Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2157/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə «hüquqmüəyyənedici sənədlərin məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə «hüquqmüəyyənedici sənədlərin məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə verilmiş 12 iyul 1990-cı il tarixli, 135 saylı Əmr, Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş 2006-cı il tarixli, № **********1000016 saylı Torpaq sahəsinin Kadastr planı – qeyd edilən hüquqmüəyyənedici sənədlərin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati məhkəməsinin (hakim Nəriman Abıyev) icraatında olan e-2-1(112)-3784/2024 saylı inzibati iş üzrə məhkəmə tikinti-texniki ekpertizası təyin edilərək həmin işin icraatı dayandırılmışdır. Məhkəməyə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə - torpaq sahəsinin Kadastr planı, Əmr və Əmrdən Çıxarış və s. sənədlərdə, həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş imtina məktublarında, iddia ərizəsinə “Etiraz”da göstərilir ki, “... şəxsiyyəti təsdiq edən sənəddə soyad kimi “Zaidov” qeyd edilsə də, təqdim olunmuş sənədlərdə vətəndaş soyadı “Zahidov” olaraq qeyd edilmişdir (sənədlərin əslləri BİM-nə təqdim edilmişdir). Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 dekabr 1989cu il tarixli, 521 saylı Qərarına və bu Qərar əsasında Sovxoz Həmkarlar Komitəsi ilə X4 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cil tarixli, 23 nömrəli Qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0.07 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Qərara əlavə edilmiş “adlı” Siyahıda 1263 sıra sayı ilə “Zahidov” Mirəzim Həsən oğluna fərdi yaşayış evinin tikintisi üçün 0.07 ha torpaq sahəsi ayrılması qeyd edilmişdir. Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 saylı, xx.xx.1990-ci il tarixli Əmrə əsasən həmin torpaq sahəsi üzrə ilkin yerquruluşu sənədlərinin düzgünlüyü müəyyən edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən koordinatları müəyyənləşdirilmiş 1:1000 miqyasında yerləşmə sxemi göstərilməklə 2006-cı ildə **********1000016 nömrəli hüquqmüəyyənedici sənəd hesab olunan “Torpaq sahəsinin Kadastr planı” sənədi verilmişdir. Abşeron rayon Dövlət Arxiv İdarəsinin F184 saylı,16 fevral 2021-ci il tarixli və F1002 saylı, 15 avqust 2023-cü il tarixli arxiv arayışlarına əsasən xx.xx.1990-ci il tarixli,135 saylı Əmrindən Çıxarışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 dekabr 1989cu il tarixli, 521 saylı Qərarına və bu qərar əsasında Sovxoz Həmkarlar Komitəsi ilə X4 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cil tarixli, 23 nömrəli Qərara əsasən sovxoz fəhlə və qulluqçularına 0.07 ha həyətyanı torpaq sahəsi ayrılır və “adlı” vətəndaş siyahısında X1 adı 1263 sıra sayı ilə qeyd edilmişdir. Abşeron rayon, Binə qəsəbəsində Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 dekabr 1989-cu il tarixli, 521 saylı Qərarına və Abşeron rayon “Donuzkökəltmə” sovxozu üzrə 135 saylı, xx.xx.1990-ci il tarixli Əmrə əsasən 0.07 ha torpaq sahəsinin koordinatları və faktiki ölçüləri göstərilməklə təsdiq edilmiş xx.xx.2006-cı il tarixli ”Torpaq sahəsinun Kadastr planı” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 590 sayla uçot kitabında “Zahidov” Mirəşim Həsən oğlunun adına qeydiyyatı aparılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 1998 nömrəli, 22 sentyabr 2006-cı il tarixli Rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 dekabr 1989-cu il tarixli, 521 saylı Qərarına və Abşeron rayon “Donuzkökəltmə” sovxozu üzrə 135 saylı, xx.xx.1990-ci il tarixli Əmri ilə “Zahidov” Mirəzim Həsən oğluna 0.07 ha olmaqla fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsi qanuna müvafiqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd verilməsinə etiraz etmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixli ərizəmlə “Torpaq sahəsinin Kadastr planı”nda göstərilmiş koordinatlara əsasən Binə qəsəbəsində Ərizəçi adına ayrılmış 0.07 ha torpaq sahəsinin Abşeron rayonu Donuzkökəltmə sovxozunun ərazisinə aid olduğu barədə arayış verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 3-21-3- 60/2-Z- 00xx-xx/2022 saylı məktubla bildirilmişdir ki, Ərizəçi məxsus elektron baza və arxiv məlumatlarına əsasən təqdim edilmiş “Torpaq sahəsinin Kadastr Planı”nda qeyd olunmuş koordinatlarda yerləşən torpaq sahəsi Abşeron rayon “Donuzkökəltmə” sovxozunun ərazisində yerləşir. Daha sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2023-cü il tarixli ərizəyə əsasən xx.xx.2006-cı il tarixli torpaq sahəsinin Kadastr planınn baza məlumatlarına daxil edilməsi xahiş olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-Z-0017/xx-xx/2023 **********01 saylı məktubla mənə bildirilmişdir ki,Ərizəçi məxsus “Torpaq sahəsinin Kadastr planı” sənədinə aid məlumatları elekton bazasına yerləşdirilməsi ilə bağlı ərizəçi tərəfindən müvafiq tədbir görülmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə mülkiyyət hüququna dair Çıxarışın verilməsi barədə müraciətlərimizə sənədlərdə cavab olaraq, Zaidov soyadı, bəzi sənədlərdə “Zahidov” kimi qeyd edildiyi bildirilmişdir. Tələb olunan sənədlərə aid qeyd etmək olar ki, texniki səhv olaraq yazılmış “Zahidov” soyadı Zaidov kimi qeyd edilməli olduğu halda bəzi sənədlərdə dogru, bəzilərində isə texniki səhvə, yalnışlığa yol verilmişdir və “Zaidov” əvəzinə “Zahidov” kimi göstərilmişdir. Göründüyü kimi, Torpaq sahəsinin Kadastr planında, 135 saylı Əmrdə və həmin Əmrdən Çıxarışda və digər sənədlərdə qeyd edilən “Zahidov” soyadı texniki səhv olaraq göstərildiyindən hüquqmüəyyənedici sənədlərin “Zaidov”a məxsus olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Bu faktın müəyyən edilməsi Ərizəçi ayrılmış 0.07 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və Çıxarışın verilməsi üçün lazımdır. Ərizəçi bu faktı başqa cür təsdiq və əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs istər imtina məktublarında, eləcə də Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli “Etiraz” ərizəsində formal mülahizələrə əsaslanaraq qeyd olunan ərizəçi Zaidov soyadının “Zahidov” kimi etirazla qarşılaması, şəxsin, onun Zaidov olmasını şübhə altına alması işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Göründüyü kimi, bundan başqa qeyd olunan hüquqi faktın müəyyən olunmaması Ərizəçi mülki, sosial və digər hüquqlarının həyata keçirməsinə təsir göstərir və ərizəçi bu faktı təsdiq edəcək lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilmir. Belə olan halda, hazırki vəziyyətdə Ərizəçi adına ayrılmış 0,07 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasında manelər yaranır, bu da onun konstitusion hüquqlarımın həyata keçirilməsinə maneədir. Abşeron rayon Donuzkökəltmə sovxozu və Dövlət Torpaq və Xəritəcəkmə Komitəsi və onun rayon şöbəsi ləğv edildiyindən hüquqmüəyyənedici sənəd hesab olunan 2006-cı il tarixli, **********1000016 nömrəli Torpaq sahəsinin Kadastr planında və 12 iyul 1990-cı il tarixli, 135 saylı Əmrdə, həmin tarixli Əmrdən Çıxarışda, 22 sentyabr 2006-cı il tarixli,1998 nömrəli Rəydə “Zaidov” əvəzinə “Zahidov” kimi yazılmış yalnışlığı başqa cür aradan qaldırmaq mümkün deyildir. Ərizəçi vəkili-nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə verilmiş 12 iyul 1990-cı il tarixli, 135 saylı Əmrdə və Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş 2006-cı il tarixli, № **********1000016 saylı Torpaq sahəsinin Kadastr planında “Zahidov” soyadı kimi qeyd edilən hüquqmüəyyənedici sənədlərin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, Ərizəçi vəkili-nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq işə ərizəçi tərəfin iştirakı olmadan baxılmasını, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin gəlməməsinin səbəbləri barədə isə məlumat verilməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkili-nümayəndəsinin ərizəsini nəzərdən keçirib, ərizəni iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, soyad qrafasında Zaidov, ad qrafasında Mirəzim və atasının adı qrafasında Həsən oğlu qeyd edilmişdir. Abşeron rayonu Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli 135 nömrəli əmrdən çıxarışdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28 dekabr 1989-cu il tarixli 521 nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə X4 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 nömrəli qərarın tələbinə uyğun olaraq fəhlə X2 0.07 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kollegiyasının 30 may 2006-cı il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş torpaq sahəsinin **********1000016 nömrəli kadastr planından görünür ki, plan Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli 135 nömrəli və Azərbaycan SSR NS-nin xx.xx.1989-cu il tarixli 521 nömrəli qərarları ilə Abşeron rayon Binə qəsəbəsində yerləşən 700 m2 torpaq sahəsinin fərdi mənzil tikintisi üçün X2 verilməsi ilə bağlı xx.xx.2006-cı il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2006-cı il tarixli 1998 nömrəli rəyindən görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28.10.89-cu il tarixli 521 nömrəli qərarı və Abşeron rayonu Donuzkökəltmə sovxozunun direktorunun 12 iyul 1990-cı il tarixli 135 nömrəli əmri ilə X2 0,07 hektar olmaqla fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsi qanunamüvafiqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli F-184 nömrəli məktubundan (arxiv arayışından) görünür ki, Abşeron rayonu Donuzkökəltmə sovxozunun direktorunun 12 iyul 1990-cı il tarixli 135 nömrəli əmri Abşeron Rayon Dövlət Arxivində saxlanılır. Həmin əmrdə göstərilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28.10.89-cu il tarixli 521 nömrəli qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X4 birgə ümumi iclasında qəbul edilmiş, 10 iyul 1990-cı il tarixli 23 saylı qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0.07 ha həyətyanı torpaq sahəsi ayrılır və adlı siyahı əlavə olunur. Adlı siyahıda vətəndaş siyahısında Ərizəçi 1263 sıra sayı ilə qeyd olunmuşdur. Abşeron rayonu Donuzkökəltmə sovxozunun sabiq rəhbərlərinin barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində cinayət faktı üzrə istintaq işi aparılmışdır. İstintaqla əlaqədar zərurət yarandığından Donuzkökəltmə sovxozuna dair bir çox sənədlər və o cümlədən 12 iyul 1990-cı il tarixli 135 nömrəli əmri Abşeron Rayon Dövlət Arxivindən götürülmüş, istintaqın müəyyən mərhələsindən sonra həmin əmr və digər sənədlərin kserosurətləri arxivə qaytarılmışdır. Qaytarılan əmrlərə əlavə olunmuş siyahılardan görünür ki, həmin sənədlər Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən yoxlanılmış və müvafiq ştamplarla tədqiqat obyekti kimi qeyd olunmuşdur. Əmrə cizgi daxil edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Abşeron rayonu Donuzkökəltmə sovxozu üzrə 135 saylı xx.xx.1990-cı il tarixdə verilmiş əmrin əsli təqdim olunmamışdır. Həmçinin, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi 285 nömrəli uşaq bağçasının ərazisinə, bir hissəsi ümumi istifadədə olan yola düşür. Bundan əlavə, şəxiyyəti təsdiq edən sənəddə soyad kimi “Zaidov” qeyd edilsə də, təqdim olunmuş sənədlərdə vətəndaşın soyadı “Zahidov” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, elektron kadastr baza məlumatlarına əsasən Abşeron rayonu, Binə qəsəbəsində yerləşən torpaq sahəsinin bir hissəsinin 285 nömrəli uşaq bağçasının ərazisinə, digər hissəsinin isə ümumi istifadədə olan yola düşdüyü müəyyən edilmişdir. Həmçinin, şəxsiyyəti təsdiq edən sənəddə soyad “Zaidov” kimi, təqdim olunmuş digər sənədlərdə isə “Zahidov” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikasının “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin: - xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 521 nömrəli və Abşeron rayonu Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli 135 nömrəli Qərarları əsasında **********1000016 nömrəli “Torpaq sahəsinin Kadastr planı” ilə vətəndaş Ərizəçi ayrılmış 0.07 ha. torpaq sahəsi elektron baza və arxiv məlumatlarına əsasən təqdim olunmuş Kadastr planında qeyd edilmiş koordinatlarda yerləşən torpaq sahəsi Abşeron rayonu keçmiş Donuzkökəltmə sovxozunun ərazisində yerləşir. - xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Abşeron rayonunun keçmiş Donuzkökəltmə sovxozu ərazisində yerləşən torpaq sahəsinə verilmiş **********1000016 nömrəli “Torpaq sahəsinin Kadastr planı” sənədinə aid məlumatların elektron məlumat bazasına yerləşdirilməsi ilə bağlı müvafiq tədbir görülmüşdür. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixli məktublarından (arxiv arayışı) görünür ki, Abşeron rayonu Donuzkökəltmə sovxozunun direktorunun 12 iyul 1990-cı il tarixli 135 nömrəli əmri Abşeron Rayon Dövlət Arxivində saxlanılır. Həmin əmrdə göstərilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 nömrəli qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X4 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 saylı qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0.07 ha. həyətyanı torpaq sahəsi ayrılır və adlı siyahı əlavə olunur: 1263. X3. Əmrə sxem, ayrıc aktı, təhkim aktı və ilkin baş plan daxil edilməmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizənin məhkəməyə verilməsinə görə 100 (bir yüz) manat məbləğində rüsum ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi adına Abşeron rayonu ərazisində yalnız 0.07 ha torpaq sahəsinə dair Torpaq sahəsinin Kadastr Planı aşkar edilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli 135 nömrəli və Azərbaycan SSR NS-nin xx.xx.1989-cu il tarixli 521 nömrəli qərarlarına (və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə X4 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 nömrəli qərara) əsasən, Abşeron rayonu Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli 135 nömrəli əmri ilə Abşeron rayon Binə qəsəbəsində yerləşən 0.07 ha. (700 m2) həyətyanı torpaq sahəsi fərdi mənzil tikintisi üçün Ərizəçi ayrılsa da (kadastr planı tərtib edilmişdir), müvafiq əmrdə və kadastr planında onun soyadı səhvən “Zahidov” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən müvafiq torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz edilmədiyinə dair xx.xx.2006-cı il tarixli 1998 nömrəli rəy verilmişdir. Hazırda ərizəçi həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri əldə etmək istəsə də, sənədlərdə soyadının səhv göstərilməsi ona mane olur. Buna görə də müvafiq sənədlərin Ərizəçi məxsus olması faktının məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Çünki məsələ ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrini aparmağa səlahiyyətli olan orqana dəfələrlə müraciət edilsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. Məhkəmə hesab edir ki, şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi ilə Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə verilmiş xx.xx.1990-cı il tarixli, 135 saylı əmrdə və Azərbaycan Respublikası DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 2006-cı il tarixli, **********1000016 nömrəli torpaq sahəsinin kadastr planında qeyd edilən X3 eyni şəxs olduğundan, həmin sənədlər qanunvericiliyə görə hüquqmüəyyənedici sənəd olduğundan, ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat hazırda ləğv edildiyindən və ərizəçinin həmin sənədləri başqa qaydada əldə edə bilmədiyi müəyyən edildiyindən, hazırkı ərizə təmin edilməli, Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə verilmiş xx.xx.1990-cı il tarixli, 135 saylı əmrin, Azərbaycan Respublikası DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 2006-cı il tarixli, **********1000016 nömrəli torpaq sahəsinin kadastr planının xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2 və 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyrimümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur; 1.6-cı bəndində göstərilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi); 6 və 6.1-ci bəndlərinə görə, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın – yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi – şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi – həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü – məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1, 139-1.1.7-ci maddəsinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə verilmiş xx.xx.1990-cı il tarixli, 135 saylı əmrin, Azərbaycan Respublikası DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 2006-cı il tarixli, **********1000016 nömrəli torpaq sahəsinin kadastr planının xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə verilmiş xx.xx.1990-cı il tarixli, 135 saylı əmrin, Azərbaycan Respublikası DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 2006-cı il tarixli, **********1000016 nömrəli torpaq sahəsinin kadastr planının xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-2157/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2157/2024
11.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver