Məhkəmə qərarları › İş №e-2(006)-2302/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2302/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2302/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 12083934 saylı müqaviləyə əsasən İMEİ kodu **********29294 olan Samsung Galaxy A53 markalı telefon üçün 822 (səkkiz yüz iyirmi iki) manat ödənilməmiş hissə, 82 (səksən iki) manat cərimə, xx.xx.2022-ci il tarixli 03781475 saylı müqaviləyə əsasən İMEİ kodu **********39728 olan Samsung Galaxy A22 markalı telefon, Vinil şəffaf üçün 124,78 (yüz iyirmi dörd manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 12,22 (on iki manat iyirmi iki qəpik) cərimə, xx.xx.2023-cü il tarixli 03473672 saylı müqaviləyə əsasən İMEİ kodu **********19645 olan Samsung Galaxy A13 markalı telefon üçün 393,64 (üç yüz doxsan üç manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 39,36 (otuz doqquz manat otuz altı qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli 03564303 saylı müqaviləyə əsasən İMEİ kodu **********51895 olan X1 S6 Lite markalı tablet üçün 803,88 (səkkiz yüz üç manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 80,12 (səksən manat on iki qəpik) manat cərimə, ümumilikdə 2358 (iki min üç yüz əlli səkkiz) manat borc və ödənilmiş 43,58 (qırx üç manat əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 12083934 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1116 (bir min yüz on altı) manat (18 ay x 62 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********29294 olan Samsung Galaxy A53 markalı telefon üçün ümumilikdə 904 (doqquz yüz dörd) manat olmaqla ondan 822 (səkkiz yüz iyirmi iki) manat ödənilməmiş hissə, 82 (səksən iki) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03781475 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 712,08 ( yeddi yüz on iki manat səkkiz qəpik) manat (18 ay x 39,56 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********39728 olan Samsung Galaxy A22 markalı telefon, Vinil şəffaf üçün ümumilikdə 137 (yüz otuz yeddi) manat olmaqla ondan 124,78 (yüz iyirmi dörd manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 12,22 (on iki manat iyirmi iki qəpik) cərimə pulu borcu yaranmışdır. Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03564303 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1163 (bir min yüz altmış üç) manat (18 ay x 64,66 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********51895 olan X1 S6 Lite markalı tablet üçün ümumilikdə 884 (səkkiz yüz səksən dörd) manat olmaqla ondan 803,88 (səkkiz yüz üç manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 80,12 (səksən manat on iki qəpik) cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1397,56 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını məqsədəuyğun hesab edir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli 12083934 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 1116 manat təşkil edən İMEİ kodu **********29294 olan Samsung Galaxy A53 markalı telefon ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 62 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2022-ci il tarixli 03781475 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 712,08 manat təşkil edən İMEİ kodu **********39728 olan Samsung Galaxy A22 markalı telefon, Vinil şəffaf ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 39,56 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2023-cü il tarixli 03473672 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 549,95 manat təşkil edən İMEİ kodu **********19645 olan Samsung Galaxy A13 markalı telefon ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 30,55 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2022-ci il tarixli 03564303 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 1163,95 manat təşkil edən İMEİ kodu **********51895 olan X1 S6 Lite markalı tablet ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 64,66 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən ümumilikdə 2358 (iki min üç yüz əlli səkkiz) manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 43,58 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 12083934 saylı əşyanın alqısatqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı ilkin ödənişsiz Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilə üzrə 18 ay müddətinə aylıq 62 manat ödəniş etməyi, xx.xx.2022-ci il tarixli 03781475 saylı əşyanın alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı ilkin ödənişsiz Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilə üzrə 18 ay müddətinə aylıq 39,56 manat ödəniş etməyi, əşyanın alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı ilkin ödənişsiz Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilə üzrə 18 ay müddətinə aylıq 30,55 manat ödəniş etməyi, əşyanın alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı ilkin ödənişsiz Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilə üzrə 18 ay müddətinə aylıq 64,66 manat ödəniş etməyi və bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşya satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh əşyaları qəbul etmiş, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yəni, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli 12083934 saylı müqaviləyə əsasən İMEİ kodu **********29294 olan Samsung Galaxy A53 markalı telefon üçün 822 (səkkiz yüz iyirmi iki) manat ödənilməmiş hissə, 82 (səksən iki) manat cərimə, xx.xx.2022-ci il tarixli 03781475 saylı müqaviləyə əsasən İMEİ kodu **********39728 olan Samsung Galaxy A22 markalı telefon, Vinil şəffaf üçün 124,78 (yüz iyirmi dörd manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 12,22 (on iki manat iyirmi iki qəpik) cərimə, xx.xx.2023-cü il tarixli 03473672 saylı müqaviləyə əsasən İMEİ kodu **********19645 olan Samsung Galaxy A13 markalı telefon üçün 393,64 (üç yüz doxsan üç manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 39,36 (otuz doqquz manat otuz altı qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli 03564303 saylı müqaviləyə əsasən İMEİ kodu **********51895 olan X1 S6 Lite markalı tablet üçün 803,88 (səkkiz yüz üç manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 80,12 (səksən manat on iki qəpik) manat cərimə, ümumilikdə 2358 (iki min üç yüz əlli səkkiz) manat borc və ödənilmiş 43,58 (qırx üç manat əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6-cı maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İMEİ kodu **********29294 olan Samsung Galaxy A53 markalı telefon üçün 822 (səkkiz yüz iyirmi iki) manat ödənilməmiş hissə, 82 (səksən iki) manat cərimə, İMEİ kodu **********39728 olan Samsung Galaxy A22 markalı telefon, Vinil şəffaf üçün 124,78 (yüz iyirmi dörd manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 12,22 (on iki manat iyirmi iki qəpik) cərimə, İMEİ kodu **********19645 olan Samsung Galaxy A13 markalı telefon üçün 393,64 (üç yüz doxsan üç manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 39,36 (otuz doqquz manat otuz altı qəpik) manat cərimə, İMEİ kodu **********51895 olan X1 S6 Lite markalı tablet üçün 803,88 (səkkiz yüz üç manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 80,12 (səksən manat on iki qəpik) manat cərimə, ümumilikdə 2358 (iki min üç yüz əlli səkkiz) manat borc və ödənilmiş 43,58 (qırx üç manat əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar