Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2281/2022 28.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, iddiaçılar İddiaçı və X9 cavabdehlər Cavabdeh2, İmişli Regional «ASAN xidmət» mərkəzində notariat ofisinə, Cavabdeh3, Cavabdeh4 (Azərbaycan Respublikası ƏMDKnın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, vərəsəlik üzrə payların müəyyən edilməsi və yeni vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X13 cavabdehlər Cavabdeh2, İmişli Regional «ASAN xidmət» mərkəzində notariat ofisinə (Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, vərəsəlik üzrə payların müəyyən edilməsi və yeni vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli Regional «ASAN xidmət» Mərkəzində fəaliyyət göstərən notariat ofisinin xüsusi notariusu X29 tərəfindən təsdiq edilmiş 201 nömrəli vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli 2V-315 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-316 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-378 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-379 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 186 nömrəli vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli 2V-259 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-280 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; X13 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ** AA ***5632 saylı və xx.xx.2021-ci il tarixdə verilmiş ** AA ***5820 saylı imtina ərizələrinin etibarsız hesab edilməsi; tərtib edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında cavabdehin adına verilmiş çıxarışların ləğv edilməsi; İddiaçı üçün anası X4 və atası X3 qalmış mirasın qəbul edilməsindən ötrü müəyyənləşdirilmiş müddətin üzrlü hesab edilərək uzadılıb, miras əmlaklar üzərində 1/2 payının tanınması və yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi; X13 üçün anası X4 və atası X3 qalmış mirasın qəbul edilməsindən ötrü müəyyənləşdirilmiş müddətin üzrlü hesab edilərək uzadılıb, miras əmlaklar üzərində 1/3 payının tanınması və yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan, 17 may 2022-ci il tarixdə iddiaçılar Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İmişli Regional «ASAN xidmət» Mərkəzində fəaliyyət göstərən notariat ofisinin xüsusi notariusu X29 tərəfindən təsdiq edilmiş 201 nömrəli vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli 2V-315 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-316 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-378 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-379 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 186 nömrəli vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli 2V-259 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-280 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; X13 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 74AA5235632 saylı və xx.xx.2021-ci il tarixində verilmiş 74 AA5235820 saylı imtina ərizələrinin etibarsız hesab edilməsi; tərtib edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında cavabdehin adına Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ev 64 mənzil 39 (yeni qaydalarla AZ 1102 ünvan 1 ünvanda yerləşən 39,80 m2 sahəyə malik olan mənzilə, ünvan 2 ünvanda yerləşən 39,62 m2 sahəyə malik olan mənzilə, Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 4-cü mikrorayon 3169-cu məhəllə ev-, mənzil 145 (yeni qaydalarla AZ 1102 ünvan 3 ünvanda yerləşən 148,60 m2 sahəyə malik olan mənzilə, ünvan 4 ünvanda yerləşən 85,30 m2 sahəyə malik olan qeyri-yaşayış sahəsinə dair verilmiş çıxarışların ləğv edilməsi; İddiaçı üçün anası X4 və atam X3 qalmış mirasın qəbul edilməsindən ötrü müəyyənləşdirilmiş vərəsəliyin qəbulu müddətinin üzrlü hesab edilərək müddətin uzadılıb, miras əmlaklar üzərində 1/2 payının tanınması və yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi; ünvan 5 ünvanda yerləşən 120,90 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 100.000 manat məbləğdən İddiaçı payına uyğun olaraq 1/2 hissədə, yəni 50.000 manat məbləğində və ünvan 15 yerləşən 55,17 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 79.000 manat məbləğdən İddiaçı payına uyğun olaraq 1/2 hissədə, yəni 39.500 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi; X13 üçün anası X4 və atası X3 qalmış mirasın qəbul edilməsindən ötrü müəyyənləşdirilmiş vərəsəliyin qəbulu müddətinin üzrlü hesab edilərək uzadılıb, miras əmlaklar üzərində 1/3 payının tanınması və yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi; ünvan 5 ünvanda yerləşən 120,90 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 100.000 manat məbləğdən X9 payına uyğun olaraq 1/3 hissədə, yəni 33.333 manat məbləğində və ünvan 14 ünvanda yerləşən 55,17 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 79.000 manat məbləğdən X9 payına uyğun olaraq 1/3 hissədə, yəni 26.333 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra, 31 may 2022-ci il tarixdə iddiaçılar Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İmişli Regional «ASAN xidmət» Mərkəzində fəaliyyət göstərən notariat ofisinin xüsusi notariusu X29 tərəfindən təsdiq edilmiş 201 nömrəli vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli 2V-315 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-316 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-378 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-379 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 186 nömrəli vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli 2V-259 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-280 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; X13 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 74AA5235632 saylı və xx.xx.2021-ci il tarixdə verilmiş 74 AA5235820 saylı imtina ərizələrinin etibarsız hesab edilməsi; tərtib edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ev 64 mənzil 39 (yeni qaydalarla AZ 1102 ünvan 1 ünvanda yerləşən 39,80 m2 sahəyə malik olan mənzilə, ünvan 2 ünvanda yerləşən 39,62 m2 sahəyə malik olan mənzilə, Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 4-cü mikrorayon 3169-cu məhəllə, ev-, mənzil 145 (yeni qaydalarla AZ 1102 ünvan 3 ünvanda yerləşən 148,60 m2 sahəyə malik olan mənzilə, ünvan 4 ünvanda yerləşən 85,30 m2 sahəyə malik olan qeyriyaşayış sahəsinə, ünvan 5 ünvanında yerləşən 120,90 m2 sahəyə malik olan mənzilə, ünvan 15 yerləşən 55,17 m2 sahəyə malik olan mənzilə dair Cavabdeh2 adına verilmiş çıxarışların, həmçinin ünvan 5 ünvanda yerləşən 120,90 m2 sahəyə malik olan mənzilə dair Cavabdeh4 adına və ünvan 15 yerləşən 55,17 m2 sahəyə malik olan mənzilə dair Cavabdeh3 adına verilmiş çıxarışların ləğv edilməsi; İddiaçı üçün anası X4 və atası X3 qalmış mirasın qəbul edilməsindən ötrü müəyyənləşdirilmiş vərəsəliyin qəbulu müddətinin üzrlü hesab edilərək müddətin uzadılıb, miras əmlaklar üzərində 1/2 payının tanınması və yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi; ünvan 5 ünvanda yerləşən 120,90 m2 sahəyə malik olan mənzilin satın alınması ilə bağlı Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış ******* nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin və ünvan 15 yerləşən 55,17 m2 sahəyə malik olan mənzilin satın alınması ilə bağlı Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış ******* nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr etibarsız hesab edilməzsə ünvan 5 ünvanda yerləşən 120,90 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 100.000 manat məbləğdən İddiaçı payına uyğun olaraq 1/2 hissədə, yəni 50.000 manat məbləğində və ünvan 15 yerləşən 55,17 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 79.000 manat məbləğdən İddiaçı payına uyğun olaraq 1/2 hissədə, yəni 39.500 manat məbləğində pulun Cavabdeh2 alınaraq ona verilməsi; X13 üçün anası X4 və atası X3 qalmış mirasın qəbul edilməsindən ötrü müəyyənləşdirilmiş vərəsəliyin qəbulu müddətinin üzrlü hesab edilərək uzadılıb, miras əmlaklar üzərində 1/3 payının tanınması və yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi; ünvan 5 ünvanda yerləşən 120,90 m2 sahəyə malik olan mənzilin satın alınması ilə bağlı Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış ******* nömrəli xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin və ünvan 15 yerləşən 55,17 m2 sahəyə malik olan mənzilin satın alınması ilə bağlı Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış ******* nömrəli xx.xx.2021-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr etibarsız hesab edilməzsə ünvan 5 ünvanda yerləşən 120,90 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 100.000 manat məbləğdən X9 payına uyğun olaraq 1/3 hissədə, yəni 33.333 manat məbləğində və ünvan 14 ünvanda yerləşən 55,17 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 79.000 manat məbləğdən X9 payına uyğun olaraq 1/3 hissədə, yəni 26.333 manat məbləğində pulun Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 31 may 2022-ci il tarixdə iddiaçılar həmçinin ərizə (vəsatət) verərək, Cavabdeh3 və Cavabdeh4 cavabdeh kimi mülki işə cəlb edilməsini xahiş etmişlər. Məhkəmə tərəfindən qeyd olunan vəsatət təmin edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, valideynləri vəfat etdikdən sonra onlardan qalmış miras əmlaka dair vərəsə payının müəyyən edilərək ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmək istədikdə ona məxsus olan bütün sənədlərin yoxa çıxdığını müəyyən etmişdir. Həmin sənədlərin cavabdeh - bacısı Cavabdeh2 tərəfindən müraciətinə maneə törətməkdən ötrü götürüldüyünü düşündüyündən bununla bağlı aidiyyəti orqanlara müraciət etmişdir. Hüquq mühafizə orqanları tərəfindən aparılan axtarış nəticə verməmişdir. Belə ki, sənədlərinin tapılmaması ilə bağlı ona İmişli rayon Polis Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə № 168-2998Q saylı arayış verilmişdir. Bundan sonra o, sənədlərinin tapılmasında ona köməklik göstərilməsi üçün mümkün olan bütün dövlət orqanlarına müraciət etmişdir. Lakin həmin dövlət orqanları tərəfindən də ona köməklik edilməmişdir. O da Rusiya Federasiyası vətəndaşı olduğu üçün itirilmiş pasportunun bərpası məqsədilə Rusiya Səfirliyinə müraciət etmişdir. Müraciətindən aylar sonra, yəni 09 fevral 2022-ci il tarixdə səfirlik vasitəsilə yeni pasportu ona təqdim edilmişdir. Pasportu aldıqdan sonra miras əmlakı qəbul etmək üçün müraciət etmək istədikdə aparılmış araşdırma nəticəsində (pasport olmadığı üçün heç bir dövlət orqanından məlumat alınması mümkün deyildi) müəyyən etmişdir ki, artıq cavabdeh vərəsəlik işini açdırmış və bütün əmlakları öz adına keçirmişdir. O, qardaşı Kurbanov Ərəstun və cavabdeh bacısı Cavabdeh2 öz aralarında belə razılığa gəlmişlər ki, Rusiya Federasiyasında miras qalan əmlakları bütünlükdə Kurbanov Ərəstun, Azərbaycan Respublikasında miras qalan əmlakların isə yarısını o, yarısını da cavabdeh götürməli idi. Lakin cavabdeh onları aldadaraq Azərbaycan Respublikasında miras qalan bütün əmlakları öz mülkiyyətinə keçirmişdir. İddiaçı X13 iddia tələbini onunla əsaslandırmışdır ki, valideynləri vəfat etdikdən sonra cavabdeh bacısı ona müraciət edərək miras əmlakları bölüşdürməli olduğuqlarını bildirmişdir. Onlar cavabdehlə danışaraq belə razılığa gəlmişlər ki, Rusiya Federasiyasında miras qalan əmlakları bütünlükdə o, öz mülkiyyətinə keçirir və Azərbaycan Respublikasında miras qalan əmlaklar isə İddiaçılə cavabdehin arasında bölüşdürülür. Bunu razılaşdırdıqdan sonra cavabdeh, valideynlərindən miras qalmış əmlaklara dair sənədləşmə işlərinin aparılması üçün onun tərəfimdən cavabdehin adına etibarnamə və notarial imtina əriəsinin verilməli olduğunu demişdir. Cavabdeh qeyd etmişdir ki, İddiaçı pasportunu itirib, bu səbəblə sonuncuya etibarnamə verilməsi mümkün deyil və o, etibarnaməni cavabdehin adına verməlidir. Cavabdeh də öz növbəsində vərəslik işini həll edib həm öz payını götürəcək, həm də Natiqin payını verəcək. Bundan sonra o, cavabdehlə razılığa gəlib cavabdehə notarial qaydada etibarnamə və imtina ərizələri vermişdir. Bundan bir neçə ay sonra qardaşı İddiaçı ona məlumat verərək bildirilmişdir ki, cavabdeh əslində Azərbaycan Respublikası ərazisində olan bütün əmlakları öz mülkiyyətinə keçirmiş və ona hər hansı bir pay verməmişdir. Hazırda hesab edir ki, cavabdehin bu qanunsuz əməlinə məhkəmə tərəfindən hüquqi qiymət verilərək baş vermiş bu özbaşınalığa son qoyulmalıdır. İşin faktiki halları qismində hər iki iddiaçı iddia ərizəsində qeyd etmişlər ki, anaları X12 05 fevral 2019-cu il tarixdə, ataları X10 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişlər. Cavabdeh bacıları Cavabdeh2 X30 Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinə müraciət edərək hər iki valideynlərindən miras qalmış əmlaklarla bağlı vərəsəlik işini açdıraraq analarından və atalarından miras qalan bütün əmlakları - Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ev 64 mənzil 39 (yeni qaydalarla AZ 1102 ünvan 1 ünvanda yerləşən 39,80 m2 sahəyə malik olan mənzili, ünvan 11 ünvanda yerləşən 39,62 m2 sahəyə malik olan mənzili, Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 4-cü mikrorayon 3169-cu məhəllə, ev-, mənzil 145 (yeni qaydalarla AZ 1102 ünvan 3 ünvanda yerləşən 148,60 m2 sahəyə malik olan mənzili, ünvan 5 ünvanda yerləşən 120,90 m2 sahəyə malik olan mənzili, ünvan 15 yerləşən 55,17 m2 sahəyə malik olan mənzili, ünvan 4 ünvanda yerləşən 85,30 m2 sahəyə malik olan qeyri-yaşayış sahəsini öz adına rəsmiləşdirmişdir. Açılmış vərəsəlik işi ilə bağlı ətraflı məlumat əldə edilməsindən ötrü vəkil ilə hüquqi yardım haqqında müqavilə bağlanılmış və bu müqaviləyə müvafiq olaraq vəkil tərəfindən X30 Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinə sorğu verilərək notariat işi istənilmişdir. Qoşmaya əlavə edilmiş notarial qaydada təsdiq edilən vərəsəlik işinin surətindən göründüyü kimi ataları X1 ölümündən sonra həm ondan, həm də anaları X4 miras qalan əmlaklara dair vərəsəlik işi açılmış və əmlaklar üzərində yalnız Cavabdeh2 payı müəyyən edilmişdir. Vərəsəlik işinin notarial qaydada təsdiq edilmiş surətinin 12-ci səhifəsindən görünür ki, xx.xx.2021-ci il tarixində İmişli RİHB-nin İmişli şəhər İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 2783 saylı arayış verilərək X5 ölümündən sonra ailə üzvləri Cavabdeh2, X14 və İddiaçı həqiqətən mərhumun yaşadığı evdə yaşayaraq mirasın tərkibinə daxil olan əmlakları qəbul etmişlər. Vərəsəlik işinin notarial qaydada təsdiq edilmiş surətinin 20-ci səhifəsindən görünür ki, Cavabdeh2 **********305 saylı notarial qaydada təsdiq edilmiş ərizə ilə notariusa yalan məlumat verərək guya İddiaçı yaşayış yerinin müəyyən olmamasını bildirmiş və İddiaçı susmuş vərəsə hesab edilməyini xahiş etmiş, həmçinin də gələcəkdə İddiaçı tərəfindən pay hüququ ilə bağlı hər hansı bir tələb irəli sürəcəyi təqdirdə onun payını verməyi öhdəsinə götürdüyünü bildirir. Vərəsəlik işinin notarial qaydada təsdiq edilmiş surətinin 22-ci səhifəsindən görünür ki, iddiaçı X13 xx.xx.2021-ci il tarixində ** AA ***5632 saylı imtina ərizəsi ilə X6 ona qalmış miras paylardan imtina edir. Vərəsəlik işinin notarial qaydada təsdiq edilmiş surətinin 34-cü səhifəsindən görünür ki, iddiaçı X13 xx.xx.2021-ci il tarixdə ** AA ***5820 saylı imtina ərizəsi ilə X4 ona qalmış miras paylardan imtina edir. Göründüyü kimi cavabdeh tərəfindən hər iki iddiaçı aldadılaraq bütün əmlaklar iddiaçı tərəfindən öz mülkiyyətinə keçirilmişdir. Bu səbəblə vərəsəlik işinin etibarsız hesab edilərək, verilmiş şəhadətnamələrin ləğv edilməsi, vərəsəliyin qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması, payların tanınması və və yeni vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi haqqında məhkəmə qətnaməsi çıxarılmalıdır. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassızdır. 5 fevral 2019-cu il tarixdə miras açılıb. Lakin iddiaçı sənədinin itməyi ilə bağlı 2021-ci ildə müvafiq orqanlara müraciət etmişdir. Mirasın qəbul müddətin iddiaçılar ötürmüşdürlər. Məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh4 iddiaya etiraz göndərərək göstərmişdir ki, iddia ərizəsindən görünür ki, iddia tələbinin yönəldiyi daşınmaz əmlaklardan biri - ünvan 5 ünvanda yerləşən 120,90 m2 sahəyə malik olan mənzildir. Həmin daşınmaz əmlak hal-hazırda xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olmaqla daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. Belə ki, alıcı olaraq onunla satıcı Cavabdeh2 arasında 03 dekabr 2021-ci il tarixində daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən, satıcı Cavabdeh2 ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 120,90 m2, yaşayış sahəsi 68,8 m2, yardımçı sahəsi 52,1 m2 olan 3 otaqlı mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən tam hissəni (120,9 m2) alıcı Cavabdeh4 mülkiyyətinə verir (lər). Həmin müqavilənin 2-ci bəndinə əsasən, satılan daşınmaz əmlak aşğıdakı hüquqmüəyyənedici sənədə əsasən satıcıya məxsusdur: ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh2 verilmiş **********-05301-093156 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, tam mülkiyyət üzrə 120,9 m2, 3 otaq. Həmin müqavilənin 3-cü bəndinə əsasən, real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi **********Tİ171002 olan arayışa əsasən müqavilə bağlananadək ünvan 5 ünvanda yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Həmin müqavilənin 4-cü bəndinə əsasən, satıcı(lar) daşınmaz əmlakı 100000 manat 00 qəpik (yüz min manat sıfır qəpik) qiymətinə satdı(lar), alıcı(lar) həmin qiymətə aldı(lar): alıcı Cavabdeh4 satıcı Cavabdeh2 satdığı tam hissəni (120,9 m2) 100000 manat 00 qəpik (yüz min manat sıfır qəpik) qiymətinə aldı. Həmin müqavilədə qeyd edilən mənzilin qiyməti 100000 (yüz min) manat qeyd edilsə də, əslində o, Cavabdeh2 128000 (yüz iyirmi səkkiz min) manat məbləğində pul vermişdir. Həmin müqavilənin 8-ci bəndinə əsasən, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Həmin müqavilənin 9-cu bəndinə əsasən, satıcı həmin daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verir. Həmin müqavilənin 13-cü bəndinə əsasən, müqavilə notarial qaydada təsdiq olunduğu zaman qeydiyyatda heç kim yoxdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (daşınmaz əmlakın reyestr nömrəsi: **********48-05301-093156) əsasən, ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 120,90 m2 olan mənzil xüsusi mülkiyyət hüququ əsasında tam pay üzrə ona məxsusdur. Beləliklə, göründüyü kimi o, qeyd edilən mənzili 03 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsinə əsasən alarkən daşınmaz əmlakın əldə edilməsi və bunun nəticəsində mülkiyyət hüququnun yaranması ilə bağlı heç bir qanun pozuntusuna yol verilməmiş, bununla da həmin alğı-satqı müqaviləsinin bağlanması, daşınmaz əmlakın qeydiyyatı və onun tərəfindən həmin əmlaka mülkiyyət hüququ əldə etməyi mülki qanunvericiliyin müddəalarına uyğun olaraq həyata keçirilmiş və o, alıcı olaraq öz üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirmişdir. Bundan başqa, mülki işi üzrə mövcud olan sənədlərə daşınmaz əmlakın alğı-satqısı və qeydiyyata alınması ilə bağlı işdə olan sənədlərin saxtalaşdırılması müəyyən edilməmiş, belə əməllərin törədilməsinə görə hər hansı bir şəxs hər hansı bir məsuliyyətə cəlb edilməmişdir. Əksinə, iddiaçılar öz iddia ərizələrində bildirirlər ki, miras əmlakın qeyd edilən varislər arasında bölünməsi barədə ümumi razılıq olmuşdur. Bu baxımdan hesab edir ki, onun qeyd edilən mənzil üzrə vicdanlı alıcı hesab edilməsi və əldə etdiyi əmlakın qanuni mülkiyyətçisi olması haqda nəticəyə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur. Əlavə olaraq bildirir ki, həmin mənzili aldıqdan sonra onun tərəfimdən həmin mənzilin təmir olunmasına təxminən 30.000 manat məbləğində pul xərcləmişdir və hal-hazırda həmin mənzilin ən aşağı qiyməti 155.000 manatdan az deyildir. Hesab edir ki, hal-hazırki mülki üzrə məhkəmə işin göstərilən hallarını və bu hallarla bağlı qanunvericiliyin tələblərini nəzərə almalı və onlara həmin tələblərə müvafiq qiymət verməlidir. Yuxarıda qeyd edildiyi kimi, o, əvvəl iddiaçıların və cavabdehin atasının, sonra isə cavabdehin mülkiyyətində olmuş mənzili 03 dekabr 2021-ci il tarixli qanuniliyi heç bir şübhə doğurmayan daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən vicdanla əldə etmişdir və həmin mənzil 13 dekabr 2021-ci il tarixində onun adına Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-də qeydiyyata alınmaqla onun mülkiyyətinə keçmişdir. Məhkəməyə təqqdim etdiyi sübutlardan görünür ki, onunla bu mülki iş üzrə Cavabdeh2 arasında xx.xx.2021-ci ildə bağlanmış daşınmaz əmlakın alğısatqı müqaviləsi notariat qaydasında təsdiqlənmiş, həmin vaxtı satılan mənzil üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış, reyestrdə olan həmin qeydə dair hər hansı etiraz daxil olmamışdır. Daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə alıcı olaraq o, qeyd edilən mənzili əvəzi tam ödənilməklə almışdır, həmin mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmışdır. Buna görə də, hazırki mülki işin hallarından, mülki qanunvericiliyin vicdanlı alıci ilə bağlı normalarından çıxış edərək hesab edir ki, daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə o, alıcı olaraq vicdanlı əldə edən olduğundan, mübahisə obyekti olan mənzilin əldə edilməsi ilə bağlı həmin mənzilə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və onun əsasında həmin mənzilə dair ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh2 verilmiş **********-05301-093156 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış etibarsız hesab edilə və həmin çıxarış əsasında onunla Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsi və həmin müqavilə əsasında ona verilmiş çıxarış (reyestrdəki qeyd) mübahisələndirilə bilməz. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəf isə yuxarıda qeyd edilənlərin əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iddiaçıların iddia ərizəsindən görünür ki, iddiaçılar sadəcə olaraq mənzilin ilkin olaraq cavabdehin adına sənədləşdirilməsinin qanunsuz olmasını, məhz bu səbəbdən də həm cavabdehə, həm də digər şəxslərə aid sənədlərin etibarsız olmasını bildirmişdir. Həmçinin qeyd edilməlidir ki, iş materiallarında da həmin mənzili əldə etmiş şəxs olaraq onun müvafiq əqd (daşınmaz əmlakın alğı-satqı müqaviləsi) bağlanan zamanı vicdanlılığını istisna edən hər hansı mötəbər sübut mövcud deyildir. Qeyd edilən mənzilə dair daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanan zamanı satıcının (Cavabdeh2) həmin mənzil üzərində mülkiyyət hüququ onun adına daşınmaz əmlakın dövlət reystrində dövlət qeydiyyata alınmış vəziyyətdə olmuş, onun adına çıxarış mövcud olmuş və buna görə də o da alğı-satqı müqaviləsinin legitimsizliyi barədə şübhə yaranmamışdır və onun əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından heç bir məlumatı və xəbəri olmamış (onun qeyd edilən mənzilə dair məhkəmə mübahisəsindən yalnız 2022-ci ilin may ayının ortalarına yaxın məlumatı olmuşdur) və reyestrdə həmin mənzilə dair hər hansı bir şəxsin iddiası, etirazı və ya narazılığı, hər hansı bir yüklülük halı, məhdudiyyət və qadağan mövcud olmamış və qeydə alınmamışdır. Bu da onun qeyd edilən daşınmaz əmlakın alğısatqı müqaviləsini bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahib olduğunu təsdiq edir. İddiaçıların irəli sürdükləri iddia tələbi bilavasitə ona qarşı irəli sürülməsə də, onunla hal-hazırki mülki iş üzrə Cavabdeh2 arasındakı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və onun əsasında ona verilmiş çıxarışın ləğv edilməsinə yönəlməsə də, iddianın ona mülkiyyət hüququ əsasında məxsus olan həmin mənzilə aid hissəsində təmin edilməsi, yəni həmin mənzilə dair Cavabdeh2 verilmiş qanun üzrə vərəslik haqqında şəhadətnamənin, həmin şəhadətnamənin əsasında Cavabdeh2 verilmiş çıxarışın etibarsız hesab edilməsi ona məxsus olan mənzilə dair hüquqmüəyyənedici və texniki sənədlərin gələcəkdə mübahisələndirilməsinə səbəb olacaqdır. Hesab edir ki, o, bəhs edilən mənzilə dair vicdanlı əldə edən olduğuna görə iddia ona məxsus olan mənzilə dair hissəsində təmin olunmasından imtina edilməlidir. Vicdanlı əldə edən kimi hüquqlarının müdafiəsi üçün iddia ərizəsinə etirazda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarlarına istinad etməyi məqsədəuyğun hesab etmişdir. Bu səbəbdən, o, vicdanlı əldə edən olduğuna görə, iddiaçılar İddiaçı və X9 cavabdehlər olaraq ona, Cavabdeh3, Cavabdeh2 və İmişli Regional «ASAN xidmət» mərkəzində notariat ofisi-notarius X27, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakn Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «qanun üzrə vərəsəlik hüququ lıaqqında şəhadətnamənin etibarsız hesab edilməsi, alğı-satqı müqavilələrinin və çıxarışların ləğv edilməsi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, vərəsəlik üzrə payların müəyyən edilməsi və yeni vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi» tələbinə dair iddiasının ona məxsus olan ünvan 8 ünvanda yerləşən, ümumi sahəsi 120.90 m2 olan mənzilə dair hissəsində təmin olunmasından imtina edilməsini xahiş etmişdir. Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddianı Cavabdeh4 aid hissədə qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi, həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın Cavabdeh4 aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İmişli Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusunun 10 may 2022-ci il tarixli 228 saylı və 27 may 2022-ci il tarixli 268 saylı məktublarından görünür ki, xüsusi noitarius Z.R.Zaidov mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, gəlməmənin üzürlü səbəbi kimi iş yükünün çox olmasını qeyd etmişdir. Məhkəmə qeyd olunan məktubları nəzərə alara mülki işə cavabdeh İmişli Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh3 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh3 və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh3 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 55 ******* saylı pasportdan görünür ki, İddiaçı 08 dekabr 2021-ci il tarixdə 10 il müddətinə etibarlı olan RF vətəndaşının pasportu verilmişdir. İV-İV seriyalı 523005 saylı və İV-İV seriyalı 618129 saylı ölüm haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin ataları İ.M.Qurbanov 07 dekabr 2020-ci il tarixdə, anaları A.X.Qurbanova 05 dekabr 2019-cu il tarixdə RF Çelyabinsk, Çebarkul şəhərində vəfat etmişlər. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 06 oktyabr 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 4-cü mikrorayon 3169-cu məhəllə ev -, mənzil 145 (yeni qaydalarla AZ1102, ünvan 3 ünvanda yerləşən mənzil Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 24 avqust 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 06 oktyabr 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ev 64 mənzil 39 (yeni qaydalarla AZ1102 ünvan 1 ünvanda yerləşən mənzil Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. "xxxx" MTK-nın 25 sentyabr 2012-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon H.Seyidzadə küçəsi 21B, 3169-cu məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın «B» giriş, 1-ci mərtəbəsində, ümumi sahəsi 96 m2 olan qeyri-yaşayış sahəsinin ümumi pay dəyəri payçı X10 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. 17 mart 2011-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MTK ilə payçı X10 arasında Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon H.Seyidzadə küçəsi 21B, 3169-cu məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının «B» giriş, 1-ci mərtəbəsində, ümumi sahəsi 96 m2 olan qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilə bağlanmışdır. 27 mart 2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, 10 manat dövlət rüsumu, 40 qəpik xidmət haqqı ödənilmişdir. 27 mart 2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, 100 manat dövlət rüsumu, 40 qəpik xidmət haqqı ödənilmişdir. 13 iyun 2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, 10 manat dövlət rüsumu, 40 qəpik xidmət haqqı ödənilmişdir. 22 iyul 2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, 340 manat dövlət rüsumu, 51 qəpik xidmət haqqı ödənilmişdir. RF-nin Azərbaycandakı səfirliyinin 29 avqust 2022-ci il tarixli 2342/ko saylı məktubundan görünür ki, xx.xx.1978-ci il tarixdə Azərbaycan Respublikasının İmişli şəhərində doğulmuş İddiaçı həqiqətən RF vətəndaşıdır, xx.xx.2021-ci il tarixdə səfirliyin konsulluq şöbəsi tərəfindən pasport təqdim edilmişdir. "xxxx" MTK-nın 04 aprel 2020-ci il tarixli arayışından görünür ki, X18 ünvan 9 ünvanda yaşayır. İmişli rayon Polis Şöbəsinin 16 mart 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı məxsus olan ümumivətəndaş pasportunun itməsi barədə şöbəyə müraciət olunmuş, lakin həmin sənəd tapıntı kimi şöbəyə daxil olmamışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 10 ünvanda yerləşən mənzil X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 10 noyabr 2007-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 13 saylı binanın 9 saylı mənzili X7 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. 27 sentyabr 2021-ci il tarixdə verilmiş 2V-315 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İmişli regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X29 Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələri ünvan 11 ünvanda qeydiyyatda olan qızı Cavabdeh2dır və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən əmlak, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2021ci il tarixli arayışa əsasən, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ev 64 mənzil 39 (yeni qaydalarla AZ 1102 ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 39,80 m2 olan mənzil sahəsindən ibarətdir. 27 sentyabr 2021-ci il tarixdə verilmiş 2V-316 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İmişli regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X29 Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələri ünvan 11 ünvanda qeydiyyatda olan qızı Cavabdeh2dır və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən əmlak, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2021ci il tarixli arayışa əsasən, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 4-cü mikrorayon 3169-cu məhəllə ev - mənzil 145 (yeni qaydalarla AZ 1102 ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 148,60 m2 olan mənzil sahəsindən ibarətdir. 17 noyabr 2021-ci il tarixdə verilmiş 2V-378 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İmişli regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X29 Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələri ünvan 11 ünvanda qeydiyyatda olan qızı Cavabdeh2dır və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən əmlak, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2021ci il tarixli arayışa əsasən, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən ünvan 12 ünvanda yerləşən, ümumi sahəsi 120,90 m2 olan mənzil sahəsindən ibarətdir. 17 noyabr 2021-ci il tarixdə verilmiş 2V-379 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İmişli regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X29 Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələri ünvan 11 ünvanda qeydiyyatda olan qızı Cavabdeh2dır və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən əmlak, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2021ci il tarixli arayışa əsasən, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən ünvan 13 ünvanda yerləşən, ümumi sahəsi 85,30 m2 olan qeyri-yaşayış sahəsindən ibarətdir. İmişli regional «ASAN xidmət» mərkəzində notariat ofisinə təqdim olunmuş 02 iyun 2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 atası X3 miras qalmış bütöv miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İmişli rayon İHB-nin İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 iyun 2021-ci il tarixli 2783 saylı arayışdan görünür ki, 07 dekabr 2020-ci il tarixdə vəfat etmiş X10 öldüyü günədək İmişli şəhəri, R.Məmmədov küçəsi, 13 ünvanda qeydiyyatda olmuş və faktiki yaşamışdır. X1 ölümündən sonra aşağıda adları göstərilən ailə üzvləri həqiqətən mərhumun yaşadığı evdə yaşayaraq mirasın tərkibinə daxil olan əmlakı faktiki qəbul etmişlər: Cavabdeh2, X13 və İddiaçı. 17 iyun 1977-ci il tarixdə verilmiş İ-JQ seriyalı 383896 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X10 ilə X15 arasında 17 iyun 1977-ci il tarixdə İmişli rayon VVAQ şöbəsində 106 saylı akt qeydi ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Qurbanova soyadı verilmişdir. Cavabdeh2 10 sentyabr 2021-ci il tarixdə İmişli regional «ASAN xidmət» mərkəzində notariat ofisinə təqdim etdiyi ərizədən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 ondan başqa vərəsəsi İddiaçı vardır. Lakin həmin vərəsənin yaşayış yeri məlum olmadığı üçün və qanunla 6 aylıq mirasın qəbul edilməsi müddətini ötürdüyü üçün həmin vərəsənin susmuş vərəsə hesab edilməsini xahiş etmişdir. Əgər gələcəkdə həmin vərəsənin hər-hansı bir iddia və tələbi olarsa onu ödəməyi o, öz öhdəsinə götürür. RF-də səlahiyyətli notarius tərəfindən təsdiq edilmiş 03 iyun 2021-ci il tarixli ** AA ***5632 saylı ərizədən görünür ki, X13 07 dekabr 2020-ci il tarixdə vəfat etmiş atası X5 ölümündən sonra Azərbaycan Respublikası ərazisində yerləşən, ona aid olan bütün əmlaka görə harada yerləşməsindən asılı olmayaraq və hər hansı bir səbəbdən (qanuni və vəsiyyətnamə ilə) mirasqoyanın qızı xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh2 lehinə miras payından imtina etmişdir. İmişli regional «ASAN xidmət» mərkəzində notariat ofisinə təqdim olunmuş 02 iyun 2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 anası X4 miras qalmış bütöv miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. 30 iyul 2021-ci il tarixdə verilmiş 2V-259 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İmişli regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X29 Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X7 vərəsələri ünvan 14 ünvanda qeydiyyatda olan qızı Cavabdeh2dır və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən əmlak, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2021-ci il tarixli arayışa əsasən, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2007-ci il tarixli çıxarışına əsasən ünvan 14 ünvanda yerləşən, yaşayış sahəsi 43,27 m2 və ümumi sahəsi 55,17 m2 olan 3 otaqlı mənzil sahəsindən ibarətdir. 20 avqust 2021-ci il tarixdə verilmiş 2V-280 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İmişli regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X29 Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X7 vərəsələri ünvan 14 ünvanda qeydiyyatda olan qızı Cavabdeh2dır və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən əmlak, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2021ci il tarixli arayışa əsasən, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 39,62 m2 olan mənzil sahəsindən ibarətdir. Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 10 noyabr 2007-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 13 saylı evin 9 saylı mənzili tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 575 saylı reyestr kitabının 52879 saylı vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 30 a saylı evin (binanın) 5 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 573 saylı reyestr kitabının 52706 saylı vərəqində qeydiyyata alınmışdır. RF-də səlahiyyətli notarius tərəfindən təsdiq edilmiş 24 iyun 2021-ci il tarixli ** AA ***5820 saylı ərizədən görünür ki, X13 05 fevral 2019-cu il tarixdə vəfat etmiş anası X8 ölümündən sonra qalan mirası harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qəbul etmədiyini bildirmişdir. O, iddia irəli sürmür və miras hüquqlarını rəsmiləşdirmək istəmir. Mirasın qəbulu və miras əmlakının bölünməsi müddətini bərpa etmək üçün məhkəməyə müraciət etmək fikrində deyil. Miras hüquqlarının Cavabdeh2 Etibar qızının adına qeydiyyata alınmasına etiraz etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 182. Vicdanlı əldə edən 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134. Vərəsələr 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Mirasın qəbul edildiyi müddət Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248. Mirasın qəbul edilməsi vaxtının uzadılması 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Maddə 1261. Başqa şəxslərin xeyrinə imtina Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Maddə 1262. Mirasdan imtina zamanı payın birləşdirilməsi Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Maddə 1264. Bir neçə vərəsənin xeyrinə imtina Əgər vərəsə mirası qəbul etməkdən bir neçə şəxsin xeyrinə imtina edirsə, onlardan hər birinin payını göstərə bilər. Belə göstəriş olmadıqda onun payı mirasın qəbulundan imtina xeyirlərinə edilmiş vərəsələr arasında bərabər bölüşdürülür. Maddə 1268. Mirasdan imtinanın geri götürülməməsi 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Maddə 1318 . Vərəsələrin axtarılması Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Maddə 1322. Vərəsəlik şəhadətnaməsinin verildiyi müddət Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Maddə 1325. Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”: Hissə 99. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004cü il 27 oktyabr tarixli Qərarı: Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı: Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Yuxarıda sadalanan sənədlərdən və maddi hüquq normalarından görünür ki: - İddiaçılar Cavabdeh2 ilə qardaş-bacı olmaqla, valideynlərinin birinci növbə vərəsələridirlər; - Varislər arasında mirasın bölünməsi ilə bağlı razılıq olmuşdur; - X13 miras payından imtina etmişdir. - Cavabdeh2 10 sentyabr 2021-ci il tarixdə İmişli regional «ASAN xidmət» mərkəzində notariat ofisinə təqdim etdiyi ərizədən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 ondan başqa vərəsəsi İddiaçı vardır. Lakin həmin vərəsənin yaşayış yeri məlum olmadığı üçün və qanunla 6 aylıq mirasın qəbul edilməsi müddətini ötürdüyü üçün həmin vərəsənin susmuş vərəsə hesab edilməsini xahiş etmişdir. Əgər gələcəkdə həmin vərəsənin hər-hansı bir iddia və tələbi olarsa onu ödəməyi o, öz öhdəsinə götürmüşdür. - Cavabdeh2 iddiaçılardan İddiaçı ilə aralarında olan şifahi razılığa riayət etməmiş, Azərbaycan Respublikasında yerləşən miras kütləsinə daxil olan əmlakların hamısını öz adına keçirmiş, həmin əmlaklardan ikisini hazırkı iş üzrə cavabdeh qismində cəlb edilmiş vicdanlı alıcı olan Cavabdeh3 və Cavabdeh4 satmışdır; - Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 vicdanlı alıcı olmaqla, satıcının qohumu, tanışı, qonşusu deyil, ailədaxili münasibətlərdən xəbərlərinin olması qeyri-mümkündür. Vicdanlı alıcılar alğı-satqı müqaviləsi bağlanarkən dövlət orqanları tərəfindən verilmiş hüquqmüəyyənedici sənədlərlə tanış olaraq, mənzilləri əldə etmişlər, dəyərlərini də Cavabdeh2 ödəmişlər. - İddiaçı miras əmlakın əldə edilməsi ilə bağlı müvafiq sənədləri bərpa etmək üçün dövlət orqanlarına etdiyi müraciətlərlə bağlı sübutlar təqdim etmişdir. Göründüyü kimi İddiaçı üzrlü səbəbdən mirasın qəbul edilməsi ilə bağlı notariusa müraciət edə bilməmiş və bununla bağlı iradə ifadəsini göstərərək aidiyyəti qurumlara müraciət etmişdir. Eyni zamanda Cavabdeh2 notariat ofisinə təqdim etdiyi ərizədən görünür ki, əgər gələcəkdə İddiaçı miras əmlakla bağlı hər-hansı bir iddia və tələbi olarsa onu ödəməyi o, öz öhdəsinə götürmüşdür. Göstərilənlərə əsasən İddiaçı iddiası qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, vərəsəlik üzrə payların müəyyən edilməsi və yeni vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi hissəsindən təmin edilməlidir. ünvan 5 ünvanda yerləşən və ünvan 15 yerləşən mənzillərə dair alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə bildirir ki, müqavilə üzrə tərəflər olan Cavabdeh3 və Cavabdeh4 vicdanlı əldə edən olduğundan iddia onlara münasibətdə təmin edilə bilməz. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarına əsasən əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Bununla əlaqədar iddia alqı-satqı nəticəsində əldə edilmiş vəsaitə münasibətdə təmin edilməli, ünvan 5 ünvanda yerləşən 120,90 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 100.000 manat məbləğdən İddiaçı payına uyğun olaraq 1/2 hissədə, yəni 50.000 manat məbləğində və ünvan 15 yerləşən 55,17 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 79.000 manat məbləğdən İddiaçı payına uyğun olaraq 1/2 hissədə, yəni 39.500 manat məbləğində pul Cavabdeh2 alınaraq ona verilməlidir. X2 dair hissəsi ilə bağlı məhkəmə bildirir ki, iş materiallarından göründüyü kimi iddiaçı yazılı qaydada ərizə ilə müraciət edərək mirasdan imtina etmişdir. Mülki Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Bununla əlaqədar X2 dair hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı və X9 cavabdehlər Cavabdeh2, İmişli Regional «ASAN xidmət» mərkəzində notariat ofisinə, Cavabdeh3, Cavabdeh4 (Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, vərəsəlik üzrə payların müəyyən edilməsi və yeni vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi» tələbinə dair iddiası qismən təmin edilməli, İmişli Regional «ASAN xidmət» Mərkəzində fəaliyyət göstərən notariat ofisinin xüsusi notariusu X29 tərəfindən təsdiq edilmiş 201 nömrəli vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli 2V-315 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2021-ci il tarixli 2V- 316 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2021-ci il tarixli 2V-378 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2021-ci il tarixli 2V-379 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 186 nömrəli vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli 2V-259 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2021-ci il tarixli 2V-280 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli; İddiaçı üçün anası X4 və atası X3 qalmış mirasın qəbul edilməsindən ötrü müəyyənləşdirilmiş vərəsəliyin qəbulu müddəti üzrlü hesab edilərək müddət uzadılıb, miras əmlaklar üzərində 1/2 payı tanınmalı və yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli; ünvan 5 ünvanda yerləşən 120,90 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 100.000 manat məbləğdən İddiaçı payına uyğun olaraq 1/2 hissədə, yəni 50.000 manat məbləğində və ünvan 15 yerləşən 55,17 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 79.000 manat məbləğdən İddiaçı payına uyğun olaraq 1/2 hissədə, yəni 39.500 manat məbləğində pul Cavabdeh2 alınaraq ona verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı X13 ona çatası miras əmlakdan imtina etmişdir. Həmçinin, müqavilə üzrə tərəflər olan Cavabdeh3 və Cavabdeh4 vicdanlı əldə edən olduğundan iddia onlara münasibətdə təmin edilə bilməz. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı və X9 cavabdehlər Cavabdeh2, İmişli Regional «ASAN xidmət» mərkəzində notariat ofisinə, Cavabdeh3, Cavabdeh4 (Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, vərəsəlik üzrə payların müəyyən edilməsi və yeni vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. İmişli Regional «ASAN xidmət» Mərkəzində fəaliyyət göstərən notariat ofisinin xüsusi notariusu X29 tərəfindən təsdiq edilmiş 201 nömrəli vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli 2V-315 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2021ci il tarixli 2V-316 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2021-ci il tarixli 2V-378 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2021-ci il tarixli 2V-379 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 186 nömrəli vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli 2V-259 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2021-ci il tarixli 2V- 280 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli; İddiaçı üçün anası X4 və atası X3 qalmış mirasın qəbul edilməsindən ötrü müəyyənləşdirilmiş vərəsəliyin qəbulu müddəti üzrlü hesab edilərək müddət uzadılıb, miras əmlaklar üzərində 1/2 payının tanınmalı və yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin; ünvan 5 ünvanda yerləşən 120,90 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 100.000 manat məbləğdən İddiaçı payına uyğun olaraq 1/2 hissədə, yəni 50.000 manat məbləğində və ünvan 15 yerləşən 55,17 m2 sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 79.000 manat məbləğdən İddiaçı payına uyğun olaraq 1/2 hissədə, yəni 39.500 manat məbləğində pul Cavabdeh2 alınaraq ona verilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-2281/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2281/2022
28.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver