Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2163/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclas katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı "borc tələbinə dair" iddia ərizəsi üzrə mülki işə 01 may 2025-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 Cavabdeh qarşı "borc tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh - xx.xx.2022-ci il tarixli LC1110105/22 nömrəli müqavilə üzrə ödənilməmiş borc 708 manat və 50 manat cərimə məbləği olmaqla, cəmi 758 manat, xx.xx.2021-ci il tarixli LC1110326/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 200 manat və 10 manat cərimə, cəmi 210 manat olmaqla, ümumi 968 (doqquz yüz altmış səkkiz) manat məbləğin, habelə dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri verilməsinə baxmayaraq, onlar göstərilən tarixdə məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh qeydiyyat ünvanı Nəsimi rayonunun ərazisinə aid olmadığından mülki iş aidiyyəti üzrə baxılması üçün cavabdehin qeydiyyatda olduğu yer üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sisteminin çıxarışından görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, RPŞ, İnz/Bina ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Mülki prosessual qanunvericiliyin bu maddələrinin məzmununa görə qanunla ərazi aidiyyətinin başqa qaydalarının nəzərdə tutulduğu hallar istisna olmaqla, bütün iddialar iş üzrə cavabdeh qismində cəlb edilmiş fiziki şəxsin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmçinin 44-cü maddəsində isə məhkəmənin öz icraatına qəbul etdiyi işin başqa məhkəməyə verməli olduğu hallar göstərilmişdir. Belə ki, iddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində Cavabdeh cəlb etmişdir. X1 əldə edilmiş məlumata əsasən də Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, RPŞ, İnz/Bina ünvanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə cavabdehin qeydiyyat ünvanı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35 və 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 Cavabdeh qarşı "borc tələbinə dair" 2(006)-2163/2025 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2163/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2163/2025
01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver