Məhkəmə qərarları › İş №e-2(006)-2128/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2128/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2128/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi ilə, iddiaçı Maqsudov Şı̇ rı̇ n Novruz oğlunun cavabdeh Hüseynov Habı̇ l Hüseynbala oğluna qarşı "müqavilənin ləğvi və pul" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Maqsudov Şı̇ rı̇ n Novruz oğlunun cavabdeh Hüseynov Habı̇ l Hüseynbala oğluna qarşı "müqavilənin ləğvi və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı1 xeyrinə ECK551707 saylı müqavilə üzrə 315 manat əsas borc, 95 manat faiz borcu, ECK551792 saylı müqavilə üzrə 315 manat əsas borc, 95 manat faiz borcu və 30 (otuz) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 850 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən. Bakı şəhərində yerləşən "Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı1 ilə Cavabdeh arasında 03 iyun 2018-ci il və 06 iyun 2018-ci il tarixlərində “Alqısatqı" müqavilələri bağlanmışdır. Cavabdeh 03 iyun 2018-ci il tarixli ECK551707 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 670(altı yüz yetmiş) manat olan 1 ədəd “Samsung Galaxy J5 Gold" markalı telefon almış, ilkin ödəniş olaraq 40(qırx) manat ödəniş etmiş, nəticədə 630(altı yüz otuz) manat borc yaranmış. 06 iyun 2018-ci il tarixli ECK551792 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 670(altı yüz yetmiş) manat olan 1 ədəd “Samsung Galaxy J5 Pink" markalı telefon almış, ilkin ödəniş olaraq 40(qırx) manat ödəniş etmiş, nəticədə 630(altı yüz otuz) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 03 iyun 2018-ci il tarixli ECK551707 saylı müqavilə üzrə sonuncu dəfə 15.03.2019-cu il tarixdə 35 (otuz beş) manat və 06 iyun 2018-ci il tarixli ECK551792 saylı müqavilə üzrə sonuncu dəfə 15.03.2019 -cu il tarixdə 70(yetmiş) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdiyimiz yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və ECK551707 saylı müqavilə üzrə alqı- satqı qiyməti 670(altı yüz yetmiş) manat olan 1 ədəd “Samsung Galaxy J5 Gohr markalı telefon üçün ümumilikdə 315(üç yüz on beş) manat ödənilməmiş hissə, 95 (doxsan beş) manat faiz borcu, ECK551792 saylı müqavilə üzrə alqı-satqı qiyməti 670(a!tı yüz yetmiş) manat olan 1 ədəd “Samsung Galaxy J5 Pink” markalı telefon üçün ümumilikdə 315(üç yüz on beş) manat ödənilməmiş hissə, 95 (doxsan beş) manat faiz borcu yaranmışdır. Qeyd edilən müqaviləyə əsasən göstərilən məbləğin ödənilməmiş hissəsi. “Alıcı" tərəfindən və ya "Alıcı”nın müvəkki etdiyi şəxs tərəfindən, birmənalı şəkildə “Müqavilə"nin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir; “Alıcı", ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% həcmində “Satıcfnın xeyrinə gecikmə faizi ödəyir. Bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. Bu müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll ediləcəkdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 03.06.2018-ci il tarixli ECK551707 saylı müqavilənin surətindən görünür ki, İddiaçı1 və Cavabdeh arasında ümumi dəyəri 670 manat 1 ədəd SAMSUNG GALAXY J5 2017 SM-J530 GOLD satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürür. Alıcı malın satış qiymətinin dəyəri 670 manatın 40 manatı ilkin ödəniş qismində satıcıya ödəyir. Müqavilə bağlandıqdan və ilkin ödəniş edildikdən sonra həmin müqavilə ilə müəyyənləşdirilmiş mal aıcıya təhvil verilir. Alıcı malın satış qiymətindən ilkin ödəniş çıxıldıqdan sonra qalan 630 manatın 18 ay müddətinə ayda 35 manat olmaqla hər ayın 02-dək ödəməlidir. Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə ödəyir. 03.06.2018-ci il tarixli müqaviləyə əsasən imzalanmış ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 630 AZN məbləği 18 ay müddətinə hər ayın 02 tarixinədək, aylıq 35 AZN olmaqla ödəməsi nəzərdə tutulmuşdur. 551707 saylı, 03.06.2018-ci il tarixli qaimənin surətindən görünür ki, malın adı SAMSUNG GALAXY J52017 SM-J530 GOLD, sayı 1, məbləği 670 AZN olaraq göstərilmişdir. 03.06.2018-ci il tarixli 551707 saylı müqaviləyə edilmiş 1 saylı Əlavənin surətindən görünür ki, Cavabdeh “Soliton LTD”dən aldığı qarşılıqlı razılaşma əsasında dəyərini hissəhissə ödəmək nəzərdə tutulmuş SAMSUNG GALAXY J5 2017 SM-J530 GOLD markalı İMEİ kod **********84121/**********84129 olan mobil cihazı borcu yarandığı təqdirdə “Soliton LTD” tərəfindən bu mobil cihazın deaktiv edilməsinə bağlanmasına etirazı yoxdur. 10.06.2018-ci il tarixli ECK551792 saylı müqavilənin surətindən görünür ki, İddiaçı1 və Cavabdeh arasında ümumi dəyəri 670 manat 1 ədəd SAMSUNG GALAXY J5 2017 SM-J530 PİNK satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürür. Alıcı malın satış qiymətinin dəyəri 670 manatın 40 manatı ilkin ödəniş qismində satıcıya ödəyir. Müqavilə bağlandıqdan və ilkin ödəniş edildikdən sonra həmin müqavilə ilə müəyyənləşdirilmiş mal aıcıya təhvil verilir. Alıcı malın satış qiymətindən ilkin ödəniş çıxıldıqdan sonra qalan 630 manatın 18 ay müddətinə ayda 35 manat olmaqla hər ayın 09-dək ödəməlidir. Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə ödəyir. 10.06.2018-ci il tarixli müqaviləyə əsasən imzalanmış ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 630 AZN məbləği 18 ay müddətinə hər ayın 09 tarixinədək, aylıq 35 AZN olmaqla ödəməsi nəzərdə tutulmuşdur. 551792 saylı, 10.06.2018-ci il tarixli qaimənin surətindən görünür ki, malın adı SAMSUNG GALAXY J52017 SM-J530 PİNK, sayı 1, məbləği 670 AZN olaraq göstərilmişdir. 10.06.2018-ci il tarixli 551792 saylı müqaviləyə edilmiş 1 saylı Əlavənin surətindən görünür ki, Cavabdeh “Soliton LTD”dən aldığı qarşılıqlı razılaşma əsasında dəyərini hissəhissə ödəmək nəzərdə tutulmuş SAMSUNG GALAXY J5 2017 SM-J530 PİNK markalı İMEİ kod **********06627/**********06625 olan mobil cihazı borcu yarandığı təqdirdə “Soliton LTD” tərəfindən bu mobil cihazın deaktiv edilməsinə bağlanmasına etirazı yoxdur. 878386773 saylı ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi tam və vaxtında icra etməmişdir və iddiaçı qarşısında aldığı borc məbləği həddində məsuliyyət daşıyır. Bundan başqa, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. ... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Eyni zamanda Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 132 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı1 xeyrinə ECK551707 saylı müqavilə üzrə 315 manat əsas borc, 95 manat faiz borcu, ECK551792 saylı müqavilə üzrə 315 manat əsas borc, 95 manat faiz borcu və 30 (otuz) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 850 manat tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı1 xeyrinə ECK551707 saylı müqavilə üzrə 315 manat əsas borc, 95 manat faiz borcu, ECK551792 saylı müqavilə üzrə 315 manat əsas borc, 95 manat faiz borcu və 30 (otuz) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 850 manat tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar