov Füzuli Hilal oğlunun cavabdeh Bakı şəhəri Nəsimi RPİ-yə qarşı «qeydiyyata alınma» tələbinə dair iddiası təmin edilmiş, iddiaçı xx.xx.1950-ci il təvəllüdlü Həsənov ünvan 34 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhər Nəsimi RPİ-yə həvalə edilməsi qərara alınmışdır. - Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* saylı arayışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu Həsən Əliyev küçəsi ev 2 mənzil 143 ünvanda qeydiyyatdadır. - «Azəriqaz» İB-nin xx.xx.2024-cü il tarixli 14-2-2-4/2-991/2024 saylı məktubundan görünür ki, cinayət işinin istintaqı zərurəti ilə əlaqədar İstehlakçı hesabına dair məlumat verilməsi haqqında müraciətə Bakı Regional Qazın Satışı Departamentində baxılmışdır. Bildirilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Həsən Əliyev küçəsi ev 2 mənzil 143 ünvanda quraşdırılmış sts **********8 saylı sayğac üzrə **********01431 saylı abonent kodu xx.xx.2013-cü il tarixdən X10 adına olmuş və xx.xx.2016-cı il tarixdən X21 adına, xx.xx.2022-ci il tarixdən İddiaçı adına keçirilmiş, sts **********1 saylı sayğac üzrə **********01434 saylı abonent kodu xx.xx.2010-cu il tarixdə X18 adına qeydiyyata alınmışdır. - "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli 13-16-5-6/2- 02/1-378/2024 saylı məktubundan görünür ki, Bakı şəhəri X60 küçəsi 2 ev 143 ünvanda halhazırda üç aktiv abonent kodu və bir passiv kod mövcuddur. 1. Cavabdeh1 (xx.xx.2023) aktiv kod; 2. X40 (xx.xx.2018) aktiv kod; 3. İddiaçı (xx.xx.2022) aktiv kod; 4. Həsənov Həsən (xx.xx.2000) passiv kod. İddiaçı adına keçirilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 2588/2024 saylı və xx.xx.2024-cü il tarixli, e-2(006)-2588/2024 saylı qərardadları ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/3809 saylı, xx.xx.2025-ci il tarixli 10/8728 saylı, xx.xx.2025-ci il tarixli, 1026/2025 saylı məlumatlarına əsasən, qərardadda qoyulan suallar üzrə tədqiqat aparılmasının mümkün olmadığı bildirilərək, ekspertizanın aparılmasından imtina edilmişdir. - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X11 xx.xx.2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərarından görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CMnin 322.1-ci maddəsindən həmin Məcəllənin 320.2 və 322.1-ci maddələrinə tövsif edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/4341 saylı ekspert rəyində (240076021 saylı cinayət işi üzrə) qeyd olunmuşdur ki, ünvan 38 ünvanda yerləşən 48,8 m2-lik fərdi yaşayış evinin, 7,35 m2lik hamamın və 20,6 m2-lik qarajın qəsdən məhv edilməsi nəticəsində tikinti üzrə dəymiş ziyan 51.177 manat təşkil edir. - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X4 xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, cinayət işi üzrə İddiaçı Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (özgənin əmlakını qəsdən məhv edərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurma). - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-388/2024 saylı qərarı ilə vəsatətin təmin olunması, ********* nömrəli cinayət işi üzrə xx.xx.1963-cü il tarizdə Azərbaycan Respublikası, Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 39 ünvanında pasport qeydiyyatında olmaqla, ünvan 40 ünvanında yaşayan İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin 02 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 28 iyul 2024-cü il, saat 16:00 tarixdən hesablanması qərara alınmışdır. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-12248/2024 saylı qərarından görünür ki, iddiaçı X9 cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhəri Nəsimi RPİ-yə qarşı (üçüncü şəxs Cavabdeh1) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu X60 küçəsi ev 2 mənzil 143 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhəri Nəsimi RPİ-nin üzərinə qoyulmuşdur. - 30.06.2025-ci il tarixli arayışlardan görünür ki, Cavabdeh1 və Cavabdeh3 müvafiq olaraq 23 və 21 iyun 2025-ci il tarixlərdə Bakı şəhəri Nəsimi rayonu Həsən Əliyev küçəsi ev 2 mənzil 143 ünvandan qeydiyyatdan çıxmışlar. - 15.04.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə də işin araşdırılmış halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 11 oktyabr 2019-cu il tarixində, ********** qeydiyyat və **********07-10301 reyestr nömrəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququ qeydə alınmış və hazırki iddia tələbi iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin həyətində inşa edilmiş özbaşına tikilmiş yaşayış evinin sökülməsinə əsaslanır. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanda yerləşən fərdi yaşayış evindən sərbəst istifadə etməyinə manelər törətmələrinə görə həyətində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 oğlu tərəfindən inşa edilən fərdi yaşayış evinin sökülməsini tələb edir. Məhkəmə tərəfindən mübahisə predmeti olan tikiliyə yerində baxış keçirərkən müəyyən edildi ki, tikilinin inşa edildiyi torpaq sahəsi Dövlətin mülkiyyətindədir. Həmin tikili iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən uzun illər öncə inşa edilmişdir. Yerində baxış zamanı Cavabdeh3 bildirmişdir ki, tikinti işlərinin yenilikcə aparıldığı qeyd olunmasına baxmayaraq, həmin ev burada çoxdandır ki, mövcuddur. Hətta 2014-cü ildə onun toyu olan zamanda bu evdə yaşamışlar. Bununla bağlı videogörüntülər var və məhkəməyə təqdim olunmuşdur. Yerində baxış zamanı müəyyən edildi ki, iddiaçının adına rəsmiləşdirilmiş ev mübahisəli tikilidən aralıda, kənarda yerləşir və tikililərin bir-birinə hər hansı aidiyyəti, təması yoxdur. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş audiovizual materiala baxış keçirildi və müəyyən olundu ki, Cavabdeh3 toyu olan zaman həqiqətən mübahisə edilən tikiliyə gəlin gətirmiş, iddia ərizəsində qeyd olunanların əksinə olaraq, həmin ərazidə yeni tikinti aparılmamışdır, tikili öncədən həmin ərazidə olmuşdur və tikilinin inşa edilmə dövrü xeyli illər əvvələ təsadüf edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi torpaq sahəsi və həyəti də dövlət mülkiyyəti statusuna malikdir. Cavabdehlər tərəfindən inşa edilmiş tikili də iddiaçının mülkiyyət sahəsinə aid olmamaqla qeyd edildiyi kimi dövlət mülkiyyəti ərazisində tikilmişdir. Başqa sözlə, bir həyətdə yerləşən tərəflərin evlərinin bir-biri ilə ümumi girişdən başqa heç bir əlaqələri yoxdur. Təsadüfi deyildir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(006)-168/2024 saylı qərardadı ilə cavabdeh tərəfin və həmin fərdi yaşayış evində qeydiyyatda olmayan digər şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə girişlərinin qadağan edilməsi qərara alınmış, lakin apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(103)-338/2024 saylı qərardadı ilə fərdi yaşayış evinin həyətinə girişin qadağan edilməsi hissəsində ləğv edilmiş, İddiaçı «müvəqqəti təminat tədbirinin görülməsi barədə» ərizəsi – Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu X60 küçəsi 13-cü keçid ev 143A ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə girişin qadağan edilməsi hissəsində rədd edilmiş, qərardad mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, əvvəllər də tərəflər arasında daşınmaz əmlakla bağı mübahisə olmuş və qəbul edilmiş qətnamə ilə tərəflərin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 13-cü keçid, ev 143A ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları, daşınmaz əmlakın boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə yalnız fərdi yaşayış evinə münasibətdə icra edilsə də, iddiaçı bu icradan sonra cavabdehlərin yenidən həyətə müdaxilə edərək qanunsuz olaraq həyətdə fərdi yaşayış evi inşa etməyə başlamalarına istinad etsə də, müəyyən edilmişdir ki, tikili inşası faktı olsa da, bu əvvəlki, yəni iddiaçının mülkiyyətinə aid olmayan sahədə mövcud olmuş tikili ilə bağlıdır. Başqa sözlə, cavabdehlər tərəfindən iddiaçıya məxsus bir sahədə yeni tikli inşa edilməsi faktı mövcud deyildir. Məhkəmə qeyd edirki, tərəflər arasında yaranmış hüquq münasibətləri qanunsuz tikilinin sökülməsi ilə bağlı yaranan mübahisə olduğundan bu mübahisənin hüquq müstəvisində həlli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsi ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. -180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikiliyə mülkiyyət hüququ tanına bilməz. Lakin məhkəmə eyni zamanda qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 172.2-ci maddəsinə əsasən “torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin respublikanın bütün məhkəmələrinə göndərdiyi 8-2/2015 saylı xx.xx.2015-ci tarixli məktubunda qeyd edilir ki, “Mülki Məcəllənin 180.4-cü maddəsində tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Həmin maddə “Şəhərsalma və Tikinti Məcəlləsi”nə zidd olmayan hissədə qüvvəsini saxladığından məhkəmələr tikintinin sökülməsinə dair iddialara baxarkən belə iddianın ümumi ictimai maraqların müdafiəsi naminə publik səlahiyyətlərin həyata keçirilməsi qaydasında dövlət adından, yoxsa ayrı-ayrı hüquq subyektlərinin əşya hüquqlarının müdafiəsi ilə əlaqədar qaldırdıqlarını aydınlaşdırmalıdırlar. Buna uyğun olaraq tikintinin sökülməsi ilə əlaqədar publik səlahiyyətlərin həyata keçirilməsi qaydasında “Şəhərsalma və Tikinti Məcəlləsi”nin məqsədləri üçün dövlət adından məhkəməyə müraciət etmək hüququ yalnız Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə məxsusdur. Göründüyü kimi, iddiaçının öz mülkiyyətinə aid olmayan sahədə inşa edilmiş özbaşına tikili mövcud olmuş və iddiaçının həmin evin söküntüsünü tələb etməyə subyektiv hüququ olmamışdır. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla, torpaq sahəsi ilə bağlı iddia qaldırmaq hüququ iddiaçıya aid deyildir. Toplanmış və tədqiq edilmiş sübutların məcmusundan göründüyü kimi, iddia tələbi əsassızdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia əsaslı deyil və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «qeyri-qanuni inşa edilmiş fərdi yaşayış evinin sökülməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «qeyri-qanuni inşa edilmiş fərdi yaşayış evinin sökülməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-210/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-210/2025
12.08.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver