Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2195/2025 29.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən Wındows 11 Home, X1 kompüter, İmei kod **********19356 İPHONE 15 markalı telefon almış və nəticədə 6240.75 (altı min iki yüz qırx manat, 75 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2919 (iki mi doqquz yüz on doqquz) manat (12 ay x 243.25 manat + 0 manat ilkin ödəniş) olan Wındows 11 Home, X1 kompüter üçün ümumilikdə, 2691 (iki min altı yüz doxsan bir) manat olmaqla ondan, 1794 (min yeddi yüz doxsan dörd) manat ödənilməmiş hissə, güzəşt olunaraq 897 (səkkiz yüz doxsan yeddi) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2889 (iki min səkkiz yüz səksən doqquz) manat (18 ay x 160.5 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********19356 İPHONE 15 markalı telefon üçün ümumilikdə, 3549.75 (üç min beş yüz qırx doqquz manat, 75 qəpik) manat olmaqla ondan, 2366.5 (iki min üç yüz altmış altı manat, 50 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 1183.25 (min yüz səksən üç manat, 25 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1647.5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, Wındows 11 Home, X1 kompüter üçün, 1794 (min yeddi yüz doxsan dörd) manat ödənilməmiş hissə, 897 (səkkiz yüz doxsan yeddi) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********19356 İPHONE 15 markalı telefon üçün, 2366.5 (iki min üç yüz altmış altı manat, 50 qəpik) manat ödənilməmiş hissə, 1183.25 (min yüz səksən üç manat, 25 qəpik) manat dəbbə, ümumilikdə 6240.75 manat borc, 82.41 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Mülki iş üzrə iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbin təmin edilməsi barədə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. 5.Məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilə və ona əlavədən görünür ki, İddiaçı MMC Wındows 11 Home, X1 kompüter Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ilkin ödənişsiz hissə-hissə 12 ay müddətində hər ay 243.25 AZN (iki yüz qırx üç manat, iyirmi beş qəpik) ödəməyi öhdəsinə götürmüşdür. 8.Mülki işin materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 11681139 saylı müqavilə və ona əlavədən görünür ki, İddiaçı MMC İmei kod **********19356 İPHONE 15 markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ilkin ödənişsiz hissəhissə 18 ay müddətində hər ay 160.50 AZN (yüz altmış manat, əlli qəpik) ödəməyi öhdəsinə götürmüşdür. 9.Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 11 fevral 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1794 manat ödənilməmiş hissə, 897 manat cərimə, ümumilikdə 2691 manat borc, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2366.5 manat ödənilməmiş hissə, 1183.25 manat cərimə, ümumilikdə 3549.75 manat borc olmaqla, hər iki müqavilə üzrə ümumilikdə isə 6240.75 manat borcu vardır. 10.Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 11.Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMC ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Wındows 11 Home, X1 kompüter və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən isə İmei kod **********19356 İPHONE 15 markalı telefon almış və nəticədə borc yaranmışdır. Bugünədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilə üzrə 1794 (min yeddi yüz doxsan dörd) manat ödənilməmiş hissə, 897 (səkkiz yüz doxsan yeddi) manat cərimə, ümumilikdə 2691 (iki min altı yüz doxsan bir) manat borc, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 2366.5 (iki min üç yüz altmış altı manat, əlli qəpik) manat ödənilməmiş hissə, 1183.25 (min yüz səksən üç manat, iyirmi beş qəpik) manat cərimə, ümumilikdə 3549.75 (üç min beş yüz qırx doqquz manat, yetmiş beş qəpik) manat borc olmaqla, hər iki müqavilə üzrə ümumilikdə isə 6240.75 (altı min iki yüz qırx manat, yetmiş beş qəpik) manat məbləğində borcu yaranmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 13.Məhkəmə hesab edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. 14.Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. 15.Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə əsaslı hesab edilməklə təmin edilməlidir. 16.İddia tələbinin dəbbə borcunun tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. 17.Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 18.Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulu ödənilməsini tələb etməkdə haqlı olsa da, əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla, hesablanmış dəbbə pulu azaldılmaqla xx.xx.2024-cü il tarixli müqavilə üzrə 100 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 200 manat cərimə borcu tutulmalıdır. 19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 20.Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilə üzrə 1794 (min yeddi yüz doxsan dörd) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə, xx.xx.2024-cü il tarixli, 11681139 saylı müqavilə üzrə isə 2366.5 (iki min üç yüz altmış altı manat, əlli qəpik) manat ödənilməmiş hissə, 200 (iki yüz) manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 4460.50 (dörd min dörd yüz altmış manat, əlli qəpik) manat məbləğində borc və 82.41 (səksən iki manat, qırx bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 21.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilə üzrə 1794 (min yeddi yüz doxsan dörd) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə, xx.xx.2024-cü il tarixli, 11681139 saylı müqavilə üzrə isə 2366.5 (iki min üç yüz altmış altı manat, əlli qəpik) manat ödənilməmiş hissə, 200 (iki yüz) manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 4460.50 (dörd min dörd yüz altmış manat, əlli qəpik) manat məbləğində borc və 82.41 (səksən iki manat, qırx bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2195/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2195/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver