Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2281/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 724.02 manat məbləğində verilmiş sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddia qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə R.Behbudov küçəsində baş vermiş sığorta hadisəsi nəticəsində mülkiyyət hüququ ilə Cavabdeh1, sahiblik hüququ Cavabdeh3 məxsus olan və Cavabdeh2 idarə etdiyi "xxxx" markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Qeyd edilən sığorta hadisəsi nəticəsində "xxxx" markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı tərəfindən 5030 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bakı şəhər DYP tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, TP 576843 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Dəymiş ziyanın aradan qaldırılması üçün ASC tərəfindən ödənilmiş 5030 manat məbləğində sığorta ödənişinin 4305.98 manat məbləğində olan hissəsi Cavabdeh2 mülki məsuliyyətini “icbari sığorta” qaydasında sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə ödənilmiş, 724.02 manat məbləğində pul ödənilməmiş qalmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "xxxx" markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən xx.xx.2025-ci il tarixədək “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Cavabdeh2 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. İSB.az saytından çıxarışdan müəyyən olunur ki, "xxxx" markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş “elektron notariat” informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt "xxxx" markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə Cavabdeh1, sahiblik hüququ Cavabdeh3 məxsus olmuşdur. "xxxx" ASC-nin zərərin hesablanması aktından müəyyən edilir ki, "xxxx" markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 5280 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli sığorta aktından və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 250 manat məbləğində şərtsiz azadolma məbləği çıxılmaqla 5030 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş 1”C” sistemindən çıxarışdan və "xxxx" ASC-nin ödəniş tapşırığından müəyyən olunur ki, 5030 manat məbləğində sığorta ödənişinin 4305.98 manat məbləğində olan hissəsi Cavabdeh2 mülki məsuliyyətini “icbari sığorta” qaydasında sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə ödənilmişdir. xx.xx.2024-cü il tarixli, BS-S-24/0336 saylı Geriyə tələb (subroqasiya) məktubundan və həmin məktubun cavabdehlərə çatdırılmasını təsdiq edən xəbərnamələrdən görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən sığorta ödənişinin ödənilməmiş 724.02 manat məbləğində olan hissəsinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdlərir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə saat 23:10 radələrində "xxxx" minik markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan X3 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, mülkiyyətçisi Cavabdeh1 olan "xxxx" minik markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobili hadisə zamanı idarə edən Cavabdeh2 olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" minik markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, "xxxx" minik markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1, etibar edən Cavabdeh3, etibar edilən Cavabdeh2dir. İş materiallarında olan zərərin hesablanması aktından görünür ki, "xxxx" minik markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5280 manat olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 76600 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən "xxxx" ASC vasitəsi ilə "xxxx" ASC-nin hesabına 4305.98 manat ödənilmişdir. İş materiallarında olan sığorta aktından görünür ki, "xxxx" minik markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5030 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" tərəfindən "xxxx" ASC vasitəsi ilə X1 hesabına 5030 manat ödənilmişdir. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci maddələri) Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh2 inzibati xəta törətməsi ilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X2 məxsus olan avtomobilə dəymiş zərərə görə iddiaçı tərəfindən 5030 manat ödənilmiş, sığorta hadisəsi baş verərkən Cavabdeh2 avtomobili sürücülük hüququ olmaqla idarə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər Hazırki halda isə, Cavabdeh1 mülkiyyətində olan “Toyota Prıus” minik markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən qanuni əsas olmaqla idarə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, onu idarə etmiş olan Cavabdeh2 daşımalıdır. Cavabdeh3 münasibətdə isə iddia əsaslı hesab edilməməlidir. Belə ki, ona mülkiyyətçi adından ümumi etibarnamənin verilməsi hazırki halda onun məsuliyyət daşıması kimi qəbul edilə bilməz. Yəni, avtomobil işin hallarından müəyyən edildiyi kimi mülkiyyətçi tərəfindən Cavabdeh3 könüllü surətdə verilmiş və sonradan yol nəqliyyat hadisəsi baş vermişdir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, sığorta ödənişi 724.02 manat Cavabdeh2 alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi xərcdə alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 724.02 manat məbləğində verilmiş sığorta ödənişi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 724.02 manat məbləğində verilmiş sığorta ödənişinin əvəzi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-2281/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2281/2024
12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver