Məhkəmə qərarları › İş №e-2(006)-2276/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2276/2024

17.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2276/2024 17.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh İB-yə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair ilkin; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “debitor borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız olaraq yazılmış 6.570 (altı min beş yüz yetmiş) manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh İB-nin müəyyən etdiyi müddəalara və rəhbər prinsiplərə riayət etməyin vacibliyini başa düşür, həmişə məsuliyyətli və qanuna tabe vətəndaş olmağa çalışır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı 6570 (altı min beş yüz yetmiş) manat qaz borcu yazılsa da, iddiaçı bu borcu əsaslı hesab etmir. Borcun əsası olaraq Cavabdeh İB tərəfindən İddiaçı verilmiş ******* saylı, xx.xx.2023-cü il tarixli aktda sayğacın elektron ekranının söndüyü qeyd edilmişdir. Hansı ki, Cavabdeh İB tərəfindən qeyd olunan faktın İddiaçı ilə heç bir əlaqəsi yoxdur və akta yazılan sayğacla bağlı xüsusat da İddiaçı iradəsindən kənar baş vermiş haldır. 20 dekabr 2023-cü il tarixli, ******* saylı aktla sayğac yenilənmiş, köhnə sayğac açılaraq növbədən kənar dövlət yoxlamasına göndərilmişdir. Cavabdehin əməkdaşları sayğaca baxış keçirərək qeyd edilən akt əsasında sayğacı söküb aparmışlar. Müəyyən edilmiş cərimənin heç bir əsası yoxdur. Bu, vətəndaşdan tutulan əsassız varlanmaya səbəb olan qanun pozuntusundan başqa bir şey deyil. Sayğaca nəzarəti də qaz idarəsinin əməkdaşları həyata keçirirlər, qiymətləndirmə də özlərinə aiddir. İkincisi, qaz sayğacı həyətdən çöldə iddiaçının evindən məsafəcə də uzaqda quraşdırılmış və gecə saatlarında, yaxud da gündüzlər İddiaçı ona davamlı nəzarət edə bilmək imkanına sahib deyil, ümumiyyətlə vətəndaşın borcu da deyil ki, onun imkanları xaricində olan işlər üçün özünü məsuliyyətli hesab etsin. Vaxtında həmin sayğac həyətin daxilində quraşdırılsaydı, İddiaçı da bilərdi ki, həmin sayğaca nəzarət barəsində məsuliyyət tamamilə onun üzərindədir. Ağıl, məntiq tələb edir ki, hər insan onun imkanı və gücü daxilində ola biləcək öhdəliklərə görə məsuliyyətli olsun. Amma belə görünür ki, Cavabdeh İB özlərinin əsası olmayan və qanunvercilikdən kənar olan ənənələrinə sadiqlik nümayiş etdirərək, bu dəfə də vətəndaşı borclu çıxarmağı öz məntiqləri etibarı ilə daha məqsədə uyğun hesab ediblər. İddiaçı nə marağı var sayğaca müdaxilə etsin? Cavabdeh İB hesab edir ki, sayğaclara həyətdən kənar nəzarət mütləq mənada vətəndaşın borcudur. Lakin vətəndaşın, bu cür haqqsız bir öhdəliyin hüquqi məsuliyəti ilə yüklənməsi ədalətlilik prinsipinə ziddir. Olmalı olmayan öhdəlik üzərinə hüquqi məsuliyyət qurmağın adı vətəndaşı qanun adına soymağın mədəni formasıdır. İddiaçı Cavabdeh İB-yə müraciət edərək bu vəziyyəti dəfələrlə həll etməyə çalışsa da, xahişləri nəzərdən keçirilmədi və məsələ həll olunmadı. Buna görə də bu məsələ ilə bağlı məhkəməyə müraciət edilməli idi. Cavabdeh İB iddiaçının təqsirinə dair təkzib edilməz dəlillərin olmadığına baxmayaraq, onun təqsirsizliyi üzərindən iddiaçıya hüquqi əsası olmayan öhdəlik yaratmaq istəyi ilə əsassız borc yazır. Bu səbəbdən cavabdehin təqdim etdiyi qaz borcunu iddiaçı qəbul etmir və bu məsələnin ədalətli və hüquqi olaraq ləğv edilməsini tələb edir. Çünki Cavabdeh İB ilə bağlı gecikməli ödəmələr iddiaçıda tutulmayıb və o, ödənişlərini daim vaxtında etmişdir. Cavabdeh İB tərəfindən yazılmış cərimə iddiaçının iradəsindən və nəzarətindən kənarda baş vermiş pozuntu ilə bağlı olduğu üçün əsassızdır. Cavabdeh cərimə ilə bağlı qərarın çıxarılması prosedurunu pozmuş, müdaxilənin baş verməsi haqqında tam və obyektiv sübutları təqdim etməməklə iddiaçının öz maraqlarını adekvat qorumaq imkanı olmamışdır. Buna görə də cərimə tətbiqi barədə qərar qanunsuz qəbul edilmiş və vətəndaş kimi iddiaçının hüquqlarını pozur. Bundan əlavə, iddiaçı illərdir cavabdehin sadiq müştərisi olmuş və ilk dəfədir ki, belə bir problemlə üzləşmişdir. O, həmişə hesablarını vaxtında ödəmiş, şöbəyə lazım olan istənilən yoxlama və ya təmir işləri ilə əməkdaşlıq etmişdir. İddiaçıda təmiz hesabat var, o, keçmişdə qazla bağlı heç bir qanun pozuntusunda və ya hadisədə iştirak etməmişdir. Bundan başqa, Cavabdeh İB-nin rəsmi internet səhifəsində-Əhali abonentlərinin mənzillərində (evlərdə) qaz sayğaclarının quraşdırılması və istismarı barədə məlumatda qeyd edilir ki, sayğac, ona xidmət edilməsi və göstəricilərinin qeydə alınması mümkün olan, zədələnməsini istisna edən yerlərdə quraşdırılmalıdır. Sayğac şaquli vəziyyətdə qaz kəmərinə sərbəst, yəni hər hansı bir əlavə fiziki qüvvə istifadə edilmədən və yer səthindən sayğacın alt hissəsinə qədər 1,8-1,6 metr hündürlükdə quraşdırılmalıdır (sayğacın zədələnmədən istisna hallarında quraşdırılma hündürlüyü nəzərə alınmalıdır). Günəş şüalarının birbaşa düşdüyü yerlərdə, açıq havada və ya kənar şəxslərin müdaxilə edə biləcəyi yerlərdə quraşdırılan qaz sayğacları xüsusi mühafizə qutusuna yerləşdirilməli və qutunun açarı abonentə təhvil verilməlidir (http://azeriqaz104.az/az/content/3/7). Ancaq Cavabdeh İB bu qaydalara riayyət etməmişdir. İddiaçı Cavabdeh İB-dən məhkəmə üçün tələb edilən sənədlərin təsdiq edilmiş surətini istəsə də, həmin qurum lazım olan sənədlərin təsdiq edilmiş surətlərini verməkdən imtina etdiyindən, iddiaçı məhkəməyə yalnız akt və saldonu təqdim edə bilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “debitor borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Cavabdehnə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 6410,19 (altı min dörd yüz on manat on doqquz qəpik) manat pulun və 84,11 (səksən dörd manat on bir qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 6494,30 (altı min dörd yüz doxsan dörd manat otuz qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı Cavabdeh şöbəsi üzrə (Kod: 805153, VÖEN: **********, M/H: AZ03NABZ********************, SWİFT: İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə abonent İddiaçı arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonentə məxsus mənzili təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nin Bakı X4 Departamenti tərəfindən **********00010 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G4 markalı smart tipli qaz sayğacı quraşdırılmışdır. Yuxarıda bəhs edilən müqavilənin 2.3.1-ci yarımbəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini tamam ödəmək istehlakçının vəzifəsidir. Belə ki, Azəriqaz İBnin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 47941 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərini ödəmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktla Cavabdeh İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 6570 manat məbləğində qaz sərf etməsi müəyyən edilmiş, İddiaçı 2024-cü ilin yanvar ayından 2024-cü ilin mart ayına qədər cəmi 159,81 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin saldosu üzrə ümumi 6410,19 (altı min dörd yüz on manat on doqquz qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün Cavabdeh İB tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X6 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, qarşılıqlı iddia üzrə iddia müddəti ötürüldüyündən qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyib, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin nümayəndəsi X3 ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edib, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, ilkin və qarşılıqlı iddia ərizələrini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Cavabdeh Bakı X4 Departamenti tərəfindən Nəsimi Rayon Polis İdarəsinə ünvanlanmış “vətəndaşın qanunsuz hərəkətləri barədə” xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2020-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” Fərmanının 9-cu bəndinə əsasən Cavabdeh təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirməlidir. Lakin bəzi vətəndaşlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə məhəl qoymadan qaz sayğaclarına müdaxilə edərək yararsız vəziyyətə salır və istehlakçıları qaz şəbəkə sisteminin kipliyi pozulur və qaz xətlərində yaranan qaz sızmaları ətrafda yaşayanlar üçün təhlükəli vəziyyət yaradaraq bədbəxt hadisələrin baş verməsinə şərait yaradır. Belə ki, ünvan 3 ünvanında yerləşən (kod **********00010) evdə İddiaçı adına qeydiyyatı aparılmış mənzildə quraşdırılan qaz sayğacına baxış keçirilməsi üçün dəfələrlə mənzil sahibinə müraciət edilsə də, qaz sayğacı mənzil daxil eyvanda yerləşdiyi üçün baxış keçirilməsinə onun tərəfindən şərait yaradılmamışdır. Mənzildə yaşayış olmağına baxmayaraq, uzun müddətdir ki, qaz sayğacının kartına ödəniş edilmir. Bu da təbii qazdan ödəniş etmədən istifadə edilməsinə şübhələr yaradır. Vətəndaşın özünün və ətrafda yaşayanların həyat və sağlamlığı üçün təhlükə mənbəyinə çevrilmiş halların, həmçinin Nəsimi rayonu, Azadlıq prospekti, bina 125, mənzil 1 ünvanında yerləşən mənzildə quraşdırılan qaz sayğacına baxış keçirilməsi və dəyişdirilməsi üçün şərait yaradılması, Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsinin tələblərini nəzərə alaraq vətəndaşların özlərinin və ətrafda yaşayanların həyat və sağlamlığı üçün təhlükə mənbəyinə çevrilmiş bu halların, həmçinin, qeyri-qanuni əməllərin qarşısını almaq məqsədilə qeyd edilən mənzildə yaşayan vətəndaşa qarşı təsirli tədbirlərin görülməsi barədə aidiyyəti üzrə müvafiq göstəriş verilməsi xahiş edilmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı (abonent kodu **********00010) məxsus ünvan 4 ünvanında yerləşən 1 nömrəli mənzilin qaz sayğacı elektron ekran sönməsi səbəbindən çıxarılaraq yenisi ilə əvəz edilmlişdir. xx.xx.2024-cü il tarixli GASREP adlı sənəddən görünür ki, İddiaçı məxsus Azadlıq prospekti, bina 125 ünvanında yerləşən 1 nömrəli mənzildə (abonent kodu **********00010) 2023-cü ilin dekabr ayında “mənfi qaz sərfi”nə görə 6.570 (altı min beş yüz yetmiş) manat məbləğində borc yaranmış, borc 2024-cü ilin yanvar ayına keçirilmişdir. Qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə xx.xx.2024-cü il tarixli, 0097 №li aktdan görünür ki, 08AZ**********5 zavod seriya nömrəli qaz sayğacına keçirilən baxış zamanı sayğacın elementinin bitməsi, müvəqqəti element quraşdırılması, xx.xx.2013-cü il tarixə elektron göstəricinin 14256 m3 olması, sayğacın xəta faizlərini yoxlamağın mümkün olmaması, sayğacın membranı fasilələr ilə işlədiyindən sınaq qurğusunda xəta faizlərini yoxlamağın mümkün olmaması, kamera ilə daxilinə baxış keçirilən zaman fiziki təsir izinin aşkar edilməməsi, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli mütəxəssis rəylərindən görünür ki, Agentliyin Bakı Filialının əməkdaşları tərəfindən Cavabdeh İB-nin səlahiyyətli nümayəndəsinin iştirakı ilə ünvan 4 ünvanında yerləşən İddiaçı məxsus 1 saylı mənzildə qaz sayğacına və mənzilin qaz qurğularına baxış keçirilməsi üçün həmin mənzilin sahibi ilə telefon əlaqəsi (+99*** *** ** **) saxlanılsa da, baxış keçirilməsinə şərait yaradılmamışdır. Yerində müəyyən olunmuşdur ki, qaz sayğacı mənzilin daxilində, eyvanda yerləşir. Cavabdeh İB-nin əməkdaşı bildirmişdir ki, mənzildə qaz sayğacına baxış keçirilməsi üçün mənzil sahibinə dəfələrlə müraciət olunmasına baxmayaraq, baxışa icazə verilmir. Beləliklə, rəyin hazırlanması üçün toplanmış materiallara əsasən mütəxəssis qarşısında qoyulmuş sualların mahiyyəti üzrə aşağıdakılar bildirilir:

1. Toplanmış materiallardan məlum olmuşdur ki, ünvan 4 ünvanında yerləşən İddiaçı məxsus 1 saylı mənzilin qaz xətti üzərində xx.xx.2008-ci il tarixində Gulf G-4 markalı 08AZ**********5 zavod nömrəli smart-kart tipli qaz sayğacı quraşdırılmışdır.

2. Gulf G-4 markalı 08AZ**********5 zavod nömrəli smart-kart tipli qaz sayğacının elektron hissəsi söndüyü üçün xx.xx.2023-cü il tarixində Cavabdeh İB-nin nümayəndələri tərəfindən mənzilin nümayəndəsinin iştirakı ilə qaz xəttindən çıxarılaraq əvəzində digər sayğac quraşdırılmış və bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib olunmuşdur. Sayğacın ******* nömrəli çıxarılma aktından və yoxlamadan keçirilməyə dair xx.xx.2024-cü il tarixli 0097 nömrəli aktda qeyd edilən yoxlama nəticəsindən görünür ki, Gulf G-4 markalı 08AZ**********5 zavod nömrəli smart-kart tipli qaz sayğacının elementi bitdiyi üçün elektron hissəsi sönmüşdür. Lakin sayğacın mexaniki hissəsi işlək olmuş, sayğacın daxilində olan membran fasilələrlə işlədiyi üçün xəta faizlərinin (minimal, nominal və maksimal sərfiyyatda) yoxlanılması mümkün olmamış və sayğac istismara yararsız hesab edilmişdir.

3. Gulf G-4 markalı qaz sayğaclarının texniki pasportuna istinadən sayğacın istismara yararlılıq müddəti 10 (on) ildir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tələblərinə uyğun olaraq məişət qaz sayğacları üçün dövri yoxlama (növbəti yoxlama) müddəti 5 (beş) il müəyyən edilmişdir.

4. Toplanmış aidiyyəti sənədlərdən görünür ki, ünvan 4 ünvanında yerləşən 1 saylı mənzildə istismarda olan Gulf G-4 markalı 08AZ**********5 zavod nömrəli smart-kart tipli qaz sayğacı xx.xx.2023-cü il tarixində əvəzlənərkən sayğacın mexaniki göstəricisi 47941 m3 olmuşdur. Sənədlər araşdırılarkən məlum olur ki, 2014-cü ilin mart ayınadək istehlakçı tərəfindən 15213 m3 qaz həcminə görə kart vasitəsilə ödənişlər aparılmış və ödəniş müqabilində mənzildə təbii qazdan istifadə olunmuşdur. Lakin sonradan sayğacda klapanın bağlanmaması səbəbindən mənzildə qazdan istifadə olunsa da, istifadə edilən qaza görə ödəniş edilməmiş və bu barədə istehlakçı tərəfindən məlumat verilməmişdir. Nəticədə sayğacda 32728 m3 dəyəri ödənilməyən qaz həcmi yaranmışdır. Cavabdeh İB tərəfindən 32728 m3 qaz həcminin məbləği 6570 manat (7800 m3 x 0.10 manat = 780 manat, 2400 m3 x 0.12 manat = 288 manat, 2600 m3 x 0.20 manat = 520 manat, 19928 m3 x 0.25 manat = 4982 manat, 780 + 288 + 4982 = 6570) hesablanaraq debitor borc kimi abonentin hesabına daxil edilmişdir. 2014-cü ilin mart ayından 2023-cü ilin dekabr ayınadək dövr ərzində (117 ay) istehlakçı tərəfindən sayğacın göstəricisi əsasında 32728 m3 (47941 m3 – 15213 m3 = 32728 m3) qaz həcmi istehlak olunmuşdur. Buna görə də bu dövr ərzində orta aylıq qaz sərfi 280 m3 (32728 m3/117 ay = 280 m3) təşkil edir. ünvan 4 ünvanında yerləşən İddiaçı məxsus 1 saylı mənzilin "xxxx" ASC-dən əldə olunmuş elektrik enerjisinə dair abunə haqqında (kod **********50001, abonent X2) sənədindən görünür ki, 2014-cü ilin mart ayından 2023-cü ilin dekabr ayınadək dövr ərzində (117 ay) istehlakçı tərəfindən elektrik enerjisindən istifadə edilmişdir. Deməli, həmin dövrdə təbii qazdan da istifadə edilmişdir. Odur ki, qeyd edilən ünvanda təbii qazdan istifadənin hesabatı aşağıdakı kimi aparıla bilər: - sayğacın göstəricisi əsasında istehlak edilmiş qaz həcmi 32728 m3; - istifadə müddəti 9 il + 9 ay, cəmi 117 ay; - 1 illik (12) qaz sərfi 32728 m3/117 ay x 12 ay = 3356 m3 - 9 aylıq qaz sərfi 32728 m3/117 ay x 9 ay = 2517 m3 İl, ay Qazın 1 m3 təbii qazın qiyməti, manat istehlak olunan 3 həcmi, m qazın məbləği, manatla 2014 (9 2517 2517 m3 x 0.10 manat = 251,7 251,7 ay) manat 2015 3356 3356 m3 x 0.10 manat = 335,6 manat 335,6 3 2016 3356 3356 m x 0.10 manat = 335,6 manat 335,6 2017 3356 1700 m3 x 0.10 manat = 170 manat 170 + 331,2 = 501,2 1656 m3 x 0.20 manat = 331,20 manat 2018 3356 1700 m3 x 0.10 manat = 170 manat 170 + 331,2 = 501,2 3 1656 m x 0.20 manat = 331,20 manat 2019 3356 2200 m3 x 0.10 manat = 220 manat 220 + 231,2 = 451,2 1156 m3 x 0.20 manat = 231,20 manat 2020 3356 2200 m3 x 0.10 manat = 220 manat 220 + 231,2 = 451,2 1156 m3 x 0.20 manat = 231,20 manat 2021 3356 1200 m3 x 0.10 manat = 120 manat 120 + 260 + 214 = 594 1300 m3 x 0.20 manat = 260 manat 856 m3 x 0.25 manat = 214 manat 2022 3356 1200 m3 x 0.12 manat = 144 manat 144 + 260 + 214 = 618 1300 m3 x 0.20 manat = 260 manat 856 m3 x 0.25 manat = 214 manat 2023 3356 1200 m3 x 0.12 manat = 144 manat 144 + 260 + 214 = 618 1300 m3 x 0.20 manat = 260 manat 856 m3 x 0.25 manat = 214 manat Cəmi 32728 m3 4657,7 manat Toplanmış materiallardan müəyyən olunur ki, qeyd edilən ünvanda qaz sayğacı əvəzləndikdən sonra qazdan istifadəyə görə abonent tərəfindən kart vasitəsilə 502,8 manat məbləğində ödəniş edilmişdir. Bu məbləğdən 193,4 manat borca görə tutulma olduğunu nəzərə alaraq istehlak edilən 32728 m3 qazın məbləği 4464,3 manat (4657,7 manat - 193,4 manat = 4464,3) hesablana bilər. İddiaçı adına olan **********00010 saylı abonent kodu üzrə abonentin xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli saldosundan görünür ki, qeyri ödənişlər qrafasında “-6570” qeydi aparılmışdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə 84,11 (səksən dörd manat on bir qəpik) rüsum ödənilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində hazırkı iş üzrə iddia ərizəsinin imzalanma məlumatları olan pəncərədən görünür ki, iddia ərizəsi xx.xx.2024-cü ildə imzalanmışdır. Beləliklə, mülki iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 1 nömrəli mənzildə xx.xx.2008-ci il tarixində Gulf G-4 markalı 08AZ**********5 zavod nömrəli smart-kart tipli qaz sayğacı quraşdırılmış, **********00010 nömrəli abonent kodu verilmişdir. xx.xx.2023-cü il tarixdə qaz sayğacının ekranı işləmədiyi üçün yenisi ilə əvəz edilmiş, bu barədə həmin tarixdə ******* nömrəli akt tərtib olunmuşdur. Çıxarılan qaz sayğacı dövlət yoxlamasına göndərilmiş, xx.xx.2024cü il tarixdə dövlət yoxlamasından keçirilmiş, yoxlamanın nəticəsində sayğaca baxış keçirilərək, sayğacın elementinin bitməsi müəyyən edildiyindən, müvəqqəti element quraşdırılmış, xx.xx.2013cü il tarixə elektron göstəricinin 14256 m3 olması, sayğacın xəta faizlərini yoxlamağın mümkün olmaması, sayğacın membranı fasilələr ilə işlədiyindən sınaq qurğusunda xəta faizlərini yoxlamağın mümkün olmaması, kamera ilə daxilinə baxış keçirilən zaman fiziki təsir izinin aşkar edilməməsi müəyyən edilərək sayğacın istismara yararsız olduğu qənaətinə gəlinmişdir. Bununla da, iddiaçıya məxsus mənzilə verilmiş abonent kodunda 6.570 manat məbləğində borcun olduğu məlum olmuşdur. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin borcun əsassız hesablanmış olduğundan silinməsini, cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcun qaz sərfiyyatına görə yaranan debitor borc olduğundan 2024-cü ilin yanvar-mart ayları ərzində edilmiş 159,81 manat məbləğində ödəniş çıxıldıqdan sonra qalan 6.410,19 manat məbləğində borcun qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçının hesabına köçürülməsini xahiş edir. Məhkəmə araşdırmaları zamanı işin obyektiv həllinə nail olmaq məqsədilə məhkəmə tərəfindən ilkin iddia üzrə cavabdehə iddiaçıya məxsus mənzilə xx.xx.2008-ci ildə quraşdırılmış qaz sayğacının texniki pasportunun məhkəməyə təqdim edilməsi barədə sorğu verilmiş, lakin tələb edilən sənəd cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması məqsədilə məhkəmənin təşəbbüsü ilə işə mütəxəssis cəlb edilmiş və işin obyektiv həllinə nail olmaq üçün mütəxəssis qarşısında zəruri suallar qoyulmuşdur. Beləliklə, məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində iddiaçının mənzilindən çıxarılmış marka ilə eyni markalı qaz sayğaclarının texniki pasportuna istinadən sayğacın istismara yararlılıq müddətinin 10 il olması, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tələblərinə uyğun olaraq məişət qaz sayğacları üçün dövri yoxlama (növbəti yoxlama) müddətinin 5 il müəyyən edilməsi qeyd edilmişdir. Mütəxəssisin təqdim etdiyi rəyə və işdə olan digər materiallara əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzildə quraşdırılmış sayğac üzrə 2014-cü ildən başlayaraq yenisi ilə əvəz edildiyi 2023-cü ilin dekabr ayınadək 32.728 m3 həcmində qaz sərfiyyatı olmuşdur. Bu hal nəzərə alınmaqla, iddiaçının 2023-cü ilin sonuna (sayğac yenisi ilə əvəz edilən vaxta) cavabdehə olan borcunun 4.657,70 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə ilkin iddia ərizəsini təqdim edilmiş materiallarla birlikdə araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən əsaslıdır. Belə ki, ilkin iddia üzrə iddiaçı 6.570 manat məbləğində borcun əsassız hesablandığını iddia edərək, həmin məbləğdə borcun silinməsini məhkəmədən xahiş etsə də, məhkəmə araşdırmaları əsasında müəyyən edilmişdir ki, ilkin iddia üzrə cavabdeh tərəfindən iddiaçıya qaz sərfiyyatına görə 6.570 manat məbləğində borc hesablansa da, ilkin iddia üzrə iddiaçının qaz sərfiyyatına görə cavabdehə 4.657,70 manat məbləğində borcu yaranmış, qaz sayğacı əvəzləndikdən sonra iddiaçı 502,80 manat ödəniş etmiş və bu məbləğin 193,40 manat hissəsi həmin borcdan çıxılmışdır. Beləliklə, ilkin iddia üzrə cavabdeh tərəfindən iddiaçıya hesablanmış 6.570 manat məbləğində borcun 4.464,30 manat hissəsində əsaslı olduğu müəyyən edilmiş, qalan 2.105,70 manat hissəsinin hesablanmasına əsas olmuş mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, yəni həmin məbləğdə borcun olması müvafiq qaydada sübuta yetirilməmişdir. Buna görə də ilkin iddia üzrə iddiaçının tələbinin qismən, yəni 2.105,70 manat məbləğində əsassız yazılmış borcun silinməsi hissəsində əsaslı olduğu qənaətinə gəlinmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, ilkin iddia üzrə cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********00010) əsassız hesablanmış 2.105,70 manat məbləğində borc əsassız olduğundan silinməli, ilkin iddia qalan hissədə təmin edilməməlidir. İlkin iddia tələbi üzrə gəldiyi qənaəti məhkəmə aşağıdakı normalarla və hallarla əsaslandırır: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu bəndində və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinin 2-ci yarımbəndində göstərilmişdir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.4-cü bəndinə görə, qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Yuxarıda istinad edilən normaların təhlili nəticəsində belə qənaətə gəlmək olar ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən vaxtaşırı dövlət yoxlamasından keçirilməlidir. Belə ki, quraşdırılmış qaz sayğaclarının sazlığına, onların işlək olub-olmamasına nəzarəti həyata keçirməklə bağlı cavabdehliyi qaz paylayıcısı daşıyır. Qaz sayğaclarının texniki baxışının keçirilməsi üçün müddətlər isə onların texniki pasportlarında göstərilir. Məhkəmə tərəfindən Cavabdeh İB-yə iddiaçıya məxsus mənzildə 2008-ci ildə quraşdırılmış qaz sayğacının texniki pasportunun təqdim edilməsi ilə əlaqədar sorğu ünvanlansa da, Cavabdeh İB tərəfindən həmin sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırmaları nəticəsində əldə edilmiş məlumatlara əsasən isə müəyyən edilmişdir ki, 2008-ci ildən 2023-cü ilədək keçən 15 il müddət ərzində qaz paylayıcısı tərəfindən qaz sayğacına texniki baxış keçirilməmiş, yalnız baxış keçirilən tarixə (xx.xx.2023-cü ilə) tərtib edilmiş Cavabdeh İB tərəfindən aidiyyəti polis idarəsinə ünvanlandığı bildiriən məktub ilkin iddia üzrə cavabdeh tərəfindən iş materiallarına əlavə edilməklə, məhz vətəndaşın sayğaca baxış keçirilməsinə şərait yaratmaması qeyd edilmişdir. Qalan bu 15 il ərzində qaz sayğacının saz qalması, texniki baxışdan keçirilmədən daimi işlək vəziyyətdə olduğu hesab edilməsi isə ağlabatan hesab olunmur. Çünki təcrübədə qaz sayğacları 10 il müddətinə istismara yararlı hesab olunur. Göründüyü kimi, Cavabdeh İB müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş vəzifələrini lazımınca yerinə yetirməmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsini təqdim edilmiş materiallarla birlikdə araşdıraraq hesab edir ki, qarşılıqlı iddia tələbi qismən əsaslıdır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin təbii qazın sərfiyyatına görə 6410,19 manat məbləğində debitor borcunun olduğunu iddia edərək, həmin məbləğdə borcun cavabdehdən tutularaq ödənilməsini məhkəmədən xahiş etsə də, məhkəmə araşdırmaları əsasında müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehin iddiaçıya qazın sərfiyyatına görə 2014-cü ildən 2023-cü ilin dekabr ayınadək 4.657,70 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehdən məhz 4.657,70 manat məbləğində borcun tələb edilməsi hissəsində haqlıdır. Lakin nəzərə alınmalıdır ki, qarşılıqlı iddia üzrə cavabdeh ərizə verərək, qarşılıqlı iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verildiyindən qarşılıqlı iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinə iddia müddətini tətbiq edərək, qarşılıqlı iddia ərizəsinin məhkəməyə xx.xx.2024-cü ildə verildiyini nəzərə alaraq, xx.xx.2021-xx.xx.2024-cü illər üzrə borcun qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalı olduğu qənaətinə gəlmişdir. Beləliklə, xx.xx.2021-ci ildən ilin sonunadək (9 ay 4 gün ərzində) ümumi borcun 452,10 manat [(594 manat / 12 ay x 9 ay = 445,50 manat) + (594 manat / 12 ay / 30 gün x 4 gün = 6,60 manat)], 2022-ci və 2023-cü illər üzrə ümumi borcun 1.236 manat (618 manat + 618 manat = 1236 manat) olmasını, 2024-cü il ərzində yaranmış debitor borcların ödənilməsi, habelə yuxarıda göstərilən 1688,10 manat (452,10 manat + 1.236 manat) borc üzrə 193,40 manat tutulma aparılmasını nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehdən cəmi 1.494,70 manat məbləğində pul tutulmalıdır. Məhkəmə 2024-cü ildə edilmiş ödənişlərə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, həmin ödənişlər əvvəllər yaranmış borcun etirafı, yəni iddia müddətinin axımını kəsən hal kimi yox, məhz müvafiq ay üzrə yaranmış borcun ödənilməsi, yəni vaxtaşırı icra edilməli olan öhdəliyin icrası kimi qiymətləndirilir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1.494,70 manat məbləğində pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bank hesabına ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə gəldiyi qənaəti məhkəmə aşağıdakı normalarla və hallarla əsaslandırır: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndində və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinin 1-ci yarımbəndində qeyd olunmuşdur ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2-ci bəndinə müvafiq olaraq, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Beləliklə, məhkəmə ilkin və qarşılıqlı iddialarla bağlı məsələləri ümumiləşdirərək hesab edir ki, mübahisələndirilən 6.570 manat məbləğində borcun 2.105,70 manat hissəsi əsassız hesablandığından silinməlidir. 4.657,70 manat borcun isə qazın sərfiyyatına görə hesablanmış debitor borc olması səbəbindən əsaslı olması işin mübahisəsiz halını təşkil edir. Lakin iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən, iddia müddətinin tətbiqi nəticəsində müəyyən edilmişdir ki, borcun 2.969,60 manat hissəsinə olan tələb hüququ iddia müddətinin ötürülməsindən sonra həyata keçirilmişdir. Buna görə də borcun həmin hissəsində İddiaçı Cavabdeh İB qarşısında olan öhdəliyi qalmaqla, borcun tələb edilməsi üçün müddət ötürüldüyündən tələb bu hissədə təmin edilməməlidir. Qalan 1.494,70 manat hissə isə əsaslı olmaqla yanaşı, tələb edilməsi üçün iddia müddəti ötürülmədiyindən, 1.494,70 manat Axundov İlqardan tutularaq Cavabdeh İB-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372, 373.3, 375-ci maddələrinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarından görünür ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Mülki Məcəllənin 551.2-ci maddəsinə görə, aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Burada qeyd edilməlidir ki, 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. Vurğulanmalıdır ki, Mülki Məcəllənin 527.1-ci maddəsində öhdəliklərin xitamı əsasları sırasında “müddətin keçməsi” halı sırf hüquqi xarakterinə və ya tərəflərin razılaşmasına əsasən müddətə bağlı öhdəliklərə münasibətdə yaranır. Yəni, bir öhdəlik məhz müəyyən bir müddət üçün əmələ gətirilibsə (məsələn, konkret bir müddətə bağlı xidmətin göstərilməsinə dair öhdəliklər), həmin müddətin keçməsi öhdəliyin xitam olunması nəticəsini yarada bilər. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu o nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir; Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 64-cü maddəsinə müvafiq olaraq, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********00010) əsassız hesablanmış 2.105,70 manat məbləğində borc silinməli, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı 1.494,70 manat pul tutularaq Cavabdeh bank hesabına ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, məhkəmə qətnaməsində məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə müvafiq qiymət verməlidir. Bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, məhkəmə iddia ərizəsində bu barədə müvafiq tələbin olubolmamasına bağlı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edildiyindən, ilkin iddia ərizəsinin verilməsinə görə iddiaçı dövlət rüsumundan azad edildiyindən, ilkin iddia üzrə 41,05 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilməli, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 84,11 manat dövlət rüsumunun 20 manat hissəsi İddiaçı tutularaq Cavabdeh bank hesabına ödənilməli, qalan 64,11 manat hissəsi isə Cavabdehnə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1, 9.1.5-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin: 119.1-119.2-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********00010) əsassız hesablanmış 2.105,70 (iki min bir yüz beş manat yetmiş qəpik) manat məbləğində borc silinsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İlkin iddia ərizəsinin verilməsinə görə 41,05 (qırx bir manat beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 1.494,70 (bir min dörd yüz doxsan dörd manat yetmiş qəpik) manat pul tutularaq Cavabdeh “Azərbaycan Beynəlxalq Bankı” Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN: **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 84,11 (səksən dörd manat on bir qəpik) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi İddiaçı tutularaq Cavabdeh “Azərbaycan Beynəlxalq Bankı” Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN: **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin, qalan hissəsi isə Cavabdehnə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar