Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2240/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi X2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” qarşılıqlı iddia tələbinə dair mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə aralarında bağlanmış 02.03.2009-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi və həmin müqaviləyə əsasən göstərilən borcun Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə bağlanmış 02.03.2009-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə İddiaçı 11429,84 manat kredit borcunun, habelə ödənilmiş 124,29 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 02.03.2009-cü il tarixində 12 ay müddətinə Cavabdeh ASC-dən 17000 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit almaq üçün fəaliyyət göstərən banklara müraciət etdikdə Mərkəzləşdirilmiş Kredit Reyestri üzrə borcların siyahısında adına 11429,84 manat məbləğində borc göstərilir. Hazırki vaxtadək bank iddiaçının adına götürülmüş kreditin tələb olunması ilə bağlı məhkəməyə müraciət etməməsi səbəbindən iddiaçı onun adının 02.03.2009-cü il tarixli kredit müqaviləsi üzrə borcun Mərkəzləşdirilmiş Kredit Reyestri üzrə borclular siyahısından çıxarılması və hesablanmış borc məbləğinin kredit reyestrindən silinməsini Mərkəzi Bankdan, LPO Cavabdeh ASC-dən və "xxxx" MMC-dən xahiş etmişdir. Həmin qurumlardan məlumatın silinməsi məsələsinin onların imkanı xaricində olması və məhkəməyə müraciət etməsi məqsədəuyğun hesab edilmişdir. İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 02.03.2009-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ASC tərəfindən İddiaçı 12 ay müddətinə 17000 manat kredit verilmişdir. Borclunun müqavilə üzrə 18.04.2022-ci il tarixinə 11429,84 manat məbləğində əsas borcu yaranmışdır. Məhkəmə baxış iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi X4 iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyib, izahatında bildirdi ki, mülki qanunverciliyin tələbləri baxımından 02.03.2009-cü il tarixli kredit müqaviləsi üzrə iddia müddət bitmiş və borc verən Cavabdeh ASC tərəfindən kreditin ödənilməsi tələb edilməmişdir. Bununla da təmsil etdiyi şəxsə qarşı LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair qanunla müəyən edilmiş iddia müddətini ötürmüşdür. Odur ki, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək, izahatında bildirdi ki, LPO Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 02.03.2009-cü il tarixli kredit müqaviləsinə bank tərəfindən borcluya 12 ay müddətinə 17000 manat kredit verilmişdir. Borclunun müqavilə üzrə 18.04.2022-ci il tarixinə 11429,84 manat məbləğində əsas borcu yaranmışdır. Həmin borc İddiaçı alınaraq LPO Cavabdeh ASC-yə ödənilməlidir. İlkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia və qarşılıqlı iddia ərizələrini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Mülki işin materiallarında olan LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş kassa məxaric orderindən görünür ki, İddiaçı 02.03.2009-cu il tarixdə Cavabdeh ASC-nin Gəncə filialından 17000 (on yeddi min) manat pulu bankdan təhvil almışdır. Mülki işin materiallarında olan LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı 25.02.2022-ci il tarixli **********126 №-li məktubdan görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 02.03.2009-cu il tarixli kredit müqaviləsinə əsasən borcalana 12 ay müddətinə qaytarılmaq şərtilə 17000 manat məbləğində kredit verilmişdir. 22.02.2022-ci il tarixə İddiaçı LPO Cavabdeh ASC qarşısında 11429,84 (on bir min dörd yüz iyirmi doqquz manat, səksən dörd qəpik) manat əsas borc, 1082,22 (bir min səksən iki manat, iyirmi iki qəpik) manat faiz borcu olmaqla, cəmi 12512,06 (on iki min manat, beş yüz on iki manat, altı qəpik) manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 05.03.2022-ci il tarixli SF- 5789 saylı Çıxarışdakı “Borcalanın aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı 02.03.2009-cu il tarixli kredit müqaviləsi üzrə LPO Cavabdeh ASC-yə kreditin qalıq məbləği üzrə 11.429,84 AZN, o cümlədən faiz məbləği üzrə 1082,22 AZN məbləğində borcu vardır. Mülki işin materiallarında olan LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 20.04.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı 02.03.2009-cu il tarixli kredit müqaviləsi üzrə 11429,84 manat əsas borc, 1082,22 manat faiz borcu olmaqla, cəmi 12512,06 manat məbləğində borcu vardır. Mülki işin materiallarında olan 02.03.2009-11.02.2017-ci il tarixlərini əhatə edən hesabdan çıxarışdan və eləcə də ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən sonuncu ödəniş (800 manat) 10.07.2012-ci il tarixdə Cavabdeh ASC-nin hesabına ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tərəflərin izahatı və tədqiq edilmiş sübutlarla müəyyən edilən mübahisəsiz hallara görə, tərəflər arasında bağlanmış 02.03.2009-cü il tarixli kredit müqaviləsinə görə LPO Cavabdeh ASC tərəfindən İddiaçı 12 ay müddətinə ödəməklə 17000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən müqavilə münasibətlərindən irəli gələn öhdəliklərin tərəflərin razılaşdırdıqları qaydada icrası İddiaçı tərəfindən təmin edilməməsinə baxmayaraq bank müqavilə üzrə yaranmış borcun tutulması barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə baxışı zamanı ləğv prossesində olan LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim etdiyi 20.04.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilmişdir ki, İddiaçı 18.04.2022-ci il tarixinə 11429,84 manat əsas borc, 1082,22 manat faiz borcu olmaqla, cəmi 12512,06 manat məbləğində borcu yaranmışdır. İlkin iddia tələbi üzrə İddiaçı qeyd edilən kredit müqaviləsinin ləğv olunmasını və həmin kredit müqaviləsi üzrə yaranmış borcun Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsinin cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsini xahiş edir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kredit müqaviləsi üzrə borcun ödənilməməsini əsas gətirərək, ilikin iddianın rədd olunmasını, qarşılıqlı iddia üzrə isə qeyd edilən məbləğin İddiaçı tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, ilk növbədə mübahisələndirilən kredit müqaviləsi üzrə kredit borcunun olub-olmaması ilə bağlı məsələyə qiymət verilməsi zəruridir. Ona görə ki, hazırki mübahisələrin başlanğıcı həmin borcunun olub-olmaması məsələsidir. İlk növbədə qeyd edilməlidir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yazılı ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş qarşılıqlı iddianın ona münasibətdə rədd olunmasını məhkəmədən xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, əvvəlcə mübahisələndirilən kredit müqaviləsi üzrə tərəflər arasında öhdəlik münasibətlərinin olub-olmaması və iddia müddətinin tətbiqi məsələsinə hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəlləsinin) 372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəlləsinin 372.2 və 373.2-ci maddələrinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11.02.2022-ci il tarixli Qərarına əsasən iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05.06.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.05.2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Bu hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Qərarda həmçinin qeyd olunur ki, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Mülki Məcəllə, maddə 375.2.). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Qeyd edilən maddi hüquq normalarının, həm də Konstitusiya Məhkəməsinin mövqeyindən müəyyən olunur ki, iddia müddətinin tətbiqi, iddiaçının məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etməsi və iddia tələbinin yönəldiyi tərəfin “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə verməsindən asılıdır. Lakin hazırki iş çərçivəsində bu hallar müşahidə olunmur. Belə ki, bank borcun iddiaçıdan tutulması məsələsini məhkəmə qaydasında mübahisələndirməmiş, başqa sözlə iddiaçıya qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Göstərilənlər əsasında isə məntiqi olaraq bu nəticəyə gəlinir ki, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə vermək hüququ iddianı qaldıran şəxsə deyil, yalnız iddia tələbinin yönəldiyi tərəfə məxsusdur. Belə olmadığı, yəni Bank tərəfindən məhkəmədə müvafiq iddia qaldırılmadığı halda, hazırki iş üzrə iddiaçının iddia müddətinin tətbiqinə əsasən borcun olmaması tələbi istisna edilir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11.02.2022-ci il tarixli Qərarına əsasən iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi özözlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Məhkəmə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddianın qanuni əsası kimi Mülki Məcəllənin 550-ci maddəsinə istinadı ilə, yəni tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilməsi və onun əsasında yaranmış borcun silinməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 553.1-ci maddəsinə əsasən aşağıdakı hallarda müddətin axımı kəsilir: - mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə; - ixtiyarlı şəxs məhkəməyə iddia verirsə. Diqqətəlayiqdir ki, kredit hüquq münasibətlərinə iddia müddətinin tətbiq edilməsi məsələlərinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.06.2013-cü il tarixli qərarında da kredit mübahisələrinə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin (maddə 373.3) deyil, müqavilə tələbləri üzrə iddia müddətinin (maddə 373.2) tətbiq edilməli olduğu barədə qənaətə gəlinmişdir. Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə kredit üzrə ödənişlərin vaxtaşırı həyata keçirilən ödənişlərin olmasına dair iddiaçının dəlili ilə bağlı hesab edir ki, iddiaçının Bank qarşısında öhdəliyi Mülki Məcəllənin 551.2.1ci maddəsində müəyyən edilmiş vaxtaşırı ödənişlərə aid edilə bilməz. Həmin normadan göründüyü kimi qanunverici kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyi deyil, yalnız kapital üçün faizləri vaxtaşırı ödənişlərə aid etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcun hissə-hissə ödənilməsi barədə ödəniş cədvəlinin tərtib olunması istinad olunan normanın mənası baxımından kreditin qaytarılmasını vaxtaşırı icra edilməli olan öhdəlik kimi qiymətləndirməyə əsas vermir. Belə ki, həmin münasibət üzrə borclu kreditor tərəfindən onun mülkiyyətinə verilmiş pul məbləğini hissə-hissə geri qaytarır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı 02.03.2009-cü il tarixində 12 ay müddətinə Cavabdeh ASC-dən 17000 manat məbləğində kredit verilmiş və kredit müqaviləsinin müddəti 02.03.2010-cu il tarixində bitsə də, həmin kredit müqaviləsi üzrə iddiaçı tərəfindən sonuncu ödəniş 10.07.2012-ci il tarixdə həyata keçirilmiş (yəni mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödəmişdir) bank isə 25.04.2022-ci il tarixində qarşılıqlı iddia ərizəsi isə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alarq, məhkəmə hesab edir ki, hazırki öhdəlik hüquq münasibətlərindən irəli gələn tələblərin qüvvədə olması müddəti Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən on il kimi müəyyən edilməlidir. Lakin baxılan iş üzrə həmin müddət keçməmişdir, çünki kredit müqaviləsinin müddəti 02.03.2010-cu il tarixdə bitsədə həmin müqavilə üzrə sonunçu ödəniş 10.07.2012-ci il tarixdə edilmiş və bununla da həmin tarixdə öhdəliklərin xitamı üçün müddətin kəsilməsi baş vermişdir. Göstərilənlərə əsasən əsas borca münasibətdə (əsas borc: 11.429,84 manat təşkil edir) öhdəliyə xitam verilmədiyi üçün (hesabdan çıxarışdan, habelə qəbzdən göründüyü kimi sonuncu ödəniş 10.07.2012-ci il tarixdə baş verib) əsas borca dair qeydlərin silinməsi barədə məlumatın "Mərkəzləşdirilmiş Kredit Reyestri”nə verilməsi vəzifəsi LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi hissəsində ilkin iddia tələbi təmin edilməməlidir. Həmçinin məhkəmə ilkin iddia tələbinin kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, 02.03.2009-cu il tarixli kredit müqaviləsinin müddəti 02.03.2010-cu tarixdə bitdiyindən onun məhkəmə qaydasında ləğv edilməsinə lüzum yoxdur. Mülki Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi üzrə faizlər haqqında tələblərin qüvvədə olması müddəti Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən, beş il kimi müəyyən edilməlidir və baxılan iş üzrə həmin müddətin keçməsi halı aşkardır. Belə ki, Mülki Məcəlləsinin 368-ci maddəsi ilə qanunverici öhdəliklərin xitamı üçün müddətin axımının başlanmasını tələbin icra müddətinin çatması ilə əlaqələndirir. Mülki işin materiallarından göründüyü kimi 02.03.2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddətinin sonu 02.03.2010-cu il tarixi kimi müəyyən edilmişdir. İddiaçı tərəfindən sonuncu ödəniş 10.07.2012-ci il tarixdə Cavabdeh ASC-nin hesabına ödənilmişdir. Həmin müddətdən 5 il müddətdən artıq vaxt keçmişdir. Hazırki iş üzrə 1082,22 manat pul kapital üçün faiz məbləğidir. Kredit müqaviləsinin vaxtı 02.03.2010-cu il tarixində bitdiyindən və sonuncu ödəniş 10.07.2012-ci il tarixdə edildiyindən, müəyyən edilir ki artıq 5 ildən artıq müddət ötdüyündən, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı faiz borca dair qeydlərin silinməsi barədə məlumatın "Mərkəzləşdirilmiş Kredit Reyestri”nə verilməsi vəzifəsi LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi hissəsində ilkin iddia tələbi təmin edilməlidir, çünki artıq faiz üzrə borca münasibətdə 5 il müddət keçib, bu səbəbdən də faiz hissəsində öhdəliyə xitam verildiyindən onun faiz borcu mövcud deyildir. Eyni zamanda məhkəmə onu da nəzərə almalıdır ki, LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu özü də iddia tələbində sözügedən kredit müqaviləsi üzrə faiz borcunu tələb etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi üzrə iddia qismən təmin olunmaqla, İddiaçı Aqı̇ l oğlunun LPO Cavabdeh ASC ilə bağlanmış 02.03.2009-cu il tarixli kredit müqaviləsi üzrə 1082,22 manat faiz borcuna dair qeydlərin silinməsi barədə məlumat "Mərkəzləşdirilmiş Kredit Reyestri”nə verilməsi vəzifəsi LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir, ilkin iddia qalan hissədə təmin edilməməlidir. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 2.1-ci bəndinə görə banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olanlar, icbari qaydada hüquqi və fiziki şəxs borcalanlarının kreditləri barədə MKR-ə məlumat verirlər. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” tələbinə dair qarşılıqlı iddiası üzrə məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Aqı̇ l oğlu tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə verildiyindən, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 02.03.2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə İddiaçı 11429,84 manat kredit borcunun, habelə ödənilmiş 124,29 manat dövlət rüsumunun tutulması barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İlkin iddia qismən təmin edilsin. İddiaçı Aqı̇ l oğlunun LPO Cavabdeh ASC ilə bağlanmış 02.03.2009-cu il tarixli kredit müqaviləsi üzrə 1082,22 manat faiz borcuna dair qeydlərin silinməsi barədə məlumatın "Mərkəzləşdirilmiş Kredit Reyestri”nə verilməsi vəzifəsi LPO Cavabdeh ASC-yə həvalə edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Aqı̇ l oğluna qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-2240/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2240/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver