Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2254/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MTK Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, PBR 520 saylı, 808B nömrəli mənzil və 1 tək dayanacaq yerinin alqı-satqı müqaviləsinə əsasən cavabdehin 2.936,08 manat borcunun və iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 49,37 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2.985,45 manat məbləğin cavabdehdən tutularaq iddiaçının hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə təqdim edərək, iş üzrə iddiaçının iddiadan imtina etməsinin qəbul edilərək, dövlət rüsumunun geri qaytarılmasını və hüquqların müdafiəsi üçün vəkilə ödənilmiş 110 manat vəkil haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya borcun xeyli hissəsi ödənildiyindən, tərəflər arasında barışıq əldə olunmuşdur. Odur ki, iddiaçının cavabdehə qarşı hər hansı iddia və tələbi mövcud deyil. İddiaçı tərəfindən hazırkı iş üzrə vəkilə 110 manat məbləğində xidmət haqqı da ödənilmişdir.
a) Məhkəmə prosesi:
4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir.
5. Məhkəmə iddia ərizəsini, iddiadan imtina barədə ərizəni və mülki işin digər materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddia tələbindən imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir.
Əsaslandırıcı hissə:
6. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 49,37 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
7. İş materiallarına hüquqi xidmət göstərilməsi haqqında müqavilə və 110 manat (6 ədəd müqavilə üzrə cəmi 660 manat) vəkil xərcinin ödənilməsi ilə bağlı elektron qaimə əlavə edilmişdir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 52.1, 52.5-ci maddə. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 114.1, 114.1.4-cü maddə. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. 122.2-ci maddə. İddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. 191.1-191.2-ci maddə. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0, 261.0.4-cü maddə. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir.
9. Məhkəmə iddiaçının iddia tələbindən imtina etməsini tədqiq edərək hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanunazidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Yuxarıda göstərilən prosessual hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2025-ci il tarixli ərizəsi təmin edilməli, iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməli, dövlət rüsumu kimi ödənilmiş pul məbləği iddiaçıya geri qaytarılmalı, vəkilə ödənilmiş xidmət haqqı isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
10. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 114, 122, 191, 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MTK-nın xx.xx.2025-ci il tarixli ərizəsi təmin edilsin. İddiaçı MTK-nın Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə İddiaçı MTK-nın iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 49,37 (qırx doqquz manat otuz yeddi qəpik) manat məbləğində pul İddiaçı MTK-ya geri qaytarılsın (qəbz №: **********). İş üzrə hüquqi xidmət xərci kimi ödənilmiş 110 (bir yüz on) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MTK-ya ödənilsin. İddiaçıya izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova