Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2184/2022 24.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı qarşı “əmanət üzrə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 adına olan, vərəsəlik üzrə ona miras qalmış LPO "Texnika Bank’’ ASC-də depozit kimi yerləşdirilmiş 20.677,79 ABŞ dolları məbləğində kompensasiya pul vəsaitinin ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 26.04.1995-ci ildə doğulmuş və 19.10.2015-ci il tarixdə vəfat etmiş qızı - X2 mirasla əlaqədar Bakı şəhəri 5 saylı Notariat ofisində vərəsəlik işi açılaraq və vərəsə kimi tam hissədə ona məxsus payın ona verilməsində tanınmışdır. Bununla əlaqədar mərhum qızına məxsus "xxxx"da (ləğv prosesində olan) yerləşdirilən 20.677,79 (iyirmi min altı yüz yetmiş yeddi dollar 79 sent) vəsaitin ona qaytarılmasına dair hal-hazırda yuxarıda qeyd edilən Bank ləğv edildiyi üçün iki dəfə (özü və vəkili tərəfindən) onlara müraciət olmağına baxmayaraq, “01” oktyabr 2021 -ci il (**********535 №-li) və “17” fevral 2022-ci il tarixli (**********187 №-li) mənasız, qanunvericiliyin tələblərinə uyğun olmayan məktubla ona məxsus vəsaiti qaytarmaqla, müxtəlif bəhanələrlə boyun qaçıraraq, konstitusion hüququmu pozmaqla mərhum qızının halal zəhmətlə qazanılmış pul vəsaitindən ailəsi məhrum edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 19.02.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 459338 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 26.04.1995-ci ildə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası X3r. Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 23.10.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 767604 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 19.10.2015-ci il tarixdə həyatla bir araya sığmayan travma səbəbindən Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 23.10.2015-ci il tarixdə 679 nömrə ilə qeyd edilmişdir. ünvan 1 ünvanladığı 06.07.2021-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, H.Cavid prospekti, məhəllə 522, ev A, mənzil 22-də qeydiyyatda olan, 26.04.1995ci ildə doğulmuş və 19.10.2015-ci ildə vəfat etmiş X2 mirası ilə əlaqədar Bakı şəhəri 5 saylı notariat ofisində vərəsəlik işi açılmışdır və İddiaçı vərəsə kimi tanınması müəyyən edilmişdır. 19.10.2015-ci il tarixdə vəfat etmiş X2 adına pul məbləğinin olub-olmaması, olduğu təqdirdə isə onun miqdarı barədə məlumat verilməsi xahiş edilmişdir. LPO "xxxx" ASC-nin ünvan 3 ünvanladığı 22.07.2021-cı il tarixli cavab məktubundan görünür ki, 10.09.2015-ci il tarixdə vəfat etmiş X2 LPO "xxxx" ASC-də 20.677,79 ABŞ dolları tələbi mövcuddur. 29.09.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, 19.10.2015-ci il tarixdə vəfat etmiş X2 vərəsələri: atası- İddiaçıdur və o miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak LPO "xxxx" ASC-nin 22.07.2021-ci il tarixli məktubuna əsasən AZ44TECİ******************** hesabda olan 20.677,79 ABŞ dollarından ibarətdir. İddiaçı Əmanətlərin Sığortalanması Fonduna 01.10.2021-ci il tarixli müraciətindən görünür ki, məhrum qızı X2 vəsaitinin alınması üçün 29.09.2021-ci il tarixində vərəsəlik hüququ ona keçmişdir. Əmanətin alınmasında ona kömək göstərilməsini xahiş etmişdir. LPO "xxxx" ASC-nin İddiaçı ünvanladığı 01.10.2021-ci il tarixli məktubunun surətindən görünür ki, qanun üzrə vərəsəsi olduğu X2 əmanət məbləği üzrə kompensasiyanın ödənilməsinə dair müraciətə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda baxılmış və bildirilmişdir ki, “Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Həmçinin “Əmanətlərin Sfğortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyrimümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Beləliklə işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, "xxxx" ASC ilə X6 arasında depozit müqaviləsi bağlanılmış və sonuncunun adına AZ44TECİ******************** nömrəli bank hesabı açılmışdır. Hazırda həmin hesabda 20.677,79 ABŞ dolları vardır. X6 19.10.2015-ci il tarixdə vəfat etmiş, atası - İddiaçı 29.09.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, miras əmlakdan tam hissədə pay almaq hüququ əldə etmişdir. X4 məxsus 20.677 ABŞ dolları məbləğində əmanət üzrə tələb “Banklar haqqında” Qanuna əsasən kreditor tələbi kimi qeydə alınmış, buna baxmayaraq iddiaçı 01.10.2021-ci il tarixdə məhrum qızı X2 vərəsəsi olaraq əmanət üzrə kompensasiyanın verilməsi üçün Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. İddiaçı tərəfə, iddia ərizəsində istinad etdiyi depozit müqaviləsinin məhkəməyə təqdim edilməsi təklif olunsa da, qeyd edilən müqavilə iş materiallarına əlavə edilməmişdir. Sözügedən müqavilə məhkəməyə təqdim edilməməsinə baxmayaraq qeyd olunan hallar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İşin mübahisələndirilməyən hallarından həmçinin görünür ki, Azərbaycan Respublikası Mərkəzi X7 1 fevral 2016-cı il tarixli, 10/1 saylı qərarı ilə "xxxx" ASC–yə bank fəaliyyəti üçün verilmiş 24.02.1994-cü il tarixli, 198 saylı lisenziya ləğv edilmiş, "xxxx" ASC-də sığorta hadisəsi günü 4 fevral 2016-cı il tarixi müəyyən edilmişdir. Həmçinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.02.2016-cı il tarixli, 2-1(81)-1541/2016 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və bankın ləğvedicisi qismində əvvəl "xxxx" MMC, daha sonra isə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 13.04.2016-cı il tarixli, 2-1(81)- 154/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələblərinə uyğun olaraq Fond lisenziyası ləğv edilmiş "xxxx" ASC-nin əmanətçilərini qorunan əmanətlər üzrə kompensasiyanın ödənilməsi ilə əlaqədar məlumatlandırmaq məqsədilə ilk bildirişi Əmanətlərin Sığortalanması Fondunun internet saytında 12.02.2016-cı il tarixdə yerləşdirmiş, 12.02.2017-ci il tarixdə isə ərizə qəbulunun başa çatdığını elan etmişdir. Hazırda iddiaçı mülki qanunvericiliyin müvafiq maddələrinə istinad edərək məhkəmədən qızının tərəf olduğu əmanət müqaviləsinə əsasən banka yerləşdirilmiş əmanət üzrə kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh isə iddiaya etiraz edərək iddiaçı tərəfindən kompensasiya məbləğini almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürüldüyü nəzərə alınmaqla iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1 və 950.1-ci maddələrinin tələblərinə görə bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.1-ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir; 26.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir; 27.2-ci maddəsinə əsasən əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya bu qanunun 26.1ci maddəsində göstərilən məbləğdən artıq olmasın. İddia ərizəsindən göründüyü kimi hazırkı mübahisəni iddiaçının banka qarşı əmanətin ödənilməsi deyil, sığorta hadisəsi (bankın müflis olması) baş verdiyi üçün bankda olan əmanəti üzrə kompensasiya məbləğinin ona ödənilməsinə dair Əmanətlərin Sığortalanması Fonduna qarşı olan tələb təşkil edir. Belə ki, Əmanətlərin Sığortalanması Fondu bankla əmanətçi arasında bağlanmış müqavilənin tərəfi deyil və bu səbəbdən də müqavilə üzrə hər hansı öhdəlik daşımır. Bu səbəbdən də sığorta hadisəsi baş verdikdən sonra əmanətçi ilə Fond arasında olan münasibətlər Mülki Məcəllə ilə deyil, yalnız “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” Qanunlara uyğun şəkildə tənzimlənir. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 28-ci maddəsində göstərilmişdir ki, Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. Kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. Təqdim olunan sənədlərin yoxlanılması və ödənişə yönəldilməsi qaydası X5 tərəfindən müəyyən edilir. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir. Müstəsna hallarda X1 qərarı ilə Fond kompensasiyaların ödəniş müddətini 90 təqvim gününədək uzada bilər. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi, iddiaçı kompensasiya məbləğinin ödənilməsinə dair ərizə ilə hüququnun yarandığı vaxtdan bir il ərzində Əmanətlərin Sığortalanması Fonduna müraciət etsə də, müvafiq Qanun ilə ötürülməsi heç bir üzrlü haldan asılı edilməyən, kəsici müddət kimi müəyyən edilmiş beş illik müddəti ötürmüşdür. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Fond özünə məxsus internet saytında lisenziyası ləğv edilmiş "xxxx" ASC-nin əmanətçilərinin məlumatlandırılması məqsədilə ilk bildirişi 12.02.2016-cı il tarixdə yerləşdirmiş, iddiaçının Fonda müraciət etməsi isə 01.10.2021-ci il tarixinə təsadüf etmişdir. Beləliklə iddiaçı qanunvericiklə müəyyən olunmuş müddət bitdikdən sonra, yəni 01.10.2021-ci il tarixdə Fonda müraciət etməklə beş illik müddəti ötürmüşdür. Bundan başqa qeyd edilməlidir ki, məhkəmənin istinad etdiyi bu müddət iddia müddəti deyil, əmanətçinin kompensasiya almaq üçün hüququnun qüvvədə olduğu kəsici müddətdir. Ona görə də, həmin müddətin məhkəmə tərəfindən nəzərə alınması üçün, cavabdeh tərəfindən ayrıca ərizənin verilməsinə ehtiyac qalmır. Belə olan halda məhkəmə qeyd edir ki, iddia üzrə iddiaçının qanunla müəyyən edilmiş müddət ərzində kompensasiya məbləğinin ödənilməsini tələb etmək hüququ itirildiyindən, onun bankda olan əmanətinin qorunan əmanətlərə aid olub-olmaması və bu əmanətin məbləği ilə bağlı dəlilləri araşdırmağa ehtiyac qalmır. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı qarşı “əmanət üzrə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsi tələbinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-2184/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2184/2022
24.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver