Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2174/2024 04.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MMMC-yə qarşı konstruksiyaların ərazidən çıxarılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 737-ci məhəllə, 38 ünvanda çoxmənzilli binanın həyətində söhbətgahın qurulması üçün nəzərdə tutulan konstruksiyaların, o cümlədən (karkas, dam, qum, sement və s.) həmin ərazidən cavabdeh tərəfindən çıxarılması və həmin ərazinin təmizlənərək cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə vəsatətlə məhkəməyə müraciət edərək, hazırki mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e- 2(006)-1357/2024 saylı işə birləşdirilməsini xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işlərin birləşdirilməsi barədə vəsatəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, İddiaçı Cavabdeh MMMC-yə qarşı konstruksiyaların ərazidən çıxarılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair mülki işlə, məhkəmənin icraatında olan iddiaçı Cavabdeh MMMC-nin cavabdehlər X4, X3, X5, İddiaçı, X2 qarşı söhbətgahın quraşdırılmasına törədilən maneənin aradan qaldırılması və maddi ziyan tələbinə dair ilk, X4, X3, X5, İddiaçı, X1 Cavabdeh MMMC-yə qarşı konstruksiyaların ərazidən çıxarılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması qarşılıqlı iddia tələblərinə dair digər mülki işin biri-biri ilə əlaqəli olmasını, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmasını nəzərə alaraq həmin mülki işlərin bir icraatda birləşdirilməsi daha məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, İddiaçı Cavabdeh MMMC-yə qarşı konstruksiyaların ərazidən çıxarılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair e-2(006)-2174/2024 saylı mülki iş, iddiaçı Cavabdeh MMMC-nin cavabdehlər X4, X3, X5, İddiaçı, X2 qarşı söhbətgahın quraşdırılmasına törədilən maneənin aradan qaldırılması və maddi ziyan tələbinə dair ilk, X4, X3, X5, İddiaçı, X1 Cavabdeh MMMC-yə qarşı konstruksiyaların ərazidən çıxarılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması qarşılıqlı iddia tələblərinə dair e-2(006)-1357/2024 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh MMMC-yə qarşı konstruksiyaların ərazidən çıxarılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair e-2(006)-2174/2024 saylı mülki iş, iddiaçı Cavabdeh MMMC-nin cavabdehlər X4, X3, X5, İddiaçı, X2 qarşı söhbətgahın quraşdırılmasına törədilən maneənin aradan qaldırılması və maddi ziyan tələbinə dair ilk, X4, X3, X5, İddiaçı, X1 Cavabdeh MMMC-yə qarşı konstruksiyaların ərazidən çıxarılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması qarşılıqlı iddia tələblərinə dair e-2(006)- 1357/2024 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-2174/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2174/2024
04.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver